Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə61/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   57   58   59   60   61   62   63   64   ...   214

Telman Huseynov 

 

164



Əmək  məhsuldarlığının  yüksəldilməsinin  stimullaşdırılmasında 

və  işçilərin  sosial  rifahının  artırılmasında  əmək  haqqının  səviyyəsi 

böyük rol oynayır. Əmək haqqının təşkilinin təkmilləşdirilməsi əmək 

məhsuldarlığı  artımının  mühüm  amillərindən  biridir.  Hazırda  bazar 

münasibətlərinə  keçidlə  əlaqədar  qiymətlərin  sərbəstləşdiyi,  sosial 

xidmətlərin kommersiyalaşdığı şəraitdə əmək haqqının yeni tələblərə 

uyğun müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir.  

Əmək  kəmiyyət  və  keyfiyyətinə  görə  düzgün  ödənildikdə  hər  bir 

işçi  bütün  istehsal  imkanlarından  dolğun  istifadə  etmək,  öz  mədəni-

texniki  səviyyəsini  və  ixtisasını  yüksəltmək,  iş  vaxtından  düzgün  və 

səmərəli istifadə etmək üçün maddi cəhətdən maraqlı olur. Buna görə 

də, onu müəyyən edən prinsip və amillər elmi əsaslara söykənməlidir.  

Əmək  haqqının  həcmi  müəssisə  rəhbərliyinin  və  işçilərin  və  ya 

həmkarlar ittifaqının razılılığı əsasında müəyyən olunur. Əmək haqqı 

digər  firma  və  müəssisələrin  ödədiyi  əmək  haqqının  səviyyəsi,  ödə-

mə  imkanı,  yaşayışın  dəyəri,  əmək  məhsuldarlığının  səviyyəsi  kimi 

meyarlar üzrə müəyyən olunur. 

Bazar  iqtisadiyyatı  şəraitində  əmək  haqqının  səviyyəsi  aşağıdaki 

amillərin təsiri altında formalaşır: 

1. Əmək bazarında mövcud olan konyunktura. Buraya iş qüvvəsi-

nə olan tələblə onun təklifi arasında tarazlıq dərəcəsi, ölkədə işsizli-

yin səviyyəsi və s. daxildir.  

2. Dövlətin sosial siyasəti, müəyyən edilmiş sosial normativlər – 

minimum əmək haqqı, minimum istehlak dərəcəsi və s.  

3.  şin xarakteri ilə əlaqədar amillər – işin mürəkkəbliyi, əmək şə-

raiti,  əməyin  təhlükəsizlik  dərəcəsi,  işin  icrası  üçün  məsuliyyətin  sə-

viyyəsi, tələb edilən iş təcrübəsi və vərdişlər, fəhlənin ixtisası və s. 

4. Firma ilə bağlı amillər – mülkiyyət mənsubiyyəti, əmək məh-

suldarlığının səviyyəsi, müəssisənin gəlirliyi, həmkarlar və digər fəh-

lə təşkilatlarının mütəşəkkilliyi və s.  

5.  stehsal  heyəti  ilə  əlaqədar  amillər  –  işə  qəbulun  miqyası  və 

müddəti (fərdi əmək müqaviləsinin şərtləri). 

Bu amillərin bəziləri əmək haqqının ümumi səviyyəsinə, digərləri 

isə ayrı-ayrı kateqoriyadan olan işçilərin əmək haqqına təsir edirlər.  

Bazar münasibətləri şəraitində əmək münasibətləri işə götürən və 

işçilər  tərəfindən  bağlanmış  kollektiv  və  fərdi  müqavilələr  əsasında 




Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

 

165



tənzimlənir.  stənilən  əmək  müqaviləsinin  əsas  bölmələrindən  biri 

əmək  haqqının  həcminin  müəyyən  edilməsidir.  Bu  müqavilələrdə 

həm də əmək şəraiti, işdən azad olunma, işdən azad olunanlara veri-

lən müavinətlərin həcmi və s. ilə bağlı məsələlər öz əksini tapır. 

Firma  və  müəssisələrdə  əmək  haqqının  tənzimlənməsi  və  bu  sa-

hədə müəyyən sistemlilik yaratmaq üçün, yəni ixtisaslı və ixtisassız, 

ağır  və  yüngül,  ziyanlı  və  ziyansız  şəraitdə  çalışanların  arasında 

əmək haqqı üzrə nisbətlərin düzgün müəyyən olunması məqsədilə ta-

rif sistemindən istifadə edilir. 

Tarif sistemi üç hissədən: 1) tarif maaşından, 2) tarif cədvəlindən (şə-

bəkəsindən) və 3) tarif-ixtisas məlumat (sorğu) kitabçasından ibarət olur. 

Tarif sisteminin tənzimləyicilərindən biri olan Vahid Tarif cəd-

vəlində  əməyin  ödənilməsi  dərəcələri  və  tarif  əmsalları  vasitəsilə 

sənaye-istehsal  heyətinin  mühüm  qrupu  olan  fəhlələrin  əmək  haqqı 

müəyyən  edilir.  Məsələn,  ''Azneftkimyamaş''  Dövlət  Şirkətinin  tarif 

cədvəlində 19 kateqoriya üzrə tarif əmsalları müəyyənləşdirilmişdir-

ki, bu tarif əmsalları da 1-dən 7,5-ə qədər dəyişir. 

Əhəmiyyətinə  və  məsuliyyətinə  görə  fərqlənən  işləri  icra  edən 

yüksək  ixtisaslı  fəhlələrin  tarif  maaşları  kollektiv  (müştərək)  müqa-

vilələr əsasında müəyyən olunur. 

Tarif maaşları iş şəraitindən asılı olaraq ayrı-arı sahə müəssisələri 

üzrə  əmək  haqqı  forması  və  habelə  bu  və  ya  digər  fəhlə  qrupunun 

istehsal  prosesində  oynadıqları  rola  görə  differensiallaşdırılır.  Lakin 

müəssisələr  öz  maliyyə  imkanları  çərçivəsində  həmin  variantlardan 

hər hansı birini seçməkdə sərbəstdirlər.  

Tarif  maaşı  əmək  haqqının  ölçüsünü  vaxt  vahidi  –  saat,  gün,  ay 

ərzində müəyyənləşdirir. Fəhlələr üçün o, gün ərzində (gündəlik) və 

ya saat ərzində (saatlıq) I dərəcəli əmək haqqı şəklində müəyyən olu-

nur.  Yüksək  tarif  dərəcələrinə  aid  edilən  işlər  üçün  əmək  haqqının 

miqdarı I dərəcənin əmək haqqını tarif dərəcələri üzrə müvafiq tarif 

əmsalına vurmaqla müəyyənləşdirilir. 

Mürəkkəb və müxtəlif texnoloji prosesli müəssisələrdə  I dərəcə-

nin üç növ əmək haqqı olur:  

a) normal şəraitdə işləyənlər üçün;  

b) ağır şəraitdə işləyənlər üçün; 

c) isti və zərərli sahələrdə işləyənlər üçün.  




Telman Huseynov 

 

166



Hər bir dərəcənin tarif maaşı elə müəyyən edilir ki, onların arasın-

da  optimal  ölçüdə  fərq  yaransın-  ibtidaidən  aliyə  yüksəlmək  şərtilə. 

Hər bir dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına nisbətinə ta-

rif əmsalı, ən yüksək dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına 

nisbətinə isə tarif cədvəlinin (şəbəkəsinin) diapozonu deyilir. 

Adətən,  II qrupda çalışanların əmək haqqı  I qrupa nisbətən 5-10 

faiz, III qrupda isə bu fərq 15-30 faiz artıq olur.  

Fəhlələr  arasında  ixtisası  artırmaq  marağını  gücləndirmək  üçün 

mövcud olan VI dərəcə ilə I dərəcə arasında fərq 2-5 dəfə arasındadır. 

Beləliklə, tarif cədvəlləri yüksək ixtisasa malik fəhlənin əməyinin 

ödənilməsinin  uçotunu  aparmaq  və  habelə  müxtəlif  ixtisas  səviyyə-

sinə  malik  fəhlələrin  əmək  haqlarının  ödənişindəki  nisbəti  müəyyən 

etmək üçün tətbiq olunur. 

Fikrimizi aydınlaşdırmaq üçün maşınqayırma zavodunda fəhlələr 

üçün tətbiq olunan tarif cədvəlinə müraciət edək (cədvəl 7.1). 

Cədvəl 7.1 

Maşınqayırma zavodunda fəhlələr üçün tətbiq olunan tarif cədvəli 

Dərəcələr  

II 


III 

IV 


VI 


Tarif əmsalı 

0,1 


1,17  1,37  1,54  1,71  1,92 

Tarif əmsallarının mütləq artımı 

 

0,17  0,20  0,17  0,17  0,21 



Əvvəlki dərəcəyə nisbətən artım, faizlə 

 

17,1  17,1  12,4  11,0  12,3 



Tarif  cədvəlində  dərəcələr  arasındakı  artım  fərqi  nə  qədər  çox 

olarsa, fəhlə aşağı dərəcədən yuxarı dərəcəyə keçməkdə maddi cəhət-

dən daha çox maraqlı olar, öz ixtisas səviyyəsini artırmağa cəhd gös-

tərər,  onun  əmək  məhsuldarlığı  və  gördüyü  işin  keyfiyyəti  yüksələr 

və nəticə etibarilə istehsalın səmərəliliyi təmin edilmiş olar. 

Qeyd etmək lazımdır ki, bütün tarif sisteminin əsası olan "Tarif-ix-

tisas məlumat (sorğu)" kitabçasının hər bir ixtisas dərəcəsi və vəzifəni 

səciyyələndirən  ''Vəzifə  borcları''  adlanan  birinci  bölməsində  ixtisas 

və  vəzifənin  tapşırıldığı  şəxsin  tam  və  ya  qismən  yerinə  yetirəcəyi 

funksiyaların xarakteristikası verilir. 

''Bilməlidir''  adlanan  ikinci  bölmədə  işçinin  ixtisas  üzrə  bilikləri 

qarşısında  qoyulan  tələblər  göstərilir,  öz  işinin  icrası  üçün  ona  lazım 

olacaq  qanunvericilik  aktları,  təlimat  və  normativ  sənədlər  verilir.  O, 

bunlardan və yenə də həmin bölmədə tövsiyə olunan metod və vasitə-

lərdən istifadə edərək öz vəzifə borcunu icra etməlidir. 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə