Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix01.08.2018
ölçüsü0,8 Mb.
#60452
1   2   3   4   5   6   7   8   9   ...   13

 

Natəvan yaradıcılığının bir hissəsini şairin şəxsi faciəsi 



ilə  əlaqədar  olaraq  1885-1886-cı  illərdə  yazdığı  silsilə  şeirləri 

təşkil edir. Bu əsərlərdə oğlunun ölümü ilə ağır matəmə batan, 

mənəvi  sarsıntılara  məruz  qalan  və  göz  yaşları  içərisində 

boğulan  bədbəxt  ananın  ah-naləsi  eşidilir.  Xurşidbanunun 

iztirabları,  əzabları  çoxaldıqca  şəxsi  kədər  dairəsindən  kənara 

çıxıb, çox analara məxsus olan ələm və qüssə həddinə çatmışdır. 

Üz  vermiş  fəlakət  bəzən  də  talesiz  aşiqlərin  başına  gələn 

müsibətlər timsalında təzahür etmişdir: 

 

                        Nə hicrü yarə təqatü halim vəfa edər



                        Nə vəslə çatmaz əl, edibən dad, ağlaram. 

 

Şair,  bəzən  də  çəkilməz  dərdlərini  bəşəri  faciə  səviyyəsinə 



qaldırır: 

  

    Düşəydi çərx gərdişdən, olaydı dəhri – dün viran, 



  

    Bəşər tab eyləməz hərgiz, zəminü asiman ağlar. 

 

Natəvanın 1886-cı ildə 227 səhifədən ibarət tərtib etdiyi 



“Gül  dəftəri”  adlı  məşhur  albomunda  on  üç  şeiri,  naturadan 

çəkdiyi təsvirlər və müasirlərinin lirik parçaları toplanmışdır. Və 

hal-hazırda  bu  dəftər  Respublika  Əlyazmaları  fondunda 

saxlanılır.  Şairlərdən  M.R.Fəna,  M.Məmai,  H.Yüzbaşiyev 

albomdakı  tikmə  və  şəkillərə  mənzumələr  həsr  etmiş  və 

Xurşidbanunun  sənətkarlığını  Şərqin  məşhur  rəssamları, 

nəqqaşları ilə müqayisədə qiymətləndirmişlər. 

Ömrünün son beş ili Natəvan üçün həm həyatda, həm də 

sənətdə  ağır  və  böhranlı  keçmişdir.  Şairə  1897-ci  il  oktyabr 

ayının  1-də  Şuşada  vəfat  etmişdir.  Dəfn  mərasimində  iştirak 

edən camaat, hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan 

Ağdama  qədər  piyada  aparmış,  Xan  qızı  Ağdamda  “Imarət” 

deyilən  ailə  qəbiristanlığında  dəfn  olunmuşdur.  Şairin  ölümü 

təkcə Azərbaycanın yox, bütün Qafqazın qabaqcıl, maarifpərvər 

adamlarını  kədərləndirmişdir.  Bu  münasibətlə  “Qafqaz”, 



 

“Tərcüman” və başqa qəzetlərdə nekroloqlar və Natəvanın həyat 



fəaliyyəti  haqqında  yazılar  dərc  edilmişdir.  Xurşidbanunun 

vəfatı şairlər tərəfindən “ədəbiyyat aləminə üz vermiş fəlakət”, 

şeir məclisində “günəşin batması” kimi obrazlı ifadələrlə qələmə 

alınmışdır. 

XX əsrin ilk yarısında Xurşidbanunun şeirlər məcmuəsi 

bir  neçə  dəfə  çapdan  çıxmışdır.  Respublikamızın  paytaxtı 

Bakıda iki yerdə şairə əzəmətli heykəl qoyulmuş, vətəni Şuşada 

tunc büstü ucalmışdır. Onun bədii irsi 1937-ci ildən etibarən rus 

dilinə  tərcümə  olunaraq  Moskvada,  Leninqradda  və  Bakıda 

çıxan ədəbi  jurnallarda, antologiyalarda işıqlandırılmışdır. 

 

                       II. Yubiley tədbirlərinin keçirilməsi 



 

Bu il Azərbaycan ədəbiyyatının xanım şairlərindən biri, 

parlaq  bədii  istedada  malik  söz  sənətkarı,  ədəbiyyatımızın 

tarixində özünəməxsus layiqli  yeri olan Xurşidbanu Natəvanın 

anadan  olmasının  185  ili  tamam  olur.  Klassik  ədəbi 

ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm 

ifadə  edən  yaradıcılığı  və  unikal şəxsiyyəti sayəsində  Natəvan 

dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək 

xalqımızın  mədəni  irsinin  zənginləşməsinə  töhfələr  vermiş, 

dolğun ictimai fəaliyyəti ilə tanınmışdır. Yubiley münasibəti ilə 

respublikanın bütün mədəniyyət müəssisələrində, eyni zamanda 

kitabxanalarda  yubiley  tədbirlərinin  keçirilməsi  nəzərdə 

tutulmuşdur.  İlk  öncə  kitabxanada  Xurşidbanu  Natəvanın 

yubileyi ilə bağlı kitab sərgisinin keçirilməsi vacibdir. 

 

 

 



 

 

 




10 

 

Sərgidə  Natəvanın  indiyə  qədər  çap  olunmuş  kitabları, 



onun  haqqında  şair  və  yazıçıların  yazdığı  əsərlər  ilə  yanaşı, 

dövrü  mətbuatda  da  yer  alan  materialların  nümayişi  nəzərdə 

tutulmuşdur.  

 

 



 

 

 



 

 

 



 


11 

 

Sərgi  müxtəlif  başlıqlar  altında  keçirilə  bilər.  Məsələn: 



“Xurşidbanu  Natəvan-185”,  “Poeziyada  yaşayan  həyat”, 

“Sərhədlər aşan poeziya”, “Şair ömrü”, “Xalq  yolunda ürəyini 

məşəl edən el anası”, “Təbiət şairi”, “Böyük Azərbaycan qızı”, 

“Tariximizin  fəxri:  qadın  hökmdarımız  Xurşidbanu  Natəvan”, 

“Tək inci kimi parlayan Xan qızı Natəvan”, “İncə qəlbli böyük 

xeyriyyəçi  şairə  Xurşidbanu  Natəvan”,  “Füzuli  məktəbinin 

layiqli davamçısı Natəvan” və s. Sərgi təşkili zamanı görkəmli 

şəxsiyyətlərin 

Natəvan 

haqqında 

söylədiyi 

müdrik 

kəlamlardan da istifadə etmək olar. 

 

Xurşidbanu Natəvanın parlaq bədii istedada malik söz sənətkarı 



kimi  ədəbiyyatımız tarixində özünəməxsus layiqli yeri vardır. 

Klassik  ədəbi  ənənələrimizi  yaşadan,  yüksək  humanizm 

ideyaları,  dərin  lirizm  ifadə  edən  yaradıcılığı  və  unikal 

şəxsiyyəti  sayəsində  Natəvan  dövrün  ədəbi  mühitinin 

formalaşmasına  mühüm  təsir  göstərərək  xalqımızın  mədəni 

irsinin  zənginləşməsinə  töhfələr  vermiş,  dolğun  ictimai 

fəaliyyəti ilə tanınmışdır. 

                                                                         

                                                                 İlham Əliyev, 

                                       Azərbaycan Respublikasının Prezidenti 

 

Xüsusən Qarabağ şairləri nəhəng qartallar kimi Şuşa dağlarının 

poetik zirvəsində məskən salaraq, öz fövqlərindən poeziyaya ton 

vermişlər. Xurşidbanu Natəvan da bu şairlərdəndir.   

                                                                                                                           

                                                      Firidun bəy Köçərli

                                                görkəmli Azərbaycan maarifçisi 

 

     

 

 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə