Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə16/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   12   13   14   15   16   17   18   19   ...   214

Telman Huseynov 

 

40



bölgüsünü  (kooperasiyanı),  məhsul  buraxılışında  onların  rolunu 

və əhəmiyyətini müəyyən etməyə imkan verir. 

Təsərrüfatçılıq praktikasında firmanın istehsal quruluşunu və on-

da baş verən dəyişiklikləri xarakterizə etmək, qiymətləndirmək üçün 

aşağıdakı göstəricilərdən istifadə olunur: 

–  məhsul  buraxılışının  ümumi  həcmində  ayrı-ayrı  istehsal  böl-

mələrinin xüsüsi çəkisi;  

– işləyənlərin ümumi sayında bu və ya digər istehsal bölməsinin payı; 

–  firmanın  istehsal  əsas  fondlarının  ümumi  dəyərində  ayrı-ayrı 

istehsal bölmələrinə məxsus olan əsas fondların xüsusi çəkisi. 

Adları çəkilən  göstəricilərdən məhsulun həcmi  göstəricisi – baş-

qaları  ilə  müqaisədə  –  müəssisənin  istehsal  quruluşunu  daha  dəqiq 

xarakterizə edir. Çünki, müəssisənin məhsul buraxma qabiliyyətinin 

artırılmasında  istehsal  bölmələrinin  rolu  mövcud  işçilərin  sayı  və 

əsas  fondlarının  dəyəri  ilə  deyil,  onlardan  istifadə  səviyyəsindən, 

fəaliyyətinin nəticələri ilə daha düzgün qiymətləndirilə bilər.  

Müəssisə və firmanın istehsal quruluşu müxtəlif iqtisadi, təşkilati 

və texniki amillərin təsiri altında formalaşır ki, bu amilləri də bir ne-

çə qrupa – makroiqtisadi, sahə və regional amillər qruplarına – böl-

mək olar. 

Makroiqtisadi  amillər müəssisənin istehsal strukturunun komp-

leksliyini  və  tamlığını  müəyyən  edir.  Bu  amillərə  ölkə  itisadiyya-

tındakı sahələrin tərkibi, onların diferensasiya dərəcəsi, xarici ticarət 

əlaqələri və s. aiddirlər.  

Firmanın  istehsal  quruluşuna  onun  mənsub  olduğu  sahənin  ixti-

saslaşma səviyyəsi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin ye-

rinə  yetirilməsi imkanları, sahədə təchizat və satışın təşkili xüsusiy-

yətləri,  başqa  digər  sahələrin  xidmətləri  ilə  təmin  olunma  səviyyəsi 

kimi sahə amilləri də təsir göstərir.  

Müəssisənin quruluşuna (ümumi və istehsal) təsir göstərən regio-



nal amillər onun (müəssisənin) müxtəlif kommunikasiyalarla: qaz və 

su  kəmərlərilə,  nəqliyyatla,  rabitə  vasitələri  ilə  və  s.  təmin  olunması 

səviyyəsi ilə əlaqədardır.  

Yuxarıda qeyd olunan makroiqtisadi, sahə və regional amillə-

rin məcmusu müəssisənin fəaliyyət göstərdiyi xarici mühiti əmələ 

gətirirlər.  



Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

41



Müəssisənin  quruluşunun  formalaşmasına  xarici  mühitin  doğur-

duğu amillərlə yanaşı əssisədaxili amillər də öz təsirlərini göstə-

rirlər. Onlar aşağıdakılardır. 

a) istehsalın həcmi artdıqca firmanın həm əsas istehsal, həm qeyri-

istehsal bölmələrinin sayının, ölçüsünün genişlənməsi və onlarda ça-

lışan işçilərin sayının çoxalması, bölmələrin tərkibinin dəyişməsi nə-

ticəsində müəssisənin istehsal quruluşu mürəkkəbləşir.  



b)  istehsalın  ixtisaslaşdırılması  və  kooperativləşdirilməsi  sə-

viyyəsi yüksəldikcə müəssisələrin istehsal quruluşu sadələşir; 



c) məhsulun nomenklaturası məhdud olduqda firmanın istehsal 

quruluşu sadə, geniş olduqda isə, əksinə, mürəkkəb olur; 



d) istehlak olunan xammal və materialların növü, çeşidi müəs-

sisənin istehsal quruluşuna dolayı  yolla təsir edir. Məsələn, xammal 

və  materialların  ölçüsü  (qabariti)  və  forması  anbarların  sayına  və 

həcminə, nəqliyyat vasitələrinin növlərinə təsir göstərir; 



e) istehsala texniki xidmətin təşkili səviyyəsi yüksək olarsa, yə-

ni  istehsala  texniki  xidmət  ixtisaslaşdırılmış  müəssisələr,  sexlər  və 

briqadalar tərəfindən həyata keçirilərsə, onda müəssisədə köməkçi və 

xidmətedici sex və təssərrüfatların sayı azalır; 



f) məhsulun konstruktiv quruluşu və onun hazırlanması tex-

nologiyası nə qədər mürəkkəb olarsa, onda müəssisədə əlavə bölmə-

lərin yaradılması zərurəti yaranır və s. 

Müəssisənin istehsal, idarəetmə və xidmətedici bölmələrinin tərkibi 

və qarşılıqlı əlaqəsi onun təşkilati strukturunu əmələ gətirir. Firmanın 

(müəssisənin) təşkilati strukturu aşağıdakı kimi olur (bax: şəkil 2.1). 

 

Şəkil 2.1. Firmanın (müəssisənin) təşkilati strukturu 



Firma 

Müəssisə 

darəetmə və xidmətedici 

bölmələr


 

stehsal bölmələri 

Firmanın 

(müəssisənin) 

idarə olunması 

Əsas sexlər 

və istehsal 

sahələri 

Sosial-məişət 

bölmələri 

Köməkçi 

sexlər və 

sahələr 

stehsal təyinatlı 

xidmətedici 

təsərrüfatlar 




Telman Huseynov 

 

42



Müəssisənin əsas struktur vahidi sexdir. Sex müəssisənin inziba-

ti baxımdan xüsusiləşmiş həlqəsi olmaqla, texnoloji baxımdan is-

tehsal  prosesinin  –  məhsul  istehsalının  –  müəyyən  mərhələsi 

məhz burada yerinə yetirilir. Bir qayda olaraq sexlər texnoloji pro-

seslərin vəhdətliyi, ərazi bütövlüyü və ixtisaslaşdırılması ilə xarakte-

rizə olunurlar. 

stehsal firmasının tərkibinə daxil olan sexlər məhsulun hazırlan-

masındakı rollarına görə aşağıdakı 4 qrupa bölünürlər: 

1) əsas sexlər – xammal və materialların hazır məhsula çevrilmə-

si üzrə texnoloji prosesin hansısa mərhələsinin bilavasitə yerinə yeti-

rilməsi ilə məşğul olurlar. Əsas sexlərin istehsal imkanları müəssisə-

nin  məhsulburaxma  qabiliyyətini  müəyyən  edir.  Əsas  sexlərə  misal 

olaraq maşınqayırma zavodlarında hazırlıq, mexaniki emal və yığma 

sexlərini; metallurgiya kombinatlarında domna, marten, yayma (pro-

kat), koks sexlərini; toxuculuq fabriklərində isə əyirici, toxucu və na-

xışvurma sexlərini göstərmək olar; 



2) köməkçi sexlər – bilavasitə məhsul istehsalı ilə məşğul olmur-

lar, lakin əsas sexlərin normal fəaliyyət göstərmələri üçün bütün zə-

ruri şəraiti yaradırlar. Köməkçi sexlərə misal olaraq alət, təmir, mo-

del və s. sexləri göstərmək olar; 



3) xidmətedici sexlər – köməkçi sexlər kimi bilavasitə məhsulun 

hazırlanması ilə məşğul olmurlar, lakin onlar həm əsas və həm də kö-

məkçi  sexlərin  normal  fəaliyyət  göstərmələri  üçün  şərait  yaradırlar. 

Xidmətedici sexlərə misal olaraq nəqliyyat və enerji sexlərini, komp-

ressor  stansiyalarını,  eksperimental  sexləri,  su  təchizatını,  anbar  tə-

sərrüfatını və s. göstərmək olar; 



4) yardımçı sexlər – əsas sexlərin istehsal tullantılarından təkrar 

istifadə edilməsi (təkrar istehsalı) məqsədilə yaradılır və onlar müəs-

sisədə  hazırlanan  məhsulların  maya  dəyərinin  aşağı  salınmasında 

mühüm rol oynayırlar. Belə sex və təsərrüfatlara misal olaraq tara ha-

zırlayan sexləri, işlənmiş yağların regenerasiyası ilə məşğul olan sex-

ləri göstərmək olar.  

Firma  sexlərinin  özləri  də  ayrı-ayrı  istehsal  sahələrindən  (sexli 

quruluşa  malik  olan  müəssisələrdə)  ibarət  olurlar.  stehsal  sahəsi  – 



texnoloji  cəhətdən  həmcins  əməliyyatlar  yerinə  yetirən  və  ya 

məhsulun hər hansı bir hissəsini hazırlayan və eyni məkanda tə-


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə