Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili
79
Texnoloji baxımdan əməliyyatlar keçidlərə (fazalara) bölünürlər.
Keçidlə
r (fazalar) – istehsal prosesinin texnoloji baxımdan həm-
cins, təşkilati baxımdan ayrılmaz hissəsi olub, əmək predmetinin emalı
üçün istifadə olunan istehsal komponentlərinin və avadanlıqların tər-
kibcə və habelə sonuncuların iş rejimlərinin sabitliyi ilə səciyyələnir.
Əməliyyatlar fəhlə əməyinin strukturu baxımından həm də fənd-
lərə və əməllərə bölünür.
Məsələn, tornaçı fəhlənin pəstahı qaldırıb torna dəzgahının başlı-
ğına qoyması, açarla onu başlığa bərkitməsi, dəzgahı işə salması, kə-
sici aləti – pəstahı yonmaq üçün – ona yaxınlaşdırması, yonması,
yonmadan sonra qismən emal olunmuş pəstahı başlıqdan açarla aç-
ması, pəstahı başlıqdan çıxarıb yerə qoyması – bütün bunların hər
biri ayrı-ayrılıqda əməliyyatlardır.
Fə
nd, fə
hlə
nin ə
mə
k fə
ndi – müəyyən məqsədli təyinatı olan və
fəhlə tərəfindən yerinə yetirilən bitkin, tamamlanmış hərəkətlərin
məcmusudur.
Ə
məl – fəndin bir hissəsi olmaqla fəhlənin özünün bir neçə fiziki
hərəkətinin (bədən, əl, barmaq və s.) və ya hərəkətlər kompleksinin
hər hansı predmetin götürülməsi və ya onun yerinin dəyişdirilməsi ilə
bağlı görülən işdir.
Fasiləsiz istehsallarda əməliyyatın uzunluğu, şərti olaraq, bir iş
növbəsinin müddəti qədər qəbul olunmuşdur. Texnoloji (əsas) pro-
ses əmək predmetlərində müəyyən dəyişikliklərin (fiziki, mexaniki,
kimyəvi və s.) baş verməsinə səbəb olan əməliyyatlar məcmusudur.
Köməkçi əməliyyatlar isə texnoloji əməliyyatların yerinə yetiril-
məsi üçün şəraitin yaradılmasına istiqamətlənən (məsələn, əmək
predmetlərinin bir iş yerindən digərinə hərəkəti, emal edilən detal-
ların ölçülərinə nəzarət və s.) hərəkətlərin məcmusudur.
Məhsulun istehsalında əmək (texnoloji və köməkçi) prosesləri ilə
yanaşı, təbii proseslərdən də (məsələn, xəmirin qıcqırması, ağacın,
rənglənmiş maşınların boyasının quruması və s.) istifadə zərurəti ya-
ranır. Əgər əmək prosesi bilavasitə işçilər tərəfindən yerinə yetirilir-
sə, təbii proseslər işçilərin müdaxiləsi olmadan, təbii yolla, öz-özünə
baş verir. Təbii prosesin vaxt reqlamentinə düzgün əməl olunması
çox vacibdir; onu süni şəkildə sürətləndirmək prosesin əhəmiyyətini
azalda, işin keyfiyyətini pisləşdirə bilər.
Telman Huseynov
80
Beləliklə, məhsulun hazırlanması üzrə istehsal prosesi texnoloji
(əsas) və köməkçi əməliyyatların və təbii proseslərin məcmusundan
ibarətdir.
Ə
məliyyatların tempi və taktı istehsal prosesinin əsas para-
metrlə
rində
ndir. Ə
mə
liyyatın tempi vaxt vahidi ə
rzində
ə
mə
liy-
yata daxil olan (və
ya ə
mə
liyyatdan çıxan) detalların sayını, takt
isə
materialın və
ya materiallar partiyasının ə
mə
liyyatda qaldığ
ı
vaxtı özündə
ə
ks etdirir.
Məhsulun hazırlanmasındakı roluna görə də istehsal özü də əsas,
köməkçi və xidmətedici istehsal proseslərinə ayrılır. Lakin xammal və
materialın hazır məhsula çevrilməsi işində onların rolu eyni olmur.
Əsas (texnoloji) istehsal prosesi emal edilən məmulatın forması-
nın, ölçülərinin və daxili strukturunun dəyişdirilməsi ilə bilavasitə
əlaqədardır. Əsas istehsal prosesini bəzən texnoloji proses də adlan-
dırırlar və burada elmi cəhətdən heç bir qəbahətə yol verilmir. Tex-
noloji prosesin xarakterini, bir qayda olaraq, istehsalın təşkilati şərt-
ləri – texnoloji ardıcıllığa görə avadanlıqların istehsal meydançala-
rında düzgün quraşdırılması, anbarların təyinatı və onların məkanca
düzgün yerləşdirilməsi, nəqliyyat marşrutlarının istiqaməti və uzun-
luğu müəyyən edir. Əsas istehsal proseslərinə, məsələn, maşınqayır-
ma müəssisələrində detalların mexaniki (yonma, pardaxlama, cilala-
ma və s.) və termiki (qızdırmaq və s.) emalını, onların (detalların) yı-
ğılmasını (quraşdırılmasını) və s. misal göstərmək olar.
Köməkçi və xidmətedici istehsal prosesləri məhsulun hazırlan-
masında bilavasitə iştirak etmirlər, lakin əsas (texnoloji) prosesin
yerinə yetirilməsinə şəraitin yaradılması onlar tərəfindən həyata ke-
çirilir. Əsas istehsal köməkçi və xidmətedici proseslərsiz keçinə bil-
məzlər. Köməkçi sexlərin istehsal etdikləri məmulatlar əsas isteh-
salda istifadə olunmaqla son məhsulun istehsalına yardım göstərir-
lər. Köməkçi istehsalın məhsullarına alət, ştamp, tərtibat, bütün
enerji növlərini və tara istehsalını misal gətirmək olar.
Maşınqayırma müəssisəsində xidmətedici proseslərə nəqletməni,
hazır məhsulun anbarlaşdırılmasını, müəssisədaxili təchizatı, labora-
toriya sınaqlarını və s. aid etmək olar. Bu proseslər də məhsul isteh-
salında dolayı yolla iştirak edirlər, başqa sözlə əsas istehsala xidmət
göstərirlər.
Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili
81
Əgər köməkçi proseslər yalnız əsas istehsala köməkçi olurlarsa,
xidmətedici proseslər həm əsas və həm də köməkçi istehsallara xid-
mət göstərirlər; köməkçi proseslər əsas istehsala «maddi cəhətdən»
köməklik göstərirlərsə (alət, tərtibat və s. verməklə), xidmət təsərrü-
fatının «xidməti» qeyri-maddidir. Sırf xidmət mahiyyətlidir.
Maşınqayırma müəssisəsində istehsal prosesinin strukturu
aşağıdakı kimidir (bax: şəkil.3.1)
Şəkil 3.1. Maşınqayırma müəssisəsində istehsal prosesinin quruluşu
stehsal prosesləri sadə və mürəkkəb proseslər kimi də fərqləndirilir.
Sintez və analizə əsaslanan istehsal prosesləri mürəkkəb hesab
olunurlar, çünki onlardan hər biri bir neçə sadə istehsallardan ibarət
olurlar.
Sadə istehsal prosesində bir növ xammal və materialdan bir növ
məhsul, sintetik istehsal prosesində bir neçə növ xammal və mate-
rialdan bir növ məhsul, analizə (tərkib hissələrinə ayırmağa) əsasla-
nan istehsal prosesində bir növ xammal və materialdan bir neçə növ
məhsul hazırlanır. Sadə istehsal proseslərinə kərpic istehsalını, sin-
tezə (birləşdirməyə) əsaslanan prosesə çuqun istehsalını, analizə
əsaslanana isə neft emalını misal göstərmək olar.
stehsal prosesləri əmək predmetlərinə edilən təsirə görə mexa-
niki, fiziki, kimyəvi proseslərə bölünürlər. Mexaniki istehsal pro-
T
əm
ir
s
ex
i
stehsal prosesi
Əsas istehsal
Xidmət təsərrüfatı
Köməkçi istehsal
A
lə
t
se
xi
E
ne
rj
i
se
xi
M
od
el
s
ex
i
T
ök
m
ə
se
xi
D
əm
ir
çi
-p
re
s
se
xi
M
ex
an
ik
i
em
al
s
ex
i
Y
ığ
m
a
se
xi
N
əq
li
yy
at
A
nb
ar
D
is
pe
tç
er
T
əc
hi
za
t