Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə55/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   51   52   53   54   55   56   57   58   ...   214

Telman Huseynov 

 

148



üçün  şəraitdir,  situasiyadır;  situasiyasının  münaqişəyə  çevrilməsi 

üçün səbəb, «bəhanə» və ya əsas lazımdır.  

Münaqişələr heyyətin ayrı-ayrı kateqoriyalarına mənsub işçilər və 

habelə müxtəlif kateqoriyaya aid kadrlar arasında yarana bilər. Xüsu-



silə idarə edənlərlə idarə olunanlar arasında konfliktin baş vermə 

tezliyi çox, onun müsbət həllinin etimalı isə nisbətən az olur. 

Firmalarda  heyətin  idarə  edilməsi  üzrə  menecer  çevik  və  səriştəli 

olmalı, hər bir konfliktin aradan qaldırılması üçün ciddi səy göstərməli 

və  gecikməməlidir.  Əks  halda,  konfliktin  «qütbüləri»ndə  dayananlar-

dan biri öz iş yerini tərk etməli olacaqdır. Bunların böyük əksəriyyəti 

isə idarə edilənlər olur, nəticə etibarilə, firmada kadr axıcılığı çoxalır. 

Stabil  istehsal  heyətinin  yaranması  və  bunun  pozulmasına  qarşı 

görüləcək  tədbirlər  iş  qüvvəsinin  axıcılığı  məqamından  deyil,  hələ 

çox əvvəl başlamalıdır. Bunun üçün istehsal heyətinin elmi əsaslarla 

idarə edilməsinin müstəsna əhəmiyyəti vardır.  

Bütünlükdə  idarəçilik  üçün  olduğu  kimi,  istehsal  heyətinin  də 

idarə edilməsi məlum üç metod əsasında həyata keçirilir: a) inzibati, 

b) iqtisadi, v) sosial-psixoloji. 

Öz-özlüyündə  aydındır  ki,  əgər  göstərilən  üç  metoddan  hə

hansı  biri  istehsal  heyətinin  idarə  olunmasının  öhdəsindən  gələ 

bilsəydi,  digər  ikisinə  ehtiyac  qalmazdı.  Deməli,  ümumiyyətlə 

idarəçilikdə  və  xüsusilə,  heyətin  idarə  olunmasında bu  üç  meto-

dun hamısından – şəraitdən asılı olaraq – müəyyən hədlər çərçi-

vəsində istifadə olunmalıdır.  

Müəssisə iqtisadiyyatının və habelə istehsal heyətinin idarə edil-

məsinin  mühüm  məsələlərindən  biri  də  kadrlara  tələbatın  düzgün 

müəyyən  olunmasıdır.  Bu  iş  əməyin  normalaşdırılmasına  və  həmin 

məsələnin  həllində  konkret  olaraq  vaxt  norması,  istehsal  norması, 

xidmət norması, say norması, idarəetmə həddi kimi normaların tətbi-

qinə əsaslanmalıdır.  

Müəssisədə işçilərin plan sayını aşağıdakı kimi hesablayırlar: 

pl 



i



 – Σ

q

 



Burada, 

pl

 – işçilərin plan sayı; 



 

i

  –  plan  iş  həcminin  yerinə  yetirilməsi  üçün  zərüri  olan 



işçilərin sayı; 


Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

 

149



 

–  əmək  məhsuldarlığının  yüksəldilməsi  hesabına  iş 



qüvvəsinə qənaətdir.  

Digər  bir  metod  plan  tapşırıqlarının  yerinə  yetirilməsi  üçün 

işçilərin sayının hesablanmasıdır. Bunun üçün aşağıdakı düsturdan 

istifadə olunur: 

i

 = 


b

 × Ə


ip

 

Burada, 



b

 – bazis ilində işçilərin sayıdır; 

             Ə

ip

 – plan ili üçün istehsal proqramının artması əmsalıdır. 



Sonuncu  metod  nöqsanlıdır.  Çünki  plan  ili  üçün  hesablamada 

bazis  ilinin  işçilərinin  sayının  müəyyən  edilməsində  yol  verilən 

səhvlər və onlardan (işçilərdən) necə istifadə olunması, daha doğru-

su, həmin sayın keçən il üçün nə qədər real olub-olmaması plan ili 

üçün (keçmişdə yol verilən səhvlər) bir növ qanuniləşdirilir.  

Normala_şdırılan_vaxt_m_əsr_əfi_istehsal_proqramında__istehsalı_n_əz_ərd_ə_tutulan_h_ər_m_əmulat_növü_üzr'>Normala_şdırılması_mümkün_olan_v_ə_olmayan_i_şl_ər_üçün_i_ş_qüv-__v_əsin_ə_t_əl_əbatın_hesablanması_qaydaları_biri-birind'>Normalaşdırılması mümkün olan və olmayan işlər üçün iş qüv-

vəsinə tələbatın hesablanması qaydaları biri-birindən fərqlənir.  

Normalaşdırılan  işlərdə  məşğul  olacaq  istehsal  işçilərinə  tələbatın 

hesablanması – müəyyən peşə və ixtisaslar üzrə – iş vaxtının sərfi əsa-

sında aparılır. Normalaşdırılan  vaxt  məsrəfi  istehsal  proqramında 



istehsalı nəzərdə tutulan hər məmulat növü üzrə ayrı-ayrılıqda he-

sablanır,  onlar  sonradan  cəmlənir.  Bununla  yanaşı  vaxt  norması 

müəyyən edilərkən, plan ilində əmək məhsuldarlığının yüksəldilməsi, 

fəhlələrin sayına tələbatı azaldan bir amil kimi nəzərə alınır.  

Normalaşdırılan işlərin icrası üçün fəhlə kadrlara tələbat (F

s

) aşa-


ğıdakı düsturun köməyilə hesablanır: 

F

s



 = 

f

p



B

I

N



×

 



Burada, N – bir məmulatın istehsalına vaxt norması; 

              I

p

 – istehsal proqramı üzrə məmulatların sayı; 



             B

f  


 

1 fəhlənin faydalı iş vaxtı fondudur. 



Normalaşdırılmayan işlərin yerinə yetirilməsi üçün fəhlə kadrla-

ra tələbatı, planlaşdırılan istehsalın həcmi üçün zəruri olan iş yerləri-

nin sayını, növbəlilik əmsalı və iş yerlərinə xidmət normaları əsasın-

da hesablayırlar. Bu  metod "iş  yerləri  ştatına görə hesablama qay-

dası" adlanır. Hesablama peşə və ixtisas dərəcələri üzrə aparılır.  


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə