Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə59/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   55   56   57   58   59   60   61   62   ...   214

Telman Huseynov 

 

158



istehsal  üsullarının  tətbiq  olunması  –  bütün  bunlar  istehsalın  in-

kişafı  üçün  əsasdır.  Sadalanan  tədbirlərin  səmərəliliyi  isə  kadrların 

ixtisasını artırmadan mümkün deyildir. Çünki yeni texnikadan istifadə 

və  yeni  texnoloji  proseslərin  idarə  olunması  yalnız  yüksək  ixtisaslı 

kadrlar tərəfindən həyata keçirilə bilər. 

Lakin texnikanın inkişafı da, insanın əməyi də o zaman səmərəli 

ola  bilər  ki,  onlar  istehsalın  düzgün  təşkili  şəraitində  fəaliyyət  gös-

tərmiş  olsunlar.  Elmi-texniki  tərəqqi  istehsalın  təşkilini  yaxşılaşdır-

mağın  mühüm  şərti  olsa  da,  o,  istehsalın  təşkilinin  yeni  metodlarını 

tətbiq  etmədən  fayda  gətirə  bilməz.  stehsalın  texniki  səviyyəsi  də-

yişməz qaldıqda və ya müəyyən qədər inkişaf etdirildikdə – istehsa-

lın  təşkilini  təkmilləşdirmək  hesabına  –  nisbətən  az  məsrəflərlə  bö-

yük  iqtisadi  səmərə  əldə  etmək  olur.  Texnikanın  müasir  inkişaf  sə-

viyyəsində əməyin elmi təşkilinin rolu xüsusilə artır. 

Müəssisənin optimal ölçüsü, ixtisaslaşmanın, kooperativləşmənin 

və kombinələşmənin optimal səviyyəsi, müəssisənin səmərəli yerləş-

dirilməsi  –  bütün  bunlar  əmək  məhsuldarlığının  yüksəldilməsi  üçün 

böyük  ehtiyatlardır.  Artıq  qeyd  olunduğu  kimi,  istehsalın  inkişafına 

iqtisadi təsir metodlarının gücləndirilməsi, idarəetmənin təşkilinin və 

planlaşdırmanın  təkmilləşdirilməsi,  istehsalın  inkişaf  etdirilməsində 

işçilərin  maddi  marağının  gücləndirilməsi  əmək  məhsuldarlığının 

yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir göstərirlər. 

Sənayenin bir sıra sahələrində, xususilə hasiledici sənayedə əmək 

məhsuldarlığına  təbii-coğrafi  mühit  də  təsir  göstərir.  Hasilat  sahələ-

rində əmək məhsuldarlığı maşın və avadanlıqların özü, tətbiq edilən 

texnologiyanın  xarakteri,  əməyin  təşkili  xeyli  dərəcədə  təbii-geoloji 

şəraitdən asılı olur.  

Əmək  məhsuldarlığına  təsir  edən  amilləri  araşdıraraq  onun  yük-

səldilməsi ehtiyatlarını aşkara çıxarmaq üçün iş vaxtından istifadə sə-

viyyəsinin  təhlilinin  böyük  əhəmiyyəti  vardır.  Əmək  məhsuldarlığı-

nın  artırılmasının  müəssisədaxili  mühüm  ehtiyat  mənbələrindən  biri 

iş vaxtı itkilərinin azaldılmasıdır.  ş vaxtı itkiləri iki növə – bütün gü-

nü  və  növbədaxili  iş  vaxtı  itkilərinə  ayrılır.  Bütün  günü  iş  vaxtı  it-

kilərinə aşağıdakılar aiddir:  

– xəstəlik üzündən; 

– müdiriyyətin icazəsinə görə; 



Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

 

159



– bütün günü boşdayanma; 

– üzürsüz səbəbdən işdən yayınma. 

Növbədaxili iş vaxtı itkiləri isə istehsalın təşkilati-texniki şəraitindən 

və işçinin özündən asılı olan itkilərə ayrılır. Növbədaxili iş vaxtı itkiləri-

nin təşkilati-texniki səbəbləri əsasən aşağıdakılardan ibarət olur: texno-

loqun, ustanın, iş naryadının, tapşırığın, iş alətlərinin, qaldırıcı-nəqliyyat 

vasitələrinin gözlənilməsinə gedən vaxt; materialların, alətlərin, yanaca-

ğın, enerjinin olmaması; cari təmir və yaxud avadanlığın saz halda ol-

maması; işin özünün müvəqqəti olmaması. 

Növbədaxili  iş  vaxtı  itkilərinin  işçidən  asılı  olan  səbəbləri:  növ-

bənin  başlancığında  və  nahar  fasiləsindən  sonra  işə  gec  başlamaq; 

nahar  fasiləsindən  qabaq  və  növbənin  axırında  işi  tez  qurtarmaq,  iş 

yerində kənar danışıqlara aludəçilik və s. 

5. Firmada əməyin normalaşdırılması  

Firmada əməyin təşkilinin əsas elementlərindən biri onun (əməyin) 

normalaşdırılmasıdır. Çünki dəqiq normalar işin icra edilməsinin ən əl-

verişli, məhsuldar, mütərəqqi və məqsədəuyğun formasının müəyyən-

ləşdirilməsini özündə  əks etdirir.  Əməyin normalaşdırılmasında məq-

səd zəruri əmək məsrəflərinin və onun nəticələrinin müəyyən edilməsi, 

müxtəlif qrupa daxil olan işçilərin sayı və avadanlıqların miqdarı ara-

sında  nisbətin  müəyyən  olunmasıdır.  Bu  normalar  əməyin,  istehsalın 

və idarəetmənin ən səmərəli təşkili səviyyəsinə uyğun olmalıdır. 

Konkret  texniki-təşkilati  şərait  daxilində  iş  yerində  müəyyən 

həcmdə işin yerinə yetirilməsinə sərf olunan iş vaxtı sərfinin ölçülməsi 

əməyin normalaşdırılmasının ən mühüm vəzifəsi hesab edilir. Hər bir 

iş yerində, sexdə və müəssisədə vaxt sərfi üzrə daxili ehtiyatlar əmək 

məhsuldarlığını  yüksəltməynin  əlavə  ehtiyatı  olmaqla  normalaşdırma 

vasitəsilə  aşkar  edilir.  Bu  ehtiyatların  aşkar  edilməsi  və  reallaşdırıl-

ması əməyin normalaşdırılmasının bilavasitə məqsədini təşkil edir. 

Müəssisədə əməyin normalaşdırılması aşağıdakıları təmin edir: 

– istehsal olunan detal, qovşaq və məmulatın plan əməktutumunu 

müəyyən etməyi; 

– peşə və ixtisas üzrə işçilərin zəruri sayını hesablamağı;  

–  əməyin  nəticələrini  qiymətləndirməyi,  əmək  haqqı  və  maddi 

stimullaşdırma fondunun həcmini müəyyən etməyi; 




Telman Huseynov 

 

160



– yeni texnika və texnologiyanın tətbiqi səmərəliliyini qiymətlən-

dirməyi; 

– əmək məhsuldarlığının yüksəldilməsi tapşırığını əsaslandırmağı; 

–  sexin,  istehsal  sahəsinin,  ayrı-ayrı  iş  yerlərinin  istehsal  proq-

ramlarını hesablamağı; 

– zəruri avadanlıqların miqdarını müəyyən etməyi; 

– iş  yerlərinin  attestasiyasını apararkən onların təşkilati səviyyə-

lərini qiymətləndirməyi və iş yerlərinin təşkilinin optimal variantları-

nın hazırlanmasını. 

Əmək normaları istehsalın, əməyin ödənilməsinin, əmək məhsul-

darlığının  yüksəldilməsinin  stimullaşdırılmasının  təşkili  və  planlaşdı-

rılmasında həlledici rol oynayır. 

Firma və müəssisədə vaxt, əməliyyatın əməktutumu, istehsal, xid-

mət, işçilərin say, idarə olunabilmə normaları və habelə tapşırıqların 

normaları hesablanır və tətbiq olunur. 

Əmək normaları içərisində vaxt norması əsas yer tutur. 

Vaxt  norması  məhsul  vahidinin  hazırlanması  və  ya  müəyyən 

həcmdə işin yerinə yetirilməsi üçün zəruri olan iş vaxtının müddəti-

dir. Vaxt norması aşağıdakı kimi müəyyən olunur: 

N

vaxt



 = t

ə

 + t



+ t


x

 + t


i

 + t


tt

 + t


ht

 

Burada, t



ə

 – əsas vaxt; 

             t

k

 – köməkçi vaxt; 



             t

x

 – iş yerinə xidmət vaxtı; 



              t

i

 – işçilərin istirahət vaxtı; 



              t

tt

 – təşkilati-texniki səbəblərdən yaranan fasilələr; 



              t

ht 


– hazırlıq-tamamlama vaxtı. 

ş yerinə xidmət vaxtı norması – fəhlənin avadanlıqların və iş ye-

rinin  işçi  vəziyyətdə  saxlanması  ilə  əlaqədar  sərf  etdiyi  vaxtdır.  Bu 

da öz növbəsində iki yerə bölünür: 

– texniki xidmətə sərf olunan vaxt; 

– təşkilati xidmətə sərf olunan vaxt. 

stehsal  norması  (N

ist


)  müəyyən  vaxt  ərzində  bir  işçinin  istehsal 

etməli olduğu məhsulun miqdarı ilə müəyyən olunur: 

N

ist 


T

h



 

N

v



 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə