Telman Huseynov
132
(«müştərək») istehsalın ictimai təşkilinin, haqqında bəhs olunan for-
ması çox geniş yayılmışdır. Buna misal olaraq metallurgiya zavodla-
rının (emal sənayesi) filiz mədənlərilə (hasiledici sənaye), koks-kimya
zavodlarının (emal sənayesi) kömür şaxtaları ilə (hasiledici sənaye),
neft emalı zavodlarının (emal sənayesi) neft-mədən sənaye müəssisə-
lərilə (hasiledici sənaye) kombinələşməsini göstərmək olar. Hasiledici
sə naye müə ssisə lə ri ilə emaledici sə naye müə ssisə lə ri arasındakı
istehsal ə laqə lə rinin qurulması ə mə k predmetlə rinin ardıcıl və
kompleks emalına ə saslanan kombinatların yaradılması və
fə aliyyə ti üçün hə lledici şə rt olur.
Emaledici sənaye müəssisəsinin hasiledici sənaye müəssisəsinə
yaxınlaşdırılmasına – kombinasiya olunmasına əsaslanan kombinat-
lar əmək predmetinin alınması xərclərini ciddi surətdə azaldır, başqa
sözlə, ixtisara salır, daşınan əmək predmeti deyil, artıq bir dəfə emala
məruz qalan əmək «predmeti» – məhsul olur.
Hasiledici və emaledici sənaye müəssisələrinin kombinələşdiril-
məsi, əmək predmetinə təsirin kimyəvi üsullarının tətbiqinə əsas-
lanan istehsal üçün (neft-kimya, koks-kimya və s.) daha səciyyəvidir.
Mexaniki üsulla əmək predmetlərinə təsirə əsaslanan istehsallar,
məlum olduğu kimi, emal olunan xammalın kimiyəvi məzmununa
müdaxilə etmir, yalnız onun formasını dəyişdirə bilir. Buna görə də
burada xammalın kompleks emalından söhbət gedə bilməz, mexaniki
təsirlərlə əmək predmetinin formaca dəyişdirilməsi şəraitində yalnız
xammalın ardıcıl emalına əsaslanan kombinatlar yaratmaq olar.
Xammalın mexaniki üsulla ardıcıl emalına, başqa sözlə, bu prin-
sipə əsaslanaraq maşınqayırma və yüngül sənaye sahələrində kombi-
natlar yaratmaq mümkündür. Lakin mövcud obyektiv texniki və təş-
kilati məhdudiyyətlər buna o qədər də imkan vermir. Məsələn, ma-
şınqayırma, əsasən, metal istehlakçısı olduğundan təbiidir ki, onun
(metalın) burada kompleks emalı istisnalıq təşkil etdiyi kimi, maşın-
qayırmanın məhsullarını istehlak edən müəssisələrlə də kombinələş-
mə işi mümkün deyildir.
Əmək predmetinin mexaniki yolla işlənməsinə əsaslanan maşın-
qayırmada kombinələşmənin əsas forması xammalın ardıcıl emalı
forması ola bilər. Bu halda «metallurgiya-maşınqayırma-metallurgiya»
sxemi üzrə maşınqayırma və metallurgiya istehsalları uzlaşdırılma-
Fəsil 6. Firmada kombinələşdirmə
133
dır. Əvvəlki «metallurgiya» dəmir filizinin emalına aiddirsə, sonuncu
«metallurgiya» maşınqayırmada yaranan texnoloji tullantının – yon-
qarın şixtə materialının tərkib hissəsi kimi marten istehsalına aiddir.
Azərbaycan Respublikasının maşınqayırması üçün belə kombinat
formasından istifadə etmək mümkün deyil, çünki maşınqayırmanı nə
dəmir filizi mədəninə yaxınlaşdırmaq mümkündür, nə də böyük
həcmdə yonqar «istehsal edən» maşınqayırma müəssisələri yoxdur.
Nəzəri və həm də praktiki baxımdan metallurgiya və maşın-
qayırma müəssisələrini xammalın ardıcıl emalına əsaslanan
kombinatda birləşdirmək olar. Vaxtı ilə belə kombinatlar yara-
dılmış və indi də mövcuddur. Lakin bu, iqtisadi məqsədəuyğunluq
baxımından – «kombinat yaratmaq xatirinə kombinat yaratmaq» –
səhv olardı, çünki belə olduğu şəraitdə bütün maşınqayırma zavodları
nəzdində orta ölçülü və ya kiçik metallurgiya zavodları inşa etmək
lazım gələrdi.
Mexaniki emal üsuluna əsaslanan yüngül sənayedə də kombinə-
ləşmənin inkişafına təsir göstərən amillər vardır. Əsas amil isə səna-
yenin bu sahəsində təmərküzləşmə səviyyəsinin aşağı olmasıdır. La-
kin buna baxmayaraq dünya ölkələrində olduğu kimi, Azərbaycanın
da yüngül sənayesində bir çox kombinatlar yaradılmışdı. Belə kom-
binatlara Bakı komvol, Bakı zərif mahud, Mingəçevir toxuculuq
kombinatlarını və başqalarını misal göstərmək olar.
Elmi-texniki tərəqqi əsasında əmək predmetlərinin daxili struk-
turuna tam nüfuz etmək qabiliyyətinə nail olmuş kimyaya əsaslanan
istehsallarda kombinələşmənin imkanları daha genişdir.
Kimyəvi üsulla emala əsaslanan istehsallarda kombinələşmənin hər
3 şərti – xammalın ardıcıl və kompleks emalı, tullantılardan istifadə
üçün obyektiv texniki-texnoloji və digər şərait yaranır.
Elmi-texniki tərəqqi kimya sənaye texnikası və texnologiyasını
inkişaf etdirmək və təkmilləşdirməklə əmək predmetini öz tərkib his-
sələrinə parçalamaq və hər bir faydalı komponentin iqtisadiyyatlaşdı-
rılması imkanını genişləndirir.
Əmək predmetinə təsir etməyin kimyəvi üsulları vasitəsilə metal-
lurgiya, kimya sənayesinin özündə, ağac emalı, yeyinti sənayesi və sə-
nayenin digər sahələrində kombinələşmə kimi istehsalın ictimai təşkili
formasından iqtisadi inkişaf üçün istifadəyə geniş meydan açılır.
Telman Huseynov
134
Kombinələşdirmə əmək predmetinin emalında, mexaniki və kim-
yəvi üsullara əsaslanan sənaye sahələrində eyni tərzdə baş vermir,
fərqlənirlər. Kimyəvi üsullar vasitəsilə əmək predmetinin emalını hə-
yata keçirən istehsallarda texnoloji prosesin xarakteri kombinatların
yaradılması zəruriliyinə daha çox meylli olurlar. Belə ki, kimya kom-
binatlarında texnoloji mərhələnin hansısa bir yerində fasilə yaratmaq
qeyri-mümkündür. Buna səbəb emalın texnoloji ardıcıllığındakı üz-
vi bağlılıqdır və fasilələyə yol verilərsə, emalın sonrakı mərhələlə-
rinə daxil olacaq bitməmiş istehsal öz fiziki-kimyəvi xüsusiyyətlə-
rini itirə bilər. Buraya onu da əlavə etmək lazımdır ki, reqlamentlərə
riayət olunmazsa, kimya texnologiyasına əsaslanan istehsallar, daha
dəqiq desək, kimya məhsullarının istehsalı ətraf mühitin çirklənməsi
üçün təhlükə yarada bilər. Əgər kimya kombinatlarının müəyyən mər-
hələlərindən birini ayırıb başqa ərazidə yeni müəssisə yaratmaqla kim-
yəvi yarımfabrikatlar yenidən emal edilərsə, ətraf mühitin qorunması
işi daha da mürəkkəbləşə bilər. Başqa sözlə, kimya məhsullarının
nəinki istehsalı, həm də onların istehlakı da ətraf mühit üçün po-
tensial cəhətdən eyni dərəcədə təhlükəlidir. Bu mənada kimya məh-
sulları istehsalının pərakəndə qaydada deyil, kombinələşmiş şəkildə
eyni bir məkanda təşkili iqtisadi məqsədəuyğunluğu və texniki cəhət-
dən zəruriliyi kimi, ekoloji baxımından da əlverişlidir.
Mexaniki emala əsaslanan istehsallarda – kombinatlarda – mərhə-
lələrin biri-birindən ayrılaraq müstəqil fəaliyyət göstərmələri texniki-
təşkilati baxımdan çətin deyil, ekoloji cəhətdən təhlükəsizdir, lakin iq-
tisadi cəhətdən çox hallarda məqsədəuyğun olmur. Məsələn, komvol
kombinatlarında, mexaniki üsullarla xammalı emal edən, adətən, üç
fabrikin fəaliyyəti birləşdirilir: əyirici, toxucu, boyama-ütüləmə. Bun-
ların hər birini ayrı-ayrılıqda – müxtəlif məkanda – yerləşdirməklə də
son məhsulu zəruri keyfiyyətdə istehsal etmək mümkündür. Lakin iq-
tisadi baxımdan yun parça istehsalının belə təş kili mə qbul sayıla
bilmə z, çünki fabriklə r arasında yaranacaq tə sə rrüfat ə laqə lə ri
nə qliyyat xə rclə rini artıracaq, nə ticə də yun parçanın maya də yə ri
xeyli yüksə lə cə kdir. Bir sözlə, kombinələşmə texnologiyasının özünə-
məxsusluğundan asılı olaraq, kombinatların yaradılması ya iqtisadi və
təşkilati, ya da texnoloji istehsal üsulunun orijinallığı və ekoloji əl-
verişlilik amillərinə söykənə bilər.
Dostları ilə paylaş: |