Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə68/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   64   65   66   67   68   69   70   71   ...   214

Telman Huseynov 

 

184



Cari təmir əsas fondları lazımi texniki istismar vəziyyətində sax-

lamaq üçün və həm də qısa vaxt ərzində aparılır.  



Orta  təmir zamanı maşın və avadanlıqlar qismən sökülür, onun 

işlənib  korlanmış  hissələri  yenisi  ilə  əvəz  olunur.  Bu  iş  nisbətən 

əməktutumlu olduğundan, cari təmirə nisbətən çox vaxt tələb edir.  

Ə

saslı təmir – maşın və avadanlıqların tam sökülməsi, köhnəlmiş 

hissə və qovşaqların dəyişdirilməsi, detalların təmizlənməsi, yığılma-

sı  və  nizamlanması  ilə  əlaqədar  işləri  əhatə  edir.  Onun  aparılması 

praktikasında bəzən avadanlığın modernləşdirilməsi işi də həyata keçi-

rildiyindən və, bununla əlaqədar olaraq, əmək vasitəsinin istismar key-

fiyyəti  və  məhsuldarlığı  yüksəldiyindən,  əsaslı  təmiri  əsas  fondların 

geniş təkrar istehsalına da aid etmək olar.  

Əsas fondların öz konstruksiyasının mürəkkəbliyinə görə fərqlə-

nən  ünsürlərinin  təmir  tezliyi,  başqalarına  nisbətən  daha  çox  olur. 

Məsələn,  metal  emal  edən  avadanlığın  konstruksiyasına  daxil  olan 

hissə və bağlamaların ömür müddətləri və işlədikləri şərait müxtəlif 

olduqlarından  onların  dəyişdirilməsi  və  bərpası  vaxtları  üst-üstə 

düşmür. Məhz bu, icrasının texniki mürəkkəbliyinə görə təmir işlə-

rininin təsnifləşdirilməsində mütləq nəzərə alınır.  

Təmir  işləri  özünün  texniki  mürəkkəbliyinə  görə  aşağıdakı 

növlər üzrə təsnifləşdirilir:  

a) texniki qulluq;   

b) təmirlərarası xidmət;  

c) müayinələr;  

d) kiçik təmir;   

e) orta təmir;  

f) əsaslı təmir.  

Qeyd etmək lazımdır ki, xüsusi hallarda – təbii hadisə və habelə 

avadanlığın  uzun  müddət  fəaliyyətsiz  qalması  ilə  əlaqədar  olaraq  – 

bərpa təmiri də həyata keçirilir.  

Əsas  fondlar  fiziki  cəhətdən  qismən  köhnəldikdə,  cari,  orta  və 

əsaslı təmir edilir, tam köhnəldikdə isə onlar yeniləri ilə əvəz olunur-

lar. Fiziki cə

hətdən köhnəlmişəsaslı təmir vasitəsilə bərpası iqtisa-

di  cəhətdən  sərfəli  olmayan  əsas  fondlar  istehsaldan  çıxarılır  və 

yenisi  ilə  əvəz  edilir.  Əsas  fondların  yeniləşdirilməsi  üçün  maliyyə 

mənbəyi amortizasiya fondudur. Amortizasiya, köhnəlmə dərəcəsin-



Fəsil 8.  stehsal firmasının əsas fondları və istehsal gücü 

 

185



dən asılı olaraq, əsas fondun dəyərindən istehsal olunan məhsul üzəri-

nə keçən hissədir ki, bu da istehsal olunmuş məhsul satıldıqca toplanır, 

müəssisənin maliyyə resursuna çevrilir.  

Amortizasiya  ayırmaları  əsas  fondların  bütün  xidmət  müddə-

tində onların balans dəyərindən (ilkin və ya bərpa) faizlə birqərar-

da (eyni vaxtda bir eyni məbləğdə) müəyyən ediləbilər. Amortizasi-

ya  ayırmaları  əsas fondların istismarda, təmirdə olmasından  və  ya  boş 

dayanmasından asılı olmayaraq onların dəyərinə görə faizlə hesablanır. 

Müəssisə və firmalarda amortizasiya siyasəti amortizasiya normaları 

əsasında  həyata  keçirilir.  Düzgün  hesablanmış  amortizasiya  normaları 

əsas  fondların  hərəkətini  (dövriyyəsini)  sürətləndirir,  onların  təkrar  is-

tehsal prosesini intensivləşdirir. 

Əgrə amortizasiya əsas fondun ilkin dəyəri  əsasında hesablanırsa, 

amortizasiya norması aşağıdakı düsturun köməyilə hesablana bilər: 

N = 


F – L 

x 100 


T× F 

Burada, N – amortizasiya norması, faizlə  

               F – əsas fondun ilkin dəyəri, man.; 

               L – əsas fondun ləğv olunma dəyəri, man.; 

               T – əsas fondun faydalı istifadə müddəti, il. 

Amortizasiya  normalarına  texniki  tərəqqinin  sürəti  və  istiqaməti 

həlledici dərəcədə təsir göstərir. 

Hazırda ölkədə bazar iqtisadiyyatının tələbləri nəzərə alına-

raq istehsal əsas fondlarının amortizasiyasının hesablanmasının 

açıq  metodu  tətbiq  edilir. Bu metodun mahiyyəti ondan ibarətdir 

ki, dövlət amortizasiya normasının yuxarı həddini müəyyən edir və 

bu həddən aşağı müəssisə istədiyi amortizasiya normasını tətbiq edə 

bilər. Eyni zamanda, istehsal əsas fondlarının bütövlükdə müəyyən 

qrupu üzrə amortizasiya normasının yuxarı həddi müəyyən edilir və 

qeyd  olunan  hədd  daxilində  müəssisə,  bu  qrupa  daxil  olan  əsas 

fondlara istənilən amortizasiya normasını tətbiq edə bilər. 

Qeyd  etmək  lazımdır  ki,  əsas  fondların  dəyərinin  istehsal  olunan 

məhsulun üzərinə keçirilməsinin birqərarlığına görə amortizasiya nor-

maları eyni vaxt vahidi üçün eyni faiz dərəcəsi (mütənasib) və qeyri-

bərabər (qeyri-mütənasib) faiz dərəcələrinə bölünürlər. Məsələn, qeyri-



Telman Huseynov 

 

186



bərabər faiz dərəcəli amortizasiya normaları müxtəlif üsullarla reali-

zə oluna bilər – əsas fondların amortizasiya ilə silinən dəyəri müəy-

yən pirinsiplərlə və ya xüsusi qrafiklərə uyğun olaraq dəyişə bilər. 

Əsas fondların «köhnələn» dəyərinin silinməsi, habelə, normal, sü-

rətləndirilmiş  və  ləngidilmiş  metodları  vasitəsilə  aparıla  bilər.  Köh-

nəlmənin  sürətli  silinməsinin  ən  sadə,  lakin  yeganə  olmayan  üsulu 

amortizasiya müddətinin mümkün qədər azaldılmasıdır. 

Amortizasiya  ayırmalarının  məbləğini  müəyyən  edərkən  mühüm 

iqtisadi  məsələlərdən  biridə  amortizasiya  müddətində  pulun  dəyəri-

nin dəyişkən olmasının nəzərə alınmasıdır. Amortizasiya məbləğinin 

müəyyən edərkən bəzi metodlar bu məsələni nəzərə alır, lakin nəzərə 

almayan metodlarda vardır. 

Əsas fondların «köhnələn» dəyərinin onun ilkin (və ya bərpa) də-

yərindən  silinməsinin  sürətləndirilmiş  metodunda  əsas  fondun  istis-

marının ilk illərində onun dəyəri daha «ciddi» amortizasiya normala-

rına  məruz  qalır,  bununla  əlaqədar  maya  dəyərinin  «giriş»  və  mən-

fəətin vergi qoyulan kütləsi azalır.  Lakin əsas fondların istismarının 

qalan  illərində  amortizasiya  normaları  azaldılır,  nəticədə  mənfəətin 

vergiyə məruz qalan məbləği artır. Beləliklə amortizasiyanın sürətlən-

dirilmiş  metodunun  tətbiqi  mənfəətin  vergi  qoyulan  əsas  hissəsi  vaxt 

etibarılə sonrakı dövrlərə keçirilir. Pulun vaxta görə dəyərinin nəzərə 

alınması verginin verilməsi üzrə firmanın cari xərclərini azaldır. 



Hazırda  qruplar  üzrə  illik  amortizasiya  normaları  aşağıdakı 

kimi müəyyən edilir: 

– binalar, tikililər və qurğular – 7 faizədək;  

– maşın, avadanlıq və hesablama texnikası – 25 faizədək; 

– nəqliyyat vasitələri – 25 faizədək; 

– iş heyvanları – 20 faizədək; 

–  geoloji-kəşfiyyat  işlərinə  və  təbii  ehtiyatların  hasilatına  hazırlıq 

işlərinə çəkilən xərclər – 25 faizədək;  

–  qeyri-maddi  aktivlər  üzrə  istifadə  müddəti  məlum  olmayanlar 

üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə 

istifadə müddətinə mütənasib məbləğlərlə; 

– digər istehsal əsas fondları – 20 faizədək. 

Azərbaycan Vergi Məcəlləsinə əsasən əsas fondların kateqoriya-

ları üzrə amortizasiya ayırmaları yuxarıda müəyyənləşdirilmiş amor-



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə