Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə67/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   63   64   65   66   67   68   69   70   ...   214

Fəsil 8.  stehsal firmasının əsas fondları və istehsal gücü 

 

181



Köhnəlmə nəzərə alınmaqla ilkin və ya bərpa dəyəri üzrə qiymət-

ləndirmə, başqa sözlə, qalıq dəyəri ilə qiymətləndirmə əsas fondların 

hələ məhsulun üzərinə keçirilməyən, başqa sözlə, onun amortizasiya 

olunmamış dəyərini əks etdirir.  

Ə

sas fondların qalıq dəyərinə görə qiymətləndirilməsində məq-

səd onun istehsal prosesi zamanı hələ məhsul üzərinə keçirmədiyi də-

yərin həcmini, başqa sözlə, həmin məqam üçün faktiki dəyərini müəy-

yən etməkdir. Qalıq dəyəri əsas fondun ilkin və həm də bərpa dəyəri-

nə görə hesablana bilər.  

Əsas fondların göstərilən metodlardan hər biri ilə qiymətləndiril-

məsi müəyyən praktiki əhəmiyyətə malikdir.  lkin dəyər ilə qiymətlən-

dirmə əsas fondların yaradılmasına çəkilən xərclərin ölçüsünü müəy-

yənləşdirmək üçündür və amortizasiya ayırmalarının kəmiyyətini müəy-

yən etməyin əsasıdır. Köhnəlmə nəzərə alınmaqla ilkin dəyər ilə qiy-

mətləndirmə əsas fondların köhnəlmə dərəcəsini bilməyə və hələ məh-

sulun üzərinə keçirilməyən dəyərin kəmiyyətini müəyyən etməyə imkan 

verir. Bərpa dəyəri ilə qiymətləndirmə əsas fondların həcm dinamikasını 

və  müasir  şəraitdə  onların  təkrar  istehsalının  dəyərini  səciyyələndirir. 

Nəhayət,  köhnəlmə  nəzərə  alınmaqla  bərpa  dəyəri  ilə  qiymətləndirmə 

mövcud əsas fondların faktiki dəyərini müəyyənləşdirmək, habelə ayrı-

ayrı  müəssisələrin  əsas  fondlarının  həcmlərini  müqayisə  etmək  üçün 

çox əhəmiyyətli bir göstəricidir. 

stehsal əsas fondlarının ilkin dəyəri ilə qalıq dəyəri arasındakı fərq 

onun  köhnəlmə  məbləğini  –  istehsal  olunmuş  məhsul  üzərinə  keçirmiş 

olduğu  dəyər  kütləsini  müəyyən  edir.  Bu  fərqin,  daha  doğrusu,  köh-

nəlmə məbləğinin istehsal əsas fondlarının tam ilkin dəyərinə nisbəti isə 

əsas fondun köhnəlmə əmsalını (dərəcəsini) müəyyən edir. 

Əsas fondların təkrar istehsal prosesi istehsal fəaliyyətinin və onun 

səmərəliliyinin əsasını təşkil edir. Onların hərəkəti təsərrüfata rəhbər-

liyin bütün səviyyələrində tənzimlənir və bu prosesə nəzarət olunur. 

Ə

sas  fondların  təkrar  istehsal  xarakteristikası  onların  artması, 

təzələnməsi  və  sıradan  çıxması  göstəriciləri  vasitəsilə  təhlil  olu-

nur və öyrənilir.  

Artma  əmsalı  baxılan  dövrdə  əsas  fondların  artımını  əks  etdirir 

və yeni istifadəyə verilmiş əsas fondların dəyərinin ilin əvvəlinə olan 

əsas fondların dəyərinə nisbəti kimi müəyyən edilir. 



Telman Huseynov 

 

182



stehsal aparatının yeniləşməsi təzələnmə (yeniləşməəmsalı ilə 

müəyyən olunur və bu  əmsal  yeni istifadəyə verilmiş əsas fondların 

dəyərinin ilin axırına olan əsas fondların dəyərinə nisbətini əks etdirir. 

Əsas fondların artma və təzələnmə göstəriciləri qarşılıqlı əlaqəli kə-

miyyətlərdir:  artma  əmsalının  yüksəlməsi  təzələnmə  əmsalının  art-

masına  və  əksinə,  təzələnmə  əmsalının  çoxalması  artma  əmsalının 

yüksəlməsinə səbəb olur.  

Əsas fondların sıradan çıxma əmsalı baxılan dövrdə istifadədən 

çıxmış əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların də-

yərinə nisbəti kimi hesablanır. 



3. Əsas fondların köhnəlməsi və amortizasiyası 

Əsas fondlar özlərinin dəyər və istehlak dəyərini tədricən itirmək-

lə köhnəlir: onlar fiziki aşınmaya və mənəvi köhnəlməyə məruz qa-

lırlar.  



stehsal  əsas  fondları  həm  istifadə  zamanı  və  habelə  boşda-

yanmalar  vaxtı  özünün  texniki-istismar  xassələrini  itirir  –  belə 

köhnəlmə (aşınma) fiziki köhnəlmə adlanır.  

Göründüyü kimi, əsas fondlar həm işlədikləri və həm də istismar 

olunmadıqları halda fiziki cəhətdən köhnəlirlər.  Lakin hər iki halda, 

qüvvədə olan qaydaya görə, əsas fondların dəyəri amortizasiya norma-

sına müvafiq olaraq yaradılan məhsulun üzərinə keçirilir. Buna görə 

də, əsas fondlardan məhsuldar istifadə (istismar) zamanı onların fizi-

ki  köhnəlməsi  həm  də  iqtisadi  köhnəlmədir.  Başqa  sözlə,  əgər  əsas 

fondların dəyərinin yaradılan məhsul üzərinə keçirilməsi onların 

istifadəsi  ilə  bir  zamanda  baş  verirsə,  bu,  həm  fiziki  və  həm  də 

iqtsadi köhnəlmədir. Əgər əsas fondlar işləmədiyi halda təbii təsir-

lərdən  köhnəlirsə,  dəyərinin  yaradılan  məhsul  üzərinə  keçirilməsinə 

baxmayaraq, bu, yalnız fiziki köhnəlmədir və bu halda iqtisadi köh-

nəlmə baş vermir – formal şəkildə baş verir. Avadanlığın fiziki köh-

nəlmə dərəcəsi bir çox amillərdən: onun hazırlandığı materialın kon-

struksiyasından və keyfiyyətindən, istehsalın tipindən, texnoloji pro-

seslərin xüsusiyyətlərindən və s. asılıdır.  

Əsas fondlar, əslində onun yalnız aktiv ünsürləri, mənəvi cəhət-

dən də köhnəlir. Mənəvi köhnəlmə ya aktiv ünsürlərin təkrar isteh-

salının ucuz başa gəlməsi, ya da əvvəlkilərə nisbətən daha məhsuldar 




Fəsil 8.  stehsal firmasının əsas fondları və istehsal gücü 

 

183



maşın və avadanlıqların yaradılması və tətbiqi nəticəsində baş verir. 

Əgər maşın və avadanlıqları dəyər baxımından mənəvi köhnəlməyə 

məruz  qalırsa,  belə  köhnəlməni  aradan  qaldırmaq  mümkün  olmur 

və bu cür köhnəlmiş əmək aləti fiziki cəhətdən yararlıdırsa, onun is-

tehsaldan çıxarılması zərurəti yaranmır. 

Məhsuldarlıq baxımından mənəvi köhnəlməyə məruz qalmış əmək 

vasitələrinin aktiv ünsürlərinin konstruksiyasında müəyyən dəyişiklik 

etmək  yolu  ilə,  başqa  sözlə,  modernləşdirməklə  (yeni  avadanlığın 

köhnəyə nisbətən ucuz başa gəlməsi nəticəsində mənəvi köhnəlməni 

modernləşdirmə yolu ilə aradan qaldırmaq mümkün deyil), yəni tex-

niki  parametrlərini  (güc,  sürət,  yükgötürmə  və  s.)  yaxşılaşdırmaqla, 

onları  yeni  «nüsxə»  səviyyəsinə  qaldırmaq  mümkün  olur.  Modern-

ləşdirmə mümkün olmayan və ya iqtisadi cəhətdən səmərə verməyən 

halda  köhnə  avadanlıq  yenisi  ilə  əvəz  edilir.  Lakin  mütərəqqi  tex-



nika mənəvi cəhətdən  köhnəlmiş, fiziki cəhətdən isə hələ yararlı 

olan öz «sələfini» yalnız o vaxt sıxışdırıb istehsaldan çıxara bilə

ki, yeninin məhsuldarlığı hesabına əldə ediləəlavə səmərə köh-

nənin məhsul üzərinə hələ keçirmədiyi dəyərindən çox olsun. 

stehsal əsas fondları fiziki, mənəvi və iqtisadi köhnəlmə ilə ya-

naşı sosial cəhətdən də köhnəlirlər. Belə köhnəlmə, köhnə avadanlıq-

lara nisbətən istismarı fəhlə üçün daha rahat və cazibədar olan (səssiz, 

təhlükəsiz və s.) yeni avadanlıqların əmələ gəlməsində özünü göstərir. 

Qeyri-maddi aktivləəsas fondların bir növü kimi köhnəlmə-

nin bütün növlərinə məruz qalmırlar. Qeyri-maddi aktivlərin fizi-

ki əsasları olmadığından, onlar fiziki cəhətdən köhnələ bilməzlər; 

onlar  yalnız  mənəvi  cəhətdən  köhnəlirlər  –  mükəmməl  və  ucuz  la-

yihələr  yarandığı  hallarda  əvvəlkilər  mənəvi  cəhətdən  köhnəlirlər. 

Qeyri-maddi  aktivlər  –  hesablamanın  mürəkkəbliyi  və  çətinliyinə 

görə – bərpa dəyəri ilə qiymətləndirilmir. Onlar yalnız ilkin və qalıq 

dəyərinə görə planlaşdırılır və uçota alınırlar.  

Əsas  fondlar  fiziki  cəhətdən  qismən  və  tam  köhnəlirlər.  Onların 

fiziki cəhətdən qismən köhnəlməsi cari, orta və əsaslı təmirlə aradan 

qaldırılır.  Hazırda  müəssisələrdə  bütün  təmir  işlərini  (cari,  orta  və 

əsaslı) maliyyələşdirmə üçün təmir  fondu  yaradılır. Bu fond bir il 

üçün  və  il  ərzində  məhsulun  maya  dəyərinə  daxil  edilən  xərclərin 

hesabına formalaşır, yəni bütün təmir xərcləri cari xərclərə aid edilir.  




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə