Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə70/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   66   67   68   69   70   71   72   73   ...   214

Telman Huseynov 

 

190



istifadə  haqqında  daha  geniş  təsəvvür  yaradır.  Çünki  əməyin 

fondla silahlılığı, əmək məhsuldarlığı və fond verimi arasında müəy-

yən  qarşılıqlı  kəmiyyət  asılılığı  vardır.  Başqa  şərtlər  eyni  qaldıqda 

həmin  göstəricilərdən  ikisinin  dəyişməsi  üçüncünün  dəyişmə  istiqa-

mətini və kəmiyyətini müəyyən edir.  

Əmək məhsuldarlığı, əməyin fondla silahlılığı və fondverimi gös-

təriciləri arasındakı asılılığı aşağıdakı kimi ifadə etmək olar: 

F

v



 = 

 



Ə

m

 = 



 

F



s

 = 


F

əs

 



F

əs

 



 

 

 Burada, Ə



m

 – əmək məhsudarlığı; 

               F

s

 – əməyin fondla silahlılığı; 



                   – fəhlələrin sayı; 

                V – məhsulun həcmi. 

 Gətirilən  düsturlardan  görünür  ki,  hər  3  göstəricini  biri-birilə 

bağlayan,  onlar  arasında  əlaqə  yaradan  istehsal  amili  daha  doğrusu 

bu amilin kəmiyyəti dayanır: fondverimi ilə (F

v

) əmək məhsuldarlığı 



m

)  üçün  ortaq  məhsulun  həcmi,  əmək  məhsuldarlığı  (Ə



m

)  ilə 


fondsilahlılığı (F

s

) arasında işçilərin sayı və, nəhayət, fondverimi ilə 



(F

v

) fondsilahlılığı (F



s

) arasında isə əsas fondların dəyəridir. 

Əgər əmək məhsuldarlığı fəaliyyətin nəticəsidirsə, səmərəsidirsə, 

əməyin  fondla  silahlılığı  nəticənin  əlaqədar  olduğu  xərcdir;  onların 

müqayisəsi  isə  səmərəlilikdir.  Həmin  müqayisə  vasitəsilə  fondveri-

mini aşağıdakı kimi müəyyən etmək olar: 

F

v

 = 



Ə

m

 





F

əs

 



F



s

 

 



 

F

əs



 

Deməli, yuxarıda qeyd edildiyi kimi, fondveriminin artması əmək 

məhsuldarlığı ilə əməyin fondla silahlılığının nisbətindən asılıdır: əmək 

məhsuldarlılığının  əməyin  fondla  silahlılığına  nisbətən  üstünlüklə 

artması əsas fondlardan istifadə səviyyəsini (fondverimini) yüksəldir. 

stehsal  əsas  fondlarından,  daha  doğrusu,  onun  aktiv  hissəsi  olan 

istehsal avadanlıqlarından istifadə edilməsinin səmərəliliyini xarakteri-

zə  edən  xüsusi  (texniki)  göstəricilər  müxtəlif  amillərdən,  məsələn, 

vaxtdan,  gücdən  (vaxt  vahidinə),  təzələnmə  dərəcəsindən  və  s.  asılı 

olaraq əsas fondlardan istifadə səviyyəsini xarakterizə edir. 




Fəsil 8.  stehsal firmasının əsas fondları və istehsal gücü 

 

191



Avadanlığın  ekstensiv  yüklənməsi  əmsalı  (K

ekst

)  ondan  vaxta 

görə istifadə səviyyəsini xarakterizə edir və eynitipli avadanlığın 

hər bir qrupu üzrə aşağıdakı düsturla müəyyən olunur:  

K

ekst



  = 

F

f.v



 

F

n



 

Burada, F

f⋅v 

– avadanlığın faktiki iş vaxtı, saatla; 



F

n

 – avadanlıqdan mümkün istifadə vaxtıdır  (rejim, plan 



və ya həqiqi vaxt fondu), saatla. 

Avadanlıqdan  vaxta  görə  (ekstensiv)  istifadənin  digər  mühüm 

göstəricilərindən biri də növbəlilik əmsalıdır. Avadanlığın işinin fak-

tiki  növbəlililk  əmsalı  gün  (sutka)  ərzində  müəssisənin,  sexin  ava-

danlıqları  tərəfindən  işlənmiş  dəzgah-növbələrin  sayının  qurulmış 

avadanlıqların sayına nisbəti kimi müəyyən edilir:  

K

növ


 = 

h

1



+h

2

+h



3

 

S



ü

 

 Burada,  h



1

,h

2



,h

3

  –  I,  II,  III  növbələrdə  faktiki  işlənmiş  dəzgah-



növbələrin sayı; 

S

ü



  –  müəssisədə,  sexdə  qurulmuş  avadanlıqların 

ümumi miqdarıdır. 

Növbəlilik  əmsalı  avadanlıqlardan  gücə  görə  istifadə  səviyyəsi 

haqqında təsəvvür yarada bilmir. Bütün növbə boyu işləyən avadanlı-

ğın texniki gücündən necə istifadə edilməsini növbəlilik əmsalı ilə öy-

rənmək mümkün deyil, çünki həmin göstərici avadanlığın yalnız vax-

tından  istifadəni  xarakterizə  edir.  Belə  bir  çatışmamazlığa  baxmaya-

raq,  növbəlilik  əmsalının  vaxtaşırı  hesablanması  və  təhlili  avadan-

lıqlardan vaxta görə istifadə prosesini idarə etmək üçün çox vacibdir. 

Maşın  və  avadanlığın  güclərinə  və  məhsuldarlığına  görə  istifadə 

səviyyəsi intensiv istifadə əmsalı (K

int


) adlanan xüsusi (texniki) gös-

tərici ilə xarakterizə olunur ki, bu da aşağıdakı düsturla hesablanır:  

K

int


t

vn



 

t

f



 

Burada, t

vn 

– məhsul (iş) vahidi üçün texniki cəhətdən əsaslandı-



rılımş vaxt norması; 


Telman Huseynov 

 

192



 t

f

 – məhsul (iş) vahidinin hazırlanması üçün faktiki sərf 



olunmuş vaxtdır. 

Vaxta və gücə görə  maşın və avadanlıqdan istifadənin inteq-

ral əmsalı (K

u

) yuxarıda hesablanmış iki əmsalın – K

int

 və K

ekst 



nin hasili kimi tapılır:  

Əsas  fondların  aktiv  hissəsi  olan  maşın  və  avadanlıqlardan  isti-

fadəni səciyyələndirən xüsusi (texniki) göstəricilərin hesablanmasını 

şərti bir misal ilə izah edək. 

Dəzgah-növbə dedikdə 1 avadanlığın növbə ərzində nə qədər iş-

lənməsindən asılı olmayaraq 1 növbə işləməsi başa düşülür. Məsə-

lən,  əgər  müəssisədə  quraşdırılmış  240  dəzgahdan  1-ci  növbədə 

200-ü,  2-ci  növbədə  180-i  və  3-cü  növbədə  160-ı  işləmişdirsə,  de-

məli  firmanın  quraşdırılmış  avadanlıqları  gün  ərzində  540  dəzgah-

növbə işləmişlər. 

K

u

 = K



ekst

 ⋅ K


int 

Fərz  edək  ki,  3  növbəli  iş  rejimində  işləyən  müəssisədə  20 

avadanlıq quraşdırılmışdır. Onlar ay ərzində 14400 saat işləməlidirlər 

(20x3x8x30). Bu vaxt ərzində – 1 detalın istehsalına vaxt norması 5 

saat  olduğundan  –  2880  ədəd  detal  istehsal  olunmalıdır.  Lakin  ay 

ərzində faktiki olaraq I növbədə 18, II növbədə yenə 18, III növbədə 

isə  14  avadanlıq  işləmişdir.  Ona  görə  də  avadanlıqların  işlədikləri 

faktiki  işlənmiş  dəzgah  növlərin  sayı  12000-ə  bərabər  olsada  2800 

ədəd  detal  istehsal  etmək  mümkün  olmuşdur  –  hər  birinə  5  saat 

əvəzində 4 saat 15 dəqiqə vaxt sərf edilmişdir. 

 Yuxarıda gətirilən məlumatlara görə avadanlıqlardan: 

a) ekstensiv istifadə əmsalı 0,83 olmuşdur (12000:14400); 

b) intensiv istifadə əmsalı 1,13 olmuşdur (5 saat:4 saat 15 dəqiqə); 

c) inteqral hesablama əmsalı isə 0,94-ə bərabər olmuşdur (0,83x1,13). 

Göründüyü kimi avadanlıqlardan vaxta görə istifadə (ekstensiv) o 

qədər  qənaətbəxş  olmasada  onun  texniki  imkanları  yaxşı  reallaşdı-

rılmış və nəticədə inteqral istifadə göstəricisi pis olmamışdır. 

nteqral istifadə əmsalının  yüksəldilməsi bütün istehsal prosesini 

əhatə edən tədbirlər kompleksi: qabaqcıl texnologiyanın tətbiqi, tex-

noloji proseslərin intensivləşdirilməsi; avadanlığın planlı boş dayan-

masının azaldılması və plandankənar boşdayanmaların aradan qaldı-



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə