Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə71/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   67   68   69   70   71   72   73   74   ...   214

Fəsil 8.  stehsal firmasının əsas fondları və istehsal gücü 

 

193



rılması; avadanlığın qeyri-məhsuldar işinin ləğv edilməsi; xammal və 

materialın keyfiyyətinin yaxşılaşdırılması və s. ilə təmin edilir. 



Praktikada  avadanlığın  əsas  növlərindən  istifadənin  natural 

(texniki)  göstəricilərindən  də  geniş  istifadə  edirlər.  Bunlar  müəs-

sisənin texnoloji avadanlıqlarından istifadə dərəcəsini səciyyələndirən 

özünəməxsus  göstəricilərdir.  Məsələn,  domna  sobasının  hər  m

həc-



mindən  alınan  günlük  çuqun  istehsalı  –  sobanın  faydalı  həcmindən 

günlük  istifadə  əmsalı;  marten  istehsalında  sobanın  döşəməsinin  hər 

m

2

 sahəsindən alınan poladın miqdarı və s. Bu göstəricilər həm faktik 



iş  vaxtına  nisbətən  və  həm  də  təqvim  vaxtına  görə  müəyyən  edilə 

bilər. Göstəricilər faktiki iş vaxtına görə müəyyən ediləndə əsas fond-

lardan  istifadənin  səviyyəsini  tam  əks  etdirir,  çünki  faktik  iş  vaxtına 

görə hesablama avadanlığın  yüklənmə intensivliyini və bütün təqvim 

dövründə onun faktiki olaraq necə istifadə olunduğunu səciyyələndirir.  

5. Firmanın istehsal gücü və onun hesablanması metodikası 

stehsal əsas fondlarından istifadənin səmərəlilik səviyyəsi öz ək-

sini  həm  də  istehsal  gücündən  istifadədə  tapır.  Firmanın  istehsal 

gücü – müəyyən dövr ərzində (məsələn, ay, rüb, il) elm və texni-

kanın ən yeni nailiyyətlərinin, mütərəqqi texnoloji proseslərin və 

qabaqcıl  istehsalat  təcrübəsinin  geniş  tətbiqi,  əməyin  və  istehsa-

lın  təşkilinin  təkmilləşdirilməsi  əsasında,  mövcud  istehsal  əsas 

fondlarından  tam  istifadə  etməklə  optimal  nomenklaturada,  çe-

ş

iddə və keyfiyyətdə müəyyən məhsul buraxılışı üzrə maksimum 



imkandır.  stehsal  gücü  ayrı-ayrı  sexlər,  aqreqatlar,  xətlər  üzrə  də 

müəyyən edilir. 



stehsal gücü istehsal bölmələrinin (müəssisə, sex, istehsal sahəsi, 

iş  yeri)  il  ərzində  məhsul  buraxmaq  üzrə  maksimum  imkanlarını 

xarakterizə edən, istehsal potensialını əsaslandırmaq üçün çox qiy-

mətli və hesablama metodikası nisbətən mürəkkəb olan texniki-iqti-

sadi  göstəricidir.  Bu  göstəricinin  əhəmiyyəti  istehsal  potensialının 

əsaslandırılması ilə bitmir; onun vasitəsilə habelə mövcud olan istehsal 

əsas  fondlarının  imkanları  aşkar  edilir,  investisiyaya  ehtiyacın  həddi 

müəyyən  edilir.  stehsal  gücünün  düzgün  hesablanmasının  mühüm  bir 

əhəmiyyəti  də  firmanın  perspektiv  üçün  avadanlığa  tələbatının  real 

həddini və təchizat işinin həcmini aşkar etməkdir. 




Telman Huseynov 

 

194



stehsalı nəzərdə tutulan məhsulun həcmi ilə istehsal əsas fond-

larının imkanını müqayisə etməklə əlavə istehsal gücləri və onların 

işə  salınması  üçün  lazım  olan  əsaslı  vəsait  qoyuluşunun  məbləğini 

müəyyən etmək olar. Faktiki məhsul buraxılışı həcminin maksimum 

mümkün olan istehsal həcmi ilə müqayisəsi birbaşa istehsal güclə-

rindən və dolayısı ilə istehsal əsas fondlarından istifadə səviyyəsini 

aşkar edir. 

stehsal  gücləri  müəssisədə  sifarişlər  zənbilinin  realizə  olunması, 

istehsalın  həcminin  planlaşdırılmasında  çox  mühüm  rol  oynayır.  s-

tehsal gücləri və onlardan istifadə dərəcəsi hər bir müəssisənin istehsal 

proqramını  hazırlayarkən  və  əsaslandırarkən  ilkin  məlumat  kimi  isti-

fadə olunur. Alınmış sifarişlərin yerinə yetirilməsi reallığı onun müva-

fiq  texniki-iqtisadi  hesablamalarla,  xüsusən  də  istehsal  güclərinin  öl-

çüsü ilə əsaslandırmaq nəticəsində təmin edilir. 

stehsal  gücü  il  üçün  bütün  məhsulun  nomenklaturası  üzrə  he-

sablanır.  Hər  bir  məhsul  növü  üzrə  istehsal  gücü—natural  ölçü  va-

hidlərində,  ayrı-ayrı  məhsul  növləri  üzrə  isə  –  dəyər  və  natural  ifa-

dədə müəyyən edilir. Maşınqayırma və metal emalı müəssisələrində 

istehsal gücü konkret məhsul növlərinin buraxılışı üzrə hesablanmaq-

la yanaşı (planda qəbul edilmiş ölçü vahidində), həmçinin müqayisəli 

qiymətlərlə məhsul buraxılışı üzrə də müəyyən edilir. Geniş nomenk-

laturalı  məhsul  buraxan  müəssisələrdə  istehsal  gücü  hesablanarkən, 

mövqelərin iriləşdirilməsi, yəni konstruktiv və texnoloji cəhətdən yek-

cins  məmulatların  təmsil  olunan  məmulatlarla  birləşdirilməsi  müm-

kündür. Məmulat nomenklaturasının bir və ya bir neçə təmsil olunan 

məmulatla  ölçülməsi,  adətən,  maşın  vaxtı  məsrəfləri  və  ya  həmcins 

məhsulların hər növünə düşən norma-saat əsasında aparılır.  

Yeni işə salınmış müəssisə, sex və aqreqatların istehsal gücü 

layihə  gücünə  bərabər  qəbul  edilir.  stehsal  gücü  əsas  istehsalın 

aparıcı  sexlərinin  gücünə  görə  müəyyən  edilir;  çünki  bu  sexlərdə 

əsas texnoloji proseslər yerinə yetirilir və onlar hazır məhsul buraxılı-

şının təmin olunmasında həlledici əhəmiyyətə malikdir. Müəssisənin 

istehsal  gücü  aparıcı  sexlərdəki  avadanlıqların  sayı  və  məhsuldar-

lığından,  onların  ekstensiv  və  intensiv  istifadə  dərəcəsindən,  is-

tehsalın və əməyin təşkili səviyyəsindən asılıdır. Müəssisənin isteh-

sal  gücünün  reallaşdırılması  məqsədilə  həyata  keçirilən  tədbirlərin 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə