Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə43/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   39   40   41   42   43   44   45   46   ...   214

Telman Huseynov 

 

116



hissələrinin  buraxılışının  bu  və  ya  digər  bir  müəssisədə  təmərküz-

ləşdirilməsi  ilə  səciyyələnir.  Hissə  üzrə  ixtisaslaşdırmaya  diyircəkli 

yastıq, bölüşdürücü val, karbürator, porşen və s. hissələrin istehsalı 

təşkil olunmuş müəssisələri misal göstərmək olar. 

Texnologiya  üzrə  və  ya  mərhələlər  üzrə  ixtisaslaşdırma  forması 

bu və ya digər müəssisənin əmək predmetinin emalı mərhələlərindən 

birinin yerinə yetirilməsinə cəlb edilməsini səciyyələndirir.  

xtisaslaşmanın  bu  formasında  texnologiyanın  mərhələlərindən 

biri ayrılır, müstəqilləşir, daha doğrusu, "muxtariyyət" statusu alaraq 

fəaliyyət göstərir. Texnoloji prinsiplər üzrə ixtisaslaşdırılmış müəssi-

sələrə  mərkəzləşdirilmiş  tökmə,  mərkəzləşdirilmiş  dəmirçi-press  is-

tehsallarını, yığma zavodları və s. aid edirlər. 

Müasir sənaye istehsalı şəraitində istehsal prosesinin funksional böl-

güsünün güclənməsi nəticəsində funksional ixtisaslaşdırma getdikcə daha 

geniş vüsət alır. Köməkçi və xidmətedici işlərin müəyyən növlərinin mər-

kəzləşdirilməsi  və  onların  yerinə  yetirilməsinin  ixtisaslaşdırılmış  müəs-

sisələrdə  cəmləşdirilməsi  istehsal  prosesinin  funksional  bölgüsü  üçün 

xarakterik  haldır.  Belə  funksional  ixtisaslaşdırılmış  müəssisələrə  təmir 

və tara zavodlarını, energetika mərkəzlərini və s. misal göstərmək olar. 

stehsalın  ixtisaslaşdırılmasının  dərinləşməsi  bir  sıra  amillə-

rin təsiri nəticəsində baş verir ki, bunlara da aşağıdakılar aiddir: 

–  buraxılan  məhsula  perspektiv  dövr  üçün  tələbatın  artması  və 

satış bazarının genişlənməsi. Məhsulun kifayət qədər sabit və mütə-

madi olaraq təkrarlanan nomenklaturası müəssisənin istehsal proqra-

mının  –  sifarişlər  portfelinin  –  sabitliyini  müəyyən  edir.  stehsalın 

bütün  ünsürlərinin  yüksək  təkrar  olunma  dərəcəsi,  onların  daim  art-

maqda  olan  həmcins  məhsul  buraxılışına  uyğunlaşması  istehsalın 

ahəngdarlığının artmasına, istehsalın və əməyin təşkilinin mütərəqqi 

metodlarının tətbiq edilməsinə səbəb olur; 

–  elmi-texniki  tərəqqinin  yüksək  tempi.  xtisaslaşdırma  elmi-

texniki tərəqqinin mühüm şərtidir və eyni zamanda onun nəticəsidir 

(bu iki proses arasında səbəb – nəticə əlaqələri mövcuddur), çünki 

elmi-texniki tərəqqi ixtisaslaşdırılmış müəssisələrin yaradılması yo-

lu ilə əmək bölgüsünün dərinləşməsinə səbəb olan ciddi bir amildir; 

–  iqtisadi  cəhətdən  məqsədəuyğun  səviyyədə  ixtisaslaşdırılmış 

müəssisədə məhsul buraxılışının təmərküzləşməsi və istehsalın opti-




Fəsil 5.  xtisaslaşdirma və kooperasiyalaşma  

 

117



mal ölçüyədək artması. Bu, məhsul istehsalı zamanı tətbiq edilən tex-

nikanı və iş qüvvəsini maksimal səviyyədə yükləməyə imkan verir; 

–  buraxılan  məhsulun  çeşidinin  uzunmüddətli  və  məqsədəuyğun 

konstruktiv sabitliyinin yaradılması, məmulatların mütərəqqi və pers-

pektiv  tiplərinin  işlənib  hazırlanması,  baza  modellərinin  və  onların 

əsasında  qurulmuş  məmulatların  yeni  modifikasiyasının  istehsalına 

başlanması və mənimsənilməsi. Mütərəqqi konstruktiv quruluşa ma-

lik avadanlığın istehsalın texnoloji dəyişkənliyi ilə sıx əlaqəsi, elmi-

texniki  tərəqqi  və  bazarın  tələbləri  nəticəsində  məhsul  nomenklatu-

rasının tez-tez dəyişdiyi bir şəraitdə ixtisaslaşdırılmış maşın və ava-

danlıqlardan səmərəli istifadə etməyə şərait yaradır; 

– müasir dövrdə elmi-texniki tərəqqi bir tərəfdən istehsal olunan 

məhsulların nomenklaturasının artması və tez-tez dəyişməsi ilə, digər 

tərəfdən  isə  qısa  müddətdə  ucuz  məhsul  istehsalının  təmin  edilməsi 

məqsədilə  istehsalın  ixtisaslaşması,  mexanikləşdirilməsi  və  avtomat-

laşdırılması  ilə  xarakterizə  olunur.  Bu  ziddiyyət  birtipli  məmulat  və 

yarımfabrikatların kütləvi və iri seriyalı istehsalı ilə həll oluna bilər ki, 

bu da standartlaşdırma və eyniləşdirmə ilə (unifikasiya) sıx bağlıdır. 



Standartlaşdırma – istehsal olunan məmulat və yarımfabrikat-

ların fiziki, kimyəvi, həcm və digər ölçülərinə norma və tələblərin 

əyyən olunmasıdır. Bu norma və tələblər standart adlanan sənəd-

lər  formasında  rəsmiləşdirilir.  Eyniləşdirmə  isə  məmulatın  və  onun 

elementlərinin vahid forma, ölçü və struktura gətirilməsini əks etdirir. 

Standartlaşdırma və eyniləşdirmə material və yarımfabrikat növlərinin 

sayını  –  səmərəlilik  baxımından  –  minimuma  endirməyə,  eyni  cinsli 

istehsalların ölçüsünü artırmağa və daha məhsuldar avadanlıqların tət-

biqinə imkan verir və nəticədə, iqtisadi səmərəliliyi yüksəltməyə səbəb 

olan ixtisaslaşdırılmış müəssisələrin inkişafına şərait yaradır. 

ctimai  əmək  bölgüsünün,  ixtisaslaşmanın  dərinləşməsi  əməyin 

məhsuldarlığının  yüksəlməsinə,  əmək  vasitələrindən  istifadə  səmə-

rəliliyinin  artırılmasına,  əmək  cisimlərindən  qənaətlə  istifadə  olun-

masına müsbət planda təsir göstərir. 

xtisaslaşmanın  dərinləşdirilməsi  istehsalın  səmərəli  təşkili  for-

masına keçməyi nəzərdə tutan mühüm texniki-təşkilati tədbirdir. Bu 

onunla nəticələnir ki, istehsalın həcmi artır, bir iş yerində eyni əmə-

liyyat dəfələrlə təkrar olunur, fəhlənin bu və ya digər əməliyyatı icra 




Telman Huseynov 

 

118



etmək vərdişi formalaşır – əmək məhsuldarlığı  yüksəlir və həmin iş 

yerində avtomat və xüsusi dəzgahlar tətbiq etməyə və onlardan istifa-

dənin yaxşılaşdırılmasına imkan yaranır. 

Bir sözlə, ixtisaslaşdırma, xüsusi avadanlıqların tətbiqilə istehsal 

olunan məhsulu kəmiyyətcə artırır, fəhlənin əmək vərdişlərinin inki-

şafı ilə əlaqədar olaraq istehsal edilən məhsun keyfiyyətini yüksəldir. 



Kooperasiyala_şmanın_mahiyy_əti_v_ə_formaları'>2. Kooperasiyalaşmanın mahiyyəti və formaları 

xtisaslaşdırma,  artıq  qeyd  olunduğu  kimi,  məhsul  istehsalı  prose-

sinin ya mərhələlər və ya da məhsulun konstruksiyasını təşkil edən detal 

və bağlamalar üzrə tərkib hissələrinə bölünməsi və bunlardan hər birinin 

müstəqil  istehsala  çevrilməsidir.  xtisaslaşma  nəticəsində  həmin  isteh-

sallar məkanca ayrı düşsələr də, onlar sonradan həmin mürəkkəb məh-

sulun  istehsalı  üçün  kooperasiya  əlaqələrinə  girirlər.  Başqa  sözlə,  ixti-

saslaşdırma  kooperasiyalaşdırma  üçün  texniki,  iqtisadi  və  təşkilati  zə-

min yaradır.  stehsalın ixtisaslaşdırılmasının dərinləşməsi, bütöv bir 

istehsalın öz tərkib hissələrinə parçalanaraq müstəqilləşməsi, onlar-

dan  hər  birinin  ayrılıqda  təsərrüfat  nəticələrini  yaxşılaşdırsa  da, 

onları  bir-birindən  asılı  edir,  bunların,  ayrılıqda  olsa  da,  ümumi 

məqsədə çatmaq üçün səylərinin birləşdirilməsinə obyektiv ehtiyac 

yaradır. Belə bir ehtiyacın təmin olunması təsərrüfat əlaqələrinin qurul-

ması və inkişaf etdirilməsi vasitəsilə həyata keçirilir. 

xtisaslaşdırmanın  dərinləşməsi  eyni  bir  məhsul  istehsalının  işti-

rakçıları  arasında  təsərrüfat  əlaqələrinin  yaranmasını  tələb  edir  ki, 

buna da istehsalın kooperasiyalaşması deyilir. 

Kooperasiyalaşma  müəyyən  bir  məhsulun  birgə  istehsalı  ilə 

məşğul olan müəssisələr arasındakı uzunmüddətli təsərrüfat əla-

qələri formasıdır. 

Təsərrüfat əlaqələri formaları kimi maddi-texniki təminatla koope-

rasiyalaşdırmanı  bir-birindən  fərqləndirmək  lazımdır.  Onlar  zahirən 

bir-birlərinə bənzəsələr də, mahiyyətcə ciddi fərqləri olan proseslərdir. 

Firma və müəssisələr arasındakı kooperasiya əlaqələri uzun dövrü – 

konkret məhsulun istehsalı dövrünü əhatə edir və bir növ müntəzəm xa-

rakterli olur. Müəyyən bir mürəkkəb məhsulun istehsalında birgə iştirak 

edən firmalar (müəssisələr) onu tamamlayan baş müəssisənin xüsusi tə-

ləblərinə uyğun olaraq fəaliyyət göstərirlər. Kooperasiya qaydası ilə məh-



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə