Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə15/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   11   12   13   14   15   16   17   18   ...   214

Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

37



texniki, təşkilati və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs statuslu 

istehsal-təsərrüfat vahididir. 

stehsal firması və müəssisələrin tərkibinə daxil olan struktur böl-

mələrinin  istehsal-texniki  vəhdətliyi  ya  buraxılan  məhsulların  iqti-

sadi  təyinatının  ümumiliyi,  ya  da  onların  konstruktiv  quruluşları  və 

hazırlanması  texnologiyalarının  oxşarlığı  ilə  şərtlənir.  Bu,  birincisi, 

istehsal proseslərinin qarşılıqlı əlaqələrinə, yəni hər bir xüsusi istehsal 

texnologiyasının əmək predmetini hazır məhsula çevirə bilən ümumi 

bir prosesin tərkib hissəsi olmasına əsaslanır.  kincisi, həmin vəhdət-

lik  əmək  vasitələri  və  əmək  predmetlərinin  müəyyən  sisteminə  söy-

kənir, başqa sözlə, maşınlar (aqreqatlar) dəsti və material-enerji axın-

larının  kəmiyyət  asılılığına  və  hər  bir  firma  tərkibində  nisbətən  sabit 

məkan  bağlılığına  malik  olurlar.  Üçüncüsü,  firmanın  istehsal-tə-

sərrüfat fəaliyyətinə xidmət göstərmək baxımından ümumi olan kö-

məkçi və xidmətedici bölmələrin mövcudluğuna və, əlbəttə, müəssi-

sənin müəyyən əraziyə malik olmasına əsaslanır. 



Təşkilati  vəhdətlik  idarəetmənin,  perspektiv,  cari  və  operativ 

planların,  uçot  və  hesabatın  vahid  sisteminin,  vahid  nizamnamənin 

mövcudluğu  ilə  müəyyən  olunur  və  bütün  müəssisələr  özlərinin  ni-

zamnamələri əsasında fəaliyyət göstərirlər. Müəssisənin nizamnamə-

si,  təsisçi  bir  fiziki  və  ya  bir  hüquqi  şəxs  olduqda  onların  özləri  tə-

rəfindən, təsisçiləri iki və ya daha çox fiziki və hüquqi şəxs olduqda 

isə onların (təsisçilərin) ümumi yığıncağı tərəfindən təsdiq edilir.  

qtisadi vəhdətlik isə öz əksini firmanın qarşısında duran iqtisadi 

və sosial vəzifələr, onların həlli üçün cəlb olunmuş istehsal resursları, 

həmçinin istehsal-təsərrüfat fəaliyyətinin nəticələrinin ümumiliyində 

tapır.  qtisadi  vəhdətlik  material-enerji  resurslarının  və  maliyyə  və-

saitlərinin bütün növlərinin vahid dövriyyədə birləşdirilməsi ilə əldə 

olunur. Maliyyə vəsaitləri öz növbəsində, ümumi balansda (maliyyə 

planında) təsbit edilir.  

Firmanın  hüquqi  şəxs  səlahiyyətlərinə  malik  olması  o  deməkdir 

ki, o, müstəqil balansa malik olmaqla, bankda hesab aça və hesablaş-

ma əməliyyatları apara bilər, digər müəssisə, təşkilat və idarələr, həm-

çinin ayrı-ayrı fiziki şəxslərlə müqavilə münasibətlərinə girə bilər. 

Firma hüquqi şəxs kimi iştirakçılarının tərkibindən asılı olmayaraq, 

prinsipcə, müddətsiz mövcud olur, ayrı-ayrı iştirakçılarının iradələri ilə 



Telman Huseynov 

 

38



üst-üstə düşməyən, müstəqil iradəyə və iştirakçılarının mülkiyyətindən 

fərqli olan, xüsusiləşmiş mülkiyyətə malik olur, öz əmlakı ilə öz öhdə-

liklərinə görə müstəqil məsuliyyət daşıyır, öz adından əqdlər bağlayır. 

Firma onun təsisçilərinin mülkiyyətindən fərqli olan xüsusiləşmiş 

əmlaka malikdir və bunun əmələ gəlməsi mənbələri aşağıdakılardır: 

– təsisçilərin pul və maddi payları; 

– məhsul satışından, görülən işlərdən, göstərilən xidmətlərdən və 

habelə təsərrüfat fəaliyyətinin digər növlərindən əldə edilən gəlirlər; 

– qiymətli kağızların satışından əldə edilən gəlirlər; 

– bank kreditləri və digər kreditlər; 

– kapital qoyuluşu və büdcədən dotasiyalar; 

– hüquqi və fiziki şəxslərin əvəzsiz verdikləri vəsaitlər; 

– digər mənbələrdən daxil olan vəsaitlər. 

Firma və müəssisədə istehsal-təsərrüfat fəaliyyətinin həyata keçi-

rilməsi  məhdud  miqdarda  istehsal  resurslarından  istifadəyə  dair  qə-

rarların qəbul edilməsi ilə əlaqədardır. Qərarların qəbulu səmərəlilik 

prinsipinə  cavab  verməli,  firma  və  ya  müəssisənin  fəaliyyətinə  təsir 

göstərən bütün amilləri nəzərə almalı və qarşıya qoyulmuş məqsədlə-

rə uyğun olmalıdır. 

Firmanın istehsal-kommersiya fəaliyyətinin qarşısında duran məq-

sədlər, qərarların qəbul edilməsi ilə əldə olunması arzu edilən son nə-

ticələri özündə əks etdirir.  

Qeyd etmək lazımdır ki, ümumiyyətlə – fikrin məhdud mənasında – 

firma  və  müəssisənin  yaradılmasının  əsas  məqsədi  onun  təsisçilərinin 

maddi maraqlarıdır, onların rifah halının yaxşılaşdırılmasıdır. Bu isə mən-

fəətin  maksimumlaşdırılması  ilə  bağlı  olduğundan,  firmanın  istehsal-

kommersiya fəaliyyəti, bütün hallarda, həmin məqsədin reallaşdırılma-

sına yönəldilir. Elə buna görə də mənfəətin maksimumlaşdırılması xü-

susi sahibkarlığın əsas hərəkətverici motividir, onun «lokomotividir». 

Əsas məqsədlə əlaqədar firma və müəssisələrin qarşısında konk-

ret vəzifələr qoyulur və bunlara aşağıdakılar aiddirlər: 

– ən az xərclə daha yüksək iqtisadi nəticələr əldə etmək; 

– buraxılacaq məhsulların keyfiyyətini mütəmadi olaraq yaxşılaş-

dırmaq və onun rəqabətqabiliyyətini artırmaq;  

–  innovasiya  əsasında  yeni  növ  məhsulların  hazırlanmasını  və 

mənimsənilməsini təmin etmək; 




Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

39



 – əmək məhsulldarlığının yüksəldilməsinə və fondveriminin artı-

rılmasına nail olmaq; 

– elmi cəhətdən əsaslandırılmış normativ və normaları işləyib ha-

zırlamaq və ümumiyyətlə, normalaşdırma işlərini təkmilləşdirmək; 

– istehlakçıların sifarişlərinin vaxtında və tələb olunan keyfiyyət-

də yerinə yetirilməsini təmin etmək üçün zəruri təşkilati-texniki, iqti-

sadi və digər tədbirləri işləyib hazırlamaq və onları həyata keçirmək; 

– müəssisənin rentabelli işləməsinə, material-enerji, əmək və ma-

liyyə resurslarından səmərəli istifadə etməklə məhsulun (işin, xidmə-

tin) maya dəyərinin aşağı salınmasına nail olmaq;  

– əmək kollektivinin iş şəraitini yaxşılaşdırmaq və sosial qəbildən 

olan  məsələlərin  həlli  üçün  tədbirlər  işləyib  hazırlamaq  və  bunları 

realizə etmək və s. 

2.  stehsal firmasının quruluşu və onu müəyyən edən amillər  

Hər hansı bir firmanın və ya müəssisənin səmərəli fəaliyyətinin zə-

ruri şərtlərindən biri onların təkmil istehsal və idarəetmə (funksional) 

strukturunun formalaşdırılmasıdır.  



Firmanın  istehsal  quruluşu  bir-birilə  qarşılıqlı  surətdə  bağlı  və 

asılılıqda  olan  müxtəlif  vəsilələrdən:  sexlərdən,  istehsal  sahələrindən 

və ayrı-ayrı iş yerlərindən ibarət olur.  stehsal quruluşu onun tərkibinə 

daxil olan vəsilələr arasındakı kəmiyyət nisbətini ifadə edir. Firma və 

müəssisənin iqtisadiyyatına aid ədəbiyyatda onun iki növünü: ümumi 

və istehsal quruluşlarını fərqləndirirlər.  

Müəssisənin (firmanın) ümumi quruluşu dedikdə, onun tərkibini təş-

kil edən həm istehsal, həm də qeyri-istehsal sahələrinin məşğul etdikləri 

meydançaların, onların işçilərinin sayının, məhsul buraxmaq və xidmət 

göstərə bilmək qabliyyətlərinin kəmiyyət nisbətləri nəzərdə tutulur.  

stehsal  firmasının  istehsal  quruluşu  dedikdə  isə,  yalnız  istehsal 

bölmələri – sexlərin, istehsal sahələrinin, xidmət bölmələrinin (məh-

sul istehsalında birbaşa və dolayı yolla iştirak edən bölmələr) arasın-

dakı məcmu qarşılıqlı əlaqələri başa düşülür. Firmanın quruluşu onun 

təsisçiləri  tərəfindən,  müəssisədaxili  bölmələrin  (məsələn,  sexlərin) 

quruluşu  isə  müəssisənin  rəhbərliyi  tərəfindən  müəyyən  edilir.  Fir-



manın  istehsal  quruluşu  istehsal  bölmələri  arasındakı  nisbətləri 

və  qarşılıqlı  əlaqələri,  sexlər  və  istehsal  sahələri  arasında  əmə


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə