Telman Huseynov
34
Kiçik firmaların iri firmalarla əməkdaşlığı nəinki mümkündür,
hətta – düzgün koordinasiya olunduqda – hər 2 tərəf üçün faydalıdır.
ri firmalar üçün hissə, bağlama, tərtibat, alət və s. üzrə ixtisaslaşmış
kiçik firmlar öz müstəqilliklərini saxlamaqla iqtisadi inkişaflarında
onlardan geri qalmırlar.
Müxtəlif ölkələrin müxtəlif maddi istehsal sahələrində iri, orta və
kiçik firmaların işləyənlərin sayına görə müəyyənolunma meyarı
fərqlənirlər. Kiçik, orta və iri müəssisələrin müəyyən edilməsində
işçilərin say həddi Azərbaycan Respublikasının qanunvericiliyi ilə
aşağıdakı kimi təsbit olunmuşdur (cədvəl 2.1).
Cədvəl 2.1
Müəssisələrin işçilərin sayına görə qruplaşdırılması
Cədvəldən göründüyü kimi, işçilərin say hədləri müxtəlif sahələ-
rin müəssisələri üçün müxtəlifdir. Məsələn, sənayedə bu interval 50;
51-300 və 300-dən çox kimidirsə, ticarətdə 10; 11-50 və 50-dən çox
həddində müəyyən edilmişdir.
Azərbaycan Respublikasında kiçik və orta firmaların sayı ilbəil
artmaqdadır. Bunun nəticəsidirki hal-hazırda sənayenin hər 10
müəssisəsindən 9-u kiçik və orta, yanız 1-i iri müəssisələrdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti özünün « qtisadi
fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdi-
rilməsi meyarlarının hədləri» haqqında 20.04.2004-cü il tarixli 57
saylı qərarı ilə kiçik müəssisələrə işçilərinin sayı və illik dövriyyəsi-
nin həcminə görə yenidən baxmış və qruplaşmanı aşağıdakı kimi
müəyyən etmişdir: sənaye – işçilərin sayı 40 nəfər, illik dövriyyənin
həcmi 200 min manat; kənd təsərrüfatı – işçilərin sayı 15 nəfər, illik
dövriyyənin həcmi 100 min manat; tikinti – işçilərin sayı 40 nəfər,
illik dövriyyənin həcmi 200 min manat; topdansatış ticarət – işçilərin
sayı 10 nəfər, illik dövriyyənin həcmi 300 min manat; sair müəssisə-
Sahə mənsubiyyətinə görə
müəssisələrin növləri
şçilərin sayına görə qruplaşdırma
kiçik
orta
iri
Sənaye
50
51-300
300-dən çox
Nəqliyyat
15
16-75
75-dən çox
Tikinti
25
26-150
150-dən çox
Ticarət
10
11-50
50-dən çox
Xidmət sahələri
10
11-50
50-dən çox
Fəsil 2. stehsal firmalarının təsnifatı, quruluşu və formaları
35
lər – işçilərin sayı 5 nəfər, illik dövriyyənin həcmi 100 min manata
qədər.
Qeyd etmək lazımdır ki, bir çox inkişaf etmiş ölkələrdə orta və
kiçik firmaların milli iqtisadiyyatın inkişafında, əhalinin sənaye məh-
sullarına və istehsal xarakterli xidmətlərə ehtiyaclarının ödənilməsin-
də rol və əhəmiyyətləri çox önəmli miqyas almışdır. Məsələn, ABŞ
və Yaponiyada orta və kiçik firmaların ölkənin ÜDM istehsalındakı
payları 50 faizdən çoxdur. Yaxud məşğul olanların sayında taliyanın
orta və kiçik firmalarının payı 73 faiz, Yaponiyada 78 faizdir və s.
Sosial və iqtisad inkişafın sürətləndirilməsində kiçik və orta fir-
maların imkanları bunu göstərir ki, bu qəbildən olan sahibkarlıq gələ-
cək dövrlərdə də inkişaf etdirilməlidir.
xtisaslaş dırılma də rə cə sinə görə firmalar ixtisaslaşdırılmış,
universal və qarışıq firmalara ayrılır. xtisaslaşdırılmış firmalarda ha-
zırlanma texnologiyasına görə oxşar, konstruktiv quruluşuna görə ey-
ni və istehsalı mütəmadi olaraq təkrarlanan məmulatlar hazırlanırsa,
universal firmalarda bir neçə adda məmulatlar istehsal olunur və on-
lar çox hallarda təkrarlanmır və ya vaxtaşırı təkrarlanır. Qarışıq fir-
malar isə hər iki növün əlamətlərini özündə əks etdirir.
stehsal mərhələsini əhatə etməsinə görə sənaye müəssisələri
üç qrupa ayrılırlar:
a) məhsulun hazırlanmasının bir mərhələsini əhatə edən sənaye
müəssisələri; belə müəssisələrə misal olaraq metaləritmə, porşen, şin,
diyircəkli yastıq, reduktor, karbürator və s. bu kimi məmulatlar isteh-
sal edən zavodları göstərmək olar;
b) məhsulun hazırlanmasının iki və ya daha çox mərhələsini əhatə
edən sənaye müəssisələri; bu növ müəssisələrə əyirmə, toxuma və
bəzəkvurma sexləri olan toxuculuq fabriklərini misal gətirmək olar;
c) məhsulun hazırlanmasının bütün mərhələlərini əhatə edən
sənaye müəssisələri; belə müəssisələrə misal olaraq avtomobil, trak-
tor, soyuducu və s. bu kimi tamamlanmış məhsullar istehsal edən
müəssisələri göstərmək olar.
stehsalın təşkili tipinə görə sənaye müəssisələrinin üç tipi:
kütləvi, seriyalı və fərdi tipləri olur:
– kütləvi istehsal tipli müəssisələrdə həcmcə böyük, lakin həm-
cins və istehsalı daima təkrarlanan məhsullar istehsal edilir;
Telman Huseynov
36
– seriyalı istehsal tipli müəssisələrdə məhsullar seriyalarla bura-
xılır və onlar müəyyən dövrlərdən bir təkrarlanır;
– fərdi istehsal tipli sənaye müəssisələrində geniş nomenklaturada
və çox hallarda istehsalı təkrarlanmayan məhsullar istehsal edilir.
stehsalın təşkili üsuluna görə fərdi, dəstəli və axınlı istehsal
üsuluna malik olan sənaye müəssisələri fərqləndirilir.
Axınlı istehsal üsulu istehsalın təşkilinin ən mütərəqqi üsulların-
dan biridir. Axınlı üsulla təşkil edilmiş müəssisələrə misal olaraq ma-
şınqayırma zavodlarını, metallurgiya və kimya kombinatlarını və s.
göstərmək olar.
stehsalın təşkilinin dəstəli üsulu məmulatların istehsala partiya-
larla buraxılması, bir iş yerinə bir neçə əməliyyatın təhkim edilməsi,
ixtisaslaşdırılmış avadanlıqla yanaşı universal avadanlıqdan da geniş
istifadə olunması və s. əlamətlərlə xarakterizə olunur. Müəssisədə dəstə-
li istehsal üsulundan seriyalı və kiçik seriyalı istehsallarda istifadə edilir.
stehsalın təşkilinin fərdi üsulu məhsulun vahid nümunəsinin və
ya kiçik partiya halında istehsalını nəzərdə tutur. O, mürəkkəb, uni-
kal (nadir) avadanlığın, xüsusi ləvazimatın və s. istehsalında istifadə
olunur.
Mexanikləş dirilmə si və avtomatlaş dırılması də rə cə sinə görə
sənaye müəssisələri üç növə: qismən mexanikləşdirilmiş sənaye müəs-
sisələri; kompleks mexanikləşdirilmiş sənaye müəssisələri və avto-
matlaşdırılmış sənaye müəssisələrinə bölünürlər.
Mülkiyyə t mə nsubiyyə tinə görə sənaye müəssisələri dörd qrupa:
dövlət, xüsusi, kollektiv və qarışıq mülkiyyətə əsaslanan sənaye müəs-
sisələrinə bölünürlər.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi fəaliyyətin idarə olunması,
əsasən, firma və müəssisələrdə qəbul edilən fərdi qərarların köməyi
ilə həyata keçirilir. Firma və müəssisədə – qarşıya qoyulmuş məqsəd-
lərə və mövcud şəraitə uyğun olaraq – məhdud istehsal resurslarından
optimal istifadə olunmaq yolu ilə cəmiyyətin tələbatlarının ödənil-
məsinin iqtisadi, sosial, maliyyə, texniki və s. məsələləri həll edilir.
Əvvəllər qeyd olunduğu kimi, istehsal firması ölkə iqtisadiyyatı-
nın əsası və bazarın subyekti olub, müəyyən mülkiyyət formasına,
fərdi və ya kollektiv əməyə əsaslanan, ictimai tələbatı ödəmək və
mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən və satan istehsal-
Dostları ilə paylaş: |