Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə31/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   27   28   29   30   31   32   33   34   ...   214

Telman Huseynov 

 

84



si  zamanı  hər  bir  əməliyyatın  yerinə  yetirilməsi  üçün  onun  (seriyalı 

istehsalın) zəruri olan texnoloji avadanlıqlarla təmin olunması mütləq 

nəzərə alınır. 

Kütləvi istehsal yüksək ixtisaslaşma və çox məhdud nomenklaturada 

məhsulların böyük həcmdə və vaxt etibarilə uzun müddət ərzində isteh-

salı  ilə  xarakterizə  olunur.  Bu  istehsal  tipinin  zəruri  şərtlərindən  biri 

onun məhsuluna bazarın tələbi həcminin böyük olmasıdır. 

stehsalın təşkili üsuluna görə istehsal prosesləri axınlı, dəstəli 

və fərdi proseslərə bölünür. Bunlardan iqtisadi cəhətdən ən səmərə-

lisi axınlı istehsal prosesləridir, çünki belə istehsal üsullarının tətbiqi 

istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün 

həlledici şərt olur.  



stehsalın təşkilinin axınlı üsulu aşağıdakı əlamətlərlə xarak-

terizə olunur: 

– istehsal prosesinin böyük sayda əməliyyatlara bölünməsi; 

– ayrı-ayırı əməliyyatların icrası üçün iş yerlərinin dəqiq ixtisas-

laşması; 

– avadanlıqların texnoloji xəritəyə müvafiq olaraq yerləşdirilməsi; 

– istehsal prosesinin fasiləsizliyinin səviyyəcə yüksək olması; 

–  əmək  predmetlərinin  bir  iş  yerindən  digərinə  verilməsi  üçün 

əməliyyatlararası xüsusi nəqliyyatın mövcud olması. 

Axınlı  istehsal  üsulunun  əsas  struktur  vahidi  axın  xəttidir.  Axın 

xətti  texnoloji  prosesin  gedişi  üzrə  yerləşdirilmiş,  təhkim  olunmuş 

əməliyyatların  yerinə  yetirilməsi  üçün  nəzərdə  tutulmuş  və  əməliy-

yatlararası nəqliyyat vasitələrilə əlaqələndirilən iş yerlərinin məcmu-

sunu əks etdirir. 

  stehsalın  təşkilinin  dəstəli  üsulu  aşağıdakı  əlamətlərlə  xa-



rakterizə olunur: 

– emal olunacaq materialın istehsala partiyalarla buraxılması; 

– bir neçə növ materialın eyni zamanda emalı; 

– bir iş yerinə bir neçə əməliyyatın təhkim edilməsi; 

–  ixtisaslaşmış  və  aqreqat  avadanlıqla  yanaşı  universal  avadan-

lıqdan da geniş istifadə olunması; 

– yüksək ixtisaslı və nisbətən geniş ixtisas profilli kadrlardan is-

tifadə edilməsi; 

– eyni tip avadanlıqlarıın əsasən qrup halında yerləşdirlməsi. 



Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

 

85



stehsalın təşkilinin fərdi üsulu məhsulun vahid nümunəsini və ya 

kiçik  partiya  halında  istehsalını  nəzərdə  tutur.  O,  mürəkkəb,  unikal 

avadanlığın, xüsusi ləvazimatın və s. istehsalında istifadə olunur. 

stehsalın təşkilinin fərdi üsulunun fərqləndirici xüsusiyyətlə-

ri aşağıdakılardır: 

– istehsalı təkrar olunmayan geniş nomenklatura; 

– yalnız universal avadanlıqlardan istifadə; 

– eyni tipli avadanlıqların qrup şəklində yerləşdirilməsi; 

– iriləşdirilmiş texnologiyaların hazırlanması; 

– yüksək ixtisaslı və həm də geniş ixtisas profilli fəhlələrdən isti-

fadə; 

– icra olunan işin, əsasən, əl əməyi ilə yerinə yetirilməsi; 



– bitməmiş istehsalın və istehsal ehtiyatları həcminin yüksək olma-

sı ilə əlaqədar maddi-texniki təminatın təşkilinin mürəkkəbliyi; 

– istehsal və məhsulun satışı xərclərinin yüksək, dövriyyə fondlarının 

dövretmə sürətinin və avadanlıqlardan istifadə səviyyəsinin aşağı olması. 

xtisaslaşdırma dərəcəsinə görə universal və ixtisaslaşdırılmış is-

tehsal prosesləri fərqləndirilir. Fərdi və kiçik seriyalı istehsal şəraitin-

də  universal  proseslər  və  deməli,  universal  avadanlıqlar,  iri  seriyalı 

və  kütləvi  istehsal  şəraitində  isə  ixtisaslaşdırılmış  proseslər  və  bu-

nunla əlaqədar xüsusiləşmiş və avtomat avadanlıqlar tətbiq edilir. 

 2.  stehsal tsikli və onun tərkibi 

stehsal tsikli – xammal və materialların istehsal prosesinin ilk 

ə

məliyyatına  daxil  olduğu  andan  hazır  məhsulun  alınmasına  qə-



dər sərf olunan təqvim vaxtını əks etdirir.  stehsal tsiklinin əsasında 

müəssisənin  istehsal-təsərrüfat  fəaliyyətinin  bir  sıra  vacib  texniki-

iqtisadi  və  iqtisadi  göstəriciləri  hesablanır.  stehsal  tsiklinə  məhsulun 

hazırlanması  üzrə  əməliyyatların  yerinə  yetirilməsi  ilə  bağlı  və  fasilə-

lələri əhatə edən vaxtlar aiddir. Əməliyyatların yerinə yetirilməsinə sərf 

olunan vaxta texnoloji əməliyyatların, köməkçi və xidmətedici işlərin, 

nəzarət və nəqliyyat əməliyyatlarının yerinə yetirilməsinə sərf olunan 

və  təbii  proseslərin  tələb  etdiyi  vaxtlar  daxildir.  Məhsulun  emalı  ilə 

əlaqədar olan əsas əməliyyatların yerinə yetirilməsinə sərf olunan vaxt 

texnoloji tsikli əks etdirir və bu, əmək predmetinə insanın birbaşa və 

ya dolayı təsirinin həyata keçirildiyi müddəti özündə əks etdirir.  



Telman Huseynov 

 

86



stehsal tsiklinə nəqletmə və nəzarət işinə sərf olunan vaxtlar da 

daxildir.  Müəssisədaxili  nəqletmə  vaxtını  əmək  predmetlərinin  yeri-

nin dəyişdirilməsinə və bununla əlaqədar olan yükləmə-boşaltma əmə-

liyyatlarına sərf olunan vaxtları əhatə edir. Nəzarət işinə sərf olunan 

vaxt  buraxılan  məhsulların  standartlara,  texniki  şərtlərə  və  fabrik-za-

vod normativlərinə uyğunluğunun yoxlanması ilə əlaqədardır. 

stehsal prosesindəki fasilələr müəssisədə müəyyən edilmiş iş reji-

mi ilə əlaqədar və təşkilati-texniki səbəblərlə şərtlənən boşdayanmalar 

nəticəsində yaranır. əssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqə-

dar fasilələrə qeyri-iş günləri və növbələri, növbələrarası və nahar 

fasilələri, işçilərin istirahəti ilə əlaqədar növbədaxili reqlamentləş-

dirilmiş fasilələr və s. aiddirlər. Təşkilati-texniki səbəblərlə şərtlənən 

fasilələrə isə müxtəlif iş yerlərində iş ritmlərinin fərqli olması, xammal 

və  materialların,  enerjinin  və  s.-nin  olmaması  ilə  əlaqədar  boşdayan-

malar  daxil  edilir.  Qeyd  etmək  lazımdır  ki,  istehsal  tsiklinə  müxtəlif 

səbəbdən  baş  verən  boşdayanmalar  deyil,  müəssisədə  müəyyən  edil-

miş iş rejimi ilə əlaqədar fasilələr aid olunur.  

Əvvəllər qeyd olunduğu kimi, istehsal tsikli xammal və material-

ların əsas istehsala buraxılmasından hazır məhsulun alınmasına qədər 

istehsalda qaldığı təqvim iş vaxtını (T

i.t


) əhatə edir və aşağıdakı kimi 

hesablanır: 

T

i.t


 = ΣT

tex


 + ΣT

təb


 + ΣT

n

 + ΣT



nəq

 + ΣT


əa

 + ΣT


na

 

Burada, ΣT



tex

, ΣT


təb

, ΣT


n

, ΣT


nəq

 – müvafiq olaraq texnoloji, təbii, 

nəzarət  və  nəqletmə  əməliyyatlarının  yerinə  ye-

tirilməsinə sərf olunan vaxtlardır; 

Σ

T

əa 



– əməliyyatlararası fasilə vaxtı; 

Σ

T



na

 – növbələrarası fasilə vaxtı.  



stehsal tsiklinin ayrı-ayrı vaxt ünsürlərinin onun ümumi uzun-

luğunda xüsusi çəkisi istehsal tsiklinin strukturunu əmələ gətirir. 

Müxtəlif  məhsulların  istehsal  tsikli  müxtəlif  olur.  Məsələn,  fasiləsiz 

istehsalda  istehsal  tsiklinin  tərkibində  fasilələr  olmur,  fasiləli  isteh-

salların əksəriyyətində isə (məsələn, maşınqayırma sənayesində) təbii 

proseslərin  xüsusi  çəkisi  ya  çox  az  olur,  ya  da  heç  olmur.  Eyni  za-

manda müxtəlif müəssisələrdə istehsalın texniki və təşkilati səviyyə-

sindən, məhsulun xarakterindən, texnologiyanın xüsusiyyətindən, is-



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə