Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə27/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   23   24   25   26   27   28   29   30   ...   214

Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

73



məlumat dərc etdirir. Bu müddət, ləğvetmə haqqında məlumatın dərc 

edildiyi gündən etibarən, iki aydan az ola bilməz. Ləğvetmə komissi-

yası kreditorları aşkar etmək və debitor borcları almaq üçün tədbirlər 

görür,  habelə  müəssisənin  ləğvi  haqqında  kreditorlara  bildiriş  gön-

dərir. 

2. Kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan 



sonra  ləğvetmə  komissiyası  aralıq  ləğvetmə  balansı  tərtib  edir.  Ba-

lansa ləğv edilən müəssisəin əmlakının tərkibi, kreditorların irəli sür-

dükləri  tələblərin  siyahısı,  habelə  bu  tələblərə  baxılması  nəticələri 

haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansını müəssi-

sənin  ləğvi  haqqında  qərar  qəbul  etmiş  müəssisənin  təsisçiləri  (işti-

rakçıları) və ya nizamnamə ilə buna vəkil olunmuş orqanı təsdiq edir. 

3.  Əgər  ləğv  edilən  müəssisədə  olan  pul  vəsaiti  kreditorların  tə-

ləblərini  ödəmək  üçün  yetərli  deyildirsə,  ləğvetmə  komissiyası 

müəssisəin əmlakını açıq hərracda satır. 

4.  Ləğv  edilən  müəssisəin  kreditorlarına  pul  vəsaitini  ləğvetmə 

komissiyası aşağıda qeyd olunan növbəlik qaydasında, aralıq ləğvet-

mə  balansına  uyğun  olaraq,  onun  təsdiq  edildiyi  gündən  başlayaraq 

ödəyir. 

Müəssisə  ləğv  edilərkən  onun  kreditorlarının  tələbləri  aşağıdakı 

növbə ilə ödənilir: 

Birinci  növbədə  ləğv  edilən  müəssisəin  əmlakının  girov  qoyul-

ması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri ödəni-

lir;  kinci  növbədə  müvafiq  vədəli  ödənişlərin  kapitallaşdırılması 

yolu ilə o fiziki şəxslərin tələbləri ödənilir ki, ləğv edilən müəssisə 

onların  qarşısında  həyata  və  ya  sağlamlığa  zərər  vurulması  üçün 

məsuliyyət  daşıyır;  Üçüncü  növbədə  işdənçıxma  müavinətlərinin 

verilməsi, əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənil-

məsi  və  müəlliflik  müqavilələri  üzrə  haqların  ödənilməsi  üzrə  he-

sablaşmalar aparılır; Dördüncü növbədə büdcəyə məcburi ödənişlər 

üzrə  borc  ödənilir;  Beşinci  növbədə  qalan  kreditorlar  ilə  hesablaş-

malar aparılır. 

Hər  növbənin  tələbləri  özündən  əvvəlki  növbənin  tələbləri  tam 

ödənildikdən sonra yerinə yetirilir. Ləğvetmə komissiyası kreditorun 

tələblərini ödəməkdən imtina etdikdə və ya onlara baxmaqdan boyun 

qaçırdıqda  kreditorun,  müəssisənin  ləğvetmə  balansı  təsdiq  edilənə-




Telman Huseynov 

 

74



dək,  ləğvetmə  komissiyasına  qarşı  iddia  ilə  məhkəməyə  müraciət 

etmək hüququ vardır. 

Ləğvetmə komissiyasının tələblər irəli sürülməsi üçün müəyyən-

ləşdirdiyi  müddət  qurtardıqdan  sonra  kreditorun  bildirdiyi  tələblər 

vaxtında bildirilmiş tələblər ödənildikdən sonra ləğv edilən müəssisə-

nin qalan əmlakından ödənilir. 

Ləğv edilən müəssisənin kreditorlarının ləğvetmə komissiyası tə-

rəfindən  qəbul  edilməmiş  tələbləri  kreditorun  iddia  ilə  məhkəməyə 

müraciət  etmədiyi  hallarda,  habelə  məhkəmə  qərarı  ilə  kreditora 

ödənilməsindən imtina edilmiş tələbləri ödənilmiş sayılır. 

Kreditorlar  ilə  hesablaşmalar  başa  çatdıqdan  sonra  ləğvetmə  ko-

missiyası  ləğvetmə  balansını  tərtib  edir.  Həmin  balansı  müəssisənin 

ləğvi haqqında qərar qəbul etmiş müəssisənin təsisçiləri (iştirakçıları) 

və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı təsdiq edir. Ləğvetmə 

komissiyası təsdiq olunmuş ləğvetmə balansını müəssisələrin dövlət 

qeydiyyatını həyata keçirən Vergilər Nazirliyinə göndərir. 

Kreditorların  tələbləri  ödənildikdən  sonra  müəssisənin  qalan 

əmlakı,  əgər  müəssisəin  nizamnaməsində  ayrı  qayda  nəzərdə  tutul-

mayıbsa, onun təsisçilərinə (iştirakçılarına) verilir. 

Firmanın  (müəssisənin)  hüquq  və  vəzifələrinin  hüquqi  varislik 

qaydasında başqa şəxslərə keçmədən onun mövcudluğuna və fəaliy-

yətinə xitam verildiyi hallarda və yaxud firmanın (müəssisənin) ye-

nidən təşkili nəticəsində dövlət qeydiyyatının ləğv edilməsi zərurəti 

yaranan  hallarda,  Vergilər  Nazirliyi  onun  dövlət  qeydiyyatını  ləğv 

edir. 

Firmanın (müəssisənin) ləğvi ilə bağlı prosedurlara Vergilər Na-



zirliyinə daxil olmuş aşağıdakı məlumatlardan hər hansı biri əsasında 

başlanılır: 

– müəssisənin ləğv edilməsi barədə qərar onun  ləğvetmə komis-

siyasının  “Hüquqi  şəxsin  dövlət  qeydiyyatından  (vergi  uçotundan) 

çıxarılması  haqqında  ərizə”  forması  üzrə  müraciəti  və  qəzetdə  dərc 

etdirilmiş müvafiq elan ilə birlikdə təqdim olunur; 

–  Azərbaycan  Respublikasında  filial  və  nümayəndəliyinin  ləğv 

edilməsi  barədə  xarici  müəssisənin  qanunvericilikdə  müəyyən  edil-

miş  qaydada  vergi  orqanına  təqdim  olunmuş  qərarı  “Hüquqi  şəxsin 

dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə” 




Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

75



forması  üzrə  müraciəti  və  qəzetdə  dərc  etdirilmiş  müvafiq  elan  ilə 

birlikdə təqdim olunur; 

– müəssisənin ləğv edilməsi barədə məhkəmənin qanuni qüvvəyə 

minmiş qərarı; 

–  müəssisənin  müflis  elan  edilməsi  və  müsabiqə  icraatının  başa 

çatması haqqında məhkəmənin qərarı; 

– müəssisə yenidən təşkil edildikdə onun qeydiyyatının ləğv edil-

məsi  zərurəti  yaranan  hallarda  (birləşmə,  qoşulma  və  ya  bölünmə), 

təsisçilərin və ya məhkəmənin yenidən təşkil edilmə barədə müvafiq 

qərarı “Hüquqi şəxsin dövlət qeydiyyatından (vergi uçotundan) çıxa-

rılması haqqında ərizə” forması üzrə müraciəti və qəzetdə dərc etdi-

rilmiş müvafiq elan ilə birlikdə təqdim olunur. 

Müəssisənin dövlət qeydiyyatının ləğv edilməsi zamanı onun ver-

diyi yekun vergi bəyannamələrinin qəbul edilməsi və kameral yoxla-

nılması, son səyyar vergi yoxlamasının aparılması, vergi borclarının 

ödənilməsi işləri Vergilər Nazirliyinin müəyyən etdiyi qaydalara uy-

ğun olaraq yerinə yetirilir. 

Dövlət qeydiyyatının ləğv edilməsi üçün qeydiyyat orqanı aşağı-

dakı sənədləri ləğv edilən müəssisədən təhvil almalıdır: 

– müəssisənin dövlət qeydiyyatı nizamnaməsinin (əsasnaməsinin) 

və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əsli; 

– müəssisənin möhürü və ştampı; 

–  müəssisənin  2008-ci  il  1  yanvar  tarixədək  vergi  uçotunda  da-

yanmışdırsa, vergi şəhadətnaməsi; 

– vergi ödəyicisi əlavə dəyər vergisi ödəyicisi olduğu halda, ƏDV 

bildirişinin əsli.  

Ləğv edilən müəssisə qeydiyyat və ya vergi şəhadətnaməsi, ƏDV 

bildirişi və  ya möhürü itmişdirsə, bu halda, qurum itmiş sənədin və 

ya  möhürün  etibarsız  hesab  edilməsi  barədə  mətbuatda  elan  dərc 

etdirib qeydiyyat orqanına təqdim edir. 

Müəssisənin möhür və ştampı qanunvericilikdə müəyyən edilmiş 

qaydada  qeydiyyat  orqanının  ən  azı  iki  əməkdaşı  tərəfindən  məhv 

edildikdən sonra bu barədə müvafiq akt tərtib olunur. 

Müəssisənin ləğvetmə balansı (qurum xarici hüquqi şəxsin nüma-

yəndəliyi  və  ya  filialıdırsa-yekun  mənfəət  vergisi  bəyannaməsi)  çap 

edilərək  qeydiyyat  sənədlərinin  əsli,  möhürün  məhv  edilməsi  barədə 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə