Fəsil 8. stehsal firmasının əsas fondları və istehsal gücü
179
göstərir. Məsələn, sadə formalı, nisbətən kiçik çəkili məmulatların
istehsalında, yaxud fərdi və xırda seriyalı istehsal zamanı fondla-
rın eyniadlı qruplarının xüsusi çəkisi ilə müqayisədə mürəkkəb
formalı, çox ağır və iri qabaritli məmulatların hazırlanması zamanı
əsas fondların quruluşunda binaların xüsusi çəkisi, kütləvi və iri
seriyalı istehsal zamanı isə maşın və avadanlıqların xüsusi çəkisi
yüksək olur.
Artıq qeyd olunduğu kimi, müxtəlif sahələrin müəssisələrində is-
tehsal əsas fondlarının strukturu eyni deyildir. Bu, hər şeydən əvvəl,
sahənin texniki-iqtisadi xüsusiyyətləri ilə izah edilir. Məsələn, maşın-
qayırma və metal emalı, qara metallurgiya, kimya və neft-kimya, yün-
gül sənayedə, o cümlədən toxuculuq sənayesində iş maşınları və ava-
danlıqları istehsal əsas fondlarının tərkibində daha çox paya malikdir
və bu pay 30 faizdən 50 faizə qədər intervalda tərəddüd edir.
Yanacaq sənayesinin (neftçıxarma sənayesinin) istehsal əsas
fondlarının tərkibində qurğular və ötürücü mexanizmlərin xüsusi çə-
kisi (təqribən 60 faiz), yüngül, yeyinti, maşınqayırma və metal emalı,
kimya və neft-kimya sənaye sahələrinin əsas fondlarının tərkibində
binaların xüsusi çəkisi (müvafiq olaraq təqribən 40 faiz, 37 faiz, 27
faiz) daha böyük, hasilat sənaye sahələrində isə nisbətən az olur.
Güc maşınları və avadanlıqları aşağıdakı sənaye sahələrinin əsas
fondlarında daha böyük paya malik olur: elektroenergetikada (təqri-
bən 33 faiz), şəkər sənayesində (təqribən 10 faiz) və sellüloz-kağız
sənayesində (təqribən 6 faiz). Nəqliyyat vasitələri meşə təsərrüfatı
sənayesində (təqribən 13 faiz), balıq sənayesində (təqribən 8 faiz)
daha çox yer tutur.
2. Ə
sas fondların qiymə
tlə
ndirilmə
si
stehsal əsas fondları həm natural, həm də dəyər ölçüsündə uçota
alınır və planlaşdırılır. stehsal əsas fondlarının natural göstəricilərlə
qiymətləndirilməsi istehsal prosesinin texnoloji xüsusiyyətlərindən
asılıdır və istehsal müəssisələrində əsas fondların texniki tərkibini,
istehsal gücünü müəyyənləşdirmək, istehsal gücündən istifadəni yük-
səltməyə dair tapşırıqlar və yollar müəyyən etmək, avadanlıq balansı
tərtib etmək, habelə investisiyanın və yeni maşın və avadanlıqların
tətbiqi hesabına istehsalı inkişaf etdirmək üçün istifadə olunur.
Telman Huseynov
180
Əsas fondların dəyər ifadəsində uçota alınması və planlaşdırıl-
ması müəssisənin istehsal əsas fondlarının köhnəlməsini müəyyən et-
mək və amortizasiyanı hesablamaq, dinamikasını uçota almaq və on-
ların geniş təkrar istehsalını planlaşdırmaq, habelə məhsulun maya
dəyərini və müəssisələrin rentabelliyini müəyyən etmək məqsədilə
aparılır. Müəssisənin böyük miqdarda və müxtəlif əmək vasitələrindən
ibarət olan əsas fondlarının təkrar istehsalının planlaşdırılması ancaq
dəyər ifadəsində aparıla bilər.
Ə
sas fondların uzun müddət işləməsi, tədricən köhnəlməsi və
bu müddətdə təkrar istehsal şəraitinin dəyişməsi ilə əlaqədar
olaraq əsas fondlar – onların hərəkətinə nəzarət məqsədilə – üç
növ dəyərdə (ilkin, bərpa və qalıq dəyəri) qiymətləndirilir.
Ə
sas fondların ilkin dəyəri dedikdə, onların istehsalı (yaxud inşa-
sı), əldə edilməsi (alınması və gətirilməsi), habelə quraşdırılması ilə əla-
qədar olan xərclərin məcmusu nəzərdə tutulur. Müəssisənin əsas fond-
larının uçotu onların ilkin dəyəri ilə aparılır. Qiymətləndirmənin bu nö-
vündən amortizasiya ayırmalarının hesablanması, istehsal əsas fondları-
na əmlak vergisinin təyin edilməsi üçün istifadə olunur. Buna həm
də əsas fondların balans dəyəri deyilir. Müxtəlif dövrlər üçün avadan-
lığın qiyməti və tikintinin dəyəri dəyişdiyinə görə, bu qiymətləndirmə
metodu əsas fondların dəyişmə dinamikası barədə dəqiq müqayisə edi-
lə biləcək məlumat almağa imkan vermir. Bu çatışmazlığı aradan qal-
dırmaq üçün bərpa dəyəri adlanan dəyərdən istifadə olunur.
Bə
rpa də
yə
ri üzrə
qiymə
tlə
ndirmə yeni istehsal şəraitində (cari
ildə) əsas fondların təkrar istehsal dəyərini (yəni müasir dəyərini) ifadə
edir. stehsal əsas fondlarının bərpa dəyəri ilkin dəyər ilə mənəvi
aşınmanın dəyər formasında ifadə olunmuş kəmiyyəti arasındakı fərq
kimi müəyyən edilir. Yeni istehsal əsas fondlarının istifadəyə veril-
məsi anında onların ilkin dəyəri bərpa dəyəri ilə üst-üstə düşür. Lakin
sonralar – mənəvi köhnəlmə və inflyasiya ilə əlaqədar olaraq – il-
kin dəyər dəyişir, çünki istehsal şəraitinin özü dəyişir. Qiymətlən-
dirmənin bu metodu ilkin dəyər üzrə qiymətləndirmədə – şəraitin də-
yişməsi ilə əlaqədar – qeyd edilən çatışmazlığı aradan qaldırır. Lakin
əsas fondların bərpa dəyəri üzrə qiymətləndirilməsi xeyli əmək tutum-
ludur, vəsait və vaxt tələb edir. Ona görə də, əsas fondların bərpa də-
yərinə görə yenidən qiymətləndirilməsi vaxtaşırı aparılır.