Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə46/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   42   43   44   45   46   47   48   49   ...   214

Telman Huseynov 

 

124



 X

n

1



və X

n

2



 

– ixtisaslaşdırma keçirilinədək və keçirildikdən 

sonra nəqliyyat xərcləri, manatla; 

 B

1



  –  ixtisaslaşdırma  keçirildikdən  sonra  məhsul 

istehsalının illik həcmi. 

Kooperasiya  əlaqələrindən  əldə  edilən  qənaəti  müəyyən  edərkən 

nəzərə almaq lazımdır ki, kooperasiya nəticəsində məhsul göndərmə-

lərdə olan dəyişikliklərdən əldə edilən qənaət, yaxud zərər nəqliyyat-

tədarük  xərclərinin  dəyişməsindən  və  kooperasiya  yolu  ilə  alınmış 

məhsulun qiymətindəki fərqdən əmələ gəlir. Kooperasiya əlaqələrin-

dən əldə edilən qənaət bu düsturla müəyyən edilir: 

Q

k

= [M – (Q



iy

 +X


nx

)]×B 


Burada, Q

k

 – kooperasiya əlaqələrindən əldə edilən qənaət, manatla; 



M – müəssisədə məmulatın (hissə, qovşaq, yarımfabrikatın 

və s.) tam zavod maya dəyəridir; 

Q

iy 


– həmin məmulatın ixtisaslaşdırılmış müəssisədən 

daxil olacaq  topdansatış qiymətidir; 

X

nx

 – məmulat vahidinə düşən nəqliyyt-tədarük xərcləridir; 



B – planlaşdırılan ildə kooperasiya yolu ilə ilk dəfə 

alınan məmulatın miqdarıdır. 

Əgər müəssisə kənardan gətirdiyi məhsulun istehsalını özündə təşkil 

edərsə, bu tədbirin maya dəyərinə təsiri (Q

km

) aşağıdakı kimi hesablanır. 



Q

km

 = [Q



kq

 – M


1

) + X


nx

]×B


Burada, Q

kq

 – kooperasiya yolu ilə alınan məmulatın topdansatış 



qiymətidir; 

 M

1



 – istehlakçı müəssisədə məmulatın istehsal maya də-

yəridir; 

 B



– planlaşdırılan ildə kooperativləşmə yolu ilə göndə-



rilməsi dayandırılan məmulatın miqdarıdır. 

qtisadi  səmərəliliyin  hesablanması,  əlavə  əsaslı  vəsait  qoyuluşları-

nın  kəmiyyəti  ilə  ixtisaslaşdırmanın  optimal  variantının  həyata  keçiril-

məsindən əldə edilən qənaət arasındakı nisbətdən ibarət olan, ixtisaslaş-

dırma üzrə tədbirlərin həyata keçirilməsinə çəkilən məsrəflərin ödənmə 

müddətini  və  bu  məsrəflərin  iqtisadi  səmərəliliyini  müəyyən  etməklə 

başa çatdırılır. 



Fəsil 5.  xtisaslaşdirma və kooperasiyalaşma  

 

125



Əgər bu zaman daxili rentabellik norması normativdən çox, ödənmə 

müddəti azdırsa, onda ixtisaslaşdırmanın təkmilləşdirilməsi və dərinləş-

dirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulan 

investisiya qoyuluşları iqtisadi cəhətdən səmərəlidir, əgər daxili rentabel-

lik  norması  az,  ödənmə  müddəti  çoxdursa,  onda  həmin  tədbirlər  səmə-

rəsiz olduğuna görə onların həyata keçirilməsi məqsədəuyğun deyildir. 

xtisaslaşmadan  əldə  edilən  illik  iqtisadi  səmərə  (Q)  aşağıdakı 

düsturla müəyyən edilir: 

Q = Q

ux

 – E



h

×∆

 



Ə 

Burada,  Q

ux 



 



ixtisaslaşmanın  keçirilməsindən  əldə  olunan  illik 

qənaətdir, manatla; 

 E

h

 – səmərəliliyin normativ əmsalı; 



 ∆Ə – ixtisaslaşdırmanı həyata keçirmək üçün əlavə əsaslı 

vəsait qoyuluşudur.  

stehsalın ixtisaslaşdırılmasına dair tədbirlərin həyata keçirilməsi 

ilə əlaqədar investisiya layihəsinin əlverişli variantının seçilməsində 

investisiyanın  səmərəliliyinin  qiymətləndirilməsinin  standart  metod-

larından  istifadə  olunur.  Bunlara,  əsasən,  cari  xalis  dəyər  və  daxili 

rentabellik norması göstəriciləri aiddir. 

 

 



 

F   K   R L Ə Ş   N 

 

1.  xtisaslaşma ilə təmərküzləşmənin nə əlaqəsi? 

2.  xtisaslaşdırma və kooperasiyalaşdırmanın mahiyyətini izah edin. 

3.  xtisaslaşdırmanın formaları haqqında nə kimi məlumatınız vardır? 

4. Kooperasiyalaşdırmanın hansı formaları vardır? 

5.  xtisaslaşdırma və kooperasiyalaşdırmanın səviyyəsini xarakterizə 

edən göstəricilər hansılardır? 

6.  xtisaslaşdırma və kooperasiyalaşdırmanın iqtisadi səmərəliliyi 

necə müəyən olunur? 

7.  xtisaslaşdırma və kooperasiyalaşdırmanın iqtisadi səmərəliliyini 

izah edin. 

 



 

 

126



 

 

 

 

 

Fəsil 6. Firmada kombinələşdirmə  

1. Kombinələşmənin mahiyyəti və formaları  

2. Kombinələşdirmənin şərtləri və inkişafı  

3. Müxtəlif sənaye sahələrində kombinələşdirmənin xüsusiyyətləri  

4. Kombinələşdirmənin iqtisadi səmərəliliyi 

1.Kombinələşmənin mahiyyəti və formaları 

ctimai əmək bölgüsü və istehsalın təmərküzləşməsi onun ictimai 

təşkili  formalarından  biri  olan  kombinələşmənin  də  yaranmasının 

əsas şərti kimi çıxış edirlər. 

Bir çox sənaye sahələri üçün səciyyəvi olan, istehsalın ictimai təş-

kili forması kimi kombinələşdirmə – texnoloji, iqtisadi, təşkilati ba-



xımdan əlaqəli olan müxtəlif sahələrə məxsus ayrı-ayrı istehsalla-

rın,  məhsul  buraxmaq  qabiliyyətlərinin  proporsionallığını  təmin 

etməşərtilə, vahid istehsal kompleksində birləşdirilməsidir. Başqa 

sözlə, kombinələşdirmə maddi-texniki bazasına və ya texnoloji istehsal 

üsulunun ümumiliyinə və habelə xammal və materialların müştərək is-

tifadəsinə  görə  müxtəlif  istehsalların  məkanca  eyni  ərazidə,  bir  müəs-

sisədə təmərküzləşdirilməsidir. Kombinələşməyə daxil olan sahələrdən 

biri kompleksin əsasını və kombinatın profilini müəyyən edir. Kombi-

natı istehsalı xammalın ardıcıl və kompleks emalına əsaslanmayan, la-

kin həmcins məhsullar istehsal edən müəssisələrin bir ərazidə yerləşdi-

rilməsindən  yaranan  birliklərlə  qarışdırmaq  olmaz;  sonuncu  təmərküz-

ləşdirmə olsa da, kombinələşdirmə deyildir; o, ixtisaslaşdırmadır. 

Əmək  predmetlərinin  emalının  ayrı-ayrı  mərhələlərinin  birləşdiril-

məsi xarakterindən asılı olaraq kombinələşmənin 3 forması mövcuddur. 



1.Xammalın  –  hazır  məhsulun  alınmasına  qədər  –  ardıcıl 

emalına görə. Kombinələşmənin bu forması üçün qara metallurgiya 

kombinatları daha səciyyəvidir. Bu istehsalda, xammal kimi istehlak 

olunan dəmir filizinin hasil edilməsi və zənginləşdirilməsindən son-



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə