Telman Huseynov
18
Bundan sonra, təmsilçi müəssisənin (firmanın) iqtisadi göstərici-
ləri qalan bütün təsərrüfat subyektlərinə də şamil edilir və ölkə iqtisa-
diyyatının ümumi göstəricilərindəki (məhsul istehsalı, qiymətin sə-
viyyəsi və s.) dəyişiliklər aşkar olunur, mühüm istehsal amilləri ara-
sındakı qarşılıqlı təsir və asılılıq müəyyənləşdirilir. Bu, makroiqtisa-
diyyatın əsas tədqiqat metodudur. Dövlət isə təhlildən alınmış nəticə-
lər əsasında iqtisadiyyatın tənzimlənməsi məqsədilə tədbirlər işləyib
hazırlayır, özünün iqtisadi siyasətində təshihlər aparır.
Makroiqtisadiyyat elmi ölkə miqyasında baş verən iqtisadi meyl-
ləri tədqiq edərkən müəssisə, firma və regionların çoxsaylı məlumat-
larına əsaslanaraq ümumi göstəricilərin hesablanmasına nail ola bilir.
Bu qəbildən olan göstəricilərdən biri milli gəlir və onun hesablanma-
sıdır. Makroiqtisadi tədqiqatlarda ölkə iqtisadiyyatında «milli gəlir»
göstəricisinin köməyi ilə məhsulun ümumi buraxılışı, gəlir, yığım,
investisiyanın həcmi və s. haqqında mötəbər məlumatlar əldə etmək
mümkün olur. Milli gəlirin hesablanması «texnologiya»sını düzgün
dərk etmək isə metodoloji aspektdə «Makroiqtisadiyyat» elminin tə-
məl prinsiplərindən biridir.
Mikroiqtisadiyyat elmi isə
iqtisadiyyatın istehsal sahə
lə
ri, müx-
tə
lif müə
ssisə
və
ya istehsal firmaları, ə
mtəə
və
maliyyə
bazarları,
bankları, ev tə
sə
rrüfatı kimi iqtisadi strukturları və
onların ünsür-
lə
rinin fə
aliyyə
tini tə
dqiq edir. Lakin Mikroiqtisadiyyat üçün, bunlar-
dan heç birinin əhəmiyyətini azaltmadan, ölkə iqtisadiyyatının inkişa-
fında istehsal firmalarının və ev təsərrüfatının əhəmiyyəti çox önəm-
lidir, bu, şəksiz belədir. Çünki istehsal firmalarının və ev təsərrüfatının
iqtisadi inkişafı makroiqtisadiyyatın bütün göstəricilərinə – tələb və
təklif, milli gəlir, məşğulluq, qiymət, inflyasiya, xarici ticarət və s. –
müsbət planda təsir göstərir və onların dinamikasında baş verən dəyi-
şikliklərdə həlledici rol oynayırlar. Beləliklə, müəyyən şərtilik daxilin-
də mikroiqtisadiyyatın tərkibini qarşılıqlı əlaqə və asılılıqda olan 2 mü-
hüm sektora bölmək olar: istehsal firması (müəssisə) və ev təsərrüfatı.
Ev təsərrüfatı insanların fəaliyyət göstərdikləri 3 iqtisadi sub-
yektdən – dövlət, firma (müəssisə), ev təsrrüfatı - biridir.
Ev təsərrüfatı – iqtisadi fəaliyyətin əsas sferalarından biri olub,
iqtisadiyyatı istehsal resursları ilə, xüsusilə, iş qüvvəsi ilə təmin edən
və bunun müqabilində əldə olunan pul vəsaiti ilə əmtəə və istehsal
Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu
19
xarakterli xidmətləri satın almaqla insanların maddi təlabatlarının
ödənilməsinə sərf edən iqtisadi subyektdir.
Miqyasının məhdudluğu baxımından, daha doğrusu, sözün dar
mənasında «ev təsərrüfatı» özünə məhsul istehsal edən və müxtəlif
sayda insanlardan ibarət olan ailənin təsərrüfatı deməkdir. Bu bir ne-
çə nəsli birləşdirən və birgə yaşayan, müəyyən iqtisadi resurslara ma-
lik olan və habelə müəyyən mülkiyyət sahibi olub təsərrüfatla məşğul
olan bir nəfərdən də ibarət ola bilər.
Miqyasının genişliyi mənasında ev təsərrüfatı milli iqtisadiyyatın
tərkib hissəsi və eyni zamanda onun fəaliyyətinin aparıcı qüvvələrindən
biri olub məhsul istehsal etmək, xidmətlər göstərmək üçün ictimai isteh-
salın (ölkə iqtisadiyyatının) iş qüvvəsi və digər resurslarla təminatçısı-
dır. Digər resurslar dedikdə, məsələn, buraya hər bir şəxsən dövlət büd-
cəsinə özünün gəliri müqabilində ödədiyi vergi, aldığı əmək haqqının
müxtəlif əmtəələrin alınmasına xərcləməklə dövlətin maliyyə resursları-
nın formalaşmasını və s. göstərmək olar. Dövlət isə öz tərəfindən ev
təsərrüfatının – üzvlərini tələbəni təqaüdlə təmin edir, şagirdin təmənna-
sız təhsil almasına qərar verir, yaşlılara pensiyaların verilməsinə zamin
durur – bu kimi qayğıları öz üzərinə götürür. Belə qarşılıqlı əlaqələr,
nəticə etibarilə, milli iqtisadiyyatın əsasını təşkil edən subyektlərdən biri
kimi ev təsərrüfatının heyyətinin rifahının yaxşılaşdırılması üçün şərait
yaratmaqda dövlətin rolu təkzib olunmazdır və həlledicidir.
stehsal firmaları (müəssisələr) ilə ev təsərrüfatının qarşılıqlı əlaqələ-
rinə gəldikdə isə, göstərmək lazımdır ki, ev təsərrüfatı, mülkiyyətçisi ol-
duğu kapital, torpaq və təkrar istehsalı ilə məşğul olduğu iş qüvvəsi kimi
resursları firmalara satmaqla əvəzində onlardan müxtəlif əmtəələr və
xidmətlər alırlar. Firmalar isə özünün satdığı əmtəə və xidmətlər mü-
qabilində əldə etdiyi pulu ev təsərrüfatlarından istehsal resursları almağa
sərf edirlər. Beləliklə «nə istehlak olunmalı» və «nə istehsal edilməlidir»
məsələlərini məhz ev təsərrüfatı həll edir. Ev təsərrüfatının təklif etdiyi
resursların həcmi firmaların istehsal proqramını, investisiya fəaliyyətini
müəyyən edir, onları əsaslandırmaq üçün həlledici şərt olur. Əgər firma
nə istehsal edəcəyini özü nizama salırsa, ev təsərrüfatı isə nələri istehlak
edəcəklərini əvvəlcədən planlaşdırırlar. Bir sözlə, ev təsərrüfatı ilə fir-
malar birlikdə istehsal resursları ilə yaradılan məhsulların hərəkətini tə-
min edir, uzlaşdırır və bu proseslər fasiləsiz olaraq təkrarlanır.