- 23 -
15.
Джафаров Й.М. Особенности развития яблонной плодожорки в Нахичеванской А.Р.и
научные обоснования разработки прогнозов и сигнализации сроков борбы с ней.
Автореферат. канд. диссс. Баку, 1995, стр 3-27
16.
Джафаров Ш.М. Новые виды мокричы (Diptera, Heleidae) из Нахичеванской
АССР“ДАН Азерб.ССР” 1958, стр 14
17.
Криченко А.Н. Настояшие полужесткокрылые насекомые (Hemipterei)
Нахичеванской АР, тир.зоол.ин-та Аз.ФАН СССР, 1938, VIII/42, стр 75
18.
Курбанов Т.Т., Кулиев Т.А. К биологии и хозяйственному значению некоторых
паразитов и хишников мольвовой моли в Нахичеванской АССР. Из-во АН Азерб.ССР
(сер.биол. и мед.наук) 1963, № 5, с.62-62
19.
Мамедов З.М. Паразиты вредителей плодовых култур в условиях Нахичеванской
АССР. Автореферат. канд.дисс..., Баку, 1969, стр 3-20
20.
Эфенди Р.Е. Высшие чещуекрылые Азербайджана их биология, экология,
зоогеография и хозяйственное значение. Автореферат. канд.дисс..., Баку, 1971, стр 3-
20
ABSTRACT
Yaver Mamedov, Ali Tahirov, Aynure Mamedova
On the study of entomofauna in the territory of the Nakhchivan Autonomous Republic
In the article the history of the entomological researches carried out in the territory of the
Nakhchivan Autonomous Republic is studied. It was determined that the entomological researches
were carried out on a scientific level since the second half of the 19
th
century and continued by the
Azerbaijani scientists since the second half of the 20
th
century. Basically these researches were
carried out in the direction of studying the faunstic, beneficial and harmful insects. Species
diversity and endemic sorts of the insects spread in the territory have been determined.
РЕЗЮМЕ
Явер Мамедов, Али Тахиров, Айнуре Мамедова
об исследования энтомофауны на территории Нахичиванской Автономной Республики
В статье рассматриваются энтомологические исследования на территории
Нахичиванской Автономной Республики.
Выяснилось что, энтомологические исследования в
научном направлении начались с середины IX века, а позже, велись Азербайджанскими
учёным с середины XX века и в основном были направлены на изучение фаунистический
вредных
и
полезных
насекомых.
Были
выявлены разновидности насекомых
распространённых на данной территории.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi:
Baytarlıq üzrə fəlsəfə doktoru Y.Rüstəmli
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И.
ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
- 24 -
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ .
НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
HİLAL QASIMOV
Naxçıvan Dövlət Universiteti
E-mail: hilal_1964@mail.ru
UOT 616.2:615.5
MƏİŞƏTDƏ VƏ TİKİNTİDƏ İSTİFADƏ OLUNAN BİTKİLƏRİN
ETNOBOTANİKİ VƏ FLORİSTİK TƏHLİLİ
Açar sözlər: Populus tremula,
Ulmus
glabra,
palıd, yemişan, cəhrə, xış, oxlov, nehrə.
Key words: Populus tremula,
Ulmus
glabra,
oak, hawthorn, spinning wheel, wooden plow,
a rolling pin, churn.
Ключевые слова: Populus tremula,
Ulmus
glabra,
дуб, боярышник, прялка, деревянный
плуг, скалка, маслобойки.
Naxçıvan Muxtar Respublikası hələ qədim zamanlardan sənətkarları ilə Yaxın Şərqdə şöhrət
tapmışdır. Qədim xalq sənəti sahələri olan dulusçuluq, daşişləmə, ağacişləmə, toxuculuq, zərgərlik
və sair Eneolit və İlk Tunc dövrlərindən muxtar respublikada inkişaf etmişdir. Əkinçiliyin və
maldarlığın intensiv inkişafı sənətkarlığın təkamülünə şərait yaratmışdır. Mədəni tələbatın artması
bəzək əşyalarının, hətta əmək alətlərinin, məişət avadanlıqlarının, silahların müəyyən hissəsinin
gözəl bədii tərtibatla hazırlanması ilə nəticələnmişdir.
Arxeoloji qazıntılar nəticəsində qədim yaşayış yerlərindən (I və II Kültəpə, Sədərək, Maxta,
Ovçular təpəsi, Daşarx, Qızılburun, Şahtaxtı, Qarabağlar, Külüs, Kolanı və s.) müxtəlif əmək
alətləri, məişət və bəzək əşyaları aşkar edilmişdir [4].
Respublikamızda ağacın inşaat materialı kimi rolu hələ lap qədim dövrlərdən müxtəlif
təyinatlı olmuşdur. Ağacişləmə cənəti qədim tarixə malikdir. XVII əsrdə Azərbaycanda olmuş
fransız səyyahı J.Şarden burada yerli ustaların naxışlı qapı, pəncərə və tavan düzəltdikləri haqqında
məlumat vermişdir. Bu işlərdə ən çox qoz və çinar ağaclarından istifadə edilirdi. Bu sənətin geniş
yayılması zəngin meşə sərvətlərinin olması, yerli əhalinin ağacdan hazırlanan məişət avadanlığı və
istehsalat alətlərinə olan tələbatı ilə bağlı olub kənd yerləri üçün daha səciyyəvidir.
Respublikamızın meşələrində bitən qoz, fındıq, qarağac, palıd, göyrüş, vələs, zoğal, yemişan, əzgil
və s. növlərindən ev əşyaları, məişət qabları, təsərrüfat alətləri və nəqliyyat vasitələrinin
hazırlanmasında, həmçinin inşaat işlərində geniş istifadə olunmuşdu. Keçmişdə hər bir ailənin ev
məişətində istifadə edilən mətbəx ləvazimatı – çömcə, qaşıq, təknə, tabaq, yayımaxın (dördayaq),
çanaq, oxlov, həvəngdəstə; toxuculuq alətləri, - cəhrə, daraq, hənaağacı, kirkə; təsərrüfat alətləri –
xış, kotan, mala, tapan, vəl, bel, kürək, yaba, şana, dırmıq; nəqliyyat vasitələri – araba, kirşə, xizək;
musiqi alətləri – saz, ud, tar, qaval, nağara və s. yerli ustalar tərəfindən hazırlanırdı. Ağacişləmə
ustaları tərəfindən düzəldilən məmulatlar yerli əhalinin tələbatını ödəyirdi. Əhalinin keçmiş
məişətində beçik, miz, taxt, ağac çarpayı və c. ev əşyaları da az yer tutmurdu. Dağətəyi kəndlərdə
yerli ustalar müxtəlif ağac qablar və alətlər hazırlayaraq həftə bazarlarında satırdılar [2] .
Adətən, şana, kürək, bel sapı söyüd, qovaq, quşarmudu ağaclarından, təknə, tabaq qozdan,
saz tutdan, araba təkərləri, kotanın çarxları, vəl palıd və qarağacdan, çömçə, qaşıq yabanı armud,
yemişandan düzəldilirdi. Xəmir təknəsi əsasən qovaq ağacından hazırlanırdı. Qovaqdan hazırlanan
təknə südü qıcqırtdığına gərə bu ağacdan istifadə edilmirdi.
Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, xışın kötüyü üçün ən yaxşı material yabanı
armud və yabanı tut ağaclarıdır. Bu ağaclardan hazırlanan xış kötüyünün səthi çox hamar
olduğundan palçıq tutmur.Nəm torpaqları bu xışla şumlayırdılar. Bələliklə, ağac növü seçilərkən
onların istehsal xüsusiyyətləri ilə yanaşı, həm də fiziki-bioloji xüsusiyyətləri nəzərə alınırdı.