Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə65/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   61   62   63   64   65   66   67   68   ...   214

Telman Huseynov 

 

176



«Ötürücü  qurğular».  Bu  qrupa  elektrik,  istilik  və  mexaniki 

enerjinin, habelə maye və qaz halında olan maddələrin ötürülməsinə 

kömək edən qurğular aiddir. Ötürücü qurğulara elektrik, qaz və istilik 

şəbəkələri, rabitə xətləri, buxar, neft, hava, turşu, qırıntı, sexlərarası 

su kəmərləri və kanallar aiddir. 

«Maşın və avadanlıqlar» qrupu aşağıdakı yarımqruplara bö-

lünür:  

1.  «Güc  maşınları  və  avadanlıqları»  yarımqrupuna  istilik  və 

elektrik enerjisi yaradan maşın-generatorlar, buxar maşınları və turbin-

ləri,  daxili  yanma  mühərrikləri,  istilik  və  elektrik  enerjisini  mexaniki 

enerjiyə  çevirən  maşın-mühərriklər,  elektrik  mühərrikləri,  transforma-

torlar, paylayıcı qurğular və s. aiddir. Belə əsas fondlar enerjinin alınma-

sı, çevrilməsi və bölüşdürülməsi üçün nəzərdə tutulmuşdur. Bu qəbildən 

olan güc maşınları və avadanlıqlarının texniki mükəmməlliyi müəssisə-

lərin enerji ilə təchizatının səviyyəsini müəyyən edir. 



2. « ş maşınları və avadanlıqları» yarımqrupuna bilavasitə əmək 

predmetlərini (xammal, material və yarımfabrikatları) mexaniki, ter-

mik və kimyəvi emal edən maşınlar, avadanlıqlar və aparatlar aiddir. 

Bunlar əmək predmetinə təsir etməklə və onları hazır məhsula çevir-

məklə  texnoloji  proseslərdə  bilavasitə  iştirak  edirlər.  Maşın  və  ava-

danlıqların bu yarımqrupu əsas sexlərin və həm də bütövlükdə müəs-

sisənin istehsal gücünü müəyyən edir. 

3.  «Nəzarət-ölçü  və  nizamlama  cihazları  və  laboratoriya  ava-

danlıqları» yarımqrupuna avtomatik idarəetmə mexanizmləri, vaxtı, 

təzyiqi,  temperaturu,  sürəti  və  s.  ölçən  və  nizamlayan  cihazlar,  avto-

matik idarəetmə pultları, dispetçer nəzarət vasitələri, müəssisə və elmi-

tədqiqat laboratoriyalarının cihaz və aparatları və s. aiddir. Bunlar is-

tehsal proseslərini əl ilə və avtomatik olaraq, texnoloji proseslərin re-

jim parametrlərinin ölçülməsi və onlara nəzarət etmək, laboratoriya-sı-

naq və tədqiqatları aparmaq üçündür. 

4. «Hesablama texnikası» yarımqrupuna elektron hesablama ma-

şınları, idarəçi və analoji maşınlar (kompüterlər, printerlər, skanerlər, te-

lefon aparatları və s.), rəqəmli hesablayıcı maşınlar və qurğular, infor-

masiyanın yığılması və ötürülməsi üçün texniki vasitələr və s. aiddir.  



5. «Avtomat maşın və avadanlıqlar» yarımqrupuna proqramla 

idarə olunan dəzgahlar, avtomatik xətlər, kimyəvi-termiki emal üçün 




Fəsil 8.  stehsal firmasının əsas fondları və istehsal gücü 

 

177



qızdırıcı soba və s. kimi maşın, aparat və avadanlıqlar aiddir. Bunlar 

istehsal prosesinin bütün əməliyyatlarının müəyyən texnoloji ardıcıl-

lıqla, verilmiş ritmlə, insanın bilavasitə iştirakı olmadan yerinə  yeti-

rildiyi avadanlıqlardır. Fəhlə yalnız avadanlığı sazlayır, texnoloji pro-

sesin gedişinə nəzarət edir, ilk yükləmə və son boşaltma əməliyyatla-

rını yerinə yetirir. 



 6.  «Sair  maşın  və  avadanlıqlar»  yarımqrupuna avtomat tele-

fon  stansiyalarının  avadanlığı,  yanğınsöndürən  maşınlar,  soyuducu-

lar, televizorlar və s. aiddir. Bu yarımqrupa yuxarıda göstərilmiş ya-

rımqruplara  daxil  olmayan  və  müəyyən  texniki  funksiyaları  yerinə 

yetirən maşın və mexanizmlər daxildir. 

«Nəqliyyat  vasitələri». Bu qrupa elektrik, istilik və buxarla iş-

ləyən dartıcılar, vaqonlar, avtomobillər, elektrik arabaları, magistral 

neft-qaz kəmərləri və s. aiddir. 

«Alətlər». Alətlər qrupuna əmək predmetlərini emal edən müxtə-

lif  növ  elektrik  drelləri,  konduktorlar  (yönəldicilər),  kəsici-tutucular 

və  s.  aiddir.  Ümumiyyətlə,  bu  qrupa  xidmət  müddəti  azı  bir  il  olan 

alətlər daxil edilir.  

 « stehsal ləvazimatları». Bu qrupa istehsal əməliyyatlarının ic-

rasını  asanlaşdıran  istehsal  təyinatlı  əşyalar  –  iş  masaları,  stendlər, 

piştaxtalar və habelə fəhlələrin əmək təhlükəsizliyini təmin edən baş-

qa  vasitələr,  məsələn,  dəzgahların  aralarına  çəkilən  çəpərlər  aiddir. 

Bundan əlavə, həmin qrupa duru və dənəvər maddə və materialların 

qorunması  üçün  istifadə  olunan  çəllək  və  baklar,  şkaflar  və  habelə 

inventarlar daxil edilir.  

 «Təsərrüfat inventarları». Bu qrupa dəftərxana mebeli (stollar, 

şkaflar, divanlar), yazı makinaları, odadavamlı şkaflar, xalçalar, yan-

ğından mühafizə əşyaları və s. aiddir. 



«Çoxillik bitkilər və onların fərdi çəpərləri (hasarları)» qrupu-

na  müəssisə  və  təşkilatların  ərazisində  və  həyətlərində  əkilmiş  çox-

illik bitkilər aid edilir. 

«Sair  əsas  fondlar». Bu qrupa kitabların dəyərindən asılı olma-

yaraq  kitabxana  fondu,  icarəyə  götürülmüş  əsas  fondlar  üçün  icarə 

haqqı (icra balansında qeydə alınan) aiddir.  

Ə

mək predmetlərinə,  müəssisənin istehsal güclərinə bilavasitə 



təsiri dərəcəsindən və əhəmiyyətliliyindən asılı olaraq istehsal əsas 


Telman Huseynov 

 

178



fondları aktiv və passiv hissələrə bölünür.  stehsal əsas fondlarının 

aktiv hissəsinə  əmək predmetlərinin formasına və xassələrinə birbaşa 

təsir edən, əmək məhsuldarlığının səviyyəsini, istehsalın həcmini artı-

ran ünsürlər (iş maşınları və avadanlığı, cihazlar, alətlər), passiv hissə-

sinə  isə  aktiv  əsas  fondların  normal  işləməsi  üçün  şərait  yaradan  ün-

sürlər (binalar, tikililər, ötürücü qurğular) daxildir. 



stehsal  əsas  fondlarının  ayrı-ayrı  ünsürlərinin  ümumi  dəyə-

rindəki  nisbətləri  əsas  fondların  istehsal  strukturunu  müəyyən-

ləşdirir. Əsas fondların istehsal strukturu və onun dinamikası isteh-

salın  texniki  səviyyəsini  səciyyələndirən  göstəricilərdəndir  və  əsas 

fondlara  investisiya  qoyuluşlarının  səmərəliliyinə  təsir  göstərirlər. 

Əsas fondların tərkibində maşınların, avadanlıqların və cihazların pa-

yı nə qədər çox olarsa, onların hər manatına – başqa şərtlər dəyişməz 

qalarsa – bir o qədər çox məhsul istehsal edilə bilər. 

Müxtəlif sahələrə mənsub olan müəssisələrdə istehsal əsas fond-

larının strukturu bir-birindən fərqlənir. Müəssisənin əsas fondlarının 

strukturunun  mütərəqqiliyi,  onda  (strukturda)  maşınların  və  avadan-

lıqların payının artmasında təzahür edir. Müxtəlif sahələrin və müəs-

sisələrin istehsal əsas fondlarının quruluşu bir sıra amillərdən: bura-

xılan məhsulun mürəkkəbliyi və konstruktiv-texnoloji özünəməxsus-

luğundan,  texnoloji  proseslərin  xüsusiyyətlərindən  və  tətbiq  edilən 

maşın və avadanlığın texniki cəhətdən mükəmməlliyindən və s. asılı-

dır.  stehsal əsas fondlarının strukturunun dəyişməsinə, həşey-

dəəvvəl elmi-texniki tərəqqi səbəb olur. Bu dəyişiklik, ilk növbə-

də,  istehsal  əsas  fondlarının  strukturunda  aktiv  hissənin  payının  art-

ması istiqamətində baş verir. 

  stehsalın  təmərküzləşmə,  ixtisaslaşma  və  kooperativləşmə  sə-

viyyəsi də istehsal əsas fondlarının strukturuna əhəmiyyətli dərəcədə 

təsir  göstərir:  istehsalın  təmərküzləşmə  və  ixtisaslaşma  səviyyəsi  nə 

qədər yüksək olarsa, onun mexanikləşmə dərəcəsi bir o qədər yüksək 

və əsas fondların quruluşunda iş maşınları və avadanlıqların da xüsu-

si çəkisi böyük olar. 

stehsalın coğrafi yerləşməsindəki dəyişikliklər və iqlim şəraiti də 

əsas fondların strukturuna təsir göstərir. 

stehsal  əsas  fondlarının  stukturuna  istehsal  olunan  məhsulun 

mürəkkəbliyi  və  konstruktiv-texnoloji  xüsusiyyətləri  ciddi  təsir 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə