Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə62/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   58   59   60   61   62   63   64   65   ...   214

Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

 

167



''Əməyin ödənişi üzrə ixtisas dərəcələrinə tələblər'' bölməsində iş-

çinin  ona  həvalə  olunmuş  və  yerinə  yetirəcəyi  vəzifələr  üçün  zəruri 

olan xüsusi hazırlığının səviyyəsi və profili müəyyən edilir. Bir sözlə, 

"Tarif-ixtisas  məlumat  (sorğu)"  kitabçasında  sənaye  müəssisələrində 

yerinə yetirilən bütün işlər peşə və ixtisaslara görə sistemləşdirilir, işin 

mürəkkəbliyi  və  dəqiqliyindən  asılı  olaraq,  onların  hər  birinə  dərəcə 

müəyyən  edilir.  Bununla  yanaşı  məlumat  kitabçasında,  artıq  qeyd 

olunduğu kimi, hər ixtisasdan olan fəhlə və işçilərin qarşısında qoyu-

lan tələblər verilir; bunun üçün istifadə olunan avadanlığın və texnoloji 

əməliyyatların xüsusiyyətləri və iş şəraiti mütləq nəzərə alınır. 



7. Firmada əməyin ödənilməsinin forma və sistemləri 

stehsal  firmalarında  əmək  haqqı  təşkil  olunarkən  aşağıdakı  əsas 

prinsiplər nəzərə alınır: əməyin kəmiyyət və keyfiyyəti, əməyin in-

tensivliyi,  iş  şəraiti,  əmək  məhsuldarlığı  ilə  əmək  haqqı  arasındakı 

artım  sürəti,  bərabər  əməyə  görə  bərabər  haqqın  verilməsi,  iqtisa-

diyyat sahələrinin əhəmiyyəti, müəssisələrin coğrafi yerləşməsi. Bu 

o deməkdir ki, işçilərə əmək haqqı verilərkən sözügedən prinsiplərə 

riayət  etmək  lazımdır. Əməyin  ödənilməsində bu  prinsiplərdən  kə-

nara  çıxmaq  işçilərin  maddi  marağının  zəifləməsinə,  beləliklə  də, 

istehsalın səmərəliliyinin aşağı düşməsinə səbəb ola bilər. 

Sənaye müəssisələrində əmək haqqının düzgün təşkili və tənzim-

lənməsi üçün əsasən onun 2 forması – işəmuzd və vaxtamuzd forma-

ları tətbiq edilir. 

Əməyin vaxtamuzd ödəniş formasında işçinin əmək haqqı onun 

tərəfindən  istehsalda işlənmiş  vaxta  və müvafiq  ixtisas  dərəcəsinin 

tarif maaşına görə hesablanır. Əməyin ödənişinin vaxtamuzd forma-

sının, məhsul istehsalı artımının fəhlənin özündən deyil, avadanlıq-

dan  asılı  olduğu  və  habelə  əməyin  normalaşdırılmasının  mümkün 

olmadığı iş yerləri və sahələrində tətbiq edilməsi həm zəruri və həm 

də məqsədəuyğundur. 

Əməyin  ödənilməsinin  vaxtamuzd  sistemi  2  ödəniş  formasını  – 

sadə vaxtamuzd və mükafatlı vaxtamuzd – özündə birləşdirir. 

Əməyin ödənilməsinin sadə vaxtamuzd formasında fəhlənin əmək 

haqqının məbləği onun saatlıq tarif maaşını iş növbəsindəki saatların 

və aydakı iş günlərinin sayına vurmaqla müəyyən edilir. 



Telman Huseynov 

 

168



Fərz edək ki, hər hansı bir işçinin (fəhlənin) saatlıq tarif maaşı 8 

man., iş növbəsinin müddəti isə 8 saatdır və həmin işçi ay ərzində 24 

gün işləmişdir. Onda onun 1 iş günü üçün vaxtamuzd əmək haqqı 64 

man. – (8 x 8man.) – ay üçün isə 1536 manat (8 x 8 x 24) olacaqdır. 

Əməyin  ödənilməsinin  mükafatlı  vaxtamuzd  formasında  fəhləyə 

(işçiyə) işlədiyi vaxta və tarif maaşına görə ödənilən əmək haqqından 

əlavə hər hansı bir işi ilə əlaqədar (məsələn, materiala qənaət) müka-

fat da ödənilir. 

Fərz  edək  ki,  işçinin  saatlıq  tarif  maaşı  8  man.,  iş  növbəsinin 

uzunluğu  8  saat,  ay  ərzində  işlədiyi  günlərin  sayı  24  olmuş  və  ona 

materiala qənaət etdiyinə görə sadə işəmuzd əmək haqqının 20 faizi 

həddində  mükafat  müəyyən  edilmişdir.  Onda  əməyin  ödənilməsinin 

mükafatlı vaxtamuzd əmək haqqının məbləği [8 x 8 x 24 x (1+0,2)] = 

1536 x (1+0,2) = 1536 + 0,2 x 1536 = 1843,2 manat olacaqdır. 

Əməyin  ödənişinin  ikinci  forması  işəmuzd  (buna  bəzən  dənə-

muzd əmək haqqıda deyirlər) əmək haqqıdır. Əməyin ödənişinin bu 

formasından  məhsul  və  xidmətin  kəmiyyət  göstəriciləri  əsas,  həcm 

göstəricilərinin  uçotunun  dəqiq  ölçülməsinin  mümkün  olduğu  və 

habelə texniki cəhətdən əsaslandırılmış normaların tətbiqinə çətinlik 

törətməyən iş yerləri və sahələrində istifadə olunur. 

şəmuzd (dənəmuzd) əmək haqqı forması işçinin öz işinin key-

fiyyət tərəfindən çox kəmiyyət tərəfinə rəğbətini gücləndirir. Məh-

sulun  keyfiyyətinin  aşağı  düşməsi  ehtimalı  artır,  avadanlığa  xid-

mət işi pisləşir, fəhlə gərgin işləmək məcburiyyətində qalır, mate-

rialdan istifadə  olunmasında  israfçılığa  yol  verilməsi  ehtimalı  ya-

ranır və s. 

Əməyin  ödənişinin  işəmuzd  (dənəmuzd)  forması  bir  neçə  əmək 

haqqı sistemlərinə bölünür və onlar aşağıdakılardır: 

– birbaşa işəmuzd; 

– dolayı işəmuzd; 

– mütərəqqi işəmuzd;  

– mükafatlı işəmuzd; 

– akkord sistemi. 

Əməyin  işəmuzd  ödəniş  formasının  yuxarıda  göstərilən  bütün 

sistemləri fəhlələr tərəfindən fərdi və ya kollektiv, başqa sözlə, briqa-

dalar vasitəsilə icra oluna bilər. 




Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

 

169



Firmalarda  işəmuzd  işləyən  fəhlələrin  əməyinin  vaxtamuzd  işlə-

yən  fəhlələrin  əməyindən  daha  intensiv  xarakterini  nəzərə  alaraq, 

vaxtamuzd işləyənlərin əmək haqqı aşağı müəyyən edilir. Lakin nə-

zərə  almaq  lazımdır  ki,  elmi-texniki  tərəqqi  fəhlələrin  əməyinin  in-

tensivliyini tədricən tarazlaşdırır. 

Məlumdur  ki,  işəmuzd  əmək  haqqı  forması  fəhlələrin  ixtisasının 

artırılmasına,  avadanlıq və  alətlərdən  daha  yaxşı  istifadə  edilməsinə 

maddi marağı artırır. Lakin bu heç də o demək deyildir ki, işəmuzd 

əmək haqqını hər yerdə eyni dərəcədə tətbiq etmək lazımdır. 

Əməyin  ödənilməsinin  işəmuzd  (dənəmuzd)  forması,  bir  qayda 

olaraq,  məhsul  istehsalına  iş  vaxtı  məsrəfi  və  istehsal  normalarının 

müəyyən  edilməsi  (hesablanması)  mümkün  olan  istehsallarda  tətbiq 

olunur.  şəmuzd (dənəmuzd) əmək haqqının məbləği istehsal edilmiş 

məhsulun  miqdarına  və  həmin  məhsulun  hazırlanması  qiymətinə 

görə müəyyən olunur. 

Fərz edək ki, bir məhsulun emalına fəhlə tərəfindən vaxt məsrəfi 

norması 30 dəqiqə, fəhlənin 1 saatlıq tarif maaşı isə 7 manata bəra-

bərdir və ay ərzində o, 120 ədəd məhsul istehsal edə bilir.  stehsal 

normasının  vaxtında  və  keyfiyyətlə  yerinə  yetirilməsinə  görə  fəh-

ləyə  onun  işəmuzd  əmək  haqqının  20  faizi  həcmində  mükafat  ve-

rilir. Onda fəhlənin aylıq mükafatlı işəmuzd əmək haqqının məbləği 

[7 (30:60) x 120 x (1+0,2)] = (7 x 0,5) x (120+24) = 3,5 x 144 = 504 

manat olacaqdır. 

Yerinə yetiriləcək işin haqqının əvvəlcədən müəyyən edilib, fəh-

lələrə çatdırılmasının böyük əhəmiyyəti vardır, çünki bu halda fəhlə 

gördüyü  iş  üçün  nə  qədər  əmək  haqqı  alacağını  əvvəlcədən  bilir  və 

daha çox məhsul istehsal etməsində maraqlı olur. 

Birbaşa işəmuzd əmək haqqı sistemi əmək haqqının ən çox yayıl-

mış formasıdır. Bu formada hazırlanmış bütün məhsul üçün fəhlələrə 

əmək haqqı  yerinə  yetirilmiş işin həcmi və iş vahidi üçün müəyyən 

edilmiş sabit qiymətlərə vurulması əsasında hesablanaraq verilir. Bu 

sistemdə istehsalın artması ilə fəhlənin faktiki gəliri (məvacibi) ara-

sında birbaşa əlaqə mövcud olur.  

stehsal firmalarında və sənaye müəssisələrində bəzi hallarda do-

layı  işəmuzd  əmək  haqqı  sistemindən  də  istifadə  edilir.  Dolayı  işə-

muzd əmək haqqı sistemində fəhlənin aldığı əmək haqqı onun xidmət 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə