Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə12/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   8   9   10   11   12   13   14   15   ...   214

Fəsil 1. «Firmanin iqtisadiyyati» kursunun tədqiqat obyekti, predmeti və məzmunu  

 

29



sinin mahiyyəti, istehsal tsikli və onun tərkibi, firmada istehsal prose-

sinin təşkili və onun formaları şərh olunmuşdur. Bundan sonra isə is-

tehsalın ictimai təşkili formaları olan təmərküzləşdirmə, ixtisaslaşdır-

ma  və  kooperasiyalaşdırma,  kombinələşdirmənin  mahiyyəti  açılmış, 

onların səviyyəsini və səmərəliliyini xarakterizə edən göstəricilər öy-

rənilmişdir;  istehsalın  ictimai  təşkili  formalarının  əsasında  ictimai 

əmək bölgüsünün dayandığı xüsusi vurğulanmışdır. 

Kitabın  «Firmanın  istehsal  resursları  və  onlardan  səmərəli 



istifadənin zəruriliyi» adlanan IV bölməsi həm şərh olunmuş mə-

sələlərin  əhatə  miqyasına  və  həm  də  firmanın  iqtisadi  inkişafındakı 

roluna görə çox önəmlidir. Burada, ilk öncə, firmanın kadrları, onun 

tərkibi,  idarə  edilmə  xüsusiyyətləri,  əməyin  məhsuldarlığı  və  onun 

ölçülmə  metodları,  əməyin  normalaşdırılması,  əmək  haqqı  və  onun 

ödənilməsinin forma və sistemləri öyrənilmişdir. Bundan sonra isteh-

sal  resurslarının  mühüm  tərkib  hissəsi  olan  istehsal  əsas  fondlarına 

xüsusi  yer  verilmişdir:  iqtisadi  mahiyyəti  açılmış,  təsnifatı  verilmiş, 

köhnəlməsi və amortizatsiyası şərh olunmuş, istifadə göstəriciləri sə-

ciyyələndirilmiş,  istehsal  gücünün  hesablanma  metodikasına  xüsusi 

diqqət yetirilmişdir. Bölmənin sonunda firmanın dövriyyə fondları və 

dövriyyə vəsaitlərinə xüsusi  yer  ayrılmışdır. Burada, ilk əvvəl, döv-

riyyə  fondlarının  iqtisadi  mahiyyəti  açılmış,  ondan  istifadə  göstəri-

ciləri səciyyələndirilmiş, maddi resursların normalaşdırılması qayda-

ları izah edilmiş, və sonda, tədavül fondlarının idarə edilməsi məsə-

ləsinə xüsusi yer ayrılmış və diqqət yetirilmişdir. 



«Firmanın  inkişafının  idarə  edilməsi  və  planlaşdırılması» 

məsələləri dərsliyin V bölməsində öyrənilmişdir. Bölmənin əvvəlində 

firmanın  idarəetmə  mexanizmi,  onun  prinsipləri,  funksiyaları,  me-

todları və bunların tətbiqi istiqamətləri və habelə idarəetmə mexaniz-

minin  təşlilat  quruluşu  izah  olunmuşdur.  Bundan  sora  isə  firmanın 

istehsal-kommersiya  fəaliyyətinin  planlaşdırılması,  onun  metodları, 

inkişaf planın bölmələri və inkişaf proqramının tərtibi məsələləri ye-

tərincə  şərh  olunmuşdur.  Firmanın  miqyasca  inkişafında  investisiya 

qoyuluşu həlledici əhəmiyyət kəsb etdiyindəndir ki, bölmənin əvvə-

lində investisiyanın mahiyyəti və növləri, tərkibi və qurluşu, investi-

siya  layihələrinin  qiymətləndirilməsi  metodları  və  səmərəliliyinin 

yüksəldilməsi yolları geniş şəkildə şərh edilmişdir. Bundan sonra bu 



Telman Huseynov 

 

30



bölmədə  firmanın  fəaliyyətində  ciddi  keyfiyyət  dəyişikliklərinə  sə-

bəb olan innovasiyanın texnoloji və iqtisadi imkanları, innovativ in-

kişafın mərhələləri, innovasiyanın iqtisadi səmərəliliyi haqqındakı el-

mi biliklər və müddəalar öz əksini tapmışdır. 

Burada habelə firma məhsullarının keyfiyyəti, standartlaşdırılma-

sı  və  sertifikasiyanın  təşkilatı-iqtisadi  məsələləri  şərh  olunmuşdur: 

məhsul keyfiyyətinin göstəriciləri, keyfiyyətin yüksəldilməsi iqtisadi 

inkişafın  yolu  kimi,  məhsulun  rəqabətqabliyyəti,  məhsul  keyfiyyə-

tinin  idarə  edilməsi,  standartlaşdırma  və  sertifikasiya  və  habelə  bu 

qəbildən olan digər məsələlər öz əksini tapmışdır.  

Kitabın VI bölməsi «Firmanın marketinq fəaliyyəti, maddi-texniki 

təminatı və məhsul satışı» məsələlərinə həsr olunmuşdur. Bu bölmədə 

firmanın  marketinq  fəaliyyətinin  xüsusiyyətləri,  bazarın  tədqiqində  və 

seqmentləşdirilməsində,  firmanın  təsərrüfat-kommersiya  fəaliyyətinin 

bazardan idarə edilməsindəki rolu və əhəmiyyəti öyrənilmişdir. Bunun 

ardınca firmanın maddi-texniki təminatı, onun istehsal vasitələrinə təlaba-

tının hesablanması metodları, istehsal ehtiyyatlarının idarə edilməsi üsul-

ları, maddi-texniki təminatın formaları və firmanın icarə münasibətlərinə 

(lizinq, françayzinq və s.) xüsusi  yer verilmişdir. Bölmənin sonunda isə 

firmanın təsərrüfat fəaliyyətinin finişi kimi məhsulunun satışı, bu iş üzrə 

onun siyasəti, işin əsas icraçısı kimi satış şöbəsinin funksiya və vəzifələri, 

məhsul satışının səmərəli təşkili kimi məsələlər izah olunmuşdur.  

Dərsliyin  VII  bölməsi  «Firmanın  istehsal  xərcləri,  qiymə

siyasəti, gəlirləri və fəaliyyətinin səmərəliliyi» adlandırılmışdır. 

Bölmənin  əvvəlində  firmanın  istehsal  xərcləri  və  maya  dəyərinin 

mahiyyəti, onların qarşılıqlı əlaqələri, vəhdəti və fərqləri verilmiş, maya 

dəyərinin  göstəriciləri,  maya  dəyərinin  idarə  edilməsi  və  aşağı  salın-

ması yolları göstərilmişdir. Bundan sonra firmada qiymətin əmələ gəl-

məsi ilə bağlı qiymətin funksiyaları və növləri, firmanın qiymət siya-

səti,  strategiyası,  firmada  qiymətqoyma  kimi  suallar  aşkarlanmışdır. 

Bu  bölmənin  növbəti  məsələsi  firmanın  maliyyəsi,  gəlirləri  və  mən-

fəəti  kimi  məsələləri  əhatə  etmişdir.  Bölmənin  sonunda  isə  firmanın 

təsərrüfat-kommersiya fəaliyyətinin iqtisadi və sosial səmərəliliyinin he-

sablanmasının metodoloji məsələlərinə lazımınca diqqət yetirilmişdir.  

Nəhayət, dərsliyin «Firmanın xarici iqtisadi əlaqələri» adlanan 



sonuncu,  VIII  bölməsində  bu  fəaliyyətin  növləri,  firmanın  idxal-


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə