Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə24/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   20   21   22   23   24   25   26   27   ...   214

Telman Huseynov 

 

64



kəmiyyət  və  keyfiyyət  parametrləri,  həmçinin,  onların  müvafiq  nis-

bətdə  qarşılıqlı  təsiretmə  əsasında  baş  verən  inteqrasiyası  müəssisə-

nin istehsal imkanını müəyyən edir.  

Müəssisənin istehsal potensialının keyfiyyəti, mükəmməlliyi yeni 

məhsulların yaradılması ilə müəyyən olunur, onun elementləri isə ha-

zırlanan məhsulun tələblərinə, texniki-iqtisadi baxımdan, uyğunlaşdı-

rılmalıdır.  stehsal potensialı özünün bu təyinatını o vaxt  yerinə  ye-

tirə bilər ki, onun elementlərinin tərkibi və xarakteristikası hazırlanan 

məhsulun  texniki  parametrlərinə  uyğun  gəlsin  və  bununla  müəyyən 

edilsin.  Yalnız  bu  halda  istehsal  potensialının  bütün  elementləri 

müəssisə qarşısında duran ümumi məqsədə xidmət edə bilər. Hər bir 

elementin yeri və funksiyası bütövlükdə elementlərin məcmusu qar-

şısında qoyulan tələblərlə müəyyən olunur və onun səfərbərlik səviy-

yəsini  xarakterizə  edir.  Müəssisənin  daxili  mühitini  kadrlar,  istehsal 

vasitələri (əmək vasitələri və əmək cismləri), informasiya və maliyyə 

vəsaitləri təşkil edir.  

Müəssisənin  kadrları,  əmək  vasitələri  (istehsal  əsas  fondları), 

əmək cismləri (dövriyyə fondları) haqqında kitabın dördüncü bölmə-

sində ətraflı məlumat veriləcəkdir. 

Daxili mühitin doğurduğu amillərdən biri kimi informasiyaya gə-

lincə,  göstərmək  lazımdır  ki,  müəssisədə  informasiya  öz  tərkibinə 

görə, kommersiya, texniki və operativ informasiyalardan ibarət olur. 

Kommersiya  informasiyası  məhsulun  reallaşdırılması  və  istehsal 

xərclərinə  aid  olan  məlumatları  əks  etdirirsə,  texniki  informasiya 

məhsulun  xarakteristikası  və  onun  istehsalı  texnologiyası  haqqında 

məlumatlar  toplusudur.  Operativ  informasiya  əsasında  istehsal  hey-

yətinə  tapşırıqlar  verilir,  onları  iş  yerləri  üzrə  bölüşdürür,  istehsal 

prosesinin gedişinə nəzarət edir, uçot və tənzimləmə kimi funksiya-

ları həyata keçirirlər.  

Məlum  olduğu  kimi,  firmanın  istehsal  etdiyi  məhsulun  rəqabət 

qabiliyyəti, nəticə etibarilə bütövlükdə firmanın özünün qərabət qabi-

liyyətini  müəyyən  edir.  Lakin  məhsulun  rəqabət  qabiliyyəti  və,  uy-

ğun olaraq, rentabelliyi səviyyələrinin aşağı düşməsi və nəticə etiba-

rilə firmanın da analoji prosesə məruz qalması sahibkar üçün eyni tə-

sir gücünə malik hadisələr deyil. Belə ki, birincisi, əgər firmanın rə-

qabətə davamlığı müddəti nisbətən uzun bir dövrü əhatə edə bilirsə, 




Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

65



məhsulun  rentabellik  səviyyəsi  uzun  müddət  davam  edə  bilməz, 

məhsulun «talei» həftə, ay və ya il ərzində həll olunur – istehsalından 

imtina edilir.  kincisi, məhsuldan fərqli olaraq, firmanın rəqabət qabi-

liyyətini tək istehlakçı deyil, sahibkar özü də qiymətləndirir; mövcud 

olan bazar konyunkturasında bu və ya digər məhsulun istehsalı zəru-

riliyini (faydalılıq baxımından) məhs o özü müəyyən edir. Üçüncüsü, 

bir  məhsulun  rəqabət  qabiliyyətinin  aşağı  düşməsi  firmanın  uyğun 

göstəricisinə təsir edə bilər, lakin firmanın «istehsaldan çıxarılması» 

məsələsini həll edə bilməz. 

Firmanın rəqabət qabiliyyətinin necəliyi nisbi  göstəricidir, başqa 

sözlə, onun rəqib firma ilə müqaisədə istehsalının səmərəliliyi və məh-

sulunun  istehlakçıları  qane  etməsi  –  keyfiyyəti  və  qiymətinə  görə  – 

səviyyəsini səciyələndirir.  

Bütün bunlardan əlavə, adətən firma müəssisə ilə müqaisədə, ge-

niş  nomenklaturada  məhsul  istehsal  edir,  sənaye  xarakterli  müxtəlif 

işlər görür və geniş çeşiddə xidmətlər göstərir. 

Firma ilə müqaisədə əgər müəssisə – iqtisadi təyinatı baxımından – 

monoprofilli,  monoməhsullu  istehsal  subyektidirsə,  firma  çox  hal-

larda bir neçə müəssisəni özündə birləşdirən  geniş nomenklatura və 

həm də, müxtəlif iqtisadi təyinatlı məhsullar istehsalı ilə məşğul olur.  

nkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində bir sıra firmalar «üfü-

qi»,  «şaquli»  və  habelə  «konqlomerat»  (mexaniki,  qaydasız  qarışıq) 

tipli birliklər kimi fəaliyyət göstərirlər. Məsələn, ABŞ-in iri poladəri-

dən firmaları olan «Betlexm Stil», «Ripablik Stil» və s. həmin isteh-

salın bütün mərhələlərinin müəssisələrinə (filiz mədəni, kömür şaxta-

sı, əhəng karxanası, domna və marten sobaları, yayma stanları və s.) 

malik şaquli tipli kombinələşmiş birliklərdir. 

Yaxud,  «Kroqer»,  «Seyfuey»  və  s.  bu  kimi  firmalar  geniş  şəbə-

kəli pərakəndə satış mağazalarına malik üfüqi tipli birliklərdir. 

Konqlomerat firmalara misal olaraq ABŞ-ın  « nterneşnl telefoun 

end teleqraf» firmasını göstərmk olar. O, adına uyğun gələn məhsul-

ların istehsalından əlavə otellərin istismarı, çörək-bulka və tədris lə-

vazimatları istehsalı və habelə sığorta xidməti təklif etməklə öz iqti-

sadiyyatının tarazlı inkişafına nail ola bilir. 

Firmanın  çoxprofilli  istehsal  olması  və  müxtəlif  xidmətlər  gös-

tərməsi  onun  müvazinətli  (tarazlı),  rəqabətə  dözümlü  fəaliyyətinin 




Telman Huseynov 

 

66



təminatçısı kimi çıxış edir. Belə ki, əgər onun məhsullarından birinin 

ömrü  sona  yaxınlaşdığından  rentabellik  səviyyəsi  tədricən  aşağı  dü-

şürsə,  başqa  iqtisadi  təyinatdan  olan  digərinin  həyat  tsikli  yeni  baş-

landığından  onun  rentabellik  səviyyəsi  yüksək  olur  və  bu  səbəbdən 

də firmanın iqtisadi inkişafı və sosial tərəqqisində sarsıntılar olmur.  

Müxtəlif  məhsulların  həyat  tsiklərinin  ayrı-ayrı  dövrləri  üçün 

firma müxtəlif qiymət növlərindən istifadə etməklə, onların rentabel-

liyinin  səviyyəsinin  sabit  qalması  dövrünü  az  və  ya  çox  dərəcədə 

uzada bilir. 

5. Firmanın yaradılması və ləğvi qaydaları 

Müəssisə  (firma)  əmlak  mülkiyyətçisinin  (mülkiyyətçilərinin), 

yaxud  onun  (onların)  vəkil  etdiyi  orqanın,  müəssisənin,  təşkilatın 

qərarı ilə yaradıla bilər. Firmanın təsisçisi aşağıdakılar ola bilər: 

1. Dövlət əmlakını idarəetməyə vəkil edilmiş dövlət orqanları; 

2. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri; 

3. Xarici dövlətlər; 

4. Əcnəbi ölkələrin vətəndaşları; 

5. Beynəlxalq təşkilatlar. 

Müəssisə və  ya firma yaradılarkən təsisçilər, habelə müəssisə və 

təsisçi  (təsisçilər)  arasındakı  qarşılıqlı  münasibətləri  tənzimləmək 

məqsədilə təsis müqaviləsi tərtib olunur. Təsis müqaviləsində müəs-

sisənin adı və növü, təsisçilər haqqında məlumat, Nizamnamə fondu, 

hər təsisçinin bu fonddakı payı, öhdəliklər, mənfəətin bölüşdürülməsi 

qaydası və s. göstərilir.  

Fərdi və dövlət müəssisələri təsis edilərkən təsis müqaviləsi tərtib 

edilmir. 

Təşkilati-iqtisadi və təşkilati-hüquqi formasından asılı olmayaraq 

bütün müəssisələr nizamnamə əsasında fəaliyyət göstərirlər. 

Müəssisənin  nizamnaməsi  təsisçisi  bir  fiziki  və  ya  hüquqi  şəxs 

olduqda onun özü tərəfindən, müəssisənin təsisçiləri iki və daha çox 

olduqda isə təsisçilərin ümumi yığıncağı tərəfindən qəbul edilir. 

Müəssisənin  nizamnaməsində  onun  adı  və  növü,  hüquqi  ünvanı, 

təsisçilər  haqqında  məlumat,  müəssisənin  hüquq  və  vəzifələri,  Ni-

zamnamə  fondu,  fəaliyyətinin  məzmunu  və  məqsədi,  idarəetmə  və 

nəzarət orqanları, səlahiyyəti, müəssisə əmlakının yaranması və mən-




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə