Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə75/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   71   72   73   74   75   76   77   78   ...   214

Telman Huseynov 

 

204



inkişafı  üçün  geniş  imkanlar  açmışdır.  Müəssisədə  avtomatlaşdırma 

nəinki xammal emalını, həm də  yığma, anbar, qablaşdırma və digər 

əməliyyatları, layihələşdirməni, istehsalın texnoloji hazırlığını, iri is-

tehsal sistemlərinin idarə olunmasını təmin edir. 

Avtomatlaşdırma,  xüsusilə  onun  çevik  formaları,  istehsal  gücü-

nün müasir istehsalın tələblərinə uyğunlaşdırılmasına imkan verir.  s-

tehsala  hazırlıq  vaxtını  azaldaraq,  bir  məhsulun  istehsalından  digə-

rinə keçidi sürətləndirərək proqramlı avtomatlaşdırma istehsal gücü-

nü daha çevik edir və elmi-texniki tələblərə uyğunluğunu şərtləndirir. 

Avadanlıq  parkının  texniki-iqtisadi  səviyyəsinə  investisiya  qoyu-

luşlarının  texnoloji  quruluşu,  istehsal  əsas  fondlarının  təzələnməsi  və 

sıradan çıxmasının nisbəti və habelə avadanlıqların yaş strukturu təsir 

göstərir.  Texniki  tərəqqinin  intensivliyi  və  avadanlıq  parkının  elmi-

texniki tərəqqinin inkişaf sürətinə uyğun olaraq yeniləşmə tempi sürət-

ləndikcə  əsaslı  vəsait  qoyuluşunun  böyük  hissəsi  köhnələn  və  aşınan 

əmək vasitələrinin dəyişdirilməsinə yönəldilir. Bu isə, nəticə etibarilə 

bütünlükdə istehsal əsas fondlarından istifadə səviyyəsini yüksəldir. 

 

 



 

F   K   R L Ə Ş   N 

 

1.  stehsal əsas fondlarının iqtisadi  mahiyyətini izah edin. 



2. Əsas fondların təsnifləşdirilməsində məqsəd nədir və onlar hansı 

qruplara bölünür? 

3. Əsas fondlar hansı qiymətlərlə qiymətləndirilir, onların köhnəlmə 

növləri hansılardır? 

4. Amortizasiya ayırmalarının hesablanmasının hansı metodları vardır? 

5. Əsas fondlarından istifadənin hansı göstəriciləri var? 

6. Firmanın istehsal gücünün  hesablanma metodlarını aydınlaşdırın. 

7. Firmanın əsas fondlarından istifadənin yaxşılaşdırılması yolları 

hansılardır? 

 



 

 

205



 

 

 

 

 

 

Fəsil 9. Firmanın dövriyyə fondları və dövriyyə vəsaitləri  

 1. Dövriyyə fondlarının iqtisadi mahiyyəti və onların tərkibi  

 2. Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri 

 3. Firmada maddi resursların normalaşdırılması 

 4.  stehsal ehtiyatlarının təsnifatı və təyinatı  

 5. Firmada bitməmiş istehsal və gələcək dövrün xərclərinin 

normalaşdırılması 

 6. Firmada tədavül fondlarının idarə olunması  



1. Dövriyyə fondlarının iqtisadi mahiyyəti və onların tərkibi 

Əgər istehsal vasitələri əmək vasitələri və əmək cisimlərindən ibarət 

olursa,  istehsal  fondları  –  istehsal  vasitələrinin  dəyər  daşıyıcıları  –  isə 

əsas və dövriyyə fondlarına bölünürlər.  

stehsalın maddi ünsürlərindən biri olan əmək predmetləri (xammal, 

əsas  və  köməkçi  materiallar,  yanacaq  və  elektrik  enerjisi,  kənardan 

alınmış yarımfabrikatlar) əmək vasitələri ilə birlikdə məhsulun isteh-

salı  prosesində  bilavasitə  iştirak  edirlər.  stehsalın  hər  bir  tsiklinin 

yenidən  başlanması  əvvəlki  istehsal  tsiklində  istehlak  edilmiş  xam-

mal və materialları əvvəlki natural-əşya formasında yenidən yaratma-

ğı tələb edir.  

Əmək predmetləri istehsal vasitələrinin tərkib hissəsindən biri 

olmaqla  dəyər  formasında  dövriyyə  fondları  adlanır.  Dövriyyə 

istehsal fondları elə istehsal vasitələrindən ibarətdir ki, onlar 

ə

mək prosesinə daxil olmaqla hər bir istehsal tskilində tama-



milə istehlak olunur, həmin tsikldə öz dəyərini bütünlüklə ya-

radılan məhsulun üzərinə keçirir və özlərinin natural forma-

larını dəyişirlər. 

Dövriyyə istehsal fondları, əsas fondlardan fərqli olaraq, istehsal 

olunan məhsul üzərinə öz dəyərlərini bir dəfəyə və tamamilə – yana-



Telman Huseynov 

 

206



caq, enerji və köməkçi materialların bir qismi istisna olmaqla – özlə-

rinin maddi-əşya formalarına xas olan fiziki-kimyəvi xüsusiyyətlərini 

də keçirirlər. Məsələn, xromlu-nikelli poladdan istehsal olunmuş hər 

hansı  bir  hissəsinin  dəyəri  dövriyyə  fondu  kimi  poladın  dəyərindən 

ibarət olmaqla bərabər, həm də, tam olmasa da, həmin marka poladın 

təbii-texniki  və  ya  fiziki-kimyəvi  əlamətləri  də  həmin  hissənin  sub-

stansiyasına daxil olur. 

stehsal firması və ya sənaye müəssisənin dövriyyə fondları özlə-

rinin təyinatına, yaradılma zəruriliyini müəyyən edən şərait və amil-

lərin  müxtəlifliyinə  görə  üç  hissəyə  bölünür  və  bunlar  aşağıdakılar-

dır. 

1.  stehsal  ehtiyatları  –  bu,  istehsalçı  müəssisə  tərəfindən  alın-

mış,  özünün  əmlakı  kimi  istehsal  prosesi  üçün  hazırlanmış  və  onun 

(istehsalın) fasiləsizliyini təmin etmək məqsədilə həmin prosesə daxil 

olmağı gözləyən xammal, material, yanacaq və s.-dən ibarətdir. 



2. Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar – 

bu, artıq texnoloji prosesə buraxılmış və emalın müəyyən mərhələsin-

də  olan  material,  istehsalı  hələ  başa  çatdırılmamış  hissə,  bağlama  və 

məmulatlar və habelə özünün istehsalı olan yarımfabrikatlardır. 



3.  Gələcək  dövrün  xərcləri  –  bu,  dövriyyə  fondlarının  qeyri-

maddi ünsürləri kimi, məsələn,  yeni məhsulun layihələndirilməsi və 

nümunəsinin  yaradılması,  onun  istehsalı  üçün  yeni  texnologiyanın 

işlənməsi və tətbiqi və s. ilə əlaqədar xərclərdir ki, cari dövrdə çəkil-

sələr  də  gələcəkdə  istehsal  olunacaq  məhsulun  maya  dəyərinə  daxil 

edilməklə geri qaytarılır. 

stehsal  prosesində  əmək  predmetləri  natural  –  əşya  formasında 

istehlak  olunduqlarına  görə  hər  bir  məhsul  növünün  fasiləsiz  təkrar 

istehsalı üçün onlardan istehsalatda hər an və müəyyən miqdarda is-

tifadə  edilməsi  imkanı  təmin  olunmalıdır.  Buna  o  halda  nail  olmaq 

mümkündür  ki,  a)  ya  xammal  və  materiallar  müəssisəyə  istehlak 

üçün hazır vəziyyətdə və gündəlik təlabat həcmində (istehsala dəqiq 

buraxılma sinxronluğu ilə) göndərilsin, b) ya da müəssisədə xammal 

və materiallardan lazımi miqdarda ehtiyat yaradılmış olsun.  

Bu şərtlərdən birincisi nəzəri baxımdan mümkündür, lakin praktik 

olaraq bütün hallarda ya yerinə yetirilə bilməz və ya da iqtisadi cəhət-

dən  məqsədəuyğun  deyil.  Buna  səbəb  bir  çox  əmək  predmetlərinin 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə