Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə69/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   65   66   67   68   69   70   71   72   ...   214

Fəsil 8.  stehsal firmasının əsas fondları və istehsal gücü 

 

187



tizasiya  normasını  müvafiq  aid  əsas  fondların  ilin  sonuna  qalıq  də-

yərinə  tətbiq  etməklə  hesablanır.  Əsas  fondların  əvvəlki  ilin  sonuna 

qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çı-

xıldıqdan sonra qalan dəyər) cari ildə daxil olmuş əsas fondların də-

yəri, habelə cari ildə Vergi Məcəlləsinə əsasən müəyyən edilən təmir 

xərclərinin  məhdudlaşdırmadan  artıq  olan  hissəsi  əlavə  edilirməklə 

əsas  fondun  ilin  sonuna  qalıq  dəyəri  hesablanır.  lin  sonuna  qalıq 

dəyəri 100 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas 

fondun qalıq dəyəri tamamilə məhsulun maya dəyərinə daxil edilir.  

Bütün  bunlara  görə  də,  müəssisənin  özünün  amortizasiya  siyasəti 

olur və amortizasiya ayırmalarının hesablanmasının müxtəlif metodları 

tətbiq edilir. əssisədə düzgün amortizasiya siyasətinin işlənib ha-



zırlanması  məqsədilə  istehsal  əsas  fondlarının  iqtisadi  cəhətdə

məqsədəuyğun  xidmət  müddəti  müəyyən  olunmalıdır.  Bu  xidmət 

müddəti bir sıra iqtisadi və texniki amillər nəzərə alınmaqla hesablan-

malıdır. Onlara aşağıdakılar  aiddir: əsas  fondların  texniki-konstruktiv 

və maddi-əşya xüsusiyyətləri ilə müəyyən edilən fiziki köhnəlməsi; işlə-

yən əsas fondların və ilk növbədə, maşın və avadanlıqların mənəvi köh-

nəlməsi; maşın və avadanlıqların əsaslı təmirinə, modernləşdirilməsinə 

və onların əvəz edilməsinə çəkilən xərclərin müqayisəli səmərəliliyi. 

stehsal əsas fondlarının amortizasiyasının məqsədi istifadə edilən 

əsas  fondların  tam  həcmdə  sadə  təkrar  istehsalını  təmin  etməkdir. 

Lakin əsas fondlardan istifadə müddətinin xeyli uzun olması, əvvəl-

lər buraxılmış əmək vasitələrinin təkrar istehsal qiymətinin dəyişməsi 

amortizasiya fondundan vəsaitlərin səmərəli xərclənməsini tələb edir.  



4. Əsas fondlardan  istifadə göstəriciləri 

stehsal  firması  və  ya  müəssisənin  iqtisadi  inkişafına  və  onun 

maddi-texniki bazasının möhkəmləndirilməsinə əsas fondların yalnız 

geniş  təkrar  istehsalı  ilə  deyil,  həm  də  mövcud  əsas  fondlardan 

istifadə səmərəliliyini yüksəltməklə nail olmaq mümkündür.  stehsal 

ə

sas fondlarından istifadə edilməsinin səmərəliliyi bir sıra göstə-



ricilərlə xarakterizə olunur. Bu göstəricilər ümumiləşdirici (iqti-

sadi) və xüsusi (texniki və texniki-iqtisadi) göstəricilərə bölünür. 

Firmaların istehsal əsas fondlarından istifadəni səciyyələndirən iq-

tisadi (ümumiləşdirici) göstəriciləri bir çox texniki-təşkilati və iqtisadi 



Telman Huseynov 

 

188



amillərdən asılıdır və əsas fondlardan istifadənin son nəticəsini xarak-

terizə edir. Buraya fondverimi və fondtutumu göstəriciləri aid olunur.  

Firma üzrə fondverimi həcm göstəricilərindən birinin – əmtəəlik, 

ümumi  və  ya  xalis  məhsulun  istehsal  əsas  fondlarının  orta  illik  də-

yərinə nisbəti kimi müəyyən edilir və bu, əsas fondların bir manatına 

düşən  məhsul  buraxılışını  özündə  əks  etdirir.  Fondverimi  nə  qədər 

yüksək olarsa, əsas fondlardan bir o qədər yaxşı istifadə olunar.  

Fondverimi (F

v

) göstəricisi aşağıdakı düsturla hesablanır: 



F

v

 = 



F

əs



 

Burada, V – il ərzində istehsal edilən məhsulun dəyəri, manatla; 

            F

əs 


– istehsal əsas fondlarının orta illik dəyəri, manatla. 

stehsal əsas fondlarının orta illik dəyəri onların ilin əvvəlinə və 

axırına olan dəyərlərinin yarısı kimi müəyyən edilir. Lakin bu qayda-

da hesablama zamanı il ərzində istismara verilmiş əsas fondların hansı 

aylardan istifadə olunması nəzərə alınmır və əsas fondların orta illik də-

yəri təhrif edilir. Buna görədə əsas fondların orta illik dəyərinin hər rü-

bün  əvvəlinə və axırına dəyərlərinin  yarısını toplayıb ildəki  rüblərin sa-

yına, yəni 4 rəqəminə bölməklə hesablamaq daha düzgün olardı. Bu za-

man müəssisələrin balansında olan, bütün istehsal əsas fondları (konser-

vasiyada, ehtiyatda, əsaslı təmirdə, modernləşdirmədə və s.) hesaba alınır. 

Fondverimi  göstəricisinin  əksi  olan  göstərici  fondtutumu  adlanır 

və  buraxılan  məhsulun  hər  manatına  düşən  istehsal  əsas  fondlarının 

(dəyərə görə) miqdarından ibarətdir. Fondtutumu (F

t

) aşağıdakı kimi 



hesablanır: 

F



F

əs



 

V  


Fondverimini daha ətraflı təhlil etmək, onu yüksəltməyin ehtiyat 

mənbələrini  aşkara  çıxarmaq  üçün  müəssisənin  texniki-texnoloji 

xüsusiyyətlərini  nəzərə  almaqla  əlavə  göstəricilərdən  də  istifadə 

olunur.  Məsələn,  çuqun,  polad,  prokat,  neft,  qaz,  kömür,  sement, 

elektrik  enerjisi  və  s.  kimi  standart  məhsulların istehsalında  həmin 

məhsulların  buraxılışı  həcminin  istehsal  əsas  fondlarının  bir  (100, 

1000)  manatına  görə  natural  ifadədə  müəyyən  etmək  olar.  Fond-



Fəsil 8.  stehsal firmasının əsas fondları və istehsal gücü 

 

189



verimi  göstəricisi  istehsal  əsas  fondlarının  ən  aktiv  hissəsinə  – 

texnoloji avadanlıqlara görə də müəyyən oluna bilər. 

Bütövlükdə, firmada fondverimi göstəricisini təhlil edərkən onun 

(firmanın)  aid  olduğu  sahənin  xüsusiyyətlərini  nəzərə  almaq  lazım-

dır, çünki ayrı-ayrı sahələr üzrə fondveriminin səviyyəsi geniş amp-

litudada tərəddüd edir. Məsələn, yüngül və yeyinti sənaye sahələrinin 

müəssisələrində orta illik istehsal əsas fondlarının hər manatına məh-

sul buraxılışı öz məbləğinə görə, sənaye üzrə orta hesabla məhsul bu-

raxılışından müvafiq surətdə təqribən 2 - 4 dəfə  çox, hasilat sahələ-

rindəkinə,  elektrik  və  istilik  enerjisi  istehsallarındakına  nisbətən  isə 

təqribən 2 - 3 dəfə az olur. 

Fondverimi göstəricisi istehsal əsas fondlarından istifadə səviyyə-

sini səciyyələndirir. Lakin, məsələn, o, əmtəəlik məhsula görə hesab-

lanırsa,  bu  halda  fondverimi  göstəricisi  məhsul  istehsalına  çəkilən 

xərclərin nisbi qənaətini nəzərə almır.  stehsal xərclərində əsas fond-

ların amortizasiyası sənaye müəssisələri üzrə orta hesabla təqribən 10 

faizə  qədər  olur,  lakin  əsas  fondlar  istehsal  prosesinin  maddi  əsası 

olduğuna  görə  xeyli  dərəcədə  əmək  predmetlərinə  və  canlı  əməyə 

qənaəti  müəyyən  edir.  Halbuki  xammala,  materiallara,  yanacağa  və 

elektrik enerjisinə, həmçinin əmək haqqına qənaət fondverimi göstə-

ricisinin  ancaq  məhsul  buraxılışının  artmasına  təsir  edən  hissəsində 

əks olunur. Bu qənaətin üstünlük təşkil edən qalan hissəsi isə fondve-

riminin səviyyəsində öz əksini tapmır. Halbuki real şəraitdə xammala 

və  başqa  əmək  predmetlərinə  qənaət  etmək,  əməyi  mexanikləşdir-

mək, iş şəraitini yaxşılaşdırmaq və bunun nəticəsində əmək məhsul-

darlığını yüksəltmək üçün əlavə avadanlıq istifadəyə vermək iqtisadi 

cəhətdən sərfəli olur. 

Buna görə də fondverimi göstəricisinin xalis məhsul əsasında 

hesablanması daha məqsədəuyğundur. Bundan başqa, fondverimi 

səviyyəsinin əməyin fondla silahlılığı (istehsal heyətinin hər nəfəri-

nə düşən əsas fondların dəyəri) və əmək məhsuldarlığının (istehsal 

heyətinin hər nəfərinə düşən məhsulun dəyəri) artması nisbəti, məh-

sulun maya dəyərinin azalması və onun keyfiyyətinin yaxşılaşması, 

mənfəətin və rentabelliyin artması ilə müşayiət olunmalıdır. 



Fondverimi  göstəricisinin,  əmək  məhsuldarlığı  və  əməyin 

fondla silahlılığı ilə birlikdə öyrənilməsi və təhlili əsas fondlardan 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə