Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə45/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   41   42   43   44   45   46   47   48   ...   214

Fəsil 5.  xtisaslaşdirma və kooperasiyalaşma  

 

121



keyfiyyətdə  davam  etdirilir.  Başqa  sözlə,  autsorsinq  prosesi  yeni 

keyfiyyətdə kooperasiya əlaqələrinin yaranmasını şərtləndirir.  



3.  xtisaslaşdırma və kooperasiyalaşmanın səviyyəsini müəyyə

edən göstəricilər  

stehsalın ixtisaslaşma və kooperasiyalaşma səviyyəsini təhlil etmək və 

qiymətləndirmək üçün müəyyən göstəricilər sistemindən istifadə edilir. 

Göstəricilər sistemi ixtisaslaşdırma prosesinin aşağıdakı başlıca cəhət-

lərini özündə əks etdirməli və ya qiymətləndirilməlidir: əmək bölgüsünün 

səviyyəsini,  yəni  istehsalın  ixtisaslaşdırma  formasını;  məhsulun  sahənin 

və ya müəssisənin istehsal prosesinə uyğun gəlməsi dərəcəsini; məhsulun 

nomenklaturası və ya çeşidinin genişliyini; məhsulun konstruktiv-texno-

loji cəhətdən ümumiliyini; texnoloji cəhətdən yekcins məhsulların isteh-

salının təmərküzləşmə və optimallıq səviyyəsini və başqalarını. 



stehsalın ixtisaslaşma səviyyəsini qiymətləndirərkən aşağıda-

kı göstəricilər sistemi tətbiq edilir: 

–  müəyyən  növ  məhsulun  ümumi  buraxılışında  ixtisaslaşdırılmış 

sahənin xüsusi çəkisi,  ''əhatəetmə  əmsalı''  adlanan əmsal.  ''Əhatəetmə 

əmsalı''  göstəricisi  bu  və  ya  digər  sahənin  formalaşması  prosesini  və 

iqtisadi inkişaf səviyyəsini səciyyələndirir və ölkədəki ümumi istehsa-

lın həcmində ixtisaslaşdırılmış müəssisələr tərəfindən  buraxılan məh-

sulun həcminin xüsusi çəkisi kimi hesablanır; 

–  sahənin  və  ya  müəssisənin  ümumi  məhsul  buraxılışında  əsas 

(profil)  məhsulun  xüsusi  çəkisi,  "sahə"  və  ya  "müəssisə  ixtisaslaşdı-

rılması əmsalı" adlanan əmsal. Müəssisənin əsas (profil) məhsulu onun 

profilinə, yəni mövcud avadanlıqların, texnoloji prosesin və kadrların 

ixtisaslaşması  xarakterinə  uyğun  olan  konstruktiv  və  texnoloji  cəhət-

dən yekcins məhsuldur. Əsas məhsul müəssisənin təsdiq olunmuş layi-

həsinə  uyğun  olur  və  onun  pasportunda  öz  əksini  tapır.  ''Əhatəetmə 

əmsalı'' ilə ''sahə" və ya " müəssisə ixtisaslaşdırılması əmsalı'' qarşılıqlı 

surətdə bir-birini tamamlayır. Onlar, bir tərəfdən, ixtisaslaşdırılmış sa-

hə və ya müəssisə tərəfindən müəyyən məhsula ümumi tələbatın necə 

təmin  edildiyini,  digər  tərəfdən  isə,  həmin  sahənin  profilinə  uyğun 

olmayan məhsulun xüsusi çəkisini səciyyələndirir; 

– ayrı-ayrı detalların, qovşaqların, aqreqatların və pəstahların bu-

raxılışı  üzrə  ixtisaslaşdırılmış  və  ya  mərkəzləşdirilmiş  istehsalların 



Telman Huseynov 

 

122



müəssisə və sexləri tərəfindən buraxılan məhsulların istehsalın ümu-

mi həcmində xüsusi çəkisi. Bu göstərici hissələr üzrə və texnoloji ix-

tisaslaşdırmanın inkişaf səviyyəsini səciyyələndirir və ayrı-ayrı sahə-

lər, yaxud sahələr qrupu üzrə hesablanır; 

– sahənin müəssisələri tərəfindən buraxılan konstruktiv və texno-

loji cəhətdən yekcins məmulatlar qrupunun miqdarı, növləri və tipləri. 

Bu  göstərici  müəssisə  tərəfindən  buraxılan  məmulatların  nomenkla-

turası və ya çeşidinin genişliyini səciyyələndirir. Məhsulun nomenk-

laturası  nə  qədər  məhdud  olarsa,  istehsalın  yekcinslik  dərəcəsi  və 

müəssisənin ixtisaslaşma səviyyəsi bir o qədər yüksək olar. 

Müəssisədaxili ixtisaslaşma səviyyəsi aşağıdakı göstəricilər vasi-

təsilə öyrənilir və təhlil edilir: 

a) ixtisaslaşdırılmış sex və sahələrin xüsusi çəkisi; 

b) bir iş yerinə düşən hissə-əməliyyatların sayı; 

c) əməliyyatların təhkimolunma əmsalı. 

Sonuncu göstərici – təhkimolunma əmsalı (Ə

t.ə

) – aşağıdakı düs-



turun köməyi ilə müəyyən edilir. 

Ə

t.ə 



n

∑P  



Burada,  ΣP  –  sex  və  ya  istehsal  sahəsində  ay  ərzində  yerinə 

yetirilmiş istehsal işinin həcmi; istehsal işi – bir iş 

yerində  eyni  fəhlə  tərəfindən  fasiləsiz  icra  olunan 

bir və ya bir neçə texnoloji əməliyyatdır. 

n – birnövbəli iş rejimində işə çıxmış fəhlələrin və  ya 

iş yerlərinin sayıdır. 

kinci və üçüncü göstəricilər («b» və «c») iş yerlərinin eyni texno-

loji  əməliyyatlarla  yüklənməsi  səviyyəsini,  yəni  ixtisaslaşmasını  xa-

rakterizə edir. 

Müəssisənin  ixtisaslaşma  səviyyəsini  daha  tam  xarakterizə  etmək 

üçün istehsalın texniki və təşkilati səviyyəsini əks etdirən əlavə göstə-

ricilərdən  də  istifadə  edilə  bilər.  Bu  göstəricilərə  aşağıdakılar  aiddir: 

hazırlanan  məhsulun  seriyalılığı  və  kütləvilik  səviyyəsi;  buraxılan 

məhsulda standartlaşdırılmış, normallaşdırılmış və eyniləşdirilmiş his-

sə,  qovşaq  və  ya  aqreqatların  xüsusi  çəkisi;  ümumi  avadanlıqlar  par-

kında avtomat və xüsusi avadanlıqların payı və s. 




Fəsil 5.  xtisaslaşdirma və kooperasiyalaşma  

 

123



Kooperasiyalaşma  səviyyəsini  təhlil  etmək  üçün  elə  göstəricilə

tətbiq  edirlər ki,  onlar həm ixtisaslaşdırmanın  inkişafını və həm də 

dərinləşməsini səciyyələndirir. Bu göstəricilərə aşağıdakılar daxildir: 

a) kooperasiyalaşma əmsalı, yaxud sahənin və müəssisənin buraxdı-

ğı ümumi məhsulun həcmində kooperasiya yolu ilə kənardan alınan ya-

rımfabrikatların və dəstləşdirici məmulatların xüsusi çəkisi; 

b) baş müəssisə ilə kooperasiya əlaqələrinə girmiş müəssisələrin 

sayı, o cümlədən rayondaxili və ondan kənar müəssisələrin sayı; 

c) məhsul vahidinin maya dəyərində "satın alınmış yarımfabrikat 

və məmulatlar'' adlı xərc maddəsinin xüsusi çəkisi; 

e) bir müəssisə və sahə üzrə rayondaxili və rayonlararası koope-

rativləşmənin nisbəti və s. 



4.  xtisaslaşdırma və kooperasiyalaşmanın iqtisadi səmərəliliyi 

stehsalın ixtisaslaşdırılması onun ölçüsünün optimal səviyyəyə qə-

dər artırılmasına şərait yaradır ki, bu da öz növbəsində istehsala yük-

sək məhsuldarlıqlı texnika və texnologiya tətbiq etməyə, kadrların ixti-

sasını artırmağa, təchizatçı və istehlakçılarla sabit əlaqələr yaratmağa, 

müəssisənin  təşkilati  və  istehsal  strukturunu  təkmilləşdirməyə  və  s. 

imkan verir. Beləliklə, istehsalın ixtisaslaşdırılması əsasında səmərəli-

liyinin artırılması sahə və müəssisədə həyata keçirilən təşkilati, texniki 

və iqtisadi tədbirlərlə əlaqədardır. Bu baxımdan ixtisaslaşma və koope-

rasiyalaşdırmanın maksimal iqtisadi səmərəni təmin edən optimal va-

riantının əsaslandırılması böyük əhəmiyyət kəsb edir. 

stehsalın  ixtisaslaşdırılmasının  iqtisadi  səmərəliliyinin  əsas 

göstəricilərinə: məhsul istehsalına, cari məsrəflərə və onun isteh-

lakçılara  çatdırılmasına  çəkilən  nəqliyyat  xərclərinə  qənaət; 

ə

saslı vəsait qoyuluşlarına qənaət və onların ödəmə müddəti; is-



tehsalın  ixtisaslaşdırılmasından  əldə  edilən  illik  iqtisadi  səmərə 

və s. aiddir. 

xtisaslaşdırma nəticəsində gözlənilən cari qənaət (Q

ix

) aşağıdakı 



düsturla müəyyən edilir: 

Q

ix



= [(M

1

 +X



n1

 ) – (M


2

+X

n2



)]×B

1

 



Burada, M

1

 və M



2

 – ixtisaslaşdırma keçirilənədək və keçiriləndən 

sonra məhsul vahidinin maya dəyəri, manatla; 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə