Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə23/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   19   20   21   22   23   24   25   26   ...   214

Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

61



arasındakı  razılaşmadır.  Fərdlərin  çoxluğu  riskin  dərəcəsini  azaldır, 

çünki, nəticə üçün məsuliyyət daşıyanların sayı çox olur.  

Birliyin öz qarşısında qoyduğu məqsədə nail olunduqdan sonra o 

öz fəaliyyətini dayandırır. 



Kartel – iqtisadi-təyinati,konstruksiyası və hazırlanma texnologi-

yasına  görə  həmcins  məhsul  istehsal  edən  müəssisələrin  ittifaqıdır. 

Kartelin müəssisələri istehsal və kommersiya müstəqilliklərini və hü-

quqi şəxs statuslarını saxlayır, tərəfdaş sahibkarlar isə istehsal və sa-

tışda öz payları, satışın şərtləri, qiyməti və bazar barədə razılığa gə-

lirlər. Hazırda kartelə daxil olan iri trestlər bazarda inhisar yaratmaq 

əsasında maksimum mənfəət əldə etmək uğrunda mübarizə aparırlar.  

Sindikat – kartel tipli inhisar birliyinin formalarından olub məqsə-

di iştirakçılar (tərəflər) arasında satış və xammal tədarükü sahələrində-

ki rəqabəti azaltmaq və bazarlara nəzarət yolu ilə inhisar mənfəəti əldə 

etməkdir. Karteldən fərqli olaraq sindikatın (əsas) xüsusiyyəti məhsul 

satışının  təmərküzləşdirilməsidir.  Əgər  karteldə  onun  iştirakçılarının 

hər  biri  öz  məhsullarını  müstəqil  satırlarsa  və  xammalı  özləri  sərbəst 

tədarük edirlərsə sindikatda bu işi vahid orqan – kontora həyata keçi-

rir. Sonuncu sifarişləri təmərküzləşdirməklə, onları iştirakçılar arasın-

da – əvvəlcədən razılaşdırılmış kvota əsasında – bölüşdürür.  

Sindikat adətən səhmdar cəmiyyət formasında yaradılır. O, məh-

sul istehsalının öz əlində cəmləşdirməklə bazar şərtlərini və qiyməti 

diktə edir. 

Sindikatın üzvləri ayrı-ayrı müəssisələrlə yanaşı, konsern, trest və 

s.-də ola bilər. 

Müasir dövr üçün yeni olan sahibkarlığın təşkilati-iqtisadi formala-

rından biri maliyyə-sənaye qruplarıdır (MSQ). Hələ 23 aprel 1996-cı 

ildə  qəbul  olunmuş  «Maliyyə-sənaye  qrupları  haqqında  Azərbaycan 

Respublikasının  Qanunu»nun  ikinci  maddəsində  deyilir:  «Maliyyə-

sənaye  qrupu  istehsalın  rəqabət  qabiliyyətini  və  səmərəliliyini  yük-

səltmək…, elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihə-

ləri və proqramlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirak-

çılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşdir-

mək və investisiyalar cəlb etmək üçün yaradılır». 

MSQ-lər sənaye, bank, sığorta və ticarət kapitalı və habelə, müəs-

sisə və təşkilatların intelektual imkanlarının birliyidir.  



Telman Huseynov 

 

62



Bütövlükdə  cəmiyyətin,  o  cümlədən,  sahibkarın  özünün  ehtiyac-

larının  təminatı  sahibkarlıq  üçün  yaranmış  mühitin,  şəraitin  necəli-

yindən bilavasitə asılı olur.  

Sahibkarlıq mühitinə aşağıdakı ünsürlər aid edilir: 



1.  qtisadi azadlıq. Bu – azad sahibkarlığın həlledici şərtləri, ba-

zar  iqtisadiyatının  təməl prinsipidir.  Bunsuz  heç bir  növ  sahibkarlıq 

fəaliyyəti ilə məşğul olmaq qeyri-mümkündür; onsuz bazara çıxmaq, 

istehsal resursları əldə etmək, müəyyən mülkiyyətə sahib olmaq im-

kanı qeyri-real bir istəkdir.  qtisadi azadlıq olmayan bir mühitdə sa-

hibkarlığın  əxlaqı,  mənəvi  və  etik  cəhətlərinin  mövcudluğundan  da 

söhbət belə gedə bilməz.  

2.  Şəxsi  maraq.  Bu – sahibkarlıq üçün  «lokomotiv», sahibkarın 

isə varlanmağa, öz mülkiyyətini çoxaltmağa sövqedici qüvvədir.  



3.  Bazarın  miqyası.  Bu  –  sahibkarlıq  fəaliyyətinin  nəticələrinin 

realizə olunma imkanlarının ölçüsüdür. Bazar nə qədər geniş və sivil 

olarsa, sahibkarlığın inkişafı üçün o qədər şərait yaranmış olar.  

4.  Rəqabət  mübarizəsi. Bu – bazarın birbaşa, sahibkarlığın do-

layısı ilə nizamlanması, iqtisadi azadlıqla şəxsi marağın sərhədlərinin 

müəyyən edilməsidir.  

5. Dövlətin məhdudlaşdırılmış rolu. Bu – dövlətin sahibkarlığa 

müdaxiləsinin optimal, yol verilməsi mümkün olan maksimum həd-

didir. Bu həddin düzgün müəyyən edilməməsi – həm çoxluğu və həm 

də azlığı sahibkarlığa yalnız ziyan gətirə bilər.  

Sahibkarlığın xarici və daxili mühiti onun özünə təsir edən bir sı-

ra  amillər  doğurur.  Öz-özlüyündə  aydındır  ki,  müəssisədən  kənar 

amillər firmaların fəaliyyəti üçün xarici, müəssisənin özündən asılı 

olan amillər isə onun daxili mühitindən irəli gələn amillərdir.  

Firmadan asılı olmayan, onlara təsir etmə imkanı yox dərəcəsində 

olan xarici amillər firmanın iqtisadi inkişafını ləngidə və ya sürətlən-

dirə bilər. Sahibkarın səriştəsi həmin amilləri nəzərə almaq  bacarığı 

və  onlardan  mümkün  səviyyədə  faydalana  bilmək  qabiliyyəti  ilə 

müəyyən edilir.  

Firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu amillər 

aşağıdakılardır: 

a) təbii-demoqrafik amillər. Firmanın yerləşdiyi regionun iqlim 

şəraiti, əmək qabiliyətli əhalinin sayı, onların cins-yaş tərkibi və s; 



Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

63



b) sosial-mədəni amillər. Əhalinin əxlaqi-mənəvi səviyyəsi, dinə 

münasibəti, təhsil senzi (səviyyəsi); 

c) texnoloji amillər. Ölkə sənayesinin, elm və texnikasının inki-

şaf səviyyəsi, tətbiq olunan texnoloci istehsal üsulunun mükəmməllik 

dərəcəsi; 

d) iqtisadi amillər. Bazarların inkişaf səviyyəsi, ölkənin maliyyə, 

pul-kredit və vergi siyasəti, rəqabətin dərəcəsi, gəlirlərin bölgüsünün 

xarakteri və s. 

e) hüquqi amillər. Təsərrüfat hüququnun inkişaf səviyyəsi, döv-

lətin  sahibkarlığa  münasibəti,  sahibkarlığın  müdafiəsi  üçün  qanun-

vericilik aktların mövjudluğu və s; 

f)  siyasi  amillər.  Ölkədaxili  siyasi  sabitlik,  dövlətlə  cəmiyyətin 

qarşılıqlı münasibətləri. 

Yuxarıda  sadalanan  amillərin  əksəriyyətini  dövlətin  tənzimləmə 

tədbirləri və müəyyən qanunvericilik aktları vasitsilə dəyişmək, tək-

milləşdirmək  və  hətta  ləğv  etmək  də  olar.  Burada  istisnalıq  təşkil 

edən  təbiətlə  bağlı  amillərin  bir  qismidir  –məsələn,  iqlim  şəraitidir, 

regionun seysmiklik dərəcəsidir və s. Bundan əlavə yuxarıda göstəri-

lən  xarici  mühitin  doğurduğu  bir  çox  amillər  hələ  firmanın  –məh-

suldar qüvvənin ünsürü kimi – tikilməsindən (yaradılmasından) əvvəl 

də  sahibkara  məlum  olur,  onun  tərəfindən  nəzərə  alınır  və  elə  buna 

görə  də  o,  sonradan  sökülmək  zərurəti  yarana  biləcək  tikintiyə  yol 

verə bilməz.  

Müəssisə  özünün  texniki–texnoloji  və  iqtisadi  inkişafının  ən  va-

cib və strateji məqsədlərini işləyib hazırlayarkən, bü məqsədlərin xa-

rici  mühitin  doğurduğu  hansı  amillərin  təsirinə  məruz  qalacağını 

əvvəlcədən müəyyən etməlidir;  

Firmanın səmərəli fəaliyətinə təsir edən amillər içərisində daxili 



mühitin  –  yaratdığı  amillərin  də  özünəməxsus  rolu  və  yeri  vardır. 

Firmadaxili  amilərin  –  xarici  amillərlə  müqaisədə  –  idarə  edilməsi, 

nəzarətdə saxlanması sahibkar üçün ciddi çətinliklər yaratmır. 

Firmanın daxili mühitini, hər şeydən öncə, onun istehsal poten-

sialı  (gücü)  müəyyən  edir.  stehsal  potensialı  yaradıcı  xüsüsiyyətə 

malik fəaliyyətlə məşğul olmaq üçün – məhsul istehsal etmək, isteh-

sal xarakterli işlər görmək və xidmətlər göstərmək – müəssisənin sə-

rəncamında  olan  istehsal  resurslarının  məcmusudur.  Bu  resursların 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə