Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə19/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   15   16   17   18   19   20   21   22   ...   214

Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

49



gün müəyyən etməklə o (sahibkar), gəlirinin azalması və, hətta, mül-

küyyətindən məhrum olmaq təhlükəsini düzgün qiymətləndirə bilir. 

Riskin  dərəcəsi  yüksəldikcə  sahibkarın  təsərrüfat  məsuliyyəti 

ona  mütənasib  olaraq  artır.  Sahibkarın  bazar  qeyri  –  müəyyənliyinə 

qarşı çıxmağı onun imkanı daxilində olmur. Lakin, demək olarki bü-

tün  hallarda,  sahibkarın  riskin  dərəcəsini  bu  və  ya  digər  səviyyəyə 

qədər  azaltmaq  imkanı  olur.  Bunun  üçün  o,  ilk  öncə,  sığortalanma 

vasitəsilə riski müəyyən qədər əlavə xərclər çəkilməsilə əvəzləyə bi-

lir. Başqa bir yol isə marağı olan özünün müqabil tərəflərindən birini 

(və  ya  bir  neçəsini)  riskin  neqativ  nəticələrini  onlarla  bölməyə  sə-

fərbər edə bilər. Sonuncu halda sahibkarlıqdan gələn gəlir sahibkarın 

özündən əlavə və onunla müştərək riskə gedən digərləri ilə bölünür. 



c)  stehsal amllərinin kombinələşdirilməsi.  stehsal amillərinin 

hər  birindən  qənaətlə  istifadə  etməklə  istehsalın  sinergetik  səmə-

rəliliyinə nail olmaq məqsədilə onların sahibkar tərəfindən bir-birilə 

əvəzlənməsinin optimal kombinələşmə variantının seçilməsidir. 

stehsal  firmasına  xas  olan  resursların  kombinələşdirilməsindən 

məqsəd tək onlardan səmərəli istifadəyə nail olmaq deyil. Burada digər 

bir məqsəd sahibkarın bazarda olan resurslarının bir qismini çıxarıb öz 

təşkilatına  qaytarmaq  və  bununlada  resursların  bölgüsü  mexanizmini 

dəyişdirməkdir. Bununla o, bazar mühütini dəyişdirə bilir, çünki kombi-

nələşmə funksiyasının mahiyyəti «əvəzetmə prinsipi»ndən genişdir. 



d) Yenilikçilik. Sahibkarlığa xas olan bu xüsusiyyət sahibkar üçün, 

onun fəaliyyətinin nəticələri üçün çox böyük əhəmiyyət kəsb edir. 

Bazar konyunkturasının mütəhərrik olması – vaxtaşırı dəyişməsi, 

bazarın  qeyri-müəyyənlik  şəraitində  fəaliyyət  göstərən  sahibkardan 

yenilikçilik, ixtiraçılıq, əqlən çevik olmaq, hadisələrə qarşı həssaslıq, 

manevr  edə  bilmək,  davranışına  inam  kimi  xüsusiyyətlər  tələb  edir; 

o,  hər  bir  konkret  situasiyanı  tez,  yubatmadan  öyrənməli,  təhlil  et-

məli, qərar qəbulu zamanı isə bu işə yaradıcılıqla yanaşmalıdır; o, öz 

davranışı  ilə  bazar  qeyri-müəyyənliyinin  «girov»una  çevrilməməli, 

innovativ  məzmunlu  tədbirlər  görməklə  vəziyyətdən  çıxmağı  bacar-

malı, öz istehsalının səmərəlilik səviyyəsinin azalmasına imkan ver-

məməlidir.

10

  

                                           



10

Курс экономической теории (учебное пособия), М., 2001, с. 487 




Telman Huseynov 

 

50



Artıq  qeyd  edildiyi  kimi,  sahibkarlıq  fəaliyyətinin  baş  tutması 

üçün  kapitalın  (əsas  və  dövriyyə  fondlarının)  müəyyən  kəmiyyətdə 

və  strukturda  sahibkarın  mülküyyətində  olması  həlledici  şərtlərdən 

biridir. Deməli, sahibkarlıq fəaliyyətində mülküyyət münasibətlərinin 

düzgün müəyyən olunması və idarə edilməsi mühüm şərtlərdəndir.  

Sahibkarlıq  fəaliyyətinin  klassik  forması  olan  fərdi  müəssisədən 

başlamış  səhmdar  cəmiyyətinə  qədər  müəssisələrin  (firmaların)  ha-

mısında  mülküyyət  münasibətləri  bu  və  ya  digər  şəkildə,  az  və  çox 

dərəcədə mövcuddur. 

Sahibkarlıq  fəaliyyətinə  mülküyyət  münasibətləri  aşağıdakı  isti-

qamətlərdə təsir göstərir: 

– mülkiyyətin (əmlakın) kimə və ya kimlərə mənsub olması; 

–  mülkiyyətə  münasibətlə  əlaqədar  sahibkarlıq  gəlirinin  bölgüsü 

qaydası; 

– öhdəliklər üçün əmlak (mülkiyyət) vasitəsilə məsuliyyət; 

– zərərlə işləyən firmaya yeni şəxsin (fiziki, hüquqi) daxil olması 

və  ya  köhnələrdən  hər  hansının  çıxması  firmanın  borcu  üçün  öz 

əmlakı ilə məsuliyyət daşıması;  

–  payçı  və  şərikli  firmada  təsisçilərin  öz  əmlaklarına  görə 

öhdəliklər və ya borclar üçün məsuliyyəti;  

–  firmanın  təsisçilərinin  öhdəliklərinə  görə  qoyulmuş  paylar 

müqabilində cavabdehlik həddi; 

–  təsisçilərdən  öz  payını  ödəyə  bilməyənə  mənsub  olan  əmlakın 

başqaları arasında bölgüsü qaydası; 

–  səhmdar  cəmiyyətinin  səhmlərini  alanların  onun  (cəmiyyətin) 

mənfəətinin bölgüsündə iştirakı və öhdəlikləri üçün məsuliyyəti və s. 

Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin idarə olunmasında, bu 

məqsəd  üçün  təsis  edilən  təsərrüfat  subyektlərinin  yaradılması  və 

ləğvi  həlledici  dərəcədə  mülkiyyət  münasibətlərinin  mükəmməllik 

səviyyəsindən asılı olur. Bu münasibətlər firmanın sahibkarlıq növü 

kimi fəaliyyətinə ciddi şəkildə təsir göstərirlər; firmanın həm inkişa-

fını  sürətləndirə  və  həmdə  ləngidə  bilərlər.  Mülküyyət  münasibətlər 

düzgün qurulmalı, idarə edilməli, daim nəzarətdə saxlanmalıdır.  

Qeyd etmək lazımdır ki, istehsal firması və müəssisənin təşkilati-

hüquqi formaları bazar iqtisadiyyatına keçmiş və keçməkdə olan bü-

tün ölkələrdə təxminən eynidir, ciddi şəkildə fərqlənmirlər. 




Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

51



Firma və müəssisənin konkret forma və növləri körtəbii deyil, elm 

və  texnikanın  inkişafı,  istehsalın  təmərküzləşməsi  və  ixtisaslaşması, 

səmərəli  təsərrüfat  əlaqələrinin  qurulması,  ümumiyyətlə  isə,  dövrün 

özünün  tələblərinə  uyğun,  həmin  tələblər  nəzərə  alınmaqla  yaradılır. 

Bu  baxımdan  hər  bir  ölkənin  iqtisadiyyatının  bazar  münasibətlərinə 

keçidi onun müəssisələrin idarə edilməsində, onların təşkilati-hüquqi 

formalarında  ciddi  dəyişikliklərə  səbəb  olur,  onlar  tədricən  bazar 

münasibətlərinə uyğunlaşırlar.  



Mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasında fir-

malar  (müəssisələr)  təsərrüfat  ortaqlıqları  və  cəmiyyətləri  şəklində 

yaradıla bilər. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və kommandit or-

taqlığı (inama əsaslanan ortaqlıq), təsərrüfat cəmiyyətləri isə məhdud 

məsuliyyətli  müəssisə,  əlavə  məsuliyyətli  müəssisə  və  səhmdar  cə-

miyyəti formalarında olur. Beləliklə, müəssisələr (firmalar) fərdi, şə-

rikli,  payçı  və  şərikli  (kommandit  ortaqlıqlar),  məhdud  mə  su-

liyyətli  müəssisələr,  əlavə  məsuliyyətli  müəssisə  və  səhmdar  cə-

miyyəti kimi təşkilati-hüquqi formalarda yaradıla bilər.  

Tam ortaqlıqda onun iştirakçıları (tam ortaqları) nizamnaməyə 

müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul 

olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliy-

yət daşıyırlar. Belə sahibkarlıq subyektlərinin fəaliyyəti bütün işti-

rakçıların ümumi razılığı ilə idarə edilir. 

Əgər tam ortaqlığın iştirakçısı bir nəfərdirsə, o, fərdi firma ad-

lanır. Fərdi  firma – sahibkarlıq fəaliyyətinin ən klassik formaların-

dan biridir. Bunlar, adətən, bir şəxsin mülkiyyəti əsasında təşkil olu-

nur. Bununla yanaşı, belə firmalar başqa mülkiyyətlərə məxsus olan 

müəssisələrin satın alınması yolu ilə də  yaradıla bilər. Bu tip firma-

ların idarə olunması, bir qayda olaraq, sahibkarın özü tərəfindən hə-

yata keçirilir. Bir sıra hallarda sahibkar öz müəssisəsinin idarə olun-

masını  menecerlərə  həvalə  edə  bilər,  lakin  belə  halda  da  firmanın 

fəaliyyəti üzərində ümumi nəzarət sahibkarın ixtiyarında qalır. 

Fərdi firmaların sahibkarlıq sahəsində geniş yayılması onun bir sı-

ra üstünlükləri ilə izah edilir. Bu üstünlüklərə aşağıdakılar aid edilir: 

– təşkilinin mürəkkəb olmaması; 

– azadlığının qeyri-məhdudluğu – sahibkar öz fəaliyyətində bütün 

məsələlər üzrə qərarlar verməkdə müstəqildir, tam azaddır (fəaliyyət 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə