Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə35/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   31   32   33   34   35   36   37   38   ...   214

Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

 

95



ilə quraşdırılmasını göstərmək olar.  stehsalın təşkilinin belə forması 

bir sıra üstünlüklərə malikdir.  stehsalın təşkilinin fərdi forması mə-

mulatın konstruksiyasını və emalı ardıcıllığını tez-tez dəyişməməyə, 

istehsalın tələbatı ilə müəyyən edilən miqdarda müxtəlif nomenklatu-

ralı  məhsullar  istehsal  etməyə,  avadanlıqların  yerinin  dəyişdirilməsi 

ilə  əlaqədar  vaxta  və  xərcə  qənaət  etməyə  və  habelə  istehsalın  çe-

vikliyini artırmağa imkan verir.  

stehsalın təşkilinin qarışıq forması materialların istehsala ardı-

cıl,  paralel  və  ya  qarışıq  şəkildə  verilməsi  ilə  qarışıq  və  ya  xətti 

struktura  əsaslanan  əsas  və  köməkçi  əməliyyatların  vahid  istehsal 

prosesində  birləşdirilməsinə  əsaslanır.  stehsalın  təşkilinin  qarışıq 

(birləşdirilmiş) formasında sahələrdə emaletmə, nəqletmə, anbarlaş-

dırma və idarəetmə vahid istehsal prosesində birləşdirilir və bütün bu 

işlər koordinasiya edilir. Bunlar isə, bütün iş yerlərinin «avtomatik 

nəqliyyat – anbar kompleksi» vasitəsilə birləşdirilməsi yolu ilə təmin 

edilir. Burada istehsal prosesinin idarə olunması elektron hesablama 

maşınlarının  köməyi  ilə  həyata  keçirilir  ki,  bu  da  istehsal  sahəsində 

texnoloji  prosesin  bütün  elementlərinin  «anbarda  zəruri  xammal  və 

materialların axtarılması – onların iş yerlərinə nəqledilməsi – emalı – 

emal edilmiş detalların anbara qaytarılması» sxemi üzrə fəaliyyətini 

təmin  edir.  Ayrı-ayrı  iş  yerlərində  detalların  emalı  və  nəql  edilməsi 

zamanı yaranan vaxt fərqləri əməliyyatlararası və sığorta zadellərinin 

bufer  anbarlarını  yaratmaqla  nizama  salınır.  Qarışıq  (birləşdirilmiş) 

istehsal sahələrinin yaradılması, istehsal proseslərinin birləşdirilməsi 

və avtomatlaşdırılması birdəfəlik xərclərin  yüksək olması ilə nəticə-

lənir. 

stehsalın  təşkilinin  birləşdirilmiş  formasına  keçidin  iqtisadi  sə-



mərəsi istehsal tsiklinin azaldılması, avadanlıqların yüklənmə səviy-

yəsinin artırılması, istehsal prosesinin tənzimlənməsi və ona nəzarə-

tin yaxşılaşdırılması hesabına əldə edilir.  

stehsalın təşkilinin yuxarıda qeyd olunan formalarını – yeni 

məhsulun  buraxılışına  uyğunlaşdırmaq  qabiliyyətindən  asılı  ola-

raq – çevik və qeyri-çevik formalara bölmək olar. 

stehsalın təşkilinin çevik formaları çox az vaxt və əmək sərf et-

məklə istehsal prosesinin elementlərini dəyişmədən yeni məhsul bu-

raxılışına keçidi təmin edir. 




Telman Huseynov 

 

96



stehsalın təşkilinin qeyri-çevik formaları bir neçə növ detalın de-

yil, yalnız bir növ detalın emalını nəzərdə tutur. Buraxılan məhsulun 

nomenklaturasında dəyişiklik və məmulatın konstruktiv cəhətdən ye-

ni  seriyasının  buraxılışna  keçid  istehsal  sahəsinin  yenidən  planlaş-

dırılmasını, avadanlıq və ləvazimatların dəyişdirilməsini tələb edir. 

Fərdi istehsal şəraitində istehsalın təşkilinin özünəməxsus xü-

susiyyətləri  vardır.  Bu  istehsal  tipində  detallar,  onların  emalının 

üsulları  müxtəlif  olduğundan  istehsal  sahələri  eyni  təyinatdan  olan 

avadanlıqların  qruplar  halında  yerləşdirilməsinə  əsaslanan  texnoloji 

prinsip üzrə qurulur.  stehsalın bu cür təşkilində detallar hazırlanma 

prosesində müxtəlif istehsal sahələrindən keçirlər. Buna görə də, de-

talların istehsal sahəsinə (əməliyyatı həyata keçirmək üçün) verilməsi 

zamanı  onların  emalının  keyfiyyətinə  nəzarətin  həyata  keçirilməsi, 

nəqledilməsi, əməliyyatları yerinə yetirmək üçün iş yerlərinin müəy-

yən  olunması  məsələləri  dəqiq  müəyyənləşdirilməlidir.  Fərdi  isteh-

salda operativ planlaşdırma və idarəetmənin xüsusiyyətləri sifarişlə-

rin  vaxtında  yerinə  yetirilməsi,  əməliyyatlar  arasında  hər  bir  detalın 

hərəkətinə  nəzarət,  istehsal  sahələrinin  və  iş  yerlərinin  birqərarda 

yüklənməsi ilə müəyyən olunur. Bu zaman müəssisədə maddi-texniki 

təminatın təşkilində ciddi çətinliklər yaranır. Hazırlanan məhsulların 

nomenklaturasının  geniş  olması,  materiallardan  iriləşdirilmiş  məsrəf 

normalarının tətbiqi fasiləsiz təminatda problemlər  yaradır ki, bu da 

müəssisədə, bəzən, materiallardan böyük həcmdə istehsal ehtiyatları-

nın yaranmasına gətirib çıxarır. 

Fərdi istehsalın təşkili xüsusiyyətləri onun iqtisadi göstəricilərinə 

də təsir göstərir. Bu istehsal tipinin üstünlük təşkil etdiyi müəssisələr 

üçün  nisbətən  yüksək  əməktutumluluğu  və  müxtəlif  əməliyyatlar 

arasında  detalların  uzun  müddət  toplanıb  qalması  hesabına  bitmə-

miş istehsalın həcminin böyük olması səciyyəvidir.  

Fərdi  istehsalın  texniki-iqtisadi  göstəricilərinin  yaxşılaşdırılma-

sının  əsas  ehtiyatları  onun  texniki-təşkilati  səviyyəsinə  görə  seriyalı 

istehsal  tipinə  yaxınlaşdırılması  ilə  əlaqədardır.  stehsalın  təşkilinin 

dəstəli  üsullarının  tətbiqi  hazırlanan  məhsulların  sayca  məhdudlaş-

dırılması,  detal  və  qovşaqların  unifikasiyası  (eyniləşdirilməsi)  yolu 

ilə  mümkündür  ki,  bu  da  ixtisaslaşmış istehsal  sahələrinin  təşkilinə, 

istehsalın hazırlığına sərf olunan vaxtı azaltmaq üçün məhsulun kon-




Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

 

97



struktiv  quruluşuna  və  hazırlanma  texnologiyasına  görə  oxşar  olan 

detalları qruplaşdırmağa və avadanlıqlardan istifadəni yaxşılaşdırma-

ğa imkan verir. 

Seriyalı istehsalın təşkili üçün sexlərin, adətən, predmet üzrə ix-

tisaslaşmış  qapalı  istehsal  sahələrindən  ibarət  olması,  avadanlıqların 

texnoloji proses üzrə ardıcıllıqla yerləşdirilməsi daha çox səciyyəvi-

dir. Bunun nəticəsində isə, iş  yerləri arasında nisbətən sadə əlaqələr 

yaranır və məhsulun hazırlanması prosesində detalların birbaşa hərə-

kətini  təşkil  etmək  mümkün  olur.  Müəssisədə  istehsal  sahələrinin 

predmet üzrə ixtisaslaşması əməliyyatların ardıcıl olaraq yerinə yeti-

rildiyi bir neçə avadanlıqlarda detallar partiyasının paralel emal edil-

məsinə  şərait  yaradır.  Bütün  detallar  partiyasının  emalı  başa  çatana 

qədər ayrı-ayrı detallar üzərində bir əməliyyat qurtardıqdan sonra o, 

onun üzərində digər əməliyyatın yerinə yetirilməsi üçün sonrakı mər-

hələyə verilir. Beləliklə, seriyalı istehsal şəraitində istehsal prosesinin 

paralel-ardıcıl təşkili mümkün olur. 



Seriyalı  istehsal  şəraitində  istehsalın  təşkilinin bu və  ya digər 

formasının  tətbiqi  istehsal  sahəsinə  təhkim  edilmiş  məmulatların 

əməktutumundan və buraxılış həcmindən asılı olur. Məsələn, böyük 

miqdarda  hazırlanan  və  oxşar  texnoloji  prosesə  malik  iri,  əməktu-

tumlu detallar dəyişən axınlı istehsalın təşkili ilə bir istehsal sahəsinə 

təhkim edilir. Orta ölçülü, çoxəməliyyatlı və az əməktutumlu detallar 

partiyalarda birləşdirilir. Əgər onların istehsalı müntəzəm təkrar olu-

nursa,  bu  detalların  qrup  şəklində  emalı  üçün  xüsusi  istehsal  sahəsi 

təşkil edilir. Kiçik, az əməktutumlu detallar onların istehsalı üzrə ixti-

saslaşmış istehsal sahəsinə təhkim olunur və bu zaman birbaşa axınlı 

istehsalın təşkili forması mümkün olur. 

Seriyalı istehsalda fərdi istehsala nisbətən məhsulların əməktutu-

mu və ya maya dəyəri əhəmiyyətli şəkildə aşağı olur və istehsal tsik-

lində fasilələrin xüsusi çəkisi nisbətən az olur ki, bu da bitməmiş is-

tehsalın həcmini xeyli azaldır. 

stehsalın təşkili baxımından seriyalı istehsalda iqtisadi səmərəli-

liyin  artırılmasının  əsas  ehtiyatlarından  biri  istehsalın  axınlı  təşkili 

üsullarının tətbiqidir.  



Kütləvi istehsal şəraitində işləyən müəssisələrdə sexlər isteh-

salı tam avtomatlaşdırmağa imkan verən daha mütərəqqi avadanlıq-




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə