Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə39/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   35   36   37   38   39   40   41   42   ...   214

Telman Huseynov 

 

106



Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq iqtisadiyyatda inten-

siv amillərin rolu kəskin surətdə artacaqdır. Həm istehsala cəlb olunan 

müxtəlif resursların (maddi, əmək, maliyyə, informasiya) məhdudluğu, 

həm də onların qiymətlərinin yüksək olması istehsal xərclərinin artması 

ilə baş verir. Məhz buna görə də, mövcud istehsal güclərindən daha tam 

istifadə olunması, istehsalın material, enerji və əmək tutumunun azaldıl-

ması təsərrüfatçılıqda prioritetə çevrilir. Ümumiyyətlə, intensivləşdirmə – 

məhsulun, istehsal vasitələrinin və iş qüvvəsinin təkrar istehsaldakı key-

fiyyət  dəyişiklikləri  –  yeni  texnoloji  istehsal  üsullarının  orta  və  kiçik 

müəssisələr qrupuna uyğunlaşdırılmasına gətirib çıxarır, bütün bunlar isə 

firma və müəssisələrin səmərəli ölçüsünün seçilməsi ilə əlaqədar olur. 

Beləliklə, yeni iqtisadi sistemə keçidlə əlaqədar olaraq istehsal 

firmaları və müəssisələrin optimal ölçüsü problemi yenidən, hə

də daha aktual məzmunda meydana çıxır. Başqa sözlə, bu proble-

min həlli əvvəlkindən fərqli,  yeni  yanaşma tərzi  tələb edir.  Məsələ-



nin bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan iki tərəfi ön plana keçir:  

a)  firmanın  daha  yüksək  son  nəticə  əldə  etməyinə  imkan  verən 

ölçüsünün seçilməsi üçün əsas götürüləcək texniki, iqtisadi, sosial və 

s. amillərin müəyyənləşdirilməsi; 

b) sənayedə, onun ayrı-ayrı sahələrində, hətta ayrı-ayrı bölgələrdə 

firma və müəssisələrin optimal təsərrüfat əlaqələrinin müəyyənləşdi-

rilməsi. Bu cür optimallaşdırma meyli bütün inkişaf etmiş ölkələr, o 

cümlədən elmi-texniki tərəqqinin ən yüksək templərinə malik ölkələr 

üçün səciyyəvidir. 

Bu  və  ya  digər  firmanın  yaradılması  zamanı  sahibkar  bazar 

konyunkturasını, məhsula olan tələbatı və onun dəyişməsini, baza-

rın miqyasını, rəqabət səviyyəsini və s. amilləri əsas götürür. Bu-

nunla  yanaşı,  hər  bir  istehsal  firması  üçün  istehsalın  texnoloji  cə-

hətdən yol verilə bilən minimal ölçüsü mövcuddur və firmanın hə-

min ölçüdən kiçik yaradılması texnoloji tələblər baxımından müm-

kün, iqtisadi baxımdan məqsədəuyğun olmur. Firmanın ölçüsünün 

yuxarı  həddi  isə  bazarda  mövcud  olan  konyunktura  vasitəsilə 

müəyyənləşir. Bütün bunlar isə, nəticə etibarilə, firma və müəssi-

sənin  optimal  ölçüsünün  müəyyənləşdirilməsi  zərurətini  yaradır. 

Yəni  sahibkar  öz  vəsaitlərini  daha səmərəli istehsala  yönəltməklə 

daha çox gəlir əldə etməyə üstünlük verir. 



Fəsil 4.  stehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü 

 

107



Təmərküzləşmənin iqtisadi baxımdan məqsədəuyğunluq sərhədi-

ni müəyyən etmək üçün firma və müəssisənin elmi-texniki cəhətdə

ə

saslandırılmış optimal ölçüsü tam dəqiqliklə müəyyən olunmalıdır. 

Müəssisədə istehsalın təmərküzləşdirilməsinin müəyyən səviyyə-

sində  zavoddaxili xərclərin  artması, istehsalın təşkili  və  idarə  edil-

məsinin  mürəkkəbləşməsi  ilə  əlaqədar  təmərküzləşmənin  iqtisadi 

səmərəsi  tamamilə  tükənir  və  onun  sonrakı  artımı  səmərəsiz  olur. 

Buna görə də, müəssisələrin – səmərəlilik baxımından – yol verilən 

maksimum  ölçüsü  vardır.  Müəssisənin  maksimum  ölçüsü  bütün 

analoji müəssisələr üçün eyni olur, etalon kimi qəbul edilir. 

Ümumi-nəzəri baxımdan firma və ya müəssisənin optimal ölçüsü 

az xərclə daha yüksək təsərrüfat nəticələrinə nail olunan həddir. 

Firmanın optimal ölçüsü müəyyən edilərkən həm onun daxili mü-

hitinin  və  həm  də  xarici  mühitinin  yaratdığı  amillərin  təsiri  nəzərə 

alınmalıdır. 

Müəssisə  və  firmanın  ölçüsünə  istehsaldaxili  amil  kimi  texnika-

nın inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun oriji-

nallığı, istehsalın təşkili vəziyyəti, fəhlələrin mədəni-texniki səviyyə-

si və s. təsir göstərir. 

Müəssisənin  istər  maksimum  yol  verilə  bilən  və  istərsə  də  opti-

mal ölçüsünə, başqa sözlə, təmərküzləşmə səviyyəsinə bir sıra xarici 

amillər də təsir  göstərirlər.  Bunlara xammal və  nəqliyyat amillərini, 

demoqrafik  vəziyyəti  (əmək  ehtiyatlarının  mövcudluğu),  iqtisadi-

coğrafi amilləri (su təchizatı), regionun mənimsənilmə vəziyyəti, so-

sial  infrastrukturun  inkişaf  səviyyəsi,  ekoloji  vəziyyət,  vaxt  amili, 

digər bu qəbildən olan amillər aiddir. 

stehsal firmasının optimal ölçüsü bütün sahə üçün vahid deyildir 

və maksimum yol verilə bilən ölçüdən fərqli olaraq müxtəlif şəraitdə 

müxtəlif ola bilər. Maksimal ölçü yalnız istehsaldaxili amillərin təsiri 

altında formalaşır və buna görə bütün sahə üçün vahiddir. Firma və 

müəssisənin optimal ölçüsü təmərküzləşmənin səmərəsini xarici amil-

lər azaltmadıqda maksimum ölçüyə bərabər olur, məhdudlaşdırdıqda 

isə maksimum ölçüdən az olur.  

Artıq qeyd olunduğu kimi, bir qayda olaraq, müəssisənin ölçüsünün 

böyüməsi  ilə  məhsul  vahidinin  buraxılışına  xərclərin  azalması  baş 

verir,  yəni müəyyən qənaət əldə olunur. Lakin  istehsal  xərclərinin 



Telman Huseynov 

 

108



aşağı  düşməsi  müəssisənin  ölçüsünün  müəyyən  hədlərinə  qədə

baş  verir.  Bu  hədd  keçildikdə  xərclərin  azalması  meyli  tədricə

ləngiyir, daha sonra tamamilə dayanır. Bundan sonra müəssisənin 

ölçüsünün böyüməsi xərclərin də səmərəsiz artımına səbəb olur. Bu 

cür  qütbləşmə  hədləri  sənayenin  ayrı-ayrı  sahələrində  (müəssisənin 

ölçüsünə  təsir  göstərən  müxtəlif  amillərin  təsiri  nəticəsində)  bir-bi-

rindən açıq-aşkar fərqli olur və hər bir konkret sahənin strukturunun 

müəyyən  edilməsində  mühüm  rol  oynayır.  Həmin  məsələnin  aydın-

laşdırılması üçün minimal səmərəli ölçü konsepsiyasından istifadə et-

mək daha məqsədəuyğundur. Minimal səmərəli ölçü dedikdə, müəs-

sisənin  uzunmüddətli  orta  istehsal  xərclərini  minimuma  endirə  bilə-

cək  ən  aşağı  istehsal  həcmi  başa  düşülür.  Bu  konsepsiyaya  uyğun 



olaraq, sənaye sahələri 3 qrupa bölünür: 

– bir  qrup sənaye sahələrində istehsal həcminin artması ilə məhsul 

vahidinə çəkilən xərclərin azalması prosesi (bu, miqyasın müsbət effekti 

adlanır)  tez  başa  çatır  və  bundan  sonra  müəssisənin  böyüməsi  məhsul 

vahidinə xərclərin də artmasına (bu, miqyasın mənfi effekti adlanır) sə-

bəb olur. Belə sahələrdə minimal səmərəli ölçü istehsalın böyük olma-

yan həcmi ilə müəyyən edilir. Bu, həmin sahələrdə çoxlu sayda, nisbə-

tən kiçik istehsalçıların yanaşı mövcudluğuna imkan verir və rəqabətə sə-

bəb olur. Belə sahələrə: yeyinti sənayesində – ət-süd; yüngül sənayedə – 

tikiş, gön-dəri və ayaqqabı sənayesi; metal emalı sənayesi (metal məmu-

latları  istehsalı);  kombinələşdirilmiş  yem  istehsalı;  sənayenin  başqa 

sahələrində – bədii məmulatlar istehsalı, musiqi alətlərinin hazırlanması, 

oyuncaq istehsalı, kimyəvi təmizləmə və boyama, dəftərxana ləvazimatı 

istehsalı və s. aiddir. Xarici ölkələrin (məsələn, ABŞ, Yaponiya,  taliya 

və  başqalarının)  təcrübəsi  göstərir  ki,  qeyd  olunan  sahələrdə  başlıca 

olaraq kiçik və orta ölçülü müəssisələr üstünlük təşkil edir;  

–  bəzi  sənaye  sahələrində  miqyasın  müsbət  effekti  kifayət  qədər 

tez  başa  çatır,  mənfi  effekt  isə  istehsalın  daha  böyük  miqyaslarında 

yaranır. Belə sahələrdə həm kiçik, həm orta, həm də iri müəssisələr, 

demək olar ki,  eyni dərəcədə səmərəlidir. Belə sahələrə: ağac emalı 

və mebel, sellüloz – kağız, poliqrafiya, tikinti materialları (sement is-

tehsalı istisna olmaqla), toxuculuq, balıq, konserv sənaye sahələri və 

s. aiddir. Məsələn, poliqrafiya sənayesində qəzet buraxılışı ilə tama-

milə  iri  müəssisələr  məşğul  olurlar.  Kitab  nəşri  həm  iri,  həm  orta 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə