Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə22/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   18   19   20   21   22   23   24   25   ...   214

Telman Huseynov 

 

58



istehsal təyinatlı növü olmasaydı, digərləri də nəinki olmazdı, onlara 

heç ehtiyac da qalmazdı. 

Məqsəd istehsal sahibkarlığı və ya istehsal firmalarının iqtisadiy-

yatı məsələlərini şərh etmək olduğundan, ilk öncə, sahibkarlığın «tö-

rəmə»  növlərinin  qısa  bundan  sonra  isə  istehsal  sahibkarlığının  şər-

hini vermək metodiki baxımdan daha düzgün olardı. Beləliklə, kom-

mersiya sahibkarlığı haqqında. 

Kommersiya sahibkarlığı. Bu növ sahibkarlıqdan məqsəd əmək 

məhsullarının istehsalı və istehlakı ilə məşğul olan firmalar arasında-

kı ticarət vasitəsi ilə mənfəət əldə etməkdir. Kommersiya sahibkarlığı 

əmtəə birjaları və ticarət təşkilatları vasitəsilə həyata keçirilir. 

Firmaların istehsal vasitələri əldə etmələri üçün əlaqəyə girdikləri 

vasitəçilərdən biri olan əmtəə birjası bazar iqtisadiyyatı sisteminə xas 

olan infrastrukturun tərkib hissələrindən biridir. O, alıcı və satıcının 

müvafiq razılaşmaları əsasında formalaşan əmtəələrin real qiymətləri 

ilə realizə olunan bazarıdır – kommersiya firmasıdır, hüquqi şəxsdir. 

Əmtəə birjasının məqsədi əmək məhsullarının istehsalçısı və isteh-

lakçısı arasında, müəyyən qaydalar əsasında, kommersiya sövdələşmə-

lərinə nail olmaqdır. Əmtəə birjası kommersiya sahibkarlığının, başqa 

sözlə,  əmək  məhsullarının  inkişaf  etmiş  topdansatış  ticarəti  növlərin-

dən biridir.  

Kommersiya sahibkarlığının bir növü də hazır məhsulun alqı-satqısı 

üzrə vasitəçilik etməkdir – istehsalçıdan alıb istehlakçıya satmaqdır. 

Bunu isə həyata keçirən ticarət təşkilatlarıdır. 

Maliyyə  sahibkarlığı.  Maliyyə  sahibkarlığının  əsas  qurumları 

kommersiya bankları və fond birjalarıdır.  

Maliyyə  (maliyyə-kredit)  sahibkarlığının  fəaliyyət  sferası  təda-

vüldür, dəyərlərin mübadiləsidir. Sahibkarlığın bu formasının özünə-

məxsusluğu  onun  digər  sahibkarlıq  növlərinə  –  istehsal,  komersiya 

və  s.  –  müdaxilə  etməklə  yanaşı,  müstəqil  şəkildə  bank,  sığorta  işi 

kimi fəaliyyət növləri ilə məşğul olmaqdır. 

Əvvəlcə kommersiya bankları haqqında. 

Kommersiya bankı səhmdar cəmiyyəti tipli maliyyə-kredit təşki-

latıdır. O, ödənişli əsasla kommersiya təşkilatlarını kreditləşdirmək-

lə müştərilərin tapşırığı ilə pul əmanətləri (depozitlər) qəbul etmək 

və başqa hesablaşma əməliyyatları həyata keçirməklə məşğul olur-




Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

59



lar. Kommersiya banklarının gəlir mənbəyi cəlb olunmuş (depozit) 

və  ssuda  verilmiş  vəsaitin  faiz  dərəcələri  arasındakı  fərqdən  ibarət 

olur.  

Kommersiya sahibkarlığının başqa bir qurumu isə fond birjaları-



dır.  Bu  birjalar,  yeni  təsərrüfatçılıq  şəraitində,  mütəmadi  fəaliyyət 

göstərən qiymətli kağızların alqı-satqı bazarıdır. Fond birjasının əsas 

fəaliyyəti  istiqamətləri  qiymətli  kağızların  məzənnəsini  (kursunu) 

müəyyən  etmək  və  kapitalın  səfərbərlik  səviyyəsinin  yüksəlməsinə 

şərait  yaratmaqdır.  Fond  birjalarında  qiymətli  kağızların  məzənnəsi 

isə onun faiz və ya dividend şəklində gətirdiyi gəlir və ssudanın faiz 

dərəcəsi vasitəsilə müəyyən olunur.  

Fond birjasına xarici valyutanın alqı və satqısı da aid edilir.  



Məsləhət  (konsaltinq)  sahibkarlığı. Konsaltinq – əmək məhsu-

lunun  istehsalçısı,  istehlakçısı  və  onların  vasitəçilərinə  iqtisadi  və 

idarəetmə  məsələləri  üzrə  müxtəlif  məsləhətlər,  tövsiyyələr  vermək 

və  onların  reallaşdırılması  yollarını  göstərməyə  yönəldilmiş  sahib-

karlıq fəaliyyətidir.  

Bir çox inkişaf etmiş ölkələrdə məsləhət xidmətinə çəkilən xərc-

lər  yeni maşın və avadanlıqların alınmasına çəkilən xərclərlə müqa-

yisədə daha səmərəli hesab olunur. Çünki bəzi firma və müəssisələr 

özlərinin istehsal potensialını – idarəetmə işində  yol verdikləri nöq-

sanlar ucbatından – reallaşdıra bilmirlər.  

Artıq çoxdandır ki, konsaltinq tipli sahibkarlıq ölkələrarası əmək-

daşlağa çevrilmiş, beynəlxalq əhəmiyyət kəsb etmişdir – bir ölkənin 

məsləhətçi-menecerləri  digər  ölkənin  firma  və  müəssisələrinə  öz 

tövsiyələrini verməyə başlamışlar. 



stehsal sahibkarlığı. Sahibkar fəaliyyəti növləri içərisində isteh-

sal  sahibkarlığı  aparıcı  rola  malikdir.  Bu  sahibkarlıqdan  məqsəd  – 

mənfəət  əldə  etmək  üçün  –  məhsul  hazırlamaq,  istehsal  xarakterli 

işlər görmək və xidmətlər göstərməkdir.  

Sahibkarlığın  bu  növü  istehsal  etmək  və  xidmətlər  göstərməklə 

yanaşı, həmdə digər fəaliyyət növləri ilə – istehsal istehlakı, investi-

siya və innovasiya, elmi-texniki fəaliyyətlə – məşğul olurlar. 

Sahibkarlığın  bu  növü  ilə  məşğul  olan  hər  kəs  nəyi  nə  qədər  və 

necə  istehsal  edəcəyini,  kimə  satacağını  əvvəlcədən  müəyyənləşdir-

məlidir.  stehsal sahibkarlığının ən ümumi şəkildə verilən bu funksi-




Telman Huseynov 

 

60



ya  və  vəzifələri  sonrakı  bölmə  və  fəsillərdə  tədricən  və  ardıcıllıqla 

konkretləşdirilib izah ediləcəkdir. 

Sahibkarlığın  əvvəllər  haqqında  bəhs  edilən  təşkilati-hüquqi  for-

maları ilə yanaşı, inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində təşkilati-

iqtisadi  formaları  da  olur.  Bunlar  konsern,  assosiasiya,  konsorsium, 

kartel, sindikat və maliyyə-sənaye qruplarıdır (MSQ). 

Sahibkarlığın  təşkilati-iqtisadi  formalarında  prioritet  məsələ  iqti-

sadi məsələdir, istehsal münasibətləridir.  



Konsern  –  kapitalın  və  istehsalın  yüksək  səviyyədə  təmərküz-

ləşməsi və mərkəzləşməsi əsasında yaradılmış səhmdar cəmiyyətidir. 

Konsern  özünün  müxtəlif  törəmə  şirkətlərin  səhmlərə  nəzarət  pake-

tini  əldə  edir.  Eyni  zamanda,  onun  (konsernin)  törəmə  müəssisələri 

digər,  bəzi  hallarda  hətta  əcnəbi  ölkələrin  səhmdar  cəmiyyətlərinin 

səhmlərinə nəzarət paketini ala bilərlər.  

Konsernin tərkibinə yalnız müxtəlif sənaye və nəqliyyat sahələri-

nin müəssisələri deyil, həm də bank, sığorta və digər firmalar da da-

xil ola bilər. Konsernə daxil olan müəssisə formal olaraq müstəqilli-

yini saxlayır. Faktiki olaraq onlar konsernin tam nəzarətində olurlar. 

Müasir  konsernlər  üçün  müxtəlif  ölkələrin  firmalarının  birliyi,  bey-

nəlxalq  əmək  bölgüsünə  əsaslanan  istehsalın  təşkili  formalarından 

olan ixtisaslaşma və kooperativləşmə də səciyyəvidir.  

Konsernin  təlimatına  görə,  bir  müəssisə  eyni  zamanda  iki 

konsernin tərkibinə daxil ola bilməz. 

Sahibkarlığın  təşkilati-iqtisadi  formalarından  biri  də  assosiasiya-

dır. 

Assosiasiya  –  müəyyən  məqsədə  çatmaq  üçün  iqtisadi  cəhətdən 

müstəqil  müəssisə,  təşkilat  və  fiziki  şəxslərin  birliyi,  ittifaqıdır.  As-

sosiasiya  konsernlə  müqayisədə  «demokratik»  bir  birlikdir.  Belə  ki, 

assosiasiyaya  daxil  olan  bir  müəssisə  digər,  başqa  analoji  qurumun 

da üzvü ola bilər. Bir qayda olaraq assosasiya öz hərəkətinə görə, ey-

ni ərazidə yerləşən ixtisaslaşmış müəssisələrdən ibarət olur. Bu qəbil-

dən  olan  birliklər  birgə  səy  əsasında  elmi-texniki,  istehsal,  iqtisadi, 

sosial və digər məsələlərin həlli ilə məşğul olurlar. 



Konsorsium – konkret və həm də, miqyasına görə nəhəng bir iq-

tisadi layihəni reallaşdırmaq üçün müəssisə və təşkilatların müqavilə-

yə  əsaslanan  müvəqqəti  birliyidir;  banklar  və  sənaye  müəssisələri 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə