21
M.Füzuli poeziyasının təsiri Natəvanın şeirlərinin yalnız
məzmununda, mövzu və ideyalar aləmində deyil, onun
yaradıcılığının formasında, bədii strukturunda, qəzəllərinin
vəznində, daxili bölgüsündə, habelə poetik dilində, təsvir və
ifadə sistemində də aydın müşahidə edilir. Onun “Bilin yaran,
bu dünyada hərə bir kar ilən oynar”, “Olmuşam dəhri-bəla içrə
bu gün divanə mən”, “Dilbəra, dərdi-dilimdən belə ünvan
etdim”, “Zəmanə saldı əcəb möhnətü məlalə məni” misraları ilə
başlanan qəzəlləri bilavasitə Füzulinin təsiri ilə yazılmış,
Natəvan
ustadın
sənətkarlğından
yüksək
bacarıqla
bəhrələnmişdir.
Şairin “Olan könlüm” rədifli qəzəli də Füzulinin
“Könlüm” rədifli qəzəlinə nəzirə kimi yazılmışdır. Müəllif
özünün daxili təlatümlərini, könül çırpıntılarını, qəlb dünyasının
təzadlarını əks etdirərkən dahi sələfinin poetik təcrübəsindən,
bədii idrak və inikas üsullarından, fikri ifadə etmək, oxucuya
çatdırmaq tərzindən faydalanmışdır. Natəvanın şeirində işlənən
rədif və qafiyələrin bir qismi, xüsusilə “mənim bu şad olan
könlüm”, “ustad olan könlüm”, “abad olan könlüm” kimi
ifadələr dərhal Füzulinin “Tutuşdu qəm oduna şad gördüyüm
könlüm” misrası ilə başlanan qəzəlini yada salır. Aydın görünür
ki, Natəvan Füzulinin poetik cazibəsindən uzaqlaşa bilmir. XIX
əsr Azərbaycan poeziyasında Füzuli yaradıcılığından
bəhrələnmənin, füzuliyanə yazılmış qəzəlin gözəl
nümunələrindən biri kimi diqqəti cəlb edən bu qəzəldə
Natəvanın yaradıcılıq özünəməxsusluğu da nəzərə çarpır.
Sələfindən fərqli olaraq o, daxili qafiyədən istifadə etməklə,
misralardakı poetik yükü daha da zənginləşdirmiş, şeirin
axıcılığını qüvvətləndirmişdir. Bəli, Xurşidbanu Natəvan Füzuli
məktəbinə mənsub sənətkar şairədir və onun fikirləri, duyğu,
meyil və hisləri klassik poeziyanın qəzəl janrında bütün məna
xüsusiyyətləri ilə əks olunmuşdur. Məlum olduğu kimi, qəzəl
klassik Azərbaycan şeirinin geniş yayılmış, kütləviləşmiş
növüdür. Bu janrın spesifik xüsusiyyətləri vardır ki, şairin dili
22
ilə həyat, zaman və insanlıq haqqında bildirilən lirik, fəlsəfi-
aşiqanə fikirlərin şərhidir. Natəvan, özünün şeir üslubunda, bədii
təsvir və bədii ifadə vasitələrində dahi Füzulinin sənətkarlıq
incəliklərini yeni səpkidə, orijinal bir tərzdə ifadə etməyə
müvəffəq olmuşdur. Muğamlarımızda müğənnilərimizin sevə-
sevə oxuduğu “Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan
könlüm” qəzəlini oxucumuzun ifasında dinləyək.
Oxucu Natəvanın qəzəlini söyləyir.
Yenə, ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,
Rümuzi-eşqdən agah olub, ustad olan könlüm.
Görübdür yari əğyarə, olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə, mənim abad olan könlüm.
Niyə peymanədən keçdin, niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?
Fəraqın ruzi-məhşərdir, sərasər möhnəti-qəmdir,
O
zülfün kimi dərhəmdir, mənim azad olan könlüm.
Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə,
Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm.
Söhbətin sonunda yaxşı olar ki, musiqi məktəbinin şagirdlərinin
ifasında Xurşidbanu natəvanın qəzəli muğam şəklində səslənsin.
Oxucularımızın sevimli şairəmiz haqqında olan fikirlərini
öyrənmək məqsədilə Xurşidbanu Natəvan ilə bağlı onlara anket
sorğuları paylanır.
23
1. Xurşidbanu Natəvanı tanıyırsınızmı?
Bəli
Xeyir
2. Şairə mənşə etibarilə hansı nəslə mənsub idi?
_____________________________________________
3. Şairəyə nə üçün Xan qızı Natəvan deyə müraciət olunurdu?
____________________________________________
4. Xurşidbanu Natəvanın harada anadan olduğunu bilirsinizmi?
Bəli
Xeyir
5. Natəvanın şeirlərini oxumusunuzmu?
Bəli
Xeyir
6. Natəvanın ən çox sevdiyiniz şeirinin adını qeyd edin.
____________________________________________
7.
Natəvanın “Ağlar”, “Əfsus”, “Getmə”, “Sənsiz” rədifli qəmli
qəzəlləri yazmağına səbəb nə idi?
________________________________________________
24
8.Xurşidbanu Natəvanın yaratdığı “Məclisi-Üns” haqqında
məlumatınız vardırmı və bu məclis neçə il fəaliyyət
göstərmişdir?
Bəli
Xeyir
9.“Məclisi-Üns”də hansı dillərdə qiymətli mənzumələr
yazılmışdır?
________________________________________________
10.Natəvanın təbiət haqqında yazdığı hansı əsərlərini
oxumusunuz?
________________________________________________
11. Xurşidbanu Natəvanın neçənci ildə vəfat etmiş və harda dəfn
olunmuşdur?
___________________________________________
Kitabxanada Xurşidbanu Natəvanın 185 illik yubileyi ilə
əlaqədar ədəbi-bədii gecənin keçirilməsi məqsədəuyğundur.
Çünki kitabxanada ədəbi-bədii gecələrin təşkili yubilyarın həyat
və yaradıcılığı ilə yaxından tanış olmağa imkan verir. Gecəyə
Xurşidbanu Natəvanın yaradıcılığına yaxından bələd olan
tanınmış yazıçılar, ədəbiyyatşünaslar, tənqidçilər, jurnalistlər
dəvət oluna bilər. (Məsələn: X.Natəvan yaradıcılığı ilə yaxından
maraqlanan professor Zaman Əsgərli) Ədəbi-bədii gecədə
şairənin yaradıcılığı haqqında maraqlı söhbətlər edilir, qəzəlləri
dinlənilir. Ədəbi-bədii gecənin ssenarisini təqdim edirik.