TELMAN HÜSEYNOV
Azə
rbaycan Respublikasının ə
mə
kdar iqtisadçısı,
iqtisad elmlə
ri doktoru, professor,
Азярбайжан Республикасынын ямякдар мцяллими
F RMANIN
QT SAD YYATI
D ə r s l i k
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
982 saylı 10.08.2009-cu il tarixli əmrinə əsasən
ali məktəblər üçün dərslik kimi təsdiq edilmişdir.
Bakı-2009
Rə
yçilə
r: Azə
rbaycan Dövlə
t Neft Akademiyasının
«Maş
ınqayırma sə
nayesinin iqtisadiyyatı və
menecmenti»
kafedrasının müdiri, i.e.d., prof. Müş
fiq Atakiş
iyev
Azə
rbaycan Dövlə
t qtisad Universitetinin
«Biznesin təş
kili» kafedrasının müdiri,
i.e.d., prof. Alıcan Abbasov
Redaktor: i.e.n., dos. Bağ
ış
Ə
hmə
dov
Telman Əlihüseyn oğlu Hüseynov
Firmanın iqtisadiyyatı (dərslik).
Bakı, Azərnəşrin qrifi ilə çap olunub, 2009-cu il, 600 səhifə.
Dərslikdə sahibkarlığın və bazar iqtisadiyyatının əsas və ilkin subyekti,
ölkənin sosial-iqtisadi inkişafında həlledici rolu olan firmanın iqtisadi məsələləri
şərh olunmuşdur. Bununla bağlı istehsal firmasının iqtisadiyyatına aid olan
anlayış, göstərici, kateqoriya, qanunlar və qanunauyğunluqların vasitəsilə onun
fəaliyyəti öyrənilir və təhlil olunur. Firmanın təşkilatı formalarına (hüquqi,
iqtisadi) baxılır, kompleks şəkildə resurs təminatı, innovasiya və qiymət siyasəti,
istehsalın təşkili və ictimai təşkili formaları, onun idarəetmə mexanizmi, mar-
ketinq və investisiya fəaliyyəti, maliyyəsi və xarici iqtisadi əlaqələri şərh edilir.
Mikroiqtisadiyyatın mühüm tərkib hissəsi olan firma ilə makroiqtisadiy-
yatın analoq təşkil edən məsələlərinə - zərurət yarandığı hallarda - birgə ba-
xılmış, müqayisələr aparılmış və ümumiləşdirmələr edilmişdir.
Müəssisə və firmanın iqtisadiyyatı haqqında biliklərin tələbə tərəfindən
mənimsənilməsinin onların yüksək ixtisaslı iqtisadçı-mütəxəssis kimi forma-
laşmasında müstəsna əhəmiyyəti vardır.
Dərslik iqtisad profilli ali məktəblərin bakalavriatura təhsil mərhələsinin
tələbələri üçün yazılmışdır. Ondan aspirantlar, müəllimlər və habelə istehsal
firmalarının və sənaye müəssisələrinin işçiləridə istifadə edə bilərlər.
M Ü Q Ə
D D M Ə
Dünyanın qabaqcıl ölkələrinin sosial-iqtisadi inkişafında hər bir
elmin, xüsusilə təbiət elmlərinin rolu, əvvəllər olduğu kimi, indi də
və gələcəkdə də həlledici amil kimi öz rol və əhəmiyyətini saxlaya-
caqdır. Təbiət elmlərinin cəmiyyətin bazisində etdiyi keyfiyyət dəyi-
şiklikləri başqa elm sahələrinin də – ictimai elmlərin də – o cümlədən,
iqtisad elminin də ictimai-iqtisadi proseslərdə iştirakını zərurətə çevir-
mişdir. Baş verməkdə olan iqisadi və sosial proseslər haqqında bilik-
lərin toplanması və onların sistemləşdirilməsi – elmin yaranması –
həmin proseslərin idarə edilməsində, onların – lazım gələrsə – səmtinin
dəyişdirilməsində, sürətləndirilməsi və ya ləngidilməsində iqtisad el-
mi müstəsna rola malikdir. Bunlarsız elmi-texniki tərəqqinin səbəb
olduğu keyfiyyət və kəmiyyət dəyişiklikləri nəzarətdən çıxa, insanla-
rın onları idarəetmə imkanları məhdudlaşa bilər.
Sovetlər ttifaqı kimi nəhəng bir imperiyanın süqutu və bununla
əlaqədar olaraq, həmin məkandakı ölkələrin bir iqtisadi sistemdən –
sosializmdən – digərinə, yəni bazar iqtisadi sisteminə keçməsi iqtisa-
di proseslərə yenidən, başqa prizmadan baxmağı gündəmə gətirmiş-
dir. Bu gün həmin məkanda siyasi baxımdan müstəqil, iqtisadi ba-
xımdan isə suveren respublikalar yaranmış və onlar tədricən dünya
təsərrüfat sisteminə inteqrasiya olunmaqdadırlar. Bu qəbildən olan
ölkələrdən biri də Azərbaycan Respublikasıdır.
18 il öncə siyasi müstəqillik qazanan Azərbaycan ictimai həyatın
bütün sahələrində – iqtisadi, siyasi, elm və təhsil, incəsənət, idman və
s.-də – ciddi naliyyətlər əldə etmişdir. Ölkəmiz üçün xüsusilə XXI
əsrin başlanğıc illəri, xüsusilə, 2003-ildən bu yana olan dövr daha
çox uğurlu olmuşdur. Azərbaycan, özünün iqtisadi inkişafı və sosial
tərəqqisinə görə, dünyanın qabaqcıl ölkələri sırasına daxil olmuşdur.
Bütün baş
qa amillə
rlə
yanaş
ı Azə
rbaycanın iqtisadi artım sürə
-
tinə
görə
dünyanın lider ölkə
sinə
çevrilmə
sinin bir sə
bə
bi də
ölkə
-
mizin Ulu Öndə
r Heydə
r Ə
liyev tə
rə
fində
n iş
lə
nmiş
sosial-iqtisadi
inkiş
af konsepsiyasıdır və
hə
min strateji proqram hal-hazırda da
çox uğ
urla reallaş
dırılmaqdadır. Bir tərəfdən uğurlu iqtisadi siyasət
və digər tərəfdən aparılan bazar yönümlü islahatlar Azərbaycan Res-
publikasının iqtisadi inkişafının dönməzliyini təmin etmişdir.