Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə18/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   14   15   16   17   18   19   20   21   ...   214

Telman Huseynov 

 

46



onun  üçün  müəyyən  olunmuş  –  iqtisadi,  sosial,  hüquqi  norma  və 

normativlərdən  istifadə  etməklə  öz  fəaliyyətində  təşəbbüskarlıqla 

sərbəstlik  göstərə  bilər,  istehsalın  səmərəliliyni  yüksəldər,  gəlirli-

yini təmin etmiş olar. 

Müəssisənin  bazar  münasibətlərinə  uyğunlaşdırmağın  bir  yoluda 

onun (müəssisənin) firmaya çevirilməsidir. 

Müəssisənin  firmaya  çevrilməsi  2  mərhələdən  –  a)  müəssisənin 

kommersiyalaşdırılması  və  b)  müəssisənin  yenidən  strukturlaşdırıl-

ması – ibarətdir. 

Müəssisənin kommersiyalaşdırılması onun mülküyətinin dəyişdi-

rilməsi – dövlət sektorundan çıxarılaraq xüsusi sektora daxil edilməsi 

əsasında  ona  təsərrüfatçılıq  müstəqilliyinin  verilməsidir.  Bundan 

məqsəd  isə  müəssisənin bazar  münasibətlərinə  uyğunlaşdırmaq,  ona 

bazarın rəqabət mühütündə vərdişlər aşılamaqdır. 

Müəssisənin  firmaya  transformasiya  olunmasının  II  mərhələsi 

onun  (müəssisənin)  yenidən  strukturlaşdırılmasıdır.  Bu,  kompleks 

tədbirləri – texniki və təşkilati – nəzərdə tutur; məhsulun istehsaldan 

götürülməsi,  idarə  strukturunun  təkmilləşdirilməsi  (bəzi  şöbələrin 

ləğvi, birləşdirilməsi, yenisinin yaradılması), texnoloji avadanlıqların 

moderinləşdirilməsi,  məhsul  keyfiyyətinə  nəzarətin  gücləndirilməsi 

və s. bu qəbildən olan tədbirlərdir. Məsələn, hər bir firmada kadrlar, 

əmək və əmək haqqı, əməyin mühafizəsi və texniki təhlükəsizlik, so-

sial inkişaf şöbələri bazasında istehsal heyyətinin və kadr hazırlığının 

idarə edilməsi xidmətini yaratmaq olar.Yaxud maddi – texniki təmi-

nat  və  satış  şöbələrinin  bazasında  marketinq  şöbəsinin  təsis  etmək 

olar. Bu proses MDB – nin qabaqcıl ölkələrinin firma və müəssisələ-

rində artıq xeyli vaxtdır ki, başlamışdır. Bir sözlə, həm müəssisənin 

kommersiyalaşdırılması və həm də yenidən strukturlaşdırılması onun 

firmaya – bazar subyektinə – çevrilməsini şərtləndirən həlledici pro-

seslərdir. 

Müəssisələrin yenidən strukturlaşdırılması, bütün başqa amillərlə 

yanaşı,  onların  makroiqtisadi  sabitlik  şəraitində  hansı  istiqamətlərdə 

təkmilləşəcəyi (sanasiya, rekonstruksiya, istehsal strukturunun dəyiş-

dirilməsi  və  s.)  məsələlərin  həllinə  və  bununla  da  mikroiqtisadi  sə-

viyyədə  iqtisadi  inkişafa  nail  olmaq  istiqamətində  öz  imkanlarını 

reallaşdıra bilərlər. 




Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

47



Bütün bunlar, nəticə etibarilə, istehsal müəssisələrinin – milli iqti-

sadiyyatın  əsası  kimi  –  ölkənin  sosial-iqtisadi  inkişafındakı  rol  və 

əhəmiyyətini artıra bilər. 

3. Sahibkarlıq və firmanın (müəssisənin) təşkilati-hüquqi 

formaları  

Tarixi  təkamülü  baxımından  insanın  sahibkarlıq  fəaliyyəti  onun 

«özü üçün» məhsul istehsalı ilə yanaşı həm də «özgəsi üçün», bazar 

üçün – digər əmtəələrlə mübadilə məqsədilə – məhsul istehsalı döv-

ründən  başlamışdır.  Həmin  vaxtlar  bir  istehsalçı  özünün  istehsalı 

olan  məhsulu  ilə  başqasının  ehtiyacını,  başqasının  istehsal  etdiyi 

məhsulla isə öz ehtiyacını ödəyə bilmişdir. Beləliklə, məhsulların də-

yişdirilməsi  (mübadiləsi)  sahibkarlıq  üçün  ilkin  şərt,  daha  doğrusu 

çıxış nöqtəsi olmuş, bazar münasibətlərinə keçid isə sahibkarlıq tipli 

iqtisadiyyata transformasiyanı mümkün etmişdir. 

Sahibkarlıq  –  iqtisadi  azadlığa  söykənən,  lakin  qanunvericlik 

aktlarına  və  təsərrüfat  riskinə  əsaslanmaqla,  cəmiyyətin  məhsul  və 

xidmətlərə ehtiyaclarını ödəmək üçün, məqsədi gəlir əldə etmək və 

əmlakını çoxaltmaq olan fəaliyyət növüdür. Başqa sözlə, sahibkar-

lıq  fəaliyyətinin  motivi  və  məqsədi  mürəkkəb  bazar  situasiyaların-

da,  güclü  rəqabət  mübarizəsi  şəraitində  heçdə  xeyriyyəçilik  etmək 

deyil,  maddi  marağı,  sahibkarlıq  gəliri  əldə  etmək  istəyi  ilə  əlaqə-

dardır. 


Sahibkarlığın təməlində duran əmək bölgüsü, əmək kooperasiyası 

və əmtəə (məhsul) istehsalı və onun mübadiləsinin baş tutması üçün 

4  amilin  (resursun)  mövcudluğu  həlledici  şərtdir.  Bunlar  əmək  (iş 

qüvvəsi),  kapital  (əsas  və  dövriyyə),  təbii  resurslar  və  birdə  sahib-

karlıq fəaliyyətinin özüdür. 

Ə

mək – istehsalın «baş agenti» olan iş qüvvəsi – insanların bilik 

(intelektual), təcrübə, vərdiş və fiziki enerjisini sərf etmək bacarığıdır 

ki,  məhsul  (əmtəə)  istehsalında  onların  hamısından  məcmu  şəkildə 

istifadə edir.  

Kapital – insanların özləri tərəfindən yaradılmış istehsal vasitələ-

ridir – investisiya resurslarıdır. Bunlara əmək vasitələri (bina, maşın, 

avadanlıq və s.) və ilkin emaldan keçmiş xammal, daha doğrusu ma-

teriallar, yarımfabrikatlar və s. aid edilir.  




Telman Huseynov 

 

48



Təbii resurslar – təbiətin insanlara bəxşişidir, tövhəsidir; bun-

lara  meşə,  hava,  su,  tikinti  üçün  meydançalar,  mineral  xammallar, 

əkin yerləri və biçənəklər və s aiddirlər.  nsanların bu resursların ya-

ranmasında heç bir rolları olmayıb.  nsanlar həmin resursları təbiət-

dən hazır şəkildə götürüb onlarda müəyyən dəyişikliklər (fiziki, kim-

yəvi və s.) aparmaqla öz ehtiyacları üçün istifadə edirlər. 

stehsal amillərindən biridə insanın (qrup insanların) sahibkar-

lıq bacarığıdır. Bu amil istehsalın xüsusi, qeyri–maddi, maddi olma-

yan  amilidir.  Fiziki  şəxsin  (şəxslərin)  sahibkarlıq  bacarığı  bütün  di-

gər amilləri müəyyən kəmiyyət nisbətində istehsalın vahid sisteminə 

çevirə bilir,onların hər birindən ayrılıqda və habelə kompleks şəkildə 

istifadə səmərəliliyinin yüksəldilməsinə təminat verir. 

Sahibkarlığın özünə məxsus əlamətləri vardır və onlar aşağıdakı-

lardır: 

a)  Təşəbbüskarlıq.  Sahibkarlıq  insanların  durğunluqla,  mühafi-

zəkarlıq  və  ətalətlə  ziddiyyət  təşkil  edən  fəaliyyət  növüdür.  Təşəb-

büskarlıq sahibkarlığı daimi «müşayət» edən, yardımçı olan, ona ye-

ni məhsul istehsalı və  yeni bazar tapmaqla fayda  gətirən imkanların 

aşkarlanmasında  köməklik  göstərən  sahibkara  məxsus  məziyyətdir. 

Sahibkarlıq  təşəbbüskarlığı  zorakılığa,  qanun  pozuntusuna  yol  ver-

mədən  ictimai  təlabatı  ödəmək  şərtilə  sahibkarın  öz  marağının  real-

laşdıra bilmək səriştəsidir, bacarığıdır. Yeni məhsulun istehsalında və 

bazarın  genişləndirilməsində  sahibkarın  davranış  fəallığı  və  təşəb-

büskarlığı ölkə daxilində mövcud olan iqtisadi azadlığın səviyyəsin-

dən bir başa asılıdır. Təsərrüfatçılıqda liberallaşdırma məhduddursa, 

belə şəraitdə sahibkarlıq təşəbbüskarlığı, sahibkarın bazardakı davra-

nış aktivliyi azalır. 

b)  Kommersiya  riski  və  təsərrüfatçılıq  məsuliyyəti.  Sahibkar 

müəyyən təsərrüfat qərarı qəbul edərkən özünün bilik və təcrübəsi ilə 

yanaşı qorxu və cəsarətinə, riskinə əsaslanır. 

Bazar münasibətləri şəraitində baş verən qeyri – müəyyənlik, bir 

çox  hallarda  sahibkarın  düzgün  qərar  verməsini  əngəlləyir  və  onun 

(sahibkarın)  riskə  getməsini  zərurətə  çevirir.  Lakin  sahibkarın  riskə 

getməsi  kor-koranə  olmur,  düşünülmüş  şəkildə  baş  verir.  Riskə  ge-

dən sahibkar baş verməsi gözlənilən neqativ halların bütün variantları-

nı mümkün qədər nəzərə almağa cəhd göstərir. Riskin dərəcəsini düz-



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə