Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə44/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   40   41   42   43   44   45   46   47   ...   214

Fəsil 5.  xtisaslaşdirma və kooperasiyalaşma  

 

119



sul  göndərən  firma  və  ya  müəssisələr  son  məhsulun  hazırlanması  üçün 

zəruri olan aqreqat, bağlama, hissə, döymə, tökmə, qaynaq və s. məmu-

latları özlərinin istehsal proqramlarına daxil edirlər. Məhz bu baxımdan 

kooperasiya yolu ilə məhsulgöndərmə təchizat işindən fərqlənir. 

Kooperasiyalaşdırma prosesi aşağıdakıları özündə əks etdirir: 

–  müəyyən  istehsalın  tələbatları  üçün  dəstləşdirici  məmulatların 

və  yarımfabrikatların  göndərilməsi  (istehsalı)  və  xidmətlərin  yerinə 

yetirilməsini; 

– məlum məhsulun müəyyən alıcıları ilə təchizatçının əlaqələrini; 

– təchizatçının məhsul istehsal edən və yarımfabrikatı formalaşdır-

maqda davam edən müəyyən istehlakçılar üçün yerinə yetirdiyi işini. 

Bəzi hallarda kooperasiya heç bir müstəqil asılılığı olmayan, lakin 

onu müəssisələrdən birinin sərbəst istehsal güclərindən daha tam isti-

fadə etmək məqsədilə öz aralarında təşkil edən, ixtisaslaşmış müəssi-

sələr arasında əlaqələr  yaratmaqla həyata keçirilir. Burada kooperasi-

yalaşdırma qısamüddətli olur və məhsul alan müəssisə öz istehsal gü-

cündəki «zəif yeri» ləğv etdikdən sonra kooperasiya əlaqəsindən çıxır. 



xtisaslaşdırma  istiqamətlərinə  müvafiq  olaraq  kooperasi-

yalaşdırmanın aşağıdakı formaları fərqləndirilir: 

Aqreqat üzrə kooperativləşdirmə. Kooperativləşdirmənin aqre-

qat  növündən  texniki  səviyyəsinə  və  konstruktiv  quruluşuna  görə 

mürəkkəb məhsul istehsalı ilə məşğul olan baş zavod kooperasiyaya 

daxil olan (əlaqədar) zavodlardan elektrik mühərrikləri, generatorlar, 

reduktorlar,  nasoslar,  kompressorlar  və  s.  kimi  aqreqatlar  almaqla 

hazır məhsulun istehsalını tamamlayırlar, onu bir növ dəstləşdirirlər. 



Hissələr  üzrə  kooperativləşdirmə.  Kooperativləşdirmənin  bu 

növündə  son  hazır  məhsulun  istehsalı  üzrə  ixtisaslaşdırılmış  baş 

müəssisə  əlaqədar  firmalardan  hissə  və  qovşaqlar  almaqla  məhsu-

lun istehsalı işini tamamlayır. Buna misal olaraq maşınqayırma sə-

nayesində  baş zavodların  kooperasiyaya  daxil  olmuş  müəssisələr-

dən porşen, radiator, diyircəkli yastıq, bolt, qayka almasını və ya-

xud ixtisaslaşdırılmış baş kimya sənaye müəssisələrinin digər əla-

qədar müəssisələrdən plastik kütlə, texniki rezin, asbest və s. mə-

mulatlarını almasını misal göstərmək olar. 

Texnoloji  mərhələlər  üzrə  kooperativləşdirmə.  Kooperativləş-

dirmənin bu növündə bir müəssisə digərinə müəyyən yarımfabrikatlar 




Telman Huseynov 

 

120



göndərir və ya onun üçün məhsul istehsalı texnologiyasının müəyyən 

bir mərhələsinin icrasını həyata keçirir. Buna misal olaraq, bir müəssi-

sənin digərinə döymə, tökmə, ştamplama məmulatı, metal konstruksi-

yalar göndərilməsini göstərmək olar. Əyrilmiş yunun toxucu fabrikinə 

verilməsi texnoloji mərhələ üzrə kooperativləşmə üçün misal ola bilər. 

Ə

razi (məkan) və sahələr üzrə təşkili baxımından kooperativ-



ləşdirmə aşağıdakı formalarda olur: 

– rayondaxili kooperativləşdirmə; belə kooperativləşdirmə forması 

iqtisadi rayonun daxilində olan müəssisələr arasında təsərrüfat əlaqə-

lərinin yaradılmasına əsaslanır; 

– rayonlararası kooperativləşdirmə; kooperativləşdirmənin bu for-

masında təsərrüfat əlaqələri müxtəlif rayonlarda yerləşdirilmiş müəs-

sisələr arasında baş verir; 

–  sahədaxili  kooperativləşdirmə;  belə  kooperasiya  əlaqələri  eyni 

sahənin iki və daha çox müəssisələri arasında yaranır; 

– sahələrarası kooperativləşdirmə; kooperativləşdirmənin bu for-

ması müxtəlif sahələrin müəssisələri arasında yaranır. 

Rayondaxili  kooperasiyalaşdırma  əlaqələri  rayonun  kompleks 

inkişafına nail olmaqda müstəsna rola malikdir. 

Kooperativləşdirmənin  bu  formasında  səmərəli  yükdaşımalar 

sxeminin  tərtibi  nisbətən  asan,  yerli  resurslardan  və  istehsal  güc-

lərindən istifadə səviyyəsini yüksəltmək imkanı daha geniş olur. 

qtisadi  suverenliyə  nail  olmuş  respublikamız  üçün  rayondaxili 

kooperativləşdirmənin  inkişafı  üzrə  ehtiyat  mənbələri  araşdırılmalı, 

təsərrüfat dövriyyəsinə cəlb olunmalıdır. 

nkişaf etmiş ölkələrdə son dövrlərdə (XX əsrin 90-cı illərindən) 

kooperativləşmənin  bir  forması  olan  autsorinq  prosesi  geniş  yayıl-

mışdır.  Autsorinq  –  müəssisə  tərəfindən  idarəetmənin  təkmilləş-



dirilməsi məqsədilə həm xidmət və həm də əsas istehsal struktur-

larından  bəzilərinin  icarəyə  verilməsidir.  Bu  zaman  müəssisə  və 

firmalar  "yaxşı  bacardığımı  özüm  etməliyəm,  yaxşı  bacarmadığımı 

yaxşı bacarana həvalə edirəm" prinsipini əsas götürürlər. Autsorinqin 

genişlənməsi  sahibkarlıq  fəaliyyətinin  mürəkkəbləşməsi,  az  xərclə 

keyfiyyətli məhsul istehsal etməyə nail olmaq məqsədilə izah olunur. 

crası  kənara  həvalə  olunan  sahibkarlıq  funksiyası  mahiyyətcə 

ümumi  istehsaldan  ayrılmır,  əksinə  onun  tərkib  hissəsi  kimi,  yeni 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə