Tədqiqatın metodoloji əsasları Pedaqoji tədqiqatlarda sosioloji metodlardan istifadə



Yüklə 50,65 Kb.
səhifə13/16
tarix26.10.2023
ölçüsü50,65 Kb.
#131436
1   ...   8   9   10   11   12   13   14   15   16
T dqiqat n metodoloji saslar Pedaqoji t dqiqatlarda sosioloji

PEDAQOJİ EKSPERİMENT
Pedaqoji eksperiment pedaqoji təd­qiqat prosesində öyrənilən hadisənin effektliyini müqayisəli şəkildə, sübutedici yolla aşkara çıxaran, düzgün, dəqiq, mötəbər nəticəyə gəl­məyə imkan verən xüsusi növ empirik metoddur. Pedaqoji eks­pe­riment tədqiqatın məqsədinə uyğun olaraq yeni şərait yaratmaq yolu ilə pedaqoji hadisəyə fəal təsir göstərir. Eksperiment təlim-tərbiyə prosesinin gedişində planlaşdırılmış şəkildə məqsəd­yönlü də­yişikliklər aparmağa, pedaqoji faktorların təsiri ilə xüsusi yara­dılmış ictimai-tərbiyəvi mühitdə şəxsiyyətin tərbiyəsinin bu və ya digər cəhətini öyrənməyə imkan verir. Eksperimentin gedişində ha­di­­sələri daha əlverişli şəkildə öyrənmək üçün süni yolla məq­səd­yönlü dəyişmək, yaxud yenidən yaratmaq mümkün olur. Beləliklə, hadisə prosesə nəzarət edilən və idarə olunan şəraitdə öyrənilir.
Pedaqoji eksperiment planlaşdırılarkən aşağıdakılar nəzərə alın­­­malıdır: 1) eksperimentin məqsədi; 2) eksperimentin həcmi;3) eks­­­perimentdə iştirak edən şəxslərin xarakteristikası; 4) eks­pe­riment üçün istifadə olunan materialın təsviri; 5) eksperimentin ke­çi­rilmə metodikası; 6) eksperimentin keçirilmə yeri və vaxtı; 7) eks­pe­ri­mentin nəticələrinə təsir göstərə biləcək əlavə dəyişənlərin təs­viri; 8) eksperimentin gedişi üzərində müşahidənin təsviri; 9) eks­peri­men­tin nəticələrinin təsviri; 10) eksperimentin yekun­laş­dı­rıl­ması qaydası.
Eksperiment vaxta görə qısamüddətli və uzunmüddətli ola bi­lər. Nəzəri cəhətdən qısamüddətli eksperiment laborator şəraitdə bir-iki saat ərzində reallaşdırıldığı halda, didaktik eksperiment uzun­­müddətli olur. Pedaqoji eksperimentlər yerinə yetirdiyi vəzifə­lərə görə üç növə ayrılır: müəyyənləşdirici (diaqnostik), öy­rə­dici, yoxlayıcı.
Müəyyənləşdirici, öyrədici və yoxlayıcı (kontrol) eks­pe­ri­mentin hər biri ümumi eksperimentin bir mərhələsi olmaqla biri di­gəri üçün zəmin rolunu oynayır, biri digərini tamamlayır. Bunların hər birinə nəzər salaq.
Müəyyənləşdirici eksperiment. Bu eksperimenti təşkiledici eksperiment də adlandırırlar. Pedaqoji-psixoloji tədqiqatlarda müəy­yənedici eksperiment xüsusi mərhələ kimi yüksək qiymətlən­dirilir. Müəyyənedici eksperimentdə tədqiqatçı yalnız araşdırılan pedaqoji sistemin vəziyyətini öyrənir, faktların əlaqəsini, hadisələr arasındakı asılılıqları müəyyənləşdirir. Pedaqoji tədqiqatın başlan­ğıcı, ilk pilləsi məhz müəyyənedici eksperimentdir. Bu prosesdə təlim-tərbiyənin mövcud sistemi yoxlanır,pedaqoji-psixoloji,diaq­nos­tika,aparılır.Öyrədici eksperiment. Öyrədici eksperiment adından məlum olduğu kimi, eksperimental siniflərin şagirdlərinə tədqiqatçının hazır­ladığı yeni sistemi, yeni materialı, qaydanı, fəaliyyət növünü öyrətməyi nəzərdə tutur. Bu zaman şagirdlərin şəxsi keyfiy­yət­lə­ri­nin yaxşılaşdırılması, formalaşdırılması üzrə iş gedir. Ona görə də formalaşdırıcı eksperiment hesab olunur. Öyrədici eksperiment yaradıcı, yaxud kökündən dəyişən də adlandırıla bilər. Bu zaman yeni təlim sistemi eksperimental yolla sınaqdan keçirilir. Bu sistem eksperimentin fərziyyəsinə müvafiq şəkildə qurulur. Öyrətmək təlim təcrübəsi olduğundan onu təcrübi-eksperimental iş də adlan­dır­maq mümkündür. Bu təcrübi-eksperimental iş daha təkmil pe­da­qoji prosesin modeli ola bilər. Bunun sayəsində tərbiyə və təlimin ən yüksək effektinə nail olmaq mümkündür. V.V.Krayevski çox doğ­ru qeyd etmişdir ki, sözün ciddi mənasında eksperiment idraki tədbirdir.
Öyrədici eksperimentin metodikası əvvəlcədən işlənilir. Nələ­rin hansı ardıcıllıqla təqdim olunacağı, necə öyrədiləcəyi müəy­yənləşdirilir. Eksperimentator metodikanı eksperimental sinif­lərin müəllimlərinə çatdırır. O, öyrədici eksperimentə başla­mazdan əvvəl müəllimlərlə treninq keçirir. Treninq bir daha müəllimlərin səviy­yəsini, eksperimental tədqiqata həvəsi və bacarığı eksperi­men­tə qoyulan ideya, fərziyyə, yeni sistemin xa­rakteri, əvvəlkindən fər­qi, üstünlüyü, onun təcrübədə müvəf­fəqiyyətlə sınaqdan keçirilməsi üçün nəzərdə tutulmuş çalışmaların növləri, məzmunu haqqında mə­lumat verir. Həmin çalışmalar da sistemin tətbiqi prosesində la­zım olacaq əyani vəsait, didaktik materiallar, testlər, şagirdlərin uğur­larının öyrənilməsi və ona nəzarətlə bağlı məsələlər açıqlanır, lakin işin gedişində bir neçə sinifdə müşahidə zamanı müəyyən situasiyada qarşıya çıxan çətinliklər, yeni ideyalar metodikada (iş sistemində) müəyyən dəyişikliklərin, korrektlərin aparılmasını diktə edə bilər. Eksperimentator belə faktları qeydə almalı və bütün siniflərə göstəriş verməlidir.
Müəllimlər eksperimentin gedişində ideyanı, sistemi dəyiş­mə­dən situasiyanı, çalışmanı azacıq dəyişməklə işi davam etdirə bilər­lər. Bəzən şagirdlərin fəaliyyəti nədə isə müəyyən dəyişikliyin apa­rıl­masını diktə edə bilər. Belə dəyişikliklər müqayisəli fikir söy­ləməyə, nəticə çıxarmağa imkan verir. Belə­liklə, eksperi­men­tator müəllimlərə eyni çalışmalar sistemini yerinə yetirməyi təklif edir və müxtəlif hazırlıqlı qruplarda öyrədilmə prosesində qarşıya çıxan fərqləri nəzərə almağı tapşırır. Ekspe­ri­mentatorun təqdim etdiyi metodika əsasında yerli şəraiti, imkanları nəzərə almaqla hər bir müəllim öz metodikasını hazırlaya bilər.
Eksperimentator və müəllim öyrətdiyi yeni sistemin necə qav­ranılması üzərində müntəzəm müşahidə aparmalı, müvafiq şərai­tin yaranmasına nail olmalı, əvvəlkindən (adət etdiyindən) fərqli olaraq hansı halların yarandığını izləməli, təli­min keyfiyyətinin ne­cə yük­səldiyinə inanmalıdır.
Bəzən eksperiment mürəkkəb problem üzrə qoyulduqda sis­te­min iki-üç variantı sınaqdan keçirilə bilər. Tədqiqatçı onların içə­ri­sindən daha az vaxt, vəsait, qüvvə itirməklə alınan ən yaxşı nəticəni seçməklə sistemin optimallaşdırılmasını təmin edir. Seçil­miş va­ri­antı hazırlığı bərabər səviyyəli siniflərdə tətbiq etməklə üstünlüyünü bir daha sübut edir.

Yüklə 50,65 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə