Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə60/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   56   57   58   59   60   61   62   63   ...   214

Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

 

161



Burada, T

h

 – faydalı iş vaxtı fondu, saat; 



             N

v

 – məhsul vahidinin istehsalına vaxt norması, saat. 



Xidmət norması (N

x

) – işçinin vaxt vahidi ərzində xidmət etməli ol-



duğu istehsal obyektlərinin (iş yerləri, avadanlıq vahidləri) miqdarıdır:  

N



T

h



 

t

x



 

Burada,  t

x

  –  avadanlıq  vahidinə  xidmət  üçün  müəyyən  olunmuş 



vaxt normasıdır, saat. 

Say  norması  müəyyən  işin  yerinə  yetirilməsi  üçün  zəruri  olan 

peşə-ixtisas işçilərin sayını müəyyən edir. 

Tapşırıqların normalaşdırılması müəyyən müddət ərzində briqada 

tərəfindən yerinə yetirilməli olan zəruri çeşid və həcmdə işləri müəy-

yən edir. 

darəolunma  norması  bir  rəhbərə  bilavasitə  tabe  olan  işçilərin 

sayını müəyyən edir.  

stehsal  firmasında  əmək  normaları  ayrı-ayrı  əməliyyatlar  (əmə-

liyyat norması) və ya qarşılıqlı əlaqəli əməliyyatlar qrupu (iriləşdiril-

miş, kompleks normalar) üzrə müəyyən olunur. 

Beləliklə, firmada istehsalın səmərəli təşkili üçün əmək prosesinin 

müxtəlif tərəflərini əks etdirən əmək normalarından istifadə olunur. 

Firma  və  müəssisədə  əmək  normalarının  müəyyən  edilməsində 



analitik-hesablama  metodundan  istifadə  olunur.  Bu  metod  əmək 

normalarının  əmək  normativləri  və  müəyyən  qaydalardan  istifadə 

etməklə hesablanmasını nəzərdə tutur. Əmək normalarının bu metod-

la müəyyən edilməsi hər dəfə xronometraja və iş günün fotoqrafiyası 

kimi  əmək  tutumlu  bir  işə  müraciət  etməməyə  imkan  verir.  Əmək 

məsrəfi  normaları  əməliyyatın  istehsalda  tətbiq  olunmasından  əvvəl 

müəyyən edilir və bu hal normaların hesablanmasına çəkilən xərcləri 

xeyli  ixtisar  etməyə  imkan  yaradır.  Əmək  normativləri  avadanlığın 

materialı emal rejimi və məhsuldarlığı normativlərindən, işin müxtə-

lif elementlərinin yerinə yetirilməsinə vaxt məsrəfi normativlərindən 

və habelə bir fəhlənin və ya birqadanının bir avadanlığa xidmətə sərf 

etdiyi əmək məsrəfi normativlərindən ibarət olur. 

Əmək normalarının müəyyən edilməsinin analitik-tədqiqat  me-

todu  müşahidə  yolu  ilə  iş  vaxt  sərfinin  öyrənilməsinə  əsaslanır  və 



Telman Huseynov 

 

162



özündə:  a)  bilavasitə  iş  vaxtı  sərfinin  həcminin  ölçülməsini  (xrono-

metraj və iş gününün fotoqrafiyası) və b) ani müşahidə yolu ilə iş gü-

nünün fotoqrafiyasını birləşdirir. 

Xronometraj  –  fəhlənin  hər  hansı  əməliyyatın  icrasına  iş 

vaxtı sərfinin öyrənilməsi metodudur. Əmək norması bu metodla 

müəyyən edildikdə əməliyyatın daima təkrarlanan əl əməyi və maşın-

əl əməyi ilə yerinə yetirilən elementlərinə iş vaxtı sərfinin ölçülməsi 

yolu  ilə  həyata  keçirilir  və  bunun  əsasında  əmək  normaları  müəy-

yən  edilir.  Bu  metoddan,  əsasən,  iri  seriyalı  və  kütləvi  istehsalda 

tətbiq  ediləcək  normaların  işlənib  hazırlanmasında  və  analitik-he-

sablama yolu ilə müəyyən olunmuş normaların yoxlanmasında isti-

fadə edilir. 

ş

 gününün fotoqrafiyası – bütünlükdə iş növbəsi və ya onun 

bir hissəsi ərzində iş vaxtı məsrəflərinin (əsas, köməkçi və s.) öy-

rənilməsi məqsədilə həyata keçirilən müşahidə növüdür.  ş günü-

nün  fotoqrafiyasından  məqsəd  iş  vaxtı  itkilərinin  və  onu  doğuran 

səbəblərin  aşkar  edilməsi,  iş  vaxtı  itkilərinin  aradan  qaldırılması  və 

ya onun qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması, iş-

çilərin  zəruri  sayı  və  vaxt  normativlərinin  müəyyən  edilməsi  üçün 

lazım olan məlumatların əldə edilməsidir. 



Ani  (bir  dəfəlik)  müşahidə  metodu  sərf  ediləcək  iş  vaxtının 

kəmiyyətini bilavasitə iş vaxtı sərfini ölçmədən müəyyən etməyə 

imkan  verir.  Bu  metod  çoxlu  sayda  obyektlər  müşahidə  edildikdə 

tətbiq  edilir.  Metod  ehtimal  nəzəriyyəsinin  müddəalarından  istifadə 

edilməsinə əsaslanır və  onun məzmunu isə birbaşa ölçmələr zamanı 

vaxtın mütəmadi qeyd olunmasının (adi fotoqrafiya) müşahidə edilən 

anların (məqamların)uçota alınması ilə əvəz edilməsindən ibarətdir. 

Əldə olunmuş nəticələr (məlumatlar) elementlər üzrə iş vaxtı məs-

rəflərinin xüsusi çəkisini və mütləq kəmiyyətini müəyyən etməyə im-

kan verir. 

Əksər  normativlərin  hesablanması  üçün  xronometrajdan  və  iş 

gününün fotoqrafiyasından istifadə edilir. Deməli, analitik-tədqiqat 



metodu  əməyin  normalaşdırılması  üçün  baza  rolunu  oynayır  və 

analitik-hesablama metoduna nisbətən daha mötəbərdir. 

Beləliklə,  firmada  əmək  məhsuldarlığının  düzgün  ölçülməsi  və 

istehsalın  səmərəli  təşkili  üçün  əmək  prosesinin  müxtəlif  tərəflərini 



Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

 

163



əks  etdirən  əmək  normalarından  istifadə  edilir  və  bu  işlərin  keyfiy-

yəti həmin normaların dəqiqliyindən bilavasitə asılı olur. 



6. Əmək haqqının mahiyyəti və əhəmiyyəti 

Ə

mək  haqqı  işçiyə  özünün  maddi  və  mənəvi  ehtiyaclarını 



ödəmək üçün əməyinin kəmiyyəti, daha doğrusu, onun iş qüvvə-

sinin dəyəri və keyfiyyəti müqabilində ictimai məhsuldan ayrılan 

və pul ifadəsində verilən hissədir. 

Firmada əmək haqqının təşkili prinsipinin əsasında iş qüvvəsinin 

dəyəri  və  əməyin  keyfiyyəti  dayandığından,  o  hər  bir  işçinin  şəxsi 

marağı ilə ictimai istehsalın inkişaf etdirilməsindəki dövlət və habelə 

sahibkarın maraqlarını uzlaşdırmağa imkan yaradır. 

Bazar  münasibətləri  şəraitində  fəaliyyət  göstərən  müəssisə-

lərdə  əmək  haqqının  düzgün  müəyyən  olunması,  həm  muzdlu 

fəhlənin  əməyinin  ədalətli  qiymətləndirilməsi  və  həm  də  sahib-

karın  iqtisadi  maraqlarının  təmin  olunması  baxımından  çox 

vacibdir. 

Fəhlənin əmək haqının onun əməyinin keyfiyyəti (mürəkkəbliyi) 

və kəmiyyətinə görə (istehsal norması ilə) müəyyən edilməsi işçinin 

ona qarşı ədalətli münasibət göstərilməsinə dair imicin formalaşması-

na səbəb olur. Yalnız bu halda iş qüvvəsinə tələblə təklif arasında ta-

razlaşma baş verə bilər. Əgər müəssisənin iş qüvvəsinə tələbi azdırsa – 

təklif edilən əmək haqqının səviyyəsi aşağıdırsa – belə müəssisəyə iş 

qüvvəsindən təklif də az olur. Təklif olunan əmək haqqının artırılma-

sı  ilə  iş  qüvvəsinə  tələb  arasındakı  kəmiyyət  nisbəti  bərabərləşdiyi 

halda, başqa şərtlərin dəyişilməz qaldığı şəraitdə, fəhlənin öz iş yeri-

ni tərk etməsi ehtimalı da minimum səviyyəyə düşür. 

Kəmiyyətcə çox və keyfiyyətcə yaxşı əmək yüksəəmək haqqı-

na layiq bilinməlidir. Yüksək ixtisas dərəcəsinə malik olan əmək cə-

miyyətə yüksək keyfiyyətli və çox miqdarda maddi nemət verdiyindən 

yüksək səviyyədə də mükafatlandırılmalıdır, daha doğrusu, ixtisas sa-

hibinə yüksək əmək haqqı verilməlidir. Bu məsələlərdə səhvə yol ve-

rilərsə, bundan yalnız istehsalın iqtisadiyyatı ziyan çəkə bilər. 

Ə

mək haqqı işçilərin sosial həyatının ən önəmli ''indikatoru'' 



olduğundan  onu  müəyyən  edən  prinsip  və  amillər  elmi  əsaslara 

söykənməlidir.  


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə