- 153 -
damarlarına nəzər çarpacaq dərəcədə təsir göstərir. Onun təsiri yalnız in vivo , yəni orqanizmə
yeridildikdən sonra meydana çıxır. Digər damardaraldıcı dərman maddələrinə qarşı rezistentlik
göstərən arterial hipertoniyanın ağır formalarında gündə 5 -50 mlq olmaqla daxilə təyin edilir.
ondan ayrıca monopreparat kimi böyrək xəstəlikləri ilə bağlı ikincili hipertenziyanın müalicəsində
istifadə edilir.
Bu sıranın digər nümayəndəsi diazoksid kimyəvi quruluşuna görə diazid qrupundan olan
diuretiklərə oxşayan birləşmədir. Lakin, diuretik təsiri yoxdur. Düz təsir fonunda, əsasən, dözümlü
damarların-arteriolaların relaksasiyasını törədir. Hipertenziv maddə kimi orqanizmə enteral yolla və
parenteral yolla daxil edilir. Birinci halda preparatın təsir effekti tədricən meydana çıxır və
uzunmüddətli olur.
Kalsium kanalı blokatorları, əsasən. damar saya əzələləri və ürək hüceyrələri lokalizasiyalı
kalsium kanallarına təsir göstərirlər; nəticədə arterial damarlar genişlənir, miokard və digər ürək
hüceyrələrində boşalma(relaksasiya) halı meydana çıxır.Veramapil preparatı istisna olmaqla digər
kalsium kanalı antoqanistləri neyromediator və hormon reseptorlarına nəzərəçarpacaq dərəcədə
blokadaedici təsir göstərmirlər.
Kalsium antaqonistlərindən hipertenziyanın müxtəlif formalarında, ayrıca monopreparat kimi
isə zəif və orta dərəcəli essensial hipertoniyanın müalicəsində istifadə olunur. Onlar, xüsusən
reninin miqdarı və Ca
2+
ionlarının plazmadakı miqdarı az olduğu hallarda, eleəcə də orqanizmdə
mayenin ləngiməsi ilə müşahidə olunan essensial hipertoniyalar zamanı daha güclü təsir göstərir.
Hipertenziyanın müalicəsində kalsium antoqnistlərinin ilk dəfə istifadə olunan nümayəndəsi
nifedipin preparatıdır. O, qan təzyiqini tez aşağı salan və qısa müddətə təsir göstərən preparatdır.
Daxilə təyin edildikdə hətta, birinci dozada ürək fəaliyyətini situmulə edə bilir. Nifedipin mədə və
bağırsaq traktında sürətlə və tamamilə adsorbsiya olunur. Qaraciyərdən ilk keçiddən sürətli
eliminasiya prosesinə məruz qalmadığından sistematik yararlanması yüksəkdir-təqribən 65%-dir.
Depo tabletlər halında gündə 1 dəfə 20mq dozada və ya gündə 2 dəfə 10 mq dozada təyin edilir.
Lazım gələrsə gündəlik istifadə dozası 40mq-a qədər qaldırıla bilər.
Qısa müddətli təsir göstərən kalsium kanalı aktivatorlarından biridə isradipin preparatdır.
Bundan
ancaq
hipertoniyanın müalicəsində istifadə edilir. Digər dihidropiridin törəmələri
nikardipin, nitrendipin və nizoldipindən həm hipertoniya xəstəliyinin, həm də sabit stenokardiyanın
müalicəsində istifadə edilir.
Renin-angiotenzin sisteminə təsir göstərən hipotenziv maddələr
Hipertenziv dərman maddələri kimi prespektivdə mühum əhəmiyyət praktik əhəmmiyət kəsb
edən dərman qruplarına renin-angiotenzin sisteminə təsir göstərən preparatlar aiddir. Məlumdur ki,
vazopressor təsir effektinə malik aktiv endogen maddələtdən biri angiotenzin II hesab olunur. O,
orqanizmdə plazma zülalı angiotenzinin ardıcıl fermentativ çevrilmə prosesinə məruz qalması
nəticəsində əmələ gəlir. Birinci mərhələdə, damar divarında, ferment təbiətli maddələrin təsirindən,
polipeptid qrruluşa malik angiotenzindən digər inaktiv prekursor-dekapeptid qruluşlu angiontenzin-
1 əmələ gəlir. O, damar endotelindəki və damar divarının toxumalarında olan angiotenzin-çevirici
fermentin təsiri nəticəsində pressor aktivliyə malik angeotenzin II-yə çevrilir. Angeotenzin II
pressor təsiri bilavasitə xüsusi angeotenzin reseptorları ilə qarşılıqlı əlaqəsinin nəticəsi kimi
meydana çıxsa da, bu prosesdə onun mineralokotrikoid aldesteronun sekresiyasını stimulə etmək,
antidiuretik hormonun irazını artırmaq, NE-nin mərkəzi və periferik sinir sistemində müvafiq sinir
vezikullarından azad olunması prosesini sürətləndirmək kimi xüsusiyyəti də var.
Hazırda angeotenzinçevrici fermentin inhibitorları qrupundan olan xeyli sintetik dərman
maddələri (kaptopril, lizinopril, enalapril, fozinopril, benazepril, spirapril və trandolapril) alınaraq,
klinik istifadəyə tövsiyə edilir.
Kaptopril
bu sıranın ilk istifadə olunan sintetik nümayəndəsidir. Kimyəvi quruluşca
peptidəbənzər maddədir. Ondan arterial hipertenziyanın müxtəlif formalarında, eləcədə digər
dərman maddələrinə qarşı rezidentlik göstərən hipertoniya halında istifadə olunur. Hipertenziv
maddə kimi oral yolla təyin olunur. Mədə-bağırsaq traktında yaxşı sorulur. Böyüklər üçün