Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə6/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   2   3   4   5   6   7   8   9   ...   214

Telman Huseynov 

 

16



tədqiqat  obyekti  iqtisadi  hadisə  və  proseslər,  istehsal  münasibətləri 

olan iqtisad elmidir. Bu elm özünün ixtisaslaşmış sahələri ilə iqtisa-

diyyatın bütün səviyyələrində mövcud olan qanun və qanunauyğun-

luqları  həm  nəzəri  və  həm  də  tətbiqi  baxımdan  təhlil  və  tədqiq  et-

məklə, alınan nəticələri ümumiləşdirməklə məşğul olur. 

qtisad  elminin  müstəqilləşmiş  sahələrindən  biri  də  –  təbii  ki, 

özünün tədqiqat obyekti və predmeti olan – «Firmanın iqtisadiyyatı» 

elmidir.  

Məlum oduğu kimi, hər hansı bir ixtisasdan mütəxəssis hazırlan-

ması prosesində – tələbələrin elmi-nəzəri və empirik biliklərlə silah-

landırılmasında  –  mükəmməl  tədris  proqramları  əsasında  yazılmış 

dərsliklərin  əhəmiyyəti  çox  böyükdür.  Firmanın  iqtisadiyyatına  həsr 

olunmuş dərslik də, bu baxımdan istisnalıq təşkil etmir. 

ki yunan sözünün – «oykos» (ev, təsərrüfat) və «nomos»un (qanun, 

qayda)  birləşməsindən  əmələ  gələn  «Oykonomiya»nın  Azərbaycan 

dilinə tərcüməsi «təsərrüfata rəhbərlik» mənasını verir. Lakin bunun-

la  yanaşı  «Oykonomiya» sözü rus dilinə  «Ekonomika», Azərbaycan 

dilinin  lüğət  fonduna  isə  mənşəyinə  görə  ərəb  sözü  olan  « qtisadiy-

yat» kimi qəbul olunmuşdur. 

Ə

gər  iqtisadiyyat  bir  tərəfdən  insanların  çox  geniş  miqyaslı 



fəaliyyət və onların maddi və sosial ehtiyaclarını təmin edən ye-

ganə təsərrüfat sferasıdırsa, digər tərəfdən o, həm də, elm sahələ-

rindən  biridir.  « qtisadiyyat»  bir  elm  sahəsi  kimi  bazar  strukturla-

rının  və  cəmiyyətin  təsərrüfat  subyektlərinin  fəaliyyət  mexanizmini, 

onların qarşılıqlı əlaqə, asılılıq və təsirlərini tədqiq edir, öyrənir. 

qtisadi həyatın əsas proseslərinin mahiyyətini, ən ümumi iqtisadi 

qanun  və  qanunauyğunluqları, iqtisadiyyatın tənzimlənməsinin nəzəri 

məsələlərini « qtisadi nəzəriyyə» elmi öyrənir. « qtisadi nəzəriyyə»nin 

tədqiqat  obyektinin  əsasını  iqtisadi  inkişaf,  bütövlükdə  ölkə  iqtisa-

diyyatının və ayrı-ayrı təsərrüfat strukturlarının fəaliyyət məsələləri, 

iqtisadi siyasətin prinsiplərinin elmi-nəzəri cəhətdən öyrənilməsi təş-

kil edir. Ümumiyyətlə, nəzəri elmlərin tədqiqat obyekti, bütün hallar-

da, tarixən, elmin özü olmuşdur. 

Əgər iqtisadiyyatın nəzəri əsaslarını « qtisadi nəzəriyyə» elmi təd-

qiq edirsə, praktiki və ya tətbiqi cəhətlərini isə konkret iqtisad elmləri 

öyrənir.  qtisadiyyatın həm tədqiqi və həm də idarə olunması baxımından 




Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

 

17



o (« qtisadi nəzəriyyə»), özünün 4 tərkib hissəsinə bölünür: «Makro» və 

«Mikro» iqtisadiyyat, «Mezoiqtisadiyyat» və «Meqoiqtisadiyyat». 



Makroiqtisadiyyat  məcmuu  təklif  və  tələbin  formalaşması, 

milli gəlirin və ümumi  milli məhsulun istehsalı dinamikasındakı 

dəyişiklikləri tədqiq etməklə, hökumətin büdcə və Mərkəzi Ban-

kın  pul  siyasətinin  iqtisadi  artıma,  inflyasiyaya,  işsizlik  problem-

lərinə,  beynəlxalq  ticarətin  inkişafı  və  qiymətin  səviyyələrinə 

təsirlərini öyrənməklə məşğul olur. 

Dövlət  makroiqtisadi  göstəricilərin  vasitəsilə  ölkə  iqtisadiyyatını 

tənzimləyir, onların əsasında perspektiv üçün özünün iqtisadi siyasə-

tini müəyyən edir. 

Makroiqtisadiyyat elminin vəzifəsi – metodoloji baxımdan – obrazlı 

desək, iqtisadiyyatı «yüksəkdən» müşahidə, tədqiq və təhlil etmək, ona 

(iqtisadiyyata)  qlobal  (ümumi)  miqyasda  yanaşmaqdır.  Daha  doğrusu, 

makroiqtisadiyyat elminin (kursunun) predmeti ölkə iqtisadiyyatı-

nın müəyyən müddət intervalında inkişafı və ya tənəzzülünün, milli 

pulun əcnəbi ölkələrin pulları ilə müqayisədə məzənnəsinin, işsizli-

yin, ticarət balansının  (məcmuu ixrac  çıxılsın  məcmuu idxal)  və s. 

dəyişməsi səbəblərini tədqiq və təhlil etmək, öyrənməkdir. 

Makroiqtisadi tədqiqat və təhlil işi ya bütünlükdə milli iqtisadiy-

yat səviyyəsində,  ya da onun sahələri – sənaye, kənd təsərrüfatı, ra-

bitə, nəqliyyat və s. üzrə, həm ayrı-ayrılıqda və həm də onların qarşı-

lıqlı iqtisadi və təsərrüfat əlaqələri şəraitində aparılır. 

Makroiqtisadiyyat ölkənin iqtisadi həyatında baş verən yüz minlərlə 

xüsusi  halları  deyil,  məcmuu,  ən  ümdə  meylləri  tədqiq  və  təhlil  edir. 

Başqa  sözlə,  makroiqtisadiyyat  çoxsaylı  müəssisələrin  fərdi  təsərrüfat 

tədbirlərini  və  bunların  nəticələrini  ayrı-ayrılıqda  deyil,  yekun  halında 

özünün predmeti kimi seçir, araşdırır, təhlil edir və öyrənir. Bununla be-

lə, makroiqtisadiyyat müəssisə və firmaları, onların fərdi təsərrüfat qə-

rarlarını  və  bazardakı  birgə  fəaliyyətlərini  öyrənən  mikroiqtisadiyyatın 

əsaslarına söykənir. Lakin, artıq qeyd olunduğu kimi, çoxsaylı fərdi qə-

rarların öyrənilməsinin qeyri-mümkünlüyü  səbəbindən makroiqtisadiy-

yat, ilk əvvəl, təhlil vasitəsilə müəssisələrdən birini – nümunəvi təmsil-

çini müəyyən edir. Orta iqtisadi potensialına və göstəricilərinə görə baş-

qalarını təmsil edə biləcək bu müəssisənin (firma, ev təsərrüfatı) iqtisa-

diyyatındakı meyllərin müxtəlif iqtisadi variantları da öyrənilir. 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə