Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə63/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   59   60   61   62   63   64   65   66   ...   214

Telman Huseynov 

 

170



etdiyi əsas fəhlələrin əmək haqqından və ya istehsal etdiyi məhsulun 

miqdarından birbaşa asılı olur. Bu sistem çox hallarda əsas fəhlələrə 

xidmət  edən  köməkçi  fəhlələrin  də  əmək  haqqının  təşkilində  tətbiq 

olunur.  Bir  sıra  müəssisələrdə  avadanlıq  sazlaşdırıcıları  dolayı  işə-

muzd  sistemi  üzrə  əmək  haqqı  alırlar.  Dolayı  işəmuzd  əmək  haqqı 

sistemində  hər  hansı  bir  iş  yerinə  xidmət  edən  fəhlənin  əmək  haqqı 

əsas  işəmuzdçu  fəhlənin  istehsal  etdiyi  məhsulun  həcmindən  asılı 

olaraq müəyyən edilir. Ona görə də köməkçi fəhlə iş yerləri və iş sa-

hələrinə fasiləsiz və keyfiyyətli xidmət etməkdə maddi cəhətdən ma-

raqlı olur.  

Mütərəqqi işəmuzd əmək haqqı sistemində normadan artıq hazır-

lanmış hər məhsul üçün norma daxilində olan iş qiymətlərindən yük-

sək qiymətlə haqq verilir. 

Normaların  artıqlaması  ilə  yerinə  yetirilməsi  səviyyəsindən  asılı 

olaraq məhsul vahidinin hazırlanma qiymətlərinin yüksəldilməsi də-

rəcəsi hər bir konkret halda xüsusi şkalalar vasitəsilə müəyyən edilir.  

Mütərəqqi  işəmuzd  əmək  haqqı  sistemi  əmək  haqqının  kütləvi 

və dəyişilməz forması ola bilməz, çünki bu, bəzi hallarda əmək məh-

suldarlığına nisbətən əmək haqqının daha sürətlə artması ilə nəticə-

lənə bilər. Bu isə yolverilməzdir, çünki əmək haqqının artım tempi 

əmək məhsuldarlığının artım tempini qabaqlamamalıdır. 

Mütərəqqi işəmuzd əmək haqqı sistemi, adətən, texniki cəhətdən 

əsaslandırılmış normalarla (əməyin texniki normalaşdırılması əsasın-

da)  işləyən  işəmuzdçu  fəhlələr  üçün  tətbiq  edilir.  Bu  sistemdən 

istifadə edilməsi işə əlavə maddi maraq yaranmasına səbəb olur. 

Mükafatlı  işəmuzd  əmək  haqqı  sistemində  fəhlə  birbaşa  əmək 

haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstəriciləri üzrə 

tapşırıqların  yerinə  yetirilməsi  və  artıqlaması  ilə  yerinə  yetirilməsi 

üçün müəyyən məbləğdə mükafat alır.  

Bəzi hallarda işəmuzd əmək haqqı formasının akkord sistemindən 

də  istifadə  edilir.  Akkord  əmək  haqqı  sistemindən  əsasən  tikintidə  və 

nəqliyyatda istifadə olunur. Akkord əmək haqqı briqadanın icra edəcəyi 

iş üzrə bütövlükdə hesablanılır. Akkord iş qiymətləri müəyyən edilər-

kən kompleks akkord işlərinə daxil olan mövcud normalar və ayrı-ayrı 

iş vahidinin (həcminin) qiymətləri əsas götürülür. Əməyin akkord siste-

mi  üzrə  ödənilməsində  akkord  tapşırıqlarının  keyfiyyətlə  və  vaxtından 




Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

 

171



əvvəl yerinə yetirilməsi üçün mükafatlandırma qaydası da müəyyən edi-

lir. Mükafat, əmək haqqına akkord qaiməsi üzrə əlavə olunur və həmin 

müəssisədə mövcud olan mükafatlandırma qaydası əsasında verilir. 

Sənaye  müəssisələrində  işləyən  fəhlələrin  müəyyən  hissəsi  üçün 

vaxtamuzd əmək haqqı forması tətbiq edilir. Yəni onların əmək haq-

qı  buraxılan  məhsulun  miqdarına  görə  deyil,  işlənmiş  vaxta  görə 

hesablanır. Vaxtamuzd əmək haqqı formasında əmək haqqının miq-

darı fəhlənin ixtisas dərəcəsindən və sərf etdiyi iş vaxtından asılıdır. 

Vaxtamuzd  əmək  haqqı  forması  istehsalın  xüsusiyyətindən  asılı 

olaraq  texniki  cəhətdən  əsaslandırılmış  istehsal  normalarının  müəyyən 

edilməsi  mümkün  olmayan  işlər  üzrə,  habelə  işəmuzd  əmək  haqqı 

sisteminin tətbiq edilməsi iqtisadi cəhətdən sərfəli olmayan sahələrdə 

tətbiq edilir. 

stehsal prosesləri avtomatlaşdırıldıqca vaxtamuzd əmək haqqının 

payı müntəzəm surətdə artır. Fəhlələrdə yüksək iş və xidmət keyfiy-

yətinə  maddi  maraq  yaratmaq,  işin  texniki-iqtisadi  göstəricilərini 

yaxşılaşdırmağı  stimullaşdırmaq  üçün  vaxtamuzd  mükafatlı  əmək 

haqqı tətbiq edilir. 

Əmək haqqının hər bir formasının tətbiq olunma tələbləri və şərt-

ləri vardır. 

şəmuzd  əmək  haqqı  formasının  tətbiq  olunma  şərtləri  aşağıda-

kılardır:  

a)  əməyin  normalaşdırılmasının  mümkünlüyü,  sadəliyi  və  is-

tehsalın həcminin uçota alına bilməsi;  

b)  iş  yerlərində  əmək  məhsuldarlığının  və  istehsalın  həcmini 

yüksək sürətlə artırmaq zəruriyyəti;  

c) istehsal olunan məhsula fəhlənin fəal təsir edə bilmə imkanı; 

d) məhsul istehsalında fəhlənin əmək fəaliyyətinin son nəticələri-

nin əks oluna bilməsi;  

e)  iş  vaxtı  itkilərinin  aradan  qaldırılmasına  imkan  verən  əməyin 

təşkilinin müvafiq səviyyəsinin təmin olunması. 

Vaxtamuzd əmək haqqı formasının tətbiq olunma şərtlərinə: 

a)  fəhlə  tərəfindən  işlənilmiş  iş  vaxtının  ciddi  uçota  alınması  və 

ona nəzarət;  

b) icra edilən işin məzmunu, habelə fəhlələrin hüquq və vəzifələ-

rinin dəqiq müəyyən edilməsi;  




Telman Huseynov 

 

172



c)  fəhlələr  üçün  xidmət  normalarının  və  işçilərin  sayı  norma-

tivlərinin düzgün müəyyən olunması; 

d) fəhlələr üçün tarif dərəcələrinin düzgün verilməsi;  

e)  mükafatlandırma  amilləri  və  göstəricilərinin  düzgün  müəyyən 

edilməsi daxildir. 

Bazar  iqtisadiyyatına  keçid  şəraitində  müəssisədə  əməyin  ödə-

nilməsinin  təkmilləşdirilməsində  əsas  diqqət  əmək  haqqının  forma 

və sistemlərinin düzgün və səmərəli tətbiqinə yönəldilməlidir. 

Əməyin  ödənilməsinin  forma  və  sistemlərinin  təkmilləşdirilməsi 

fəhlələrin  öz  işlərinin  keyfiyyət  göstəricilərini  yaxşılaşdırmaqda 

maddi  cəhətdən  maraqlı  olmaları,  istehsal  prosesində  istifadə  edilən 

xammal və materiallara qənaətlə və istehsal normasını artıqlaması ilə 

yerinə  yetirmələri məqsədilə onların əməyinin ödənilməsinin rolunu 

yüksəltmək istiqamətində aparılmalıdır. 

 

 

 

F   K   R L Ə Ş   N 

 

1. Firmanın kadrları funksional tərkibinə görə hansı qruplara bölünür? 



2. Firmada heyətin idarə olunmasının məqsəd və vəzifələrini izah 

edin. 


3. Əmək məhsuldarlığının tərifini verin. Əmək məhsuldarlığını 

hesablamaq üçün hansı göstəricilər tətbiq olunur? 

4. Əmək məhsuldarlığının yüksəldilməsinin hansı ehtiyac mənbələri 

və amilləri mövcuddur? 

5. Əməyin normalaşdırılmasının mahiyyəti və vəzifələri nələrdən 

ibarətdir? 

6. Firmada əmək haqqının diferensasiyası necə həyata keçirilir? 

7. Tarif sistemini izah edin. 

8. Firmada əməyin ödənilməsinin hansı forma və sistemləri 

mövcuddur? 

9. Tarifsiz əmək haqqı sistemi haqqında nə kimi məlumatınız 

vardır? 


 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə