Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə41/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   37   38   39   40   41   42   43   44   ...   214

Fəsil 4.  stehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü 

 

111



icarə haqqı deyil, texnikanın amortizasiya ayırmalarının tam məblə-

ğini ödəyir və elə bu səbəbdən də onun istismarına qayğı ilə yanaşır. 



Lizinqi adi icarədarlıqdan fərqləndirən başqa bir cəhət də odur 

ki, icarə müddəti qurtardıqdan sonra – tərəflərin razılığı ilə – icarəçi 

həmin istehsal-texniki təyinatlı əmlakı, daha dəqiq desək, əmək vasi-

tələrini ala bilər. Bununla da, iqtisadi gücü o qədər də çox olmayan 

kiçik  müəssisələr  üçün  belə  alqı-satqı  sövdələşməsi  daha  sərfəlidir. 

Bütün  bunlara  onu  da  əlavə  etmək  lazımdır  ki,  ümumiyyətlə,  lizinq 

şirkətləri kiçik və orta ölçülü müəssisələrin iqtisadi təhlükəsizliyinin 

təminatçısı  olmaqla  yanaşı,  icarəyə  verdikləri  əmək  vasitələri  üzrə 

elmi-texniki tərəqqinin daşıyıcısı rolunu da oynayırlar. 

ri və kiçik müəssisələrin icarə münasibətləri – lizinq və françayzinq – 

haqqında daha geniş məlumat XVI fəslin sonunda veriləcəkdir. 

Nəhayət, müəssisələrin optimal ölçüsü də istehsalın təmərküzləş-

məsi həddi qədər dəqiq hesablamalara əsasən müəyyən olunmalıdır. 

Problemin hər iki tərəfi, həm təmərküzləşmənin yuxarı sərhədinin və 

həm də müəssisənin optimal ölçüsünün düzgün tapılması, nəticə eti-

barilə,  istehsalın  iqtisadi  səmərəliliyinin  yüksəldilməsinə  müsbət 

planda təsir göstərə bilərlər. 



4.  stehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi 

stehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi öz əksini fir-

ma və ya müəssisənin ölçülərinin artması nəticəsində istehsalın texniki-

iqtisadi  göstəricilərinin  yaxşılaşmasında  tapır.  Təmərküzləşmənin 

səmərəliliyinin  əsas  göstəricilərinə  əmək  məhsuldarlığının  səviyyə-

sinin yüksəlməsini, məhsul vahidinin maya dəyərinin aşağı düşməsini, 

fondveriminin artmasını səciyyələndirən göstəricilər aiddir. 

Böyük həcmdə istehsal güclərinin, material və əmək resurslarının bir 

müəssisədə toplanması, başqa sözlə, təmərküzləşdirmə, istehsalın bütün 

ünsürlərindən  səmərəli  istifadə  olunmasına  şərait  yaradır;  əmək  məh-

suldarlığı yüksəlir, maya dəyəri aşağı düşür, fondverimi artır və nəticə 

etibarilə, həmin müəssisədə istehsalın səmərəliliyi təmin edilmiş olur. 



ri  müəssisələr  səmərəlilik  baxımından  bir  çox  üstünlüklərə 

malik olur ki, bunları şərtləndirən amillər aşağıdakılardır: 

1.  ri  müəssisələrdə  daha  güclü  və  məhsuldarlığı  yüksək  olan  ava-

danlıqlar  tətbiq  etmək  mümkündür.  Avadanlığın  fərdi  gücünün  artırıl-



Telman Huseynov 

 

112



ması həmişə texnoloji proseslərin intensivləşdirilməsi ilə müşayiət olu-

nur, çünki avadanlığın çəkisi və qabariti onun gücünə nisbətən az artır 

(«gücdə  tərəqqi  –  çəkidə  tənəzzül!»).  Bu  baxımdan,  daha  güclü  ava-

danlığın güc vahidi nisbətən ucuz başa gəlir. Digər tərəfdən, avadan-

lıqların güclərinin artırılması binalara əlavə ehtiyacı azaldır, istehsal sa-

həsindən istifadə səmərəliliyini artırır və nəticədə kapital qoyuluşlarına 

qənaətə səbəb olur. Bir qayda olaraq, avadanlığın fərdi gücü artırılarkən 

xidmətedici  heyətin  sayı  dəyişməz  qalır  və  ya  cüzi  artır,  bu  da  əmək 

məhsuldarlığının artmasına səbəb olur. Beləliklə, qeyd edilənlər nəticə-

sində  güc  vahidinə  düşən  məhsul  istehsalının  həcmi  artır,  avadanlığın 

dəyərinə nisbətən istehsal edilən məhsulun dəyəri çox olur.  

2. ri istehsallarda istehsalın və əməyin mütərəqqi təşkili formala-

rına keçmək daha asan olur.  ri istehsallarda məhsul buraxılışının küt-

ləvilik  səviyyəsi  yüksək  olduğundan,  burada  ixtisaslaşmış  (xüsusi) 

avadanlıqların,  axın  xətlərinin  tətbiqinə,  avtomatlaşdırma  və  komp-

leks  mexanikləşdirmə  işinin  həyata  keçirilməsinə  şərait  yaranır; 

müəssisənin bütün texniki-iqtisadi və iqtisadi göstəriciləri yaxşılaşır. 

3. stehsalın həcmcə artımına nisbətən qeyri-mütənasib artan xərclər – 

binaların qızdırılması və işıqlandırılmasına enerji sərfi, inzibati-idarə he-

yətinin əmək haqqı və s. azaldığından iri istehsalda hazırlanan məhsulun 

maya dəyəri kiçik istehsallara nisbətən aşağı səviyyədə olur.  

4.Təmərküzləşmə səviyyəsi yüksək olan istehsallarda xammal və 

materiallardan,  yanacaqdan  qənaətlə  istifadə  üçün  yeni,  daha  mü-

kəmməl  texnika,  mütərəqqi  texnoloji  istehsal  üsulunun  tətbiqinə  əl-

verişli şərait  yaranır.  ri istehsallarda tullantıların köməyilə, müəssi-

sənin profilinə uyğun olmasa da, başqa məhsulların istehsalının təş-

kilinə geniş imkanlar açılır. 

5. ri  istehsallarda  elmi-tədqiqat  və  sınaq  laboratoriyaları,  güclü 

konstruktor büroları yaratmaq mümkün olur ki, bunlar da öz növbəsində 

elmi-texniki tərəqqinin inkişafına əsas yaradır və istehsal ünsürlərindən 

daha səmərəli istifadə üçün elmi tövsiyələr hazırlamaq mümkün olur. 

Qeyd  etmək  lazımdır  ki,  təmərküzləşmənin  iqtisadi  üstünlükləri 

aqreqat təmərküzləşmə forması üçün daha səciyyəvidir. 

stehsalın  ekstensiv  yolla  təmərküzləşdirilməsi  zamanı  istehsal 

meydançalarının  genişləndirilməsi  –  əlavə  sexlərin  tikilməsi,  müəs-

sisədaxili  nəqliyyat  xərcləri,  binaların  qızdırılması,  işıqlandırılması, 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə