Telman Huseynov
158
istehsal üsullarının tə tbiq olunması – bütün bunlar istehsalın in-
kiş afı üçün ə sasdır. Sadalanan tədbirlərin səmərəliliyi isə kadrların
ixtisasını artırmadan mümkün deyildir. Çünki yeni texnikadan istifadə
və yeni texnoloji proseslərin idarə olunması yalnız yüksək ixtisaslı
kadrlar tərəfindən həyata keçirilə bilər.
Lakin texnikanın inkişafı da, insanın əməyi də o zaman səmərəli
ola bilər ki, onlar istehsalın düzgün təşkili şəraitində fəaliyyət gös-
tərmiş olsunlar. Elmi-texniki tərəqqi istehsalın təşkilini yaxşılaşdır-
mağın mühüm şərti olsa da, o, istehsalın təşkilinin yeni metodlarını
tətbiq etmədən fayda gətirə bilməz. stehsalın texniki səviyyəsi də-
yişməz qaldıqda və ya müəyyən qədər inkişaf etdirildikdə – istehsa-
lın təşkilini təkmilləşdirmək hesabına – nisbətən az məsrəflərlə bö-
yük iqtisadi səmərə əldə etmək olur. Texnikanın müasir inkişaf sə-
viyyəsində əməyin elmi təşkilinin rolu xüsusilə artır.
Müəssisənin optimal ölçüsü, ixtisaslaşmanın, kooperativləşmənin
və kombinələşmənin optimal səviyyəsi, müəssisənin səmərəli yerləş-
dirilməsi – bütün bunlar əmək məhsuldarlığının yüksəldilməsi üçün
böyük ehtiyatlardır. Artıq qeyd olunduğu kimi, istehsalın inkişafına
iqtisadi təsir metodlarının gücləndirilməsi, idarəetmənin təşkilinin və
planlaşdırmanın təkmilləşdirilməsi, istehsalın inkişaf etdirilməsində
işçilərin maddi marağının gücləndirilməsi əmək məhsuldarlığının
yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir göstərirlər.
Sənayenin bir sıra sahələrində, xususilə hasiledici sənayedə əmək
məhsuldarlığına təbii-coğrafi mühit də təsir göstərir. Hasilat sahələ-
rində əmək məhsuldarlığı maşın və avadanlıqların özü, tətbiq edilən
texnologiyanın xarakteri, əməyin təşkili xeyli dərəcədə təbii-geoloji
şəraitdən asılı olur.
Əmək məhsuldarlığına təsir edən amilləri araşdıraraq onun yük-
səldilməsi ehtiyatlarını aşkara çıxarmaq üçün iş vaxtından istifadə sə-
viyyəsinin təhlilinin böyük əhəmiyyəti vardır. Əmək məhsuldarlığı-
nın artırılmasının müəssisədaxili mühüm ehtiyat mənbələrindən biri
iş vaxtı itkilərinin azaldılmasıdır. ş vaxtı itkiləri iki növə – bütün gü-
nü və növbədaxili iş vaxtı itkilərinə ayrılır. Bütün günü iş vaxtı it-
kilərinə aşağıdakılar aiddir:
– xəstəlik üzündən;
– müdiriyyətin icazəsinə görə;
Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı
159
– bütün günü boşdayanma;
– üzürsüz səbəbdən işdən yayınma.
Növbədaxili iş vaxtı itkiləri isə istehsalın təşkilati-texniki şəraitindən
və işçinin özündən asılı olan itkilərə ayrılır. Növbədaxili iş vaxtı itkiləri-
nin təşkilati-texniki səbəbləri əsasən aşağıdakılardan ibarət olur: texno-
loqun, ustanın, iş naryadının, tapşırığın, iş alətlərinin, qaldırıcı-nəqliyyat
vasitələrinin gözlənilməsinə gedən vaxt; materialların, alətlərin, yanaca-
ğın, enerjinin olmaması; cari təmir və yaxud avadanlığın saz halda ol-
maması; işin özünün müvəqqəti olmaması.
Növbədaxili iş vaxtı itkilərinin işçidən asılı olan səbəbləri: növ-
bənin başlancığında və nahar fasiləsindən sonra işə gec başlamaq;
nahar fasiləsindən qabaq və növbənin axırında işi tez qurtarmaq, iş
yerində kənar danışıqlara aludəçilik və s.
5. Firmada əməyin normalaşdırılması
Firmada əməyin təşkilinin əsas elementlərindən biri onun (əməyin)
normalaşdırılmasıdır. Çünki dəqiq normalar işin icra edilməsinin ən əl-
verişli, məhsuldar, mütərəqqi və məqsədəuyğun formasının müəyyən-
ləşdirilməsini özündə əks etdirir. Əməyin normalaşdırılmasında məq-
səd zəruri əmək məsrəflərinin və onun nəticələrinin müəyyən edilməsi,
müxtəlif qrupa daxil olan işçilərin sayı və avadanlıqların miqdarı ara-
sında nisbətin müəyyən olunmasıdır. Bu normalar əməyin, istehsalın
və idarəetmənin ən səmərəli təşkili səviyyəsinə uyğun olmalıdır.
Konkret texniki-təşkilati şərait daxilində iş yerində müəyyən
həcmdə işin yerinə yetirilməsinə sərf olunan iş vaxtı sərfinin ölçülməsi
əməyin normalaşdırılmasının ən mühüm vəzifəsi hesab edilir. Hər bir
iş yerində, sexdə və müəssisədə vaxt sərfi üzrə daxili ehtiyatlar əmək
məhsuldarlığını yüksəltməynin əlavə ehtiyatı olmaqla normalaşdırma
vasitəsilə aşkar edilir. Bu ehtiyatların aşkar edilməsi və reallaşdırıl-
ması əməyin normalaşdırılmasının bilavasitə məqsədini təşkil edir.
Müəssisədə əməyin normalaşdırılması aşağıdakıları təmin edir:
– istehsal olunan detal, qovşaq və məmulatın plan əməktutumunu
müəyyən etməyi;
– peşə və ixtisas üzrə işçilərin zəruri sayını hesablamağı;
– əməyin nəticələrini qiymətləndirməyi, əmək haqqı və maddi
stimullaşdırma fondunun həcmini müəyyən etməyi;
Telman Huseynov
160
– yeni texnika və texnologiyanın tətbiqi səmərəliliyini qiymətlən-
dirməyi;
– əmək məhsuldarlığının yüksəldilməsi tapşırığını əsaslandırmağı;
– sexin, istehsal sahəsinin, ayrı-ayrı iş yerlərinin istehsal proq-
ramlarını hesablamağı;
– zəruri avadanlıqların miqdarını müəyyən etməyi;
– iş yerlərinin attestasiyasını apararkən onların təşkilati səviyyə-
lərini qiymətləndirməyi və iş yerlərinin təşkilinin optimal variantları-
nın hazırlanmasını.
Əmək normaları istehsalın, əməyin ödənilməsinin, əmək məhsul-
darlığının yüksəldilməsinin stimullaşdırılmasının təşkili və planlaşdı-
rılmasında həlledici rol oynayır.
Firma və müəssisədə vaxt, əməliyyatın əməktutumu, istehsal, xid-
mət, işçilərin say, idarə olunabilmə normaları və habelə tapşırıqların
normaları hesablanır və tətbiq olunur.
Əmək normaları içərisində vaxt norması əsas yer tutur.
Vaxt norması məhsul vahidinin hazırlanması və ya müəyyən
həcmdə işin yerinə yetirilməsi üçün zəruri olan iş vaxtının müddəti-
dir. Vaxt norması aşağıdakı kimi müəyyən olunur:
N
vaxt
= t
ə
+ t
k
+ t
x
+ t
i
+ t
tt
+ t
ht
Burada, t
ə
– əsas vaxt;
t
k
– köməkçi vaxt;
t
x
– iş yerinə xidmət vaxtı;
t
i
– işçilərin istirahət vaxtı;
t
tt
– təşkilati-texniki səbəblərdən yaranan fasilələr;
t
ht
– hazırlıq-tamamlama vaxtı.
ş yerinə xidmət vaxtı norması – fəhlənin avadanlıqların və iş ye-
rinin işçi vəziyyətdə saxlanması ilə əlaqədar sərf etdiyi vaxtdır. Bu
da öz növbəsində iki yerə bölünür:
– texniki xidmətə sərf olunan vaxt;
– təşkilati xidmətə sərf olunan vaxt.
stehsal norması (N
ist
) müəyyən vaxt ərzində bir işçinin istehsal
etməli olduğu məhsulun miqdarı ilə müəyyən olunur:
N
ist
=
T
h
N
v
Dostları ilə paylaş: |