Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə17/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   13   14   15   16   17   18   19   20   ...   214

Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

43



mərküzləşmiş iş yerlərinin məcmusundan ibarətdir. Məhsulun ha-

zırlanmasında  iştirak  etmələrinə  görə  istehsal  sahələri  də  əsas,  kö-

məkçi və xidmətedici sahələrə bölünürlər.  

Fəhlənin əmək fəaliyyəti üçün zəruri olan texniki vasitələrlə (dəz-

gah, maşın, alət, tərtibat və s.) təchiz olunmuş və istehsal meydança-

sının hüdudlanmış hissəsinə – fəhlənin əmək fəaliyyəti zonasına – iş 



yeri deyilir.  

Sənaye  müəssisələrinin  istehsal  strukturunun  texnoloji,  predmet 

(əşya) və qarışıq tipləri mövcuddur.  

stehsalın strukturunun texnoloji tipində sexlər həmcins texno-

loji  əməliyyatların  yerinə  yetirilməsi  üzrə  ixtisaslaşır,  müstəqilləşir-

lər. Məsələn, maşınqayırma müəssisəsində tökmə, dəmirçi, mexaniki 

emal, yığma və s. sexlər.  



stehsalın  strukturunun  əşya  (predmet)  tipində  sexlər  müəyyən 

məmulatların və ya onların hissələrinin hazırlanması üzrə ixtisaslaşırlar. 

Məsələn, avtomobil zavodunda mühərrik, neftmaşınqayırma zavodunda 

reduktor, nasos ştanqları və s. hazırlanması üzrə ixtisaslaşmış sexlər. 



stehsal  strukturunun  qarışıq  tipində  qeyd  edilən  tiplərin  hər 

ikisinin – texnoloji və predmet – elementləri mövcud olurlar.  

Bazar iqtisadiyyatına keçid müəssisə strukturunun bazar münasi-

bətlərinə  uyğunlaşmasını,  onun  bütün  bölmələrinin  işinin  yenidən 

qurulmasını tələb edir.  

Firma  və  müəssisənin  bazar  münasibətlərinə  uyğunlaşdırılması 

onların  istehsal  quruluşlarından  asılı  olmur.  Müəssisənin  texnoloji 

bölmələrində  təbii-texniki  proseslər  getdiyindən  istehsal  (iqtisadi) 

münasibətlər onların xarakterinə təsir göstərə bilməzlər. Yeni iqtisadi 

sistemə  keçid  texniki-texnoloji  deyil,  sosial-iqtisadi  proseslərin  ma-

hiyyətcə dəyişilməsini tələb edə bilər.  

Yeni təsərrüfatçılıq metodları, başqa sözlə, bazar iqtisadi müna-

sibətlərinə  keçid  əssisənin  idarəetmə  (funksional)  strukturu-

nun  təkmilləşdirilməsini  zərurətə  çevirir  və  daha  da  aktuallaşdırır. 

Bu, xüsusilə marketinq, maddi-texniki təminat, istehsal və elmi-tex-

niki  inkişaf,  satış  və  digər  bu  kimi  idarəetmə  strukturlarına  daha 

çox aiddir. 

Müəssisələrin bazar münasibətlərinə uyğunlaşdırılmasında mar-

ketinq  şöbələrinin  yaradılması  və  onların  fəaliyyətinin  gücləndi-



Telman Huseynov 

 

44



rilməsinin müstəsna əhəmiyyəti vardır. Marketinq –  yeni sahibkar-

lıq  konsepsiyası  olmaqla  istehlakçıların  təlabatının  öyrənilməsi  və 

onun  ödənilməsini  təmin  edə  biləcək tədbirlər hazırlamaq  və  onla-

rın reallaşdırılmasına nail olmaqdır. Marketinq istehsalla bazarı ya-

xınlaşdırmaq, firmanın (istehsalın) bazardan idarə edilməsi konsep-

siyasıdır. 

Marketinq  tədqiqatları  və  onun  nəticələri  bütünlükdə  firmanın, 

onun hər bir idarəetmə bölməsinin il üçün fəaliyyətini müəyyən edir. 

Nəticə etibarilə firmanın iqtisadi inkişafı, əldə edəcəyi gəlirin həcmi 

marketinq tədqiqatlarının keyfiyyətindən asılı olur. 

Marketinq  fəaliyyəti  istehlakçıların  təmsil  etdiyi  firmanın  məh-

sullarına  ehtiyaclarının  müəyyən  edilməsi  ilə  sona  çatmır.  O  habelə 

öz  təşkilatının  istehsal  imkanlarınıda  müəyyən  edir.  Yalnız  bundan 

sonra məhsul istehsalı və xidmətlər göstərmək üçün qərar verilir, is-

tehsal  olunmuş  məhsulun  qiyməti  müəyyən  edilir  və  onun  bazara  – 

istehlakçılara doğru hərəkətinə başlanılır. 

Marketinq  tədqiqatlarının  nəticələri  əsasında  firmaya  il  ərzində 

lazım olacaq istehsal vasitələrinin həcmi və onların alınacağı vaxtlar 



maddi-texniki  təminat  şöbəsinin  heyyəti  tərəfindən  icra  edilir.  Bu 

zaman  paralel  olaraq  xammal,  material,  yanacaq  və  s.  istehsal 

amillərindən ehtiyyatların kəmiyyəti də hesablanır. 

Maddi-texniki təminat şöbəsinin işçiləri firmanın material resurs-

larına  ehtiyacını  bütün  istiqamətlər  üzrə  –  məhsul  istehsalı,  xidmət 

göstərmək, təmir, tikinti və s. – ayrı-ayrılıqda və həm də ümumiyyət-

lə  deyil,  müfəssəl  şəkildə  müəyyən  edirlər,  çünki  konkret  məhsul 

(məmulat, hissə) istehsalı konkret növ material tələb edir. Onlar ha-

belə istehsal ehtiyyatlarının (anbar ehtiyyatlarının) planlaşdırılmasına 

xüsusi diqqət yetirilər. Yeri gəlmişkən, əgər material göndərənlər on-

ları vaxtında və sifariş norması müqabilində  göndərə bilsəydilər so-

nuncunun hesablanmasına ehtiyac qalmazdı. 

stehsal  firmasının  əsas  funksional  fəaliyyət  sferası  istehsal  və 

elmi-texniki inkişafdır.  

stehsal  sahibkarlığının  ilkin  mərhələsi  firma  tərəfindən  (onun 

təsisçiləri tərəfindən) istehsal amillərinin – əmək vasitələri, əmək ci-

simləri, iş qüvvəsi və informasiyanın alınması və ya bunlardan bəzi-

lərinin ya tam, ya da qismən icarəyə götürülməsidir.  



Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

45



Firma  maddi-texniki  təminatla  əlaqədar  məsələləri  həll  etdikdən 

və bu məsələdə əminliyə nail olduqdan sonra özünün strateji vəzifə-

sinin  icrasına  başlayır.  Bu  –  istehlakçıların  təlabatlarının  ödəmək 

üçün məhsullar istehsal etmək və xidmətlər göstərməkdir. 

Məhsul istehsalı ilə məşğul olan firma özünün marketinq fəaliy-

yəti ilə bazarın təlabatını, istehsal amillərinin qiymətləri və özünün 

texnoloji istehsal üsuluna aid olan elmi-texniki yeniliklər haqqında 

məlumatlar toplayır. Bundan sonra o, bütün bunları və özünün daxi-

li imkanlarını nəzərə almaqla, fəaliyyətə başlayır.  stehsal və elmi-

texniki  inkişaf  bölməsi  özünün  fəaliyyətilə  birbaşa  əlaqədar  olan 

elmi-texniki yenilikləri mütləq nəzərə alır. Çünki bazar (istehlakçı) 

daha  mükəmməl  və  nisbətən  ucuz məhsullar  tələb  edir.  Bu  da  mə-

lum  həqiqətdir  ki,  yeni  məhsulu  köhnə  texnika  və  materiallarla 

istehsal etmək  mümkün olmadığı kimi, köhnə  məhsulu da yeni 

maşın  və  avadanlıqla  istehsal  etmək  məqsədəuyğun  sayıla  bil-

məz. Bir sözlə, rəqabət mübarizəsinə tab gətirmək üçün firma yeni 

texnika və texnologiya vasitəsilə keyfiyyəti yüksək və dəyəri aşağı 

olan məhsullar istehsal etməlidir. 

Qeyd  etmək  lazımdır  ki,  məhsul  istehsal  etmək  firma  üçün  son 

məqsəd deyil. Son məqsəd istehsal etdiyi məhsulların istehlakçılara 

satışının  təşkilinə nail olmaq və mənfəət əldə etməkdir. Məhz buna 

görədə  hər  bir  firmanın  mütəşəkkil  satış  xidməti  və  elmi  cəhətdən 

əsaslandırılmış satış siyasəti olmalıdır.  

Bazar münasibətləri şəraitində işləyən müəssisənin (firmanın) 

çevik  və  yığcam  idarə  aparatı,  güclü  və  səriştəli  marketinq  böl-

məsi, peşəkar heyəti olan maliyyə,  mühasibat  və hüquq şöbələri 

olmalıdır.  Lakin  bunlar  bazara  işləmək  üçün  vasitələrdir,  son  məq-

səd deyil. Əsas məsələ isə müəssisənin istehsal strukturunun, istehsal 

aparatının bazarın doğurduğu tələblərə uyğunlaşdırılmasıdır. 

Müasir dövrdə ölkə sənayesində müəssisələrin restrukturizasiya-

sı  (yenidən  strukturlaşdırılması)  keçirilməli  və  hər  birinin  bazarda 

yeri  və  rolu  müəyyən  edilməlidir.  Bu  ona  görə  vacibdir  ki,  hər  bir 

müəssisə özünün bazara daxil olma imkanını bilməli, daha doğrusu, 

məhsul  istehsal  etmək  və  xidmət  göstərə  bilmək,  rəqabətə  dözmək 

qabiliyyətini  əvvəlcədən  özü  üçün  müəyyənləşdirməlidir.  Məhz 

bundan  sonra  həmin  müəssisə  onu  əhatə  edən  –  qanunvericiliklə 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə