Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə13/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   9   10   11   12   13   14   15   16   ...   214

Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

 

31



ixrac  əməliyyatları,  fəaliyyətin  tənzimlənməsi  vəzifələri,  firmanın 

xarici  iqtisadi  fəaliyyətinin  səmərəli  təşkilində  kömrük  siyasətinin 

rolu və əhəmiyyəti kimi məsələlərə lazımınca diqqət yetirilmişdir. 

 Dərsliyin müəllifi belə hesab edir ki, «Firmanın iqtisadiyyatı» dər-

sliyinin təklif edilən məzmunda və quruluşda təhsilin bakalavr səviy-

yəsində hazırlanan iqtisadçılara istehsal firmalarının iqtisadiyyatı haq-

qında zəruri biliklərin mənimsənilməsinə köməklik göstərə biləcəkdir. 

 Ümumiyyətlə, oxuculara təqdim olunan bu dərsliyin strukturu 8 

bölmədən, 21 fəsildən və 102 sualdan ibarətdir. 

 Nəhayət, dərsliyin sonunda «Firmanın iqtisadiyyatı» kursuna bir 

başa və dolayısı ilə aid olan məfhum və anlayışların izahlı lüğəti tər-

tib  olunmuşdur;  burada  230-a  qədər  məfhum  və  anlayışların  məz-

munları açıqlanmış, onların qısa şərhləri verilmişdir. 

 Dərsliyin  sonunda  isə  onun  yazılmasında  istifadə  olunmuş  ədə-

biyyatın siyahısı verilmişdir. 

 

 



 

F   K   R L Ə Ş   N 

 

1. Firma haqqında nəzəriyyələrə (neoklassik, instisional, davranma) 

mövqeniz necədir? 

2.  Firma  və  müəssisənin  oxşar  cəhətləri  və  fərqlərini  izah  edə 

bilərsinizmi? 

3. «Makro»- və «Mikroiqtisadiyyat»ın vəhdəti və fərqlərini şərh edin. 

4.  Makroiqtisadiyatın  inkişafında  ev  təsərrüfatının  yeri  və  rolu 

haqqında nələri söyləyə bilərsiniz? 

5.  «Firmanın  iqtisadiyyatı»  kursu  nəyi  öyrənir  və  onun  tədqiqat 

obyekti nədir? 

6.  «Firmanın  iqtisadiyyatı»  kursunun  tədqiqat  metodlarını  izah 

edə bilərsinizmi? 

7.  «Firmanın  iqtisadiyyatı»  kursunun  məzmunu,  vəzifələri  və 

quruluşun aydınlaşdırın. 



 


 

 

32



 

 

 

 

 

 

BÖLMƏ II 

STEHSAL F RMALARININ TƏSN FATI, QURULUŞ

VƏ FORMALARI 

 

Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları

1.  stehsal firmalarının təsnifatı  

2.  stehsal firmasının quruluşu və onu müəyyən edən amillər 

3. Sahibkarlıq və firmanın (müəssisənin) təşkilati-hüquqi formaları 

4. Sahibkarlığın təşkilati-iqtisadi formaları, firmanın xarici və 

daxili mühiti 

5Firmanın yaradılması və ləğvi qaydaları  

1. stehsal firmalarının təsnifatı  

Müxtəlif sahələrə mənsub firma və müəssisələrdə istehsal prosesi 

və onun həyata keçirilməsi şəraitləri bir-birindən fərqlənir. Bu səbəb-

dən  də,  ayrı-ayrı  müəssisələrdə  istehsalın  təşkili  və  idarə  edilməsi, 

əməyin  və  material-enerji  ehtiyatlarının  normalaşdırılması,  əməyin 

ödənilməsinin  təşkili  və  s.  bu  kimi  məsələlər  müxtəlif  olur.  Bütün 

bunlara  görə  də,  istehsal  firmaları  və  ya  sənaye  müəssisələri  aşağı-

dakı əlamətlərə görə təsnifləşdirilir. 



Buraxılan məhsulun iqtisadi təyinatına görə bütün sənaye müəs-

sisələri  iki  əsas  qrupa:  istehsal  vasitələri  və  istehlak  şeyləri  istehsal 

edən  sənaye  müəssisələrinə  bölünür.  stehsal  vasitələri  istehsal  edən 

sənaye müəssisələrinə – metallurgiya, energetika, maşınqayırma, kim-

ya sənaye müəssisələri və s. aiddirlər. Bu sahələrin müəssisələri elmi-

texnki  tərəqqi  əsasında  həm  özlərinin  və  həm  də  ümumiyyətlə  isteh-

salın iqtisadi səmərəliliyinin yüksəldilməsində və intensivləşdirilməsin-

də həlledici rol oynayırlar. Başqa sözlə, həmin müəssisələr elmi-texniki 

tərəqqinin maddi əsası, bələdçiləri və deməli, təminatçılarıdırlar. 



Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

33



Əhalinin  maddi  və  mədəni  həyat  səviyyəsinin  yaxşılaşdırılması, 

əsasən, istehlak şeyləri istehsal edən firma və müəssisələr tərəfindən 

həyata keçirilir. Belə müəssisələrə misal olaraq, yeyinti və yüngül sə-

naye sahələrinin müəssisələrini göstərmək olar.  



stehsal etdikləri xammal və materialların xarakterinə görə ha-

siledici və emaledici sənaye müəssisələri fərqləndirilir. Hasiledici müəs-

sisələr təbiətin vermiş olduğu sərvətləri – təbii sərvətləri – əldə edirlər. 

Bu növ müəssisələrə misal olaraq, neft, qaz, dəmir filizi və s. hasil edən 

müəssisələri  göstərmək  olar.  Emaledici  sənaye  müəssisələri  isə  ha-

siledici sənayenin və kənd təsərrüfatının verdiyi xammalı emal edirlər. 



l  ərzində  işləmə  müddətlərinə  görə  müəssisələr  üç  qrupa  ay-

rılır:  bütün  il  boyu  fasiləsiz  işləyən  sənaye  müəssisələri  (məsələn, 

domna sobaları, marten peçləri, neftayırma zavodları və s.), bütün il 

boyu  fasiləli  işləyən  sənaye  müəssisələri  (məsələn,  maşınqayırma 

zavodları) və mövsümi işləyən sənaye müəssisələri (məsələn, şəkər, 

konserv, pambıqtəmizləmə və s. zavodlar). 



Fəaliyyət miqyasına görə müəssisələr kiçik, orta və iri müəssisələrə 

bölünürlər. Dünya təcrübəsi göstərir ki, iqtisadiyyatın inkişaf səviyyə-

sindən asılı olmayaraq müəssisələrin kiçik, orta və iri sahibkarlığa aid 

edilməsi  demək  olar  ki,  bütün  bazar  iqtisadiyyatı  ölkələrində  həyata 

keçirilir. Həm də bu zaman əsas meyar kimi işçilərin sayı qəbul edilir. 

Bazar  iqtisadiyyatı  şəraitində  işləyən  inkişaf  etmiş  ölkələrdə 

miqyasına görə kiçik, orta və iri firmalar (müəssisələr) eyni zamanda, 

paralel olaraq fəaliyyət göstərirlər. 

ri müəssisələrin orta və kiçiklərə nisbətən üstünlüyü onların güclü 

maliyyə  vəsaitlərinə,  maddi  və  əmək  resurslarına  malik  olmaları  ilə 

izah  edilir.  Belə  firmalar  elmi-texniki  işləmələr  aparmağa,  özlərinin 

texnoloji istehsal üsullarını dəyişdirməyə, istehsal heyyətinin ixtisas 

dərəcəsini və ya təhsil senzini yüksəltməyə qadir olan təsərrüfat sub-

yektləridirlər. Lakin bütün bunlara baxmayaraq – tətbiq sahəsi düzgün 

müəyyən olunduğu təqdirdə – orta və kiçik sahibkarlıq cəmiyyətin eh-

tiyaclarının ödənilməsində əhəmiyyətli dərəcədə rol oynaya bilirlər. 

Kiçik  firmalar  bir  çox  hallarda  özlərindən  başqa  iri  firmalarlada 

rəqabət apara bilirlər. Onlar bazar konyunkturasının dəyişməsinə qar-

şı həsas olur, az kapital sahibi olduqlarından iri firmaların təsirlərinə 

tab gətirə bilirlər. 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə