Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə11/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   7   8   9   10   11   12   13   14   ...   214

Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

 

27



raq  « qtisadiyyatın  dövlət  tənzimlənməsi»,  «Menecment»,  «Əməyin 

iqtisadiyyatı və sosiologiyası», «Marketinq», «Qiymətqoyma», «Biz-

nesin təşkili», «Maliyyə-kredit» və s.-ni göstərmək olar. 

«Firmanın iqtisadiyyatı» kursu həm sahə, həm də mövzu nişanəsi üz-

rə  ixtisaslaşmış  konkret  iqtisad  kurslarının  hamısı  ilə  qarşılıqlı  əlaqə  və 

asılılıqda inkişaf etmiş, özü zənginləşmiş və onları zənginləşdirmişdir. 

«Firmanın iqtisadiyyatı» elminin «Makro» - və «Mikroiqtisadiyyat» 

elmlərilə əlaqə və bağlılığı isə xüsusi qeyd olunmalıdır. 



«Firmanın  iqtisadiyyatı»  kursunun  iqtisad  fənləri  arasında 

yeri  və  əhəmiyyəti  firma  və  əssisələrin  ölkə  iqtisadiyyatının 

özülünü  təşkil  etməsi  ilə  müəyyən  olunur.  Bütün  konkret  iqtisad 

elmləri kimi «Firmanın iqtisadiyyatı» kursunun nəzəri əsasını «Mak-

roiqtisadiyyat» elminin müddəaları təşkil edir. O, artıq qeyd olundu-

ğu kimi, həm sahə və həm də mövzu nişanəsi üzrə ixtisaslaşmış iqti-

sad elmlərinin hamısı ilə sıx surətdə əlaqədardır. 

4. Kursun vəzifələri və məzmunu 

«Firmanın iqtisadiyyatı» kursu «Ümumi iqtisadiyyat» və «Müəssisə 

iqtisadiyyatı və idarə edilməsi» istiqamətlərinin bütün ixtisaslarından 

iqtisadçı bakalavr təhsil səviyyəsi üzrə iqtisadçı kadr hazırlığı prose-

sində tədris olunan əsas fənlərdən biridir.  

Kursun vəzifələrindən biri istehsalın idarə olunması və xüsusilə, iq-

tisadi  və  hüquqi  islahatlardan  irəli  gələn  vəzifələrlə  əlaqədlar  olaraq 

idarəetmə sisiteminin təkmilləşdirilməsi, dövlətin müəssisə iqtisadiyya-

tına dair tənzimlənmə tədbirləri və s. bu kimi məsələləri öyrənməkdir. 

«Firmanın  iqtisadiyyatı»  kursunun  tədrisində  məqsəd  tələbələri 

bazar iqtisadiyyatının ümumi qanunauyğunluqlarının müəssisədə təza-

hürü  xüsusiyyətləri  və  onun  fəaliyyətinə  təsiri  formaları,  təsərrüfat 

tədbirlərinin həyata keçirilməsinin konkret  yolları, texniki, texnoloji 

və iqtisadi siyasətin planlaşdırılıması, istehsalın iqtisadi səmərəliliyi-

nin qiymətləndirilməsi metodologiyası, habelə idarəetmə qərarlarının 

əsaslandırılması metodları sahəsində təcrübədə təsdiqini tapmış bilik-

lərlə silahlandırmaqdır. 

Kursun tədrisində əsas məqsəd iqtisadçı-bakalavrlara bazar mü-

nasibətləri şəraitində müəssisələrin iqtisadiyyatının bütün məsələləri 

haqqında zəruri bilikləri verməkdir.  




Telman Huseynov 

 

28



Oxuculara təqdim olunan bu dərsliyin məzmunu və quruluşu fir-

ma və müəssisələrin iqtisadiyyatı ilə bağlı proseslərin qarşılıqlı əlaqə 

və asılılığı nəzərə alınmaqla məntiqi ardıcıllıqla qurulmuşdur.  

«Firmanın iqtisadiyyatı» kursunun səmərəli tədrisi və tələbələr tə-

rəfindən  asan  mənimsənilməsi  məqsədi  ilə  mövzular  aşağıdakı  böl-

mələr üzrə qruplaşdırılmışdır. 



Dərsliyin «Firma, onun iqtisadiyyatı kursunun tədqiqat obyekti, 

predmeti və məzmunu» adlanan ilk bölməsində müəssisə və firmanın 

oxşar cəhətləri və fərqləri haqqında iqtisadi ədəbiyatda mövcud olan çox-

saylı baxışlar nəzərdən keçirilmiş, onların səhf, doğru olan və habelə mü-

bahisə doğuran cəhətləri göstərilmiş, ümumiləşdirmələr aparılmış və nəti-

cələr çıxarılmışdır; müəssisənin firmaya çevrilməsinin ilkin həlledici şərt-

ləri – kommersiyalaşdırılması və restruktirizasiyası – səciyyələndirilmiş-

dir. Burada iqtisadiyyatın həm elmi-nəzəri, empirik və həm də metodoloji 

baxımdan tədqiqi və səmərəli idarə edilməsinin təşkili üçün o, özünün 4 

tərkib hissəsinə bölünmüşdür – «Makro» və «Mikro» iqtisadiyyat, «Mezo» 

və «Meqo» iqtisadiyyat. Bunlardan hər birinin ayrılıqda məzmunları açıl-

mış, tərifləri verilmiş,onlar müqaisə olunmuş, əlaqələri göstərilmiş və bun-

ların milli iqtisadiyyatın inkişafındakı rol və əhəmiyyəti göstərilmişdir. Bu 

bölmədə  habelə  «Mikro  iqtisadiyyat»ın  tərkib  hissəsi  olan  «ev  təsərrüfa-

tı»na xüsusi yer verilmişdir. Daha sonra isə «Firmanın iqtisadiyyatı» kur-

sunun  tədqiqat  obyekti  və  predmeti  şərh  olunmuş  və  əsaslandırılmışdır. 

Bölmənin sonunda kursun məzmunu, vəzifələri və quruluşu verilmişdir. 



« stehsal firmalarının təsnifatı, quruluşu və formaları» adla-

nan  II  bölmədə, ilk öncə, firmaların təsnifatı verilmiş, bazar iqtisa-

diyyatı  şəraitində  onların  məqsəd  və  vəzifələrinin  müəyyənləşdiril-

məsinə, onların bazar əlaqələrinin öyrənilməsinə xüsusi yer verilmiş-

dir. Burada habelə firmaların quruluşuna və onu müəyyən edən amil-

lərə xüsusi diqqət yetirilmişdir. Məlumdur ki, bazar iqtisadiyyatına ke-

çidlə  bağlı  özəlləşdirmənin  həyata  keçirilməsi,  iqtisadiyyatda  və  sə-

naye  müəssisələrində  sahibkarlıq  fəaliyyəti  geniş  vüsət  almışdır.  Bu 

səbəbdən də kitabın bu bölməsində sahibkarlıq, onun inkişaf mərhələ-

ləri, firmaların təşkilatı-hüquqi və təşkilatı-iqtisadi formaları və firma-

nın xarici və daxili mühitinin öyrənilməsinə lazımınca yer verilmişdir. 



Dərsliyin  III  bölməsi  « stehsal  firmasında  istehsal  prosesi  və 

istehsalın ictimai təşkili formaları» adlanır. Burada istehsal prose-


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə