Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə42/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   38   39   40   41   42   43   44   45   ...   214

Fəsil 4.  stehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü 

 

113



ventilyasiyaların quraşdırılması və s. üçün əlavə xərclərə ehtiyac ya-

radır. Nəticədə təmərküzləşmənin verdiyi səmərə xərclərin çoxalması 

səbəbindən  istehsalın  səmərəlilik  səviyyəsinə  ciddi  təsir  göstərə  bil-

mir.  Məhz  bu  səbəbdən də  istehsalın  ekstensiv  yolla  təmərküzləşdi-

rilməsi müəyyən həddə qədər aparılmalıdır. 

Qeyd  etmək  lazımdır  ki,  təmərküzləşdirmənin  səviyyəsinin  art-

masını,  yəni  müəssisədə  istehsalın  miqyasını  məhdudlaşdıran  əsas 

amil  idarəetmə  ilə  əlaqədarlır.  ri  istehsalı  kiçik  istehsala  nisbətən 

idarə  etmək  çətindir.  ri  istehsalçıya  çevrilmiş  firmanın  fəaliyyətinə 

səmərəli nəzarətin və koordinasiyanın həyata keçirilməsi prosesində 

əmələ gələn müəyyən çətinliklər miqyasdan "mənfi effektin" yaran-

masına  səbəb  olur.  Çünki  istehsalın  miqyası  artdıqca,  əldə  olunan 

əlavə səmərə azalmağa başlayır, idarəetmə isə çətinləşir. Nəticədə is-

tehsalın müəyyən miqyasında miqyasdan əldə olunan səmərə idarəet-

mədəki çətinliklərlə əlaqədar yaranan itkilərə bərabər olur.  stehsalın 

belə səviyyəsi optimal səviyyə hesab edilir. Elmi-texniki tərəqqi həm 

istehsalın  miqyasının  artmasından  əldə  olunan  səmərəni  çoxaldır, 

həm  də  idaəetməni  asanlaşdırır.  Nəticədə,  istehsalın  optimal  ölçüsü 

artır və təmərküzləşmənin iqtisadi səmərəliliyi də yüksəlir.  

 

 



 

F   K   R L Ə Ş   N 

 

1. Əmək bölgüsü və onun növləri; 

2. Təmərküzləşmənin mahiyyətini izah edin; 

3. Təmərküzləşmənin hansı formaları vardır? 

4. Təmərküzləşmə və istehsalın ictimai təşkilinin digər formalar ilə 

onun əlaqəni izah edin. 

5.  stehsalın təmərküzləşmə səviyyəsini xarakterizə edən göstəricilər 

hansılardır? 

6. Firmanın (müəssisənin) optimal ölçüsünün mahiyyətini izah edin. 

7. Müəssisənin optimal ölçüsünə hansı amillər təsir göstərir? 

8. Müəssisənin optimal ölçüsünə görə sənaye sahələri neçə qrupa 

bölünür? 

9. Təmərküzləşmənin iqtisadi əhəmiyyətini izah edin. 



 

 

114



 

 

 

 

 

 

Fəsil 5.  xtisaslaşdirma və kooperasiyalaşma  

1.  xtisaslaşdırmanın mahiyyəti və formaları. 

2. Kooperasiyalaşmanın mahiyyəti və formaları.  

3.  xtisaslaşdırma və kooperasiyalaşmanın səviyyəsini müəyyən 

edən  göstəricilər  

4.  xtisaslaşdırma və kooperasiyalaşmanın iqtisadi səmərəliliyi 



1. xtisaslaşdırmanın mahiyyəti və formaları 

Məhsuldar qüvvələrin inkişafında əmək bölgüsü nəticəsində böyük 

tərəqqi baş vermişdir.  Əmək  bölgüsü  əmək  fəaliyyətinin  ixtisaslaş-

ması ilə əlaqədar olub, onun növlərə ayrılması, lakin birgə, möv-

cud  qarşılıqlı  əlaqə  və  asılılıqda  qalması  ilə  nəticələnən  ictimai-

iqtisadi  prosesdir.  ngilis  iqtisadçısı  Adam  Smit  insanın  mübadilə-

yə,  ticarətə  meylliliyinin  nəticəsində  əmək  bölgüsünün  əmələ  gəldi-

yini  göstərirdi.  Mübadilə  etmək  imkanı  əmək  bölgüsünün  dərinləş-

məsinə səbəb olduğundan, onun (əmək bölgüsünün) səviyyəsi müba-

dilə imkanlarının hədləri ilə, yəni bazarın həcmi ilə məhdudlaşır.  

Əmək bölgüsü texniki və ictimai əmək bölgüsü kimi 2 qrupa bö-

lünür.  ctimai və texniki əmək bölgülərinin birlikdə baş verməsi pe-

şələr üzrə əmək bölgüsünün əsasını təşkil etmişdir. 

Texniki  əmək  bölgüsü  –  müəssisə  miqyasında  istifadə  olunan  insan 

əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksi-

ya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanmasıdır. 

ctimai əmək bölgüsünün özünün 3 forması biri-birindən fərqləndirilir: 



 ümumi əmək bölgüsü iqtisadiyyatın iri sahələrə – sənaye, kənd 

təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsində təzahür edir; 



–  xüsusi  əmək  bölgüsü özünü sənayenin, kənd təsərrüfatının və 

başqa  sahələrin  daxilində  müxtəlif  müstəqil  sahələrin  (alt  sahələrin) 

əmələ gəlməsində tgöstərir; 



Fəsil 5.  xtisaslaşdirma və kooperasiyalaşma  

 

115



– fərdi əmək bölgüsü bilavasitə müəssisə miqyasında baş verdi-

yindən onu istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələ-

rinə – sex və istehsal sahələrinə ayırmışdır. 

Beləlikləəmək bölgüsünün inkişafı və dərinləşməsi bir neçə sə-

viyyədə – ölkə, sahə, müəssisə və müəssisə daxilində baş verə bilər. 

Sahə  üzrə  ixtisaslaşma  –  ictimai  və  ya  şəxsi  tələbatı  ödəmək 

üçün  məhdud  nomenklaturada  məhsul  istehsalının  nisbətən  uzun 

dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu işə hər hansı sa-

hənin uyğunlaşdırılması, daha doğrusu təhkim olunması deməkdir. 



əssisə  miqyasında  ixtisaslaşdırma  isə – özünün konstruktiv 

quruluşuna, hazırlanma texnologiyasına görə analoq təşkil edən, tət-

biq sahəsi məhdud olan, istehsalı uzun dövr üçün təkrarlanan məhsul 

istehsalının bir müəssisədə təmərküzləşməsidir. Belə ixtisaslaşma şə-

raitində istehsal prosesinin səmərəli və yüksək məhsuldarlıqlı texnika 

ilə təmin olunması, istehsalın təşkilinin mütərəqqi metodlarından isti-

fadə  edilməsi  imkanları  yaranır  və  kadrların  peşə  tərkibindən  daha 

səmərəli istifadə olunması təmin edilir.  



əssisədaxili  ixtisaslaşdırma  müəyyən  texnoloji  əməliyyat-

ların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri 

arasında bölüşdürülərək cəmləşdirilməsidir. 

Beynəlxalq  ixtisaslaşdırma  isə  iqtisadi  əməkdaşlıq  birliklərinə 

daxil olan ölkələr arasında baş verir. Lakin beynəlxalq ixtisaslaşmanı 

müəyyən edən amil ölkələrdən hər birinin özünün ölkədaxili ixtisas-

laşmasıdır ki, bunun da əsas səbəbi ölkənin malik olduğu mütləq və 

müqayisəli üstünlüklərdir. 



stehsalın ixtisaslaşması bir çox hallarda ölkənin ərazilərində 

də baş verir; buna misal olaraq sənaye mərkəzləri, iqtisadi regionları 

və sənaye rayonlarını göstərmək olar. 



əssisələr  üzrə  istehsalın  ixtisaslaşdırılmasının  əşya,  hissə 

və texnoloji ixtisaslaşma formaları vardır. 

xtisaslaşdırmanın əşya forması bilavasitə istehlakçıya çatan hazır 

məhsul  istehsalının  bu  və  ya  digər  bir  müəssisədə  cəmləşdirilməsi 

deməkdir. Əşya üzrə ixtisaslaşdırmaya avtomobil, dəzgah, soyuducu, 

mebel istehsal edən firma və müəssisələri misal gətirmək olar. 

Hissələr üzrə ixtisaslaşdırma forması sonradan istehsalda istifadə 

edilmək  və  hazır  məhsulu  dəstləşdirmək  məqsədilə  onun  ayrı-ayrı 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə