Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə52/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   48   49   50   51   52   53   54   55   ...   214

Telman Huseynov 

 

140



müəyyən qruplar üzrə konkret sayını nəzərdə tutur. Bunun üçün müəs-

sisənin kadrları funksional tərkibinə görə təsnifləşdirilir. 



Firmanın  kadrları,  ilk  əvvəl,  istehsal  heyəti  (başqa  sözlə,  əsas 

fəaliyyət heyəti) və qeyri-istehsal heyəti (qeyri-əsas fəaliyyət heyə-

ti) kimi (başqa sözlə, mənzil-kommunal təsərrüfatının, uşaq bağ-

çalarının,  səhiyyə  və  yardımçı  təsərrüfatlarının  işçiləri)  qruplaş-

dırılır.  

stehsal  heyəti  icra  etdikləri  funksiyaların  xarakterinə  görə  fəh-

lələr,  mühəndis-texniki  işçilər,  qulluqçular,  kiçik  xidmətedici  heyət, 

şagirdlər və mühafizə işçiləri kateqoriyalarına bölünürlər.  



stehsal heyətinin əsas tərkib hissəsi olan fəhlələr qrupuna bi-

lavasitə  məhsul  yaradılmasında  iştirak  edən  və  habelə  istehsal 

prosesinin normal gedişatını təmin edən işçilər aid olunurlar.  

cra etdikləri işin xarakterindəki fərqlərə görə fəhlələr kateqori-



yasını 4 əsas qrupa bölmək olar: 

1.Texnoloji  prosesdə  iştirak  edən,  əmək  predmetini  emal  etmək 

yolu ilə bilavasitə hazır məhsula çevirən fəhlələr. Lakin bunlardan əla-

və,  avtomatlaşdırılmış  istehsallarda  fəhlə-nizamlayıcılar  da  bu  qrupa 

daxil edilirlər, çünki onlar avadanlıqların normal işini təmin edirlər;  

2.Xammal,  material  və  hazır  məhsulun,  yarımfabrikatların  daşın-

ması, anbarlaşdırılması və qorunması ilə məşğul olan fəhlələr; 

3.Əsas fondların təmirini, istehsal avadanlıqlarının profilaktikasını 

həyata keçirən, təmir üçün hissə və tərtibatlar istehsal edən fəhlələr; 

4. Hazır məhsulun keyfiyyətinə nəzarət işini icra edən fəhlələr.  

Birinci qrupa daxil olan fəhlələr əsas, digər qruplara aid edilənlər 

isə köməkçi fəhlələr hesab olunurlar.  



Mühəndis-texniki, mütəxəssis və rəhbər işçilər kateqoriyasına 

istehsala  texniki  rəhbərlik  funksiyasını  həyata  keçirən  kadrlar 

aid  olunurlar.  Əqli  əmək  nümayəndələri  olan  bu  kateqoriya  işçilər 

istehsala rəhbərlik və onun təşkilinin konstruktor, texnoloji, təşkilati-

texniki və sırf istehsal məsələləri ilə məşğul olurlar. Bu kateqoriya iş-

çilərə  firmanın  rəhbərliyi,  menecerlər,  baş  mütəxəssislər,  sex  (sahə, 

növbə) rəisləri, mühəndislər, texniklər, ustalar və s. daxildirlər. Bura-

ya bəzi iqtisadçılar (əmək, normalaşdırma və s.) da daxil edilir.  



Qulluqçular kateqoriyasına maliyyə, uçot, təchizat-satış, dəf-

tərxana və bəzi inzibati-idarə işçiləri aid olunurlar.  


Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

 

141



Ş

agirdlər kateqoriyasına fəhlə peşəsinə yiyələnmək üçün fərdi 

və  briqada  (qrup)  şəklində  həm  bilavasitə  müəssisənin  özündə 

hamilik yolu ilə və həm də başqa məktəblərə ezamiyyə olunmuş 

gənclər aid olunur. Bu kateqoriyaya habelə müəssisənin balansında 

olan texniki-peşə məktəblərinin şagirdləri də daxil edilir.  



Kiçik xidmətedici heyətə inzibati-idarə binalarına qulluq edə

xadimələr, süpürgəçilər, minik avtomobillərinin sürücüləri, kur-

yerlər, paltarasanlar və s. işçilər aiddirlər.  

Mühafizə  işçilərinə  isə  müəssisənin  gözətçiləri  və  yanğından 

mühafizə işçiləri aid edilirlər.  

Firmanın qeyri-istehsal sahələrində çalışan işçilər istehsal heyətinə 

aid edilmir. Bu qəbildən olan işçilərə yaşayış binalarına, səhiyyə mən-

təqələrinə, uşaq bağçalarına, klublara, yardımçı təsərrüfatlara xidmət 

edən işçilər daxil olunurlar. Bundan məqsəd istehsal işçilərilə istehsal 

xarakterli  işləri  icra  etməyənlər  arasındakı  optimal  say  nisbətini 

müəyyənləşdirməkdir.  

Təsərrüfatçılıq təcrübəsində firmalar istehsal heyətinin tərkibi üz-

rə bəzi işçi kateqoriyalarının nisbətlərini hesablayır və təhlil edirlər. 

Bu  iş  xüsusilə,  əsas  və  köməkçi  fəhlələrin  nisbətinin,  bir  də  onlarla 

(əsas və köməkçi fəhlələrlə) idarə aparatında çalışan işçilərin say nis-

bətlərinin öyrənilməsində istifadə olunur. 

stehsal  heyətinin  tərkibini  təşkil  edən  müxtəlif  kateqoriyalardan 

olan  işçilərin  say  nisbətinin  öyrənilməsi  heyətin  idarə  olunmasında 

böyük  əhəmiyyət  kəsb  edir.  Məsələn,  əsas  və  köməkçi  fəhlələrinin 

say nisbətinin dinamikasını izləmək firma üçün maraq doğuran nəti-

cələr çıxarmağa, ümumiləşdirmələr aparmağa yardımçı ola bilir.  

Bunun üçün aşağıdakı düstura müraciət edilir: 

ф

ф

К



Я

=

n



F

 

Burda F



– əsas və köməkçi fəhlələrin say nisbəti; 

          Ə

f

 – əsas fəhlələrin sayı; 



          K

– köməkçi fəhlələrin sayı 



Əgər əsas və köməkçi fəhlələrin say nisbəti ikincinin hesabına çoxa-

larsa, bu, o deməkdir ki, həmin firmada köməkçi işlərin mexanizmləş-

dirmə səviyyəsi artır və bununla əlaqədar köməkçi fəhlələr sayca azalır. 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə