Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə20/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   16   17   18   19   20   21   22   23   ...   214

Telman Huseynov 

 

52



profilini  və  istehsal  proqramının  müəyyən  edilməsində,  işçi  götür-

mək və azad etməkdə, tərəf müqabillərinin seçilməsində və müqavi-

lələr bağlamaqda və s.); 

–  güclü  maddi  maraqın  olması  –  sahibkarlıq  gəlirinin  yalnız  sa-

hibkara çatması. 

Qeyd  edilən  üstünlüklərlə  yanaşı,  fərdi  firmaların  əsas  çatışmayan 

cəhəti onların öhdəliklərinə görə sahibinin öz (ailə üzvlərinin) əmlakı ilə 

məsuliyyət  daşımasıdır.  Əgər  firma  öz  öhdəliklərini  yerinə  yetirə  bil-

mirsə, onda bu öhdəliklər mülkiyyətçinin əmlakı hesabına ödənilir. Öz 

özlüyündə aydındır ki, bu cür məsuliyyət sahibkarı yüksək riskli şərait-

də  saxlayır,  onun  öz  perspektivinə  inamını  azaldır;  bu  qəbildən  olan 

firmaların maliyyə vəsaitləri və maddi resursları nisbətən məhdud olur. 



Tam ortaqlığın iştirakçılarının sayı iki və daha çox saydadırsa, 

onda  bu  şərikli  firma  adlanır.    Şərikli  istehsal  firması  ən  azı  iki 

fiziki və ya hüquqi şəxslər tərəfindən – müqavilə əsasında – təsis edi-

lir.  Həmin  şəxslər  firmanın  öhdəliklərinin  yerinə  yetirilməsinə  görə 

bütün əmlakları ilə məsuliyyət daşıyırlar. Əgər firmaya sonradan hər 

hansı  başqa  bir  fiziki  və  ya  hüquqi  şəxs  daxil  olarsa,  bu  halda  yeni 

şərik digər şəriklər kimi firmanın mövcud olan borclarına görə bütün 

əmlakı ilə məsuliyyət daşımalı olur. Eyni zamanda müəssisədən (fir-

madan)  çıxan  şərik  müəssisənin  həmin  məqam  üçün  borclarına  görə 

digər  iştirakçılarla  birlikdə  bütün  əmlakı  ilə  məsuliyyət  daşıyır.  Bu-

nunla  yanaşı, şəriklərdən biri müəssisədən çıxarsa, o, öz payını  geri 

almaq  hüququna  malikdir.  Şəriklərin  razılığı  ilə  həmin  pay  müəs-

sisənin  şərikləri  arasında  satılmaq  yolu  ilə  bölünədə,  kənar  şəxslərə 

satıla  da  bilər.  Lakin  müəssisənin  şərikləri  payın  alınmasında  üstün 

hüquqlara malikdirlər. Pay satılmadığı halda müəssisənin nizamnamə 

fondunun həcmi onun məbləğinə uyğun olaraq azaldılır. Tərəfdaşlar-

dan  birinin  şərikli  müəssisəni  müəyyən  öhdəliklərlə  yükləməsi  ehti-

malı  böyük  olduğu  üçün,  şəriklərin  düzgün  seçilməsi  çox  vacibdir. 

Bir çox hallarda şərikli müəssisə haqqında rəsmi saziş və  ya formal 

razılaşma olur ki, bu da tərəflərdən hər birinin səlahiyyətlərini, mən-

fəətin  bölüşdürülməsini,  tərəfdaşlar  tərəfindən  müəssisəyə  qoyulan 

kapitalın ümumi məbləğini, yeni şəriklərin cəlb olunmasını və tərəf-

daşlardan hər hansının müxtəlif səbəblərdən şərikli müəssisədən çıx-

dıqda onun yenidən qeydiyyatı qaydalarını müəyyən edir. 



Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

53



 Hüquqi cəhətdən şəriklərdən biri müəssisədən çıxdıqda, bu, adə-

tən, şərik müəssisənin ləğv olunması ilə nəticələnir. Çünki belə halda 

bütün məsələləri tənzimləmək və şərikli müəssisəni bərpa etmək ki-

fayət qədər çətin olur. Bu səbəbdən də şərikli müəssisə (firma) sa-



hibkarlıq  fəaliyyətinin  səmərəli  təşkili  formalarından  deyildir. 

Digər tərəfdən, bu tip müəssisələrdə qərarların qəbulu çətin bir pro-

seduradır.  Əgər  şərikli  müəssisə  haqqındakı  müqavilədə  başqa  hal 

nəzərdə tutulmayıbsa, vacib qərarlar səs  çoxluğu  ilə qəbul edilməli-

dir.  Daha  az  əhəmiyyətli  məsələlər  üzrə  müəssisənin  fəaliyyəti  bəzi 

tərəfdaşlar tərəfindən həyata keçirilə bilər, lakin bu barədə onlara əv-

vəlcədən  məlumat  verməlidir.  Bu  və  ya  digər  tərəfdaşın  hüquqları 

onlar arasında bağlanmış rəsmi və ya qeyri-rəsmi müqavilə əsasında 

dəyişə bilər. 

 Şərikli (tam ortaqlı) firmada olan yuxarıda qeyd edilən çatışmaz-

lıqlar  onun  daha  təkmilləşmiş  forması  olan  payçı  və  şərikli  (kom-

mandit ortaqlıqlar) müəssisə formasında aradan qaldırılır. Bu qəbil-

dən olan firma və ya müəssisə həm şərikin (şəriklərin), həm də payçı-

nın (payçıların) vəsaiti əsasında formalaşır. Bir qayda olaraq, şəriklər-

dən hər biri müəssisənin öhdəliklərinə və borclarına görə özünün bü-

tün əmlakı ilə, hər bir payçı isə yalnız müəssisəyə verdiyi payın həcmi 

müqabilində məsuliyyət daşıyır. 

Payçı və şərikli müəssisələrdə idarəetmə işi, əsasən, şəriklər tərə-

findən  həyata  keçirilir,  payçıların  isə  təsərrüfat  fəaliyyətinin  idarə 

olunmasında  iştirak  etmək,  şəriklərin  bu  sahədəki  işlərinə  qarışmaq 

hüququ  yoxdur.  Payçı,  firmanın  əldə  etdiyi  mənfəətin  bir  hissəsini 

qoyduğu  paya  uyğun  olaraq  təsis  müqaviləsində  nəzərdə  tutulmuş 

qaydada almaq, ortaqlığın hesabat sənədləri ilə tanış olmaq, maliyyə 

ilinin sonunda ortaqlıqdan çıxmaq və təsis müqaviləsində təsbit edil-

miş qaydada öz payını geri almaq kimi hüquqlara malikdir. 



Məhdud  məsuliyyətli  firma bir və  ya bir neçə fiziki və (və ya) 

hüquqi şəxs tərəfindən yaradılan, nizamnamə fondu təsis müqaviləsi 

ilə müəyyən edilən həcmdə paylara bölünən müəssisədir. Müəssisə-

nin  təsisçiləri  onun  öhdəliklərinə  görə  ancaq  nizamnamə  fonduna 

qoyduqları payları həcmində məsuliyyət daşıyırlar. Təsisçilərdən hər 

hansı biri müəssisədən çıxdıqda öz payını geri almaq hüququna ma-

lik olur. 



Telman Huseynov 

 

54



 Məhdud məsuliyyətli firma öz öhdəliklərinə görə özünə məxsus 

olan bütün əmlakı ilə cavabdehdir və öz təsisçilərinin üçüncü şəxslər 

qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 

Müəssisənin təsisçisi öz payını satarkən, digər təsisçilər bu payı al-

maq üçün üstün hüquqlara malik olurlar. Belə ki, öz payını və onun bir 

hissəsini satmaq istəyən təsisçi bu haqda məhdud məsuliyyətli müəssi-

sənin icra orqanına məlumat verməlidir. Müəssisənin icra orqanı isə tə-

sisçidən öz payını satışa çıxarılması haqqında məlumat aldıqdan sonra – 

7 gün ərzində – bu barədə müəssisənin bütün təsisçilərinə xəbər vermə-

lidir. Üstün satınalma huququndan istifadə etmək arzusunda olan firma-

nın başqa bir təsisçisi satışa təqdim olunan payın hansı hissəsini əldə et-

mək istəyini 7 gün ərzində müəssisənin icra orqanına bildirməlidir. Əgər 

payın satışa çıxarılması haqqında məlumatın müəssisənin icra orqanına 

göndərilməsi  anından  etibarən  bir  ay  müddətində  pay  və  ya  onun  bir 

hissəsi  müəssisənin  təsisçiləri  tərəfindən  üstün  hüquqdan  istifadə  edil-

məsi  qaydasında  alınmazsa,  onda  təsisçi  öz  payını  və  ya  onun  bir 

hissəsini üçüncü şəxsə satmaq hüququ qazanır. 

Müəssisənin  illik  və  ya  rüblük  fəaliyyəti  nəticəsində  əldə  edilmiş 

xalis  mənfəətin  təsisçilər  arasında  bölgüsü  ümumi  yığıncağın  qərarı 

ilə həyata keçirilir. Bundan əlavə ümumi yığıncağın xalis mənfəətin 

təsisçilər  arasında  tamamilə  və  ya  qismən  bölgüsü  haqqında  qərar 

qəbul etmək hüququ da vardır.  

Hər bir təsisçi firmanın nizamnamə fondunda və digər əmlakında 

payına uyğun olaraq bölüşdürülən mənfəətin bir hissəsini almaq hü-

ququna malikdir. Firmanın Nizamnaməsində başqa hal nəzərdə tutul-

mayıbsa,  bölünən  mənfəətdən  təsisçilərə  verilən  məbləğ  haqqın-da 

ümumi yığıncaq qərar qəbul etdikdən bir ay müddətində ödənilir.  

Ə

lavə məsuliyyətli müəssisənin (firmanın) məhdud məsuliyyətli 

müəssisədən  fərqi  ondan  ibarətdir  ki,  onun  iştirakçıları  müəssisənin 

öhdəliklərinə görə nizamnamə fonduna qoyduqları paylarının Nizam-

namə ilə müəyyənləşdirilən və hamısı üçün eyni olan misli miqdarın-

da subsidiar məsuliyyət daşıyırlar.  ştirakçılardan biri öz payını ödə-

mək imkanına malik deyildirsə, bu pay digər iştirakçılar arasında on-

ların paylarına uyğun olaraq bölünür. 

 Subsidiar məsuliyyət o deməkdir ki, iştirakçılardan hər hansı biri 

müflis olduqda və öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilmədik-




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə