- 21 -
1933-cü ildə D.V. Znaykonun rəhbərliyi altında, Zoologiya İnstitutunun əməkdaşlarından
ibarət ekspedisiya təşkil olunmuşdur. Tədqiqat nəticəsində Naxçıvan Muxtar Respublika ərazisində
67 növ düzqanadlı (Orthoptera) müəyyən edilmişdir ki, onlardan 4 növü elm üçün yenidir. Eyni
zamanda 4 növ qulağagirən (Dermoptera), bir növ elm üçün yeni olmaqla, 3 növ tarakan,
(Blattodela), 4 növ dəvədəlləyi (Mantodae) göstərilmişdir.
Həmin ildə Naxçıvan ekspedisiyası zamanı A.V. Boqaçev tərəfindən dozanqurd
(Tenebrionidae) və lövhəbığ (Scarobaeidae) böcəklər fəsiləsindən 125 növü qeydə almışdır.
Yarımsərtqanadlılar
dəstəsinə
aid
materiallar
A.N.Kriçenko
(1938)
tərəfindən
dəqiqləşdirilmiş və bu dəstənin 362 növünün Naxçıvan MR-də yayıldığı göstərilmişdir.
A.V.Boqaçev və N.H.Səmədov (1940-1949) illərdə dövrü olaraq göyünlər üzrə materiallar
toplamaqla, onlar Naxçıvanda 38 növ qansoran göyünün yayıldığını göstərmişlər ki, bunların 10
endemik, 5 isə elm üçün yeni idi.
R.Əfəndi 1950-ci ildən etibarən Naxçıvan ərazisində müntəzəm olaraq tədqiqat işləri
aparmaqla 28 fəsiləyə mənsub olan 404 kəpənək növü qeydə almışdır ki, bu da Azərbaycan
kəpənək faunasının 81.8 % faizini təşkil edir. Müəllif müəyyən etmişdir ki, 16 kəpənək növü yalnız
Naxçıvan ərazisinə məxsusdur.
S.T.Məmmədov (1955-1960), bu ərazidə qarğıdalı zərər vericilərini öyrənməklə, 106 növ
həşərat qeyd etmiş və onlardan 62-nin nisbətən zərərli olduğunu bildirmişdir. N.C.Vəzirov (1952,
1960, 1963) tərəfindən Naxçıvan MR-ın mənənələr faunası öyrənilməklə, 152 mənənə növü aşkar
etmişdir ki, onlardan 52 meyvə və giləmeyvələrin zərərvericisi hesab olunur.
G.Ə.Quliyev Naxçıvan MR-də kənd təsərrüfatı bitkilərinə zərər verən mənənələrin parazit
və yırtıcıları üzrə tədqiqat işləri aparmaqla 30-dan artıq növ müəyyən etmişdir.
Ə.Ə.Cəfərov (1952-1964) Naxçıvan ərazisində taxıllara zərər verən 37 növ həşərat müəyyən
etməklə onlardan 5 növünün daha qorxulu olduğunu göstərmişdir.
N.H. Səmədov (1963) ədəbiyyat məlumatları və özünün topladığı materiallara əsasən
Naxçıvanda 2250 böcək növünün yayıldığını , onlardan 12 növünün endemik olmasını göstərmişdir.
Sonrakı illərdə C.A. Hidayətov 1966-1968-ci illərdə Naxçıvan Muxtar Respublikasına
keçirdiyi ekspedisiya zamanı əlavə olaraq 118 növ taxtabitini qeydə almaqla bu ərazidə 480
taxtabiti növünün yayıldığını və onlardan 7-nin Naxçıvan üçün endemik olduğunu göstərmişdir.
Naxçıvan MR-də qansoran nəm milçəkləri (Diptera, Heleidae) Ş.M.Cəfərov və
T.P.Xudaverdiyev tərəfindən öyrənilmiş və 42 növ qeydə alınmışdır. Müəlliflər 12 mığmığa növü
haqqında da məlumat vermişdilər.
A.M. Mehdiyev (1967) Azərbaycan üçün mövcud olan 46 parabüzən növünün 39-un
Naxçıvanda yayıldığını qeyd edir və 10 növünün daha xeyirli olduğunu göstərir.
Z.M.Məmmədov (1969) Ordubad bağlarında 76 həşərat növü tapmışdır ki, bunların 60 fauna
üçün ilk dəfə göstərilir.
A.Ə.Abdinbəyova (1970) Naxçıvan Muxtar Respublikası rayonları üzrə 86 növ minici
tapmışdır ki, bunlardan 8 növü elm üçün yeni təsvir edilmişdir.
B.Ağayev (1972-1978) Azərbaycanda 142 növ şıqqıldaq böcəyindən 7 növünün Naxçıvanda
yayıldığını göstərir.
Y.M.Məmmədov (1989-1994) Naxçıvan MR-də dənli bitkilərin sərtqanadlılar (Coleoptera)
faunasını tədqiq etməklə 85 növ müəyyən etmişdir ki, onlardan 37 növü bu aqrosenoz üçün yeni
olmuşdur.
Y.M.Cəfərov
(1990-1994)
Naxçıvan
MR-də
alma
meyvəyeyəninin
zərərvermə
xüsüsiyətlərinin proqnozlaşdırılması mövzusunda tədqiqat işi aparmışdır.
M.M.Seiydov (2001) Naxçıvan MR-də biokimyəvi, ekofizioloji və təsərrüfat əlamətlərinə
əsasən respublikanın ərazisində eyni genotipik xüsusiyyətə malik Sarı Qafqaz arı cinsinin Naxçıvan
populyasiyasının (Apis mellifera caucascja flova populatio Nachitshevanica) yayıldığını müəyyən
edilmişdir. O, Naxçıvan MR ərazisində arı ailələrini vaxtında köçürməklə yüksək bal məhsuldarlığına
malik potensial fizioloji qabiliyyətli arıların yetişdirildiyini bildirir.
Ə.S.Tahirov 2000-2006-cı illərdə Naxçıvan MR-də erkən yazda bal arısı (Apis mellifera L.)
ailəsində arıların yetişdirilməsi və paket arıçılığının inkişafına dair tədqiqat işləri apararaq,
- 22 -
arıçılıqda damazlıq-selleksiya işləri və paket arıçılığın inkişaf etdirilməsinin elmi əsaslarını
verməklə, istehsalatda tədbiqinə nail olmuşdur.
E.S.Əsədov (2007) Naxçıvan MR-də bal arısının (Aris mellifera L.) bioekoloji
xüsusiyyətləri, təbii-coğrafi şəraitdən asılı olaraq arı vərəmumunun toplanması və fiziki-biokimyəvi
xassələrini öyrənmişdir. O, Naxçıvan MR-də yayılmış Sarı Qafqaz arı cinsinin Naxçıvan
populyasiyasının morfoloji əlamətlərinin eksteryer göstəriciləri arıxananın yerləşdiyi fiziki-coğrafi
şərait və bitki örtüyündən asılı olaraq dəyişikliyə məruz qaldığını, mövsümlə əlaqədar olaraq yayda
yetişdirilən arıların morfoloji əlamətlərinin eksteryer göstəriciləri yaz və payız fəsillərində yetişdirilmiş
arılarla müqayisədə yüksək olduğunu göstərmişdir.
M.M.Məhərrəmov 2004-2008-ci illərdə Naxçıvan MR-nın ərazisində 7 fəsilə, 53 cinsə
mənsub 335 növ arıkimi aşkar etmişdir. Onlardan 146 növ Naxçıvan MR ərazisi üçün ilk dəfə
göstərilmişdir.
A.Q.Qasımov (2004-2008) Naxçıvan MR-də çəyirdəkli meyvə ağaclarına zərər verən 59
növ aşkar etmişdir ki, onlardan 25 növü ərazi üçün ilk dəfə qeyd edilmişdir.
Naxçıvan MR ərazisində aparılan tədqiqat işləri elmi-praktik və təsərrüfat nöqteyi
nəzərindən böyük əhəmiyyət kəsb etmişdir.
Bütövlükdə göstərilənlərlə bərabər, bu gün də Naxçıvan MR ərazisində müxtəlif
istiqamətlərdə entomoloji tədqiqatlar aparılmaqdadır.
ƏDƏBİYYAT
1.
Əsədov E.S. Naxçıvan MR-də bal arısının (Aris mellifera L.) bioekoloji xüsusiyyətləri,
təbii-coğrafi şəraitdən asılı olaraq arı vərəmumunun toplanması və fiziki-biokimyəvi
xassələri: Biol. elm. nam. … dis. avtoref. Bakı, 2007, 20 s.
2.
Qasımov A.Q. Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarına zərər verən
cücülər və onların entomofaktları. Avtoreferat. nam .diss. 2009 səh 3-20
3.
Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasının (Hymenoptera, Apoidea) arıkimiləri.
Avtoreferat. nam.diss. 2009 səh 3-21
4.
Naxçıvan Muxtar Respublikasının onurğasızlar faunasının taksonomik spektri.”Əcəmi”
Nəşriyyat-Poliqrafiya Birliyi.Naxçıvan, 2014, 320 s.
5.
Məmmədov Y.M. Naxçıvan MR-da dənli bitkilərin sərtqanadlılar (Coleoptera) faunası əsas
zərərvericilərə qarşı mübarizə tədbirləri. Avtoreferat nam.diss. 1995,səh 3-21
6.
Musayev M.Ə.,Əliyev S.V. Naxçıvan MSSR-in heyvanat aləmi. Az.SSR, EA Bakı, 1975,
241s.
7.
Seyidov M.M. Naxçıvan MR-in ərazisində yayılmış bal arısının (Apis mellifera L.)
biokimyəvi və bəzi fizioloji xüsusiyyətləri: Biol. elm. nam. … dis. avtoref. Bakı, 2001, 34 s.
8.
Tahirov Ə.S. Naxçıvan MR-də erkən yazda bal arısı (Apis mellifera L.) ailəsində arıların
yetişdirilməsi və paket arıçılığının inkişafı. Aftoreferat. nam.diss. 2008, səh 3-20
9.
Абдинбекова
А.А.
Бракониды
(Humenoptera,
Bracomidae)
Азербайджана,
Автореферат. докт.дисс...., Баку, 1970, стр 1-34
10.
Богачев А.В. Самедов Н.Г. Материалы к изучению паразита фауны Нах.АССР,из-во
АН Азерб.ССР 1949 , № 5
11.
Богачев А.В. Список видов жуков из семейств (Tenebrionidae и Scarabaeidae).тир
зоол.ин-та, 1938 том 8/42, стр 135-150
12.
Везиров Н.Д. Злаковые тли Нахичеванской АССР (Aphidoidae, Homoptera) тир
Нах.КЗОС, 1967 № 6 стр 52-58
13.
Гидаятов Д.А. Полужесткокрылые группы пентатомоморфа Азербайджана. из-тво
“Елм” 1982, стр 5-7 ;25-34
14.
Джафаров А.А. Основные вредители зерновых культур из мира насекомых в
Нахичеванской АССР и меры борбы с ними Автореферат. канд.дисс. Баку 1950 стр 3-
20
Dostları ilə paylaş: |